admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Süni saçlar

Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu?

Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin müəyyən hissəsini əhatə etdiyi üçün qüsl düzgün olmur. Həmçinin dəstəmazda çəkilən məsh düzgün deyil. Su iə paklanamnın qarşısını alacaq və uzun müddət torpaqla paklığa məcburiyyət yaradacaq bir əməl etməyin icazəli olması şübhəlidir.

Sual: Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır. Həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum düzgündürmü?

Cavab: Xəstə insanın oruc tutmasının ona zərəri varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ağrını çoxaldarsa) oruc tutması düzgün deyil. Söz yox ki, onların hamısında ziyan o qədər olmalıdır ki, adətən ona dözmək olmur. Ziyanı olacağına əminliyinin ya da gümanının olmasının hökmdə heç bir fərqi yoxdur. Hətta ehtimal etsə belə hökm eynidir. (Söz yox ki, bu ehtimal qorxuya səbəb ola biləcək formada olmalıdır. Bu ziyan qorxusu da aqil insanların nəzərində qəbul edilən formada olmalıdır, misal üçün həkim rəyi ya təcrübə ya bu kimi yollarla) Xəstə sağalandan sonra həmin günün qəzasını tutmalıdır. Kəffarə ona vacib deyil. Əgər xəstəlik gələn ilin Ramazan ayına qədər davam etsə, qəza da boynundan götürülür. O, hər gün üçün 750 qram (yemək) çörək və ya makaron və ya buğda və bu kimi qidaları bir fəqirə (yoxsula) fidyə verməlidir.

Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu səhih deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu səhihdir.

Sidik və İfrazat

Sual: İnək və qoyun kimi sıçrayıcı qanı olan, əti halal heyvanın sidik və ifrazatı murdardırmı?

Cavab: Pakdır.

Salamun əleykum.
Möhtərəm Seyid Sistani cənablarının (kölgəsi əskik olmasın) Nəcəf şəhərindəki dəftərxanası sabah bazar ertəsi gününün (19.03.2018) hicri 1439-cu ilin rəcəb ayının başlanğıcı olduğunu elan etmişdir.
Hamınızdan dua etməyinizi rica edirik.

Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir?

Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək  gələcəkdə də olsa belə insana nəzərə çarpacaq dərəcədə zərər yetirəcəksə, bu nəzərə çarpacaq zərər məlum və ya ehtimal olunasından asılı olmayaraq ağıl sahiblərinin qorxu hissi (təhlükə hissi) yaradırsa, onu çəkmək haramdır. Lakin həddindən çox zərərdən az çəkməklə qorunmaq mümkün olarsa, eybi yoxdur. 

Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı?

Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi onun nağd qiymətindən baha başa gəlsə də, icazəlidir. Lakin kreditlərin ödənişində gecikməyə görə satış qiymətindən əlavə pul ödəmək şərti haramdır. 

Sual: İnternetdən istifadə etmək, eləcə də sosial şəbəkələrdə, məsələn, “facebook”a üzv olmaq, müxtəlif insanlarla dost olmaq və söhbət etməyin hökmü nədir?

Cavab: Əgər günaha – tədrici şəkildə də olsa belə – düşmək təhlükəsi varsa, icazəli deyil. Eləcə də zarafat etmək, qeyri-əxlaqi və (naməhrəmlərlə) sevgi-məhəbbət söhbətlərinə daxil olmaq haramdır.

Həkim

Sual: Qadın müalicə üçün kişi həkimə müraciət edə bilərmi?

Cavab: Əgər qadın xəstəliyi müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və kişi həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin qadının bədəninə baxmadan ya da əl vurmadan onu müalicə etmək mümkün deyilsə, baxmaq və əl vurmaq icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olarsa, ikincisi icazəli deyil.

10 -dən səhifə 93