İnternet portalın rəsmi icazəsi

Allahın adı ilə!

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanasına.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Allahın yardımı ilə (www.al-hasan.org) internet portalının açılışı, bərəkət üçün imam Həsən (ə) – in xatirəsinə ithaf olaraq ərəb, azərbaycan və rus dillərində tamamlanmışdır.

Bu münasibətlə Sizdən xahiş edirik ki, portalın, dəftərxananızın tabeçiliyinə keçməsinə razılıq verəsiniz.

Təşəkkür edirik.

Təsisçi: Vüsal Qədimov

11/02/1436

Allahın adı ilə!

Bu gözəl çalışmanız münasibətilə Sizi təbrik edirik. Uca Allahdan qədəmlərinizi pak dinə və haqq dəyərlərə xidmət yolunda sabit etməsini diləyirik.