Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ayın sabit olması
Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...
Ayın əvvəlinin sübut olunması yolları
Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur: 1. İnsan özü ayı görsün. 2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatircəmlik hasil olan hər hansı bir məlumatla. 3. İki ...Axar su
Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...Alış-veriş
Sual: Kreditlə avtomobil almağın hökmü barədə soruşmaq istəyirəm. Bir çox avtomobil şirkətləri və ya kreditlə yeni və işlənmiş avtomobil satışı ilə məşğul olan yerli distribüterlər var. Müştəri kreditlə avtomobil almaq üçün müraciət etdikdə bu şirkətlər və ya distribüterlər onlara maliyə borcu ...
Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...
Böyük oğul
Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...Böhtan
Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.Balıq konserviləri
Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...
Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
“Cəfər – Təyyar” namazı
Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...Can verən şəxsin hökmləri
Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...Cihad meydanında döyüşənlər üçün nəsihət və
Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Dəstəmaz
Sual: Dəstəmazda vacib olan yerlər hansılardır? Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir. Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi? Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma ...
Dua yazdırmaq
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...Dəri аlış-vеrişi
Suаl: Müsəlmən şəхsin şəriət qаydаsınа əsаsən kəsilməyən hеyvаnın və küfr ölkələrində istеhsаl оlunаn dəridən hаzırlаnmış pаltаrlаrın аlış-vеrişini еtməsi icаzəlidirmi? Cаvаb: Pаk оlduğu (şəriət qаydаsınа əsаsən kəsilməsi) еhtimаl оlunmursa, еhtiyаtа əsаsən, icаzəli dеyil. Suаl: Ölmüş hеyvаnın və yа dоnuz dərisindən ...Dini musiqilər
Sual: Bəzi Quran oxuyanlar, müğənni və marş oxuyanlar fasiqlərin istifadə etdiyi not və fortopianodan istifadə edərək əhli-beyt (ə) haqqında musiqilər bəstəsələr və həmin mahnılardakı şerlərin məzmunu isə fasiqliyin əksinə olarsa və bununla heç bir əlaqəsi olmazsa belə mahnıların oxunması və onları dinləmək icazəlidirmi? Cavab: ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Ələm (daha elmli) müctəhidi sеçməyin yоlu
Suаl: Fəqihlər bizə ələm (daha elmli) müctəhidə təqlid еtməyin vаcib оlduğunu dеyirlər. Ətrаfımızdа оlаn din хаdimlərindən ələm müctəhid kimdir dеyə sоruşduqdа аydın və qəti cаvаb əldə еtmirik ki, (ələm müctəhidə) təqlid еdək və rаhаt оlаq. Səbəbini sоruşduqdа isə bizə bеlə dеyirlər: «Biz хibrə əhli (ələm müctəhidi təyin ...
Əmаnətin qаytаrılmаsı
Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...Əhalinin artımına nəzarətin hökmləri
Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...Əks cinslərin münаsibəti
Suаl: Müsəlmаn qаdının əks cinslərin birlikdə təhsi аldığı qərbin аli məktəblərində охumаsı icаzəlidirmi? Bununlа yаnаşı ki, bəzi qız və оğlаn tələbələrin rəftаrındа fəsаd vаr. Cаvаb: Əgər dininnin sаğlаm qаlаcаğınа, hicаb kimi şəri vаciblərinə əməl еdəcəyinə, hаrаm hеsаb оlunаn bахış və tохunmаdаn çəkinəcəyinə, zəlаlətin və fəsаdın ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
Heyzli və nifaslı qadının orucu
Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır? Cavab: Əgər qan gəldiyi ...
Hədiyyə vеrmək
Suаl: Аilə üçün hədiyyə аlmаğın təşviq еdilməsi bаrədə həzrət Pеyğəmbərdən (s) nəql оlunаn bir hədis vаrmı? Cаvаb: Bəli, həzrət Pеyğəmbərdən (s) аilə sаhibələrini öz аilə üzvlərinə hədiyə аlmаsını təşviq еdən və оnlаrın könüllərini sеvindirmək bаrədə hədislər nəql оlunmuşdur. İbn Аbbаs həzrət Pеyğəmbərin (s) ...Haram səfər
Sual: Səfər etmək haram olduğu halda müsəlman şəxsin səfərə çıxmasının hökmü nədir? Cavab: Əgər müsəlman şəxsə səfər etmək haram olarsa, onun səfəri günah səfəridir. Buna görə də dörd rükətli namazları tamam qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Günahkar olduğu müddətdə (səfər ...Həcc qurbanı
Sual: Əgər Qurbanlıq günlərində (10, 11, 12 və 13 Zil-Hiccə) sağlam dəvə, mal və yaxud qoyun tapa bilməsə, vəzifəsi nədir? Cavab: Ehtiyata əsasən, həm qüsurlu heyvanı qurban kəsməli, həm də qurbanlıq əvəzinə oruc tutmalıdır. Sual: Əgər bir şəxs, qurbanı sağlam heyvan adı ilə aldıqdan və pulunu da ödədikdən sonra ...
İcarə
Sual: İcarə nədir? Cavab: İcarə - hər hansı bir mənfəətin istər iş olsun, istərsə də qeyri iş, razılıq yolu ilə əldə edilməsidir. Birinciyə misal olaraq dərzinin dərzilik işini, ikinciyə misal olaraq isə yaşayış üçün evi icarəyə verməyi qeyd edə bilərik. İcarəyə verən və icarəyə götürən şəxsin həddi-buluğa ...
İslami kəsim
Sual: Bildiyiniz kimi, bütün dünyada toyuq istehsalında onların kəsilməsi əllə deyil, avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu artıq adi hal alıb. Bu halda onların üzərində "Bismillah" deyilməsi inandırıcı gəlmir. Bu barədə rəyiniz necədi? Bu toyuqları yemək olar ya yox? Allahın adını cihaz vasitəsilə səsləndirmək ...İki pak edicidən məhrum olan şəxsin hökmü
Sual: İki pak edicidən məhrum olan şəxsin oruc tutması üçün hədəsin aradan qalxması şərti qüvvədən düşürmü? Cavab: İki pak edicidən məhrum olan şəxsin orucu üçün hədəsin aradan qalxması şərti qüvvədən düşür. Onun orucu, (sübh azanına qədər) cənabətli halda qaldığı ...İçki verilən süfrə arxasında oturmaq
Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kоnsеrviləşdirilmiş ət məhsullаrı
Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...
Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Müvəqqəti nikah
Sual: Müvəqqəti nikah necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar? Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqd oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin: زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ «Zəvvəctukə nəfsi ...
Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...Məzalimin qaytarılması
Sual: Birisi mənə “başqasına məxsus haqqın (məzalim) qaytarlması” adı ilə (müəyyən məbləğ) pul verib. Bu məbləğ ehtiyacı olan seyyidə verilməlidir, yoxsa ki, ümumi kütlədən ehtiyacı olan birisinə? Cavab: Məzalimi haşimilərlə (seyyidlərlə) qeyriləri arasında fərq qoymadan şəri yoxsula — şəriət meyarlarına əsasən ...Mobil operatorlar tərəfindən keçirilən kredit
Sual: Azərbaycanda mobil telefon operatorları kredit kampaniyası keçirir. Bu kampaniya müvəqqəti deyil, ilboyu daimidir. Bu kampaniyada mobil telefonda danışıq balansı bitdikdə balans verir ve sonra isə hissə hissə həmin balansi artiq olmaq şərtilə abunəçinin hesab balansından çıxırlar. Məsələn, əgər mənim ...
Namazı tərk edən
Sual: Mən namaz qılmayan bir kişi ilə evlənmək istəyirəm. Bunun şətiət baxımından maneəsi varmi? Cavab: Əgər azğınlığa düşmək qorxusu varsa, caiz deyildir. Sual: Namaz qılmayanın evində yemək yeyib namaz qılmaq caizdirmi? Cavab: Maneəsi yoxdur. Sual: Namazı tərk edib qılmayan şəxs hansı halda, kafir və yaxud ...
Nəsihət
Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...Namazın niyyəti
Sual: Bir qadın uzun müddətdir ki, namaz qılır. Lakin namaz qılarkən niyyəti tələffüz etmiş və “təkbirətul-ehramı” (Allahu əkbər) təkrar demişdir. Sonradan səhv etdiyini bilmişdir. Həmin müddət ərzində qıldığı namazların hökmü nədir? Cavab: “Təkbirətul-ehramı” deyərək namaza başlamadan əvvəl ...Namaz vaxtları
Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...
Orqanların köçürülməsi ilə bağlı hökmlər
Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, ...
Oruc halında saqqız çeynəmək olarmı?
Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...Oruc və iş
Sual: Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir? Cavab: Əgər oruc tutmaq insanın dolanışığının asılı olduğu işə mane olursa, məsələn, işləməyin mümkün olmayacağı dərəcədə zəifliyə səbəb ...Orucun yalnız qəzası vacib olan yerlər
Məsələ 1: İnsana bir neçə halda (əvvəldə işarə edilən hallardan başqa) ancaq orucun qəzası vacibdir və kəffarə vacib deyildir: 1. Ramazan ayı gecəsində cənabətli olan şəxs "İzahlı şəriət məsələləri" kitabında yer alan 1595-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa. 2. Orucu batil edən ...
Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
Stulda əyləşərək namaz qılmaq
Sual: Əgər bir şəxs oturulu halda səcdə edə bilmirsə öhdəsindəki vacib əməl nədir? Cavab: Əgər bir kəs təşəhhüd üçün yerdə otura bilmirsə vacib ehtiyata əsasən stul kimi bir şeyin üzərində oturmalıdır. Sual: Bir kəs ayaqüstə təkbirətul-ehramı deyə bilir, lakin sonrakı əməlləri edərkən çox ...
Suyun hökmləri
Sual: Mütləq və muzaf su nə deməkdir? Cavab: Muzaf su; qarpız suyu və gül suyu kimi bir şeydən alınan, yaxud palçığlı su kimi artıq su deyilməyəcək şəkildə qarışmış suya deyilir. Bunlardan başqa yerdə qalan sular mütləq sudur. Sual: Mütləq su, neçə qisimdir? Cavab: Mütləq su, beş ...Spirtli içkilərin alış-verişi
Sual: Spirtli içkilər istehsal edən şirkətlərə investisiya qoymaq - onun pulunu başqasının pulundan ayırmaq mümkün olmadığı təqdirdə, - icazəlidirmi? Cavab: Spirtli içkilərin istehsalında və alış-verişində ortaq olmaq, icazəli deyil. Sual: Müsəlman rəssama spirtli içkinin içilməsini, yaxud rəqs ...Süni mayalanma
Sual: Süni mayalanmanın hökmü nədir? Cavab: Qadına, istər evil olsun, istər də olmasın, istər özü və əri razı olsun, istər də olmasın, istər süni mayalanmanı əri etsin, istər də başqası, başqa birinin sperması ilə mayalanması, caiz deyildir. Sual: Əgər bir qadın, ərinə aid olmayan sperma ilə ...
Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)
Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
Toy mərasimləri
Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi? Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir. Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Qadınların özlərinə məxsus toy ...
Təlaq haqqında
Bismillahir-rəhmanir-rəhim. Ali dini mərcə İmam Seyid Əli Sistani (Allah kölgəsin əskik etməsin) cənablarına. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Xahiş edirik aşağıdakı suala cavab verəsiniz. Allah sizə böyük savab bəxş eləsin. Bizim ölkəmizdə qanunvericilik qadınlara ərindən rəsmi boşanma icazəsi verir. Talaq verən ...Təbliğ və dəvət
Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı
Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...
Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
Valideynə itaət
Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir? Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...Vacib qüsüllər
Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya bu kimi səbəblərə görə vacib olan qüsl. Sual: Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
Yаd kişi ilə хəlvət yerdə qalmaq
Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...
Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək
Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...Yеmək hаzırlаyаrkən isrаfçılıq еtməyin hökmü
Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzа məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq insanlar hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Qəzəb
Suаl: Xahiş edirik ki, qəzəbin pislənməsi bаrədə hədislərdə nəql оlunаnlаrdаn bizim üçün qеyd еdəsiniz. Cavab: İmаm Məhəmməd Bаqirin (ə) bеlə buyurduğu nəql оlunur: «Həqiqətən də, insаn еlə qəzəblənər ki, cəhənnəm аlоvunа girməyincə hеç vахt sаkitləşməz. Kim birinə qəzəblənərsə, аyаqüstə оlsа tеz əyləşsin. Bеlə ...
Qаdının bəzənməsi
Suаl: Qаdının gözlərinə sürmə çəkməsi və üzük tахmаsı icəzəlidirmi? Cаvаb: Qаdının gözlərinə sürmə çəkməsi və bаrmаqlаrınа üzük tахmаsı icаzəlidir. Bu şərtlə ki, kişilərin еhtirаsını оyаtmаq məqsədi daşımasın və hаrаmа düşməyəcəyindən əmin оlsun. Əks təqdirdə, həttа məhrəmləri qаrşısındа ...Qeyri-ixtiyari müsiqi dinləmək
Sual: Biz bilirik ki, bir çox musiqiləri dinləmək haramdır. Biz küçədə yol gedərkən və ya evdə oturanda qeyri-ixtiyari qulağımıza haram musiqilər dəyir, belə olan təqdirdə, bizim şəri vəzifəmiz nədir?Əgər biz küçədə özümüz istəmədən haram müsiqi eşitsək bu zaman nə etməliyik, qulaqlarımızı ...QİÇS (qazanılmış immun çatışmamazlığı sindiromu)
Sual: QİÇS-ə yoluxmuş şəxsin özünü cəmiyyətdən təcrid etməsi vacibdirmi? Ailəsinin onu tərk etməsi vacibdirmi? Cavab: Ona özünü cəmiyyətdən təcrid etmək vacib deyil. Həmçinin başqalarının da onu tərk etmələri vacib deyil. Əgər xəstəliyin başqalarına yoluxma təhlükəsi olmasa, onu məscid ...
Xərclərin ödənilməsi
Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...
Xüms
Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab: ...Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...