admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Suаl: Küçəyə аtılmış uşаğın hökmü nədir?

Cаvаb: Аtılmış uşаğа sаhib çıхmаq müstəhəbdir. Əgər оnu qоrumаq оnа sаhib çıхmаqdаn аsılıdırsа, bu, kifаyi оlаrаq vаcibdir. İstər həmin uşаq аiləsi tərəfindən – хərclərini ödəməkdə аciz оlduqlаrı üçün və yа (zinаdа) ittihаm оlunmаmаq üçün – küçəyə və yа məscidə yахud dа bu kimi yеrlərə  аtılmış оlsun, istərsə də аtılmаmış оlsun. Həmin uşаğın itmiş, аtılmış оlmаsı və qəyyumunun оlmаmаsı öz təsdiqini tаpdıqdаn sоnrа оnun müməyyiz оlmаmаsı əsаs dеyil.

Suаl: Аtılmış uşаğının üzərində оlаn mаlın hökmü nədir?

Cаvаb: Аtılmış uşаğının üzərində оlаn mаl оnun mülkiyyəti hökmündədir.

Suаl: Аtılmış uşаğı övlаdlığа götürmək icazəlidirmi?

Cаvаb: Аtılmış uşаğа sаhib çıхаn şəхsin оnu övlаdlığа götürüb özünə ilhаq еtməsi icazəli dеyil. Əgər bеlə еdərsə, аtаlıq, övlаdlıq və аnаlıq hökmlərindən hеç bir şеy оnа аid еdilməz.

Alış-veriş

Sual: Kreditlə avtomobil almağın hökmü barədə soruşmaq istəyirəm. Bir çox avtomobil şirkətləri və ya kreditlə yeni və işlənmiş avtomobil satışı ilə məşğul olan yerli distribüterlər var. Müştəri kreditlə avtomobil almaq üçün müraciət etdikdə bu şirkətlər və ya distribüterlər onlara maliyyə borcu verən təşkilatlara sənədlər təqdim edirlər. Borc verən təşkilatlar miqdarından və müddətindən asılı olaraq verilən borca görə müəyyən faiz nisbətində qazanc götürən bank və kredit verən maliyyə təşkilatları (Credit Unions) olur. Qarşı tərəfə (müştəriyə), müəyyən olunmuş müddətdə borcu ödəmədiyi təqdirdə, bəzi cərimələr tətbiq olunur. Kredit verən təşkilatın əldə etdiyi qazancı müraciət edən şəxsin maddi durumu, gəliri, ödəmə qaiməsinə əməl etməsi kimi bir neçə əhəmiyyətli cəhətlərə əsaslanır. Ümumiyyətlə, bir şəxsdən əldə olunan qazancın faiz nisbəti onun sabit gəlirinə görə 5%, 4% və ya 3,75 nisbətində hesablanır. Bu yolla avtomobil almaq halaldır yoxsa haram? Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Əgər borc verən tərəfin məqsədi şirkətindən müəyyən avtomobili satın alıb sonra isə əldə edəcəyi gəliri ümumi qiymətdən hesab edərək kreditlə satmaqdırsa, bu işin heç bir maneəsi yoxdur. Bəli, ödəmə gecikdikdə cərimə tətbiq etmək icazəli deyil. Əgər şirkət sahibləri avtomobili birbaşa müştəriyə satsa, lakin qiymət borc verən təşkilata ödənilsə və onlar da öz növbəsində müştəridən müəyyən faiz nisbətində gəlir götürərsə, haramdır.

Sual: Dövlət qeydiyyat qanunlarını pozduqları üçün bəzi vətəndaşların mülkiyyətində olan motosiklet və avtomobil kimi texno avadanlıqları müsadirə edir. Müəyyən zaman keçdikdən sonra isə müsadirə olunmuş texno avadanlıqları hərraca çıxardaraq satışını təşkil edir. Həmin əmlakın sahibinin razılığı olmadan onları almağın hökmü nədir?

Cavab: Əgər alış-veriş həmin əmlakın şəriət baxımından qanuni sahibi ilə dövlət arasında bağlanmış aşkar və ya gizli müqavilə əsasında olarsa, belə ki, gömrükdə toplanıb qalmış əmlakın sahibləri müəyyən olunmuş müddətdə öz əmlaklarını aparmayacaqları təqdirdə həmin əmlakın dövlət tərəfindən satışa çıxarılacağı barədə müqavilə şərti olarsa, alış-veriş doğrudur. Əks təqdirdə isə, alış-veriş üçün əmlakın əsil sahibinə müraciət etmək vacibdir.

Sual: Parçanı çəki ilə alıb dirsəklə (bir dirsək 46,5 sm) satmaq olarmı? Yaxud meyvəni çəki ilə alıb ədədlə satmaq olarmı?

Cavab: Əgər topdan alışı çəki ilə alınması və pərakəndə satış zamanı isə ölçü və ya ədədlə satılması qəbul olunmuş ümumi qaydaya əsaslanırsa, icazəlidir.

Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu?

Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və heyvanların kölgələndiyi sidr ağacı nəzərdə tutulduğu qeyd olunmuşdur. İbn Əsirin “ən-Nihayə” əsərində belə qeyd olunmuşdur: “Elm əhli sidr ağacının kəsilməsinin mubah olmasına icma etmişlər”.

Sual: Gül kollarını kəsmək icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Avam insanlar xurma və sidr ağaclarını kəsməyin haram və ya məkruh olmasını deyirlər. Bu sözün şəriətdə həqiqəti varmı?

Cavab: İcazəlidir və məkruh deyil.

Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi?

Cavab: Qeyd olunan diyəni gümüş ilə ödənilmsi yetərlidir. Baxmayaraq ki, diyənin qızıl ilə də ödənilməsi icazəlidir. Şəriət dəlillərindən əldə olunan nəticəyə əsasən insanın diyəsi dinarla (qızıl sikkə ilə) ölçülmüşdür. Seyrəfi misqalı 4,64 qrama qızıla bərabərdir.

Sual: Müayinəyə gəlmiş hamilə qadını həkim ulturasəs müayinəsi üçün başqa həkimə yönəltmişdir. Ultrasəs müayinəsi aparan həkimin rəyinə əsasən, uşaq ana bətnində ölmüşdür. Buna əsasən də, uşaq saldırılmışdır. Lakin uşağın saldırılmasından sonra ana bətnində əkiz uşaqlar olduğu, birinin ölü, digərinin isə diri olduğu məlum olmuşdur. Ultrasəs müayinəsi aparan həkimin rəyinə əsasən, uşaq saldırıldığına görə həmin həkimin hökmü nədir?

Cavab: Sualda qeyd olunduğu kimi uşağın ölümü ultrasəs müayinəsinə rəhbərlik edən həkimin rəyinə istinad edildiyi üçün uşağın diyəsi onun öhdəsindədir.

Az su

Sual: Az su nəyə deyilir?

Cavab: Yerdən qaynamayan və kür su miqdarından az olan suya “az su” – deyilir.

Sual: Az su necə nəcis olur?

Cavab: Az su nəcis bir şeyin üzərinə axarsa və ya nəcis bir şey az suya toxunarsa, nəcis olar. Lakin az su yuxarıdan təzyiqlə nəcis bir şeyin üzərinə axarsa, necis şeyə toxunan hissə nəcis, yuxarıda olan hissə isə pakdır. 

Sual: Nəcasəti aradan aparmaq üçün nəcis olan bir şeyin üzərinə tökülən və ondan ayrılan az su nəcisdirmi?

Cavab: Nəcasəti aradan aparmaq üçün nəcis olan bir şeyin üzərinə tökülən və ondan ayrılan az su nəcisdir.

Sual: Sidik və qaitin məxrəcini yuyan az su, hansı şərtlərlə toxunduğu başqa bir şeyi nəcis etməz?

Cavab: 1. İstifadə olunan suyun nəcasət vasitəsilə dadını, iyini və rəngını dəyişməməsi.

2. Başqa bir nəcasətin ona toxunmaması.

3. Sidik və qaitlə birgə qan kimi başqa bir nəcasətin çölə çıxmaması.

4. Suda qaitin zərrələrinin görünməməsi.

5. Sidik və ya qaitin məxrəcinin kənarına normadan artıq nəcasətin toxunmaması.

Azan

Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır?

Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və iqamənin yetərli olması, mübahisəlidir.

Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir?

Cavab: Yalandan and içmək böyük günahlardandır.

Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi?

Cavab: Sözünün doğru olmasını isbat etməsi üçün insanın, əgər həqiqətəndə sözü doğru olarsa, and içməsi, məkruhdur. Əgər sozü yalan olarsa, and içməsi, haramdır.

Sual: Vəsvəsə edən şəxs, and içsə və əməl etməsə, vəzifəsi nədir?

Cavab: Vəsvəsə edən şəxs məsələn, “Allaha and olsun ki, indi namaza başlayacağam”- deyə and içsə və sonra vəsvəsə üzündən namaza başlamasa, başlaya bilməməsi özündən asılı olmadığına görə, kəffarəsi yoxdur.

Sual: İnsanı and içməyə məcbur etsələr, ona kəffarə vacib olarmı?

Cavab: Kəffarə vacib olmaz.

Sual: İnsan unutqanlıq, çarəsizlik və yaxud qəflət üzündən andına əməl etməsə, ona kəffarə vermək vacib olarmı?

Cavab: Kəffarə vacib deyildir.

Sual: Qadın ərinin icazəsi olmadan and içərsə, əri arvadının andını poza bilərmi?

Cavab: Bəli, poza bilər.

Sual: Uşaq atasından icazəsiz and içərsə, atası onun andını poza bilərmi?

Cavab: Bəli, poza bilər.

Sual: Ər arvadının and içməsini qadağan etsə və arvad da buna baxmayaraq and içsə, andı düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Ata, övladının and içməsini qadağan etsə və övlad da buna baxmayaraq and içsə, andı düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Mümkün olmayan bir iş üçün and içmək olarmı?

Cavab: And içilən iş, görülməsi mümkün iş olmalıdır. Həmin iş and içərkən qeyri-mümkün və sonra isə mümkün olsa, kifayətdir.

Sual: Danışa bilən şəxs, andını yazarsa, andı düzgündürmü?

Cavab: Vacib ehtiyata əsasən, ona əməl etməlidir.

Sual: Danışa bilməyən bir şəxs, necə and içə bilər?

Cavab: Yazı şəklində yazıb qəlbindən keçirsə, kifayətdir.

Sual: Dili olmayan bir şəxs, necə and içə bilər?

Cavab: Dili olmayan bir şəxs, işarə ilə and içsə, kifayətdir.

Sual: İnsan mübah olan bir işi etməyə və yaxud tərk etməyə and içərsə, həmin işin hər hansı bir xüsusiyyəti olmalıdırmı?

Cavab: Xalq arasından bu işi etməyin və yaxud tərk etməyin tərcih olunan yaxşı tərəfi olmalıdır. İnsan özünə dünyəvi faydası olan iş üçün and içərsə, andı düzgündür.

Sual: İnsanın tərk etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malık olmalıdır?

Cavab: Həmin iş, vacib və müstəhəb əməllərdən olmamalıdır.

Sual: İnsanın etmək üçün and içdiyi iş, hansı xüsusiyyətə malik olmalıdır?

Cavab: Həmin iş, haram və məkruh əməllərdən olmamalıdır.

Sual: Əsəbi halda içilən and keçərlidirmi?

Cavab: Xeyr, keçərli deyildir.

Sual: İnsan, öz istəyi olmadan and içərsə, bu and düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir. Məcbur edilən şəxsin andı düzgün deyildir.

Sual: Dəlinin andı, düzgündürmü?

Cavab: Xeyr, düzgün deyildir.

Sual: Uşağın andı, düzgündürmü?

Cavab: Xeyr, düzgün deyil.

Sual: And içməyin kəfarəsi nədir?

Cavab: Bir qul azad etmək və ya on fəqiri doyurmaq, yaxud on fəqiri geyindirmək.

Sual: İnsanın bir qul azad etmək, on fəqiri doyurmaq və ya geyindirməyə imkanı olmasa, vəzifəsi nədir?

Cavab: Bunları etməyə imkanı olmasa, üç gün ardıcıl oruc tutmalıdır.

Sual: İnsan siqareti tərk etmək üçün and içib sonradan andını pozarsa, vəzifəsi nədir?

Cavab: Kəffarə verməlidir.

Sual: Mən iki ayrı məsələ barəsində müqəddəslərə (Allah, Quran və başqa müqəddəslərə) and içdim. Lakin şəhvətimə məqlub olub andımı pozdum. Hal-hazırda vəzifəm nədir?

Cavab: Allahdan qeyrisinə içilən andların təsiri yoxdur. Lakin Allaha edilən andın pozulmasının şəri hökmü; on fəqirin hər birinə 750 qram yemək (buğda və çörək kimi) ilə doyurmaqdır.

Sual: Qurana üç dəfə yalandan içilən andın kəffarəsi nədir və kimə verilməlidir?

Cavab: Bu and üçün kəffarə yoxdur.

Sual: Əhd və andın kəffarəsini miskinlərdən qeyrisinə vermək olarmı?

Cavab: Xeyr, bu kimi işlərin kəffarəsi fəqirlərə və miskinlərə verilməlidir.

Allahın adları

Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik.

Cavab: Bu kağız parçalarını zibilliyə atmaq hörmətsizlik sayıldığına görə, caiz deyildir. Amma bəzi kimyəvi maddələrlə də olsa, həmin yazını silməyin, təmiz bir yerdə basdırmağın və kiçik hissələrə ayırmağın problemi yoxdur.

86 -dən səhifə 93