admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Can verən müsəlman üçün nə edilməlidir?

Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir.

Sual: Meyit qüslü verilməyən ölünü necə uzandırmaq lazımdır?

Cavab: Meyit qüslü verilməyən ölünü arxasıüstə qibləyə doğru uzandırmaq daha yaxşıdır.

Sual: Qüslü verildikdən sonra meyiti necə uzandırmaq lazımdır?

Cavab: Qüslü verildikdən sonra meyiti, “meyit namazı” qılındığı şəkildə uzandırmaq daha yaxşıdır.

Sual: Can verən şəxsi üzü qibləyə uzandırmaq vacibdirmi?

Cavab: Can verən şəxsi üzü qibləyə uzandırmaq, hər müsəlman üçün ehtiaytən vacibdir.

Sual: Can verən şəxsin, üzünü qibləyə çevirməmizdən razı olub-olmadığından əmin olmasaq, qəyyumundan icazə almalıyıqmı?

Cavab: Bəli.

Sual: “Kəlmeyi-şəhadət”-i can verən şəxsə təlqin etmək vacibdirmi?

Cavab: Müstəhəbdir.

Sual: Can verən şəxsə, on iki imamın(ə) adlarını təlqin etmək vacibdirmi?

Cavab: Müstəhəbdir.

Sual: Can verən şəxsə, başqa haqq inancları təlqin etmək vacibdirmi?

Cavab: Müstəhəbdir.

Sual: Çətinliklə can verən şəxs üçün nə etmək lazımdır?

Cavab: Çətinliklə can verən şəxsi, ona əziyyət olmasa, namaz qıldığı otağa aparmaq müstəhəbdir.

Sual: Can verən şəxsin rahat olması üçün nə etmək lazımdır?

Cavab: Başının üzərində Yasin, Saffat və Əhzab surələrini, Ayətəl-kürsini, Əraf surəsinin 54 - cü ayəsini, Bəqərə surəsinin son üç ayəsini və Quran-kərimdən mümkün olan miqdarda oxumaq, müstəhəbdir.

Sual: Can verən şəxsi, tək-tənha buraxmaq haramdırmı?

Cavab: Xeyr, məkruhdur.

Sual: Can verən şəxsin sinəsinə ağır əşya qoymağın, onun yanında cənabətli şəxsin və yaxud heyzli qadının olmasının hökmü nədir?

Cavab: Məkruhdur.

Sual: Bəzən can verən şəxsin yanında çox danışırlar. Bu, nə dərəcədə doğrudur?

Cavab: Məkruhdur.

Camaat namazı

Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi?

Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.

Sual: “Cəfər – Təyyar” namazı necə qılınır?

Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) deyilir. Rukuda, rukunun zikri deyildikdən sonar on dəfə “Təsbihati-ərbəə” oxunur. Rukudan qalxıb səcdəyə getməmişdən əvvəl qiyam halında yenə də on dəfə “Təsbihati-ərbəə” deyilir. Sonra iki səcdədə onun zikrindən sonar, iki səcdə arasında və iki səcdədən sonra ayağa qalxmamışdan əvvəl on dəfə eyni zikr oxunur. Digər rəkətlər də eyni şəkildə qılınır.

Cənabət

Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir?

Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır.

Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da bulaşan mayenin hökmü nədir?

Cavab: Nəcisdir və cənabətə səbəb olar. Həmçinin vacib ehtiyata əsasən, zövq halına çatmamışdan əvvəl və ardınca zövq halına çatdıqdan sonra gələn əlavə maye də, eyni hökmü daşıyır.

Sual: Mazaqlaşarkən və yaxud ehtiraslı fikirlər üzündən qadından gələn rütubətin hökmü nədir?

Cavab: Təmizdir, qüsul vacib etməz və dəstəmazı da pozmaz.

Sual: Xəstə insan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə, hökmü nədir?

Cavab: Xəstə insanda, rütubətin atıcılıqla xaric olması və xaric olduqdan sonra bədənin süstləşməsi mühüm deyildir. Belə ki, maye ehtirasla xaric olarsa, sperma hökmündədir.

Sual: İnsan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə, hökmü nədir?

Cavab: İnsan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə; əgər ehtiras və atıcılıqla xaric olarsa, xaric olduqdan sonra isə bədəndə süstlük yaranarsa, həmin maye sperma hökmünü daşıyır. Xarıx olan rütubətdə bu üç xüsusiyyətdən heç biri və yaxud biri olmasa, sperma hökmündə deyildir.

Sual: İnsan neçə yolla cənabətli olur?

Cavab: 1. Cinsi əlaqədə olmaq.

2. İnsandan, istər yuxuda olsun, istər oyaq halda, istər az olsun, istər çox, istər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari olsun, spermanın xarıc olması. 

Sual: İnsan yuxudan oyandıqdan sonra paltarında nəmlik müşahidə edir. Bu nəmliyin məni olub olmadığını bilməsə, onun hökmü nədir? Ümumiyyətlə yuxuda möhtəlim olan şəxs üçün üç əlaməti (atıcılıq, süstlük və şəhvəti) müəyyən etmək mümkün deyildir. Yuxuda möhtəlim olan şəxs, cənabətli olub-olmadığını necə müəyyən etməlidir?

Cavab: Əgər sperma olduğunu bilirsinizsə cənabət qüslü vacibdir. Şəkk olan halda əgər sperma əlamətləri (xəstə olmayan insanda spermanın əlamətləri şəhvət, təzyiqlə çölə gəlmək və ondan sonra bədənin süstlüyüdür) onda olmasa, qüsl vacib deyil. Belə bir halda yuxu ya da ayıqlıq arasında heç bir fərq yoxdur.

Cümə namazı

Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir?

Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir.

Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni anda namaza başlayarsa, hökmü nədir?

Cavab: Bu halda, hər ikisi batildir.

Sual: Qılınan iki cümə namazı arasındakı uzaqlıq məsafəsi nə qədər olmalıdır?

Cavab: Bir fərsəxdən az olmamalıdır.

Sual: Məmum cümə namazının ikinci rəkətinin rukusunda imama qoşularsa, bu namazla kifayətlənə bilərmi?

Cavab: Vacib ehtiyata əsasən, , bu namazla kifayətlənə bilməz və zöhr namazını da qılmalıdır.

Sual: Məmum ikinci rəkətin rukusunda əvvəl camaata qoşulub qalan bir rəkəti özü qılarsa, cümə namazı doğrudurmu?

Cavab: Doğrudur.

Sual: Cümə namazı fərdi qılınarsa, doğrudurmu?

Cavab: Fərdi qılınarsa, doğru deyildir.

Sual: Cümə namazı neçə rəkətdir?

Cavab: Cümə namazı iki rəkətdir.

Sual: Cümə namazını qılarsam, zöhr namazını da qılmalıyammı?

Cavab: Cümə namazı vacibi-təxyiridir. Cümə namazını qıldıqdan sonra zöhr namazını qılmağa ehtiyac yoxdur.

Sual: Cümə namazının vaxtı nə zamandır?

Cavab: Cümə namazının vaxtı, günəşin zəvalı ilə başlayır.

Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı?

Cavab: Olar.

Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü?

Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha həmd-səna və təqvanı tövsiyə etmək kimi xütbənin başqa hissələrini isə ərəb dilindən qeyri dildə də demək olar. Eləcə də, cümə namazında iştirak edənlərin əksəriyyəti ərəb dilini bilməyənlərdirsə, ərəb dilində tələffüz edilən “Allaha təqvalı olmaq”, ehtiyata əsasən, onların anladıqları dildə deyilməlidir.

Sual: Cümə namazında iştirak etmək vacibdirmi?

Cavab: Əgər cümə namazı bu namazın şərtlərini özündə cəm edən bir məmləkətdə qılınarsa, bu namazı İmam (ə) və ya onu təmsil edən bir adam qılarsa, təyinə görə, iştirak etmək vacibdir. Qeyrisi qılarsa, iştirak etmək vacib deyildir. Əksinə, əvvəl vaxtında olmuş olsa da belə, zöhr namazının qılınmasına icazə verilir.

Sual: Qadının cümə namazında iştirak etməsi vacibdirmi?

Cavab: Qadına, namazını tam qılmış olan səfərdəki şəxsə, xəstəyə, kora, yaşlı insana, cümə namazı qılınan məkanla arasında iki fərsəxdən (təqribən 11 km.) artıq məsafə olan şəxsə, yağış və ya şiddətli soyuq, yaxud da bunlara bənzər hallar səbəbindən (cümə namazına getməsində) çətinliyi olan şəxsə cümə namazında iştirak etmək vacib deyildir. Sadalanan bütün bunların — öncəki məsələdə açıqlaması keçmiş və gərəkməsi təyinə əsasən vacib olan — cümə namazında iştirak etmələri vacib deyildir.

Sual: Cümə namazının vaxtı nə zamandır?

Cavab: Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Cümə namazını bu vaxtda qılmayan şəxsə zöhr namazını qılması lazımdır.

Sual: Namazda qəflətə düşərək “Tovhid” surəsini oxusam və sonra da bu surəni “Cümə” surəsi və başqası ilə əvəz etmək istərsəm, buna icazə verilmi?

Cavab: Namaz qılan şəxs cümə günündə, yalnız namazının birinci rəkətində “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumağı niyyət edərsə və niyyətini unudaraq “Tovhid” surəsini oxuduğu halda oxuduğunu niyyət etdiyi surə ilə əvəz edə bilər. Ehtiyat lazım (namaz qılan şəxsin) cümə günü bilərəkdən başladığı “Tovhid” və “Kafirun” surələrini əvəz etməməsidir.

Sual: Özündən sonra zöhr namazının (vaxtının) müəyyən olunması üçün cümə namazının vaxtı nə zaman başlayır və nə zaman bitir?

Cavab: Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Əgər bir şəxs namazı bu vaxtadək gecikdirsə, (cümə) namazı düzgün sayılmaz və qoy, zöhr namazını qılsın! Bəli, namazı batmağa ilk meyl etdiyi vaxta bir neçə dəqiqə miqdarında yubadarsa, qəbahət olmaz.

Sual: Cümə namazı zöhr namazına qarşılıq verirmi (yerini verirmi)?

Cavab: Möhtərəm Seyyid (Allah onu hifz etsin!) bütün şərtləri ilə düzgün qılınan cümə namazının zöhr namazına qarşılıq verdiyini hesab edir.

Sual: Hal-hazırda bəzi dövlətlərdə qılınan cümə namazlarının hökmü nədir?

Cavab: İmam və camaat olmaqla, əgər, bütün şərtləri ilə qılınırsa, mükəlləf şəxs onu qılmaq ilə zöhr namazını qılmaq arasında seçim etmək haqqına malikdir.

Sual: Cümə namazında oxunması müstəhəbb olan surələr hansılardır?

Cavab: Cümə gününün zöhr və əsr namazlarının birinci rəkətdə “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumaq müstəhəbbdir. Bunlar cümə gününün sübh namazında da müstəhəbbdir. Yaxud, sübh namazının ikinci rəkətində “Tovhid” oxunsun.

Sual: Cümə namazına imamlıq etmək üçün (bir şəxsə) şərtləri özündə cəm edən fəqihinin təsdiqi şərtdirmi?

Cavab: Xeyr, şərt deyildir.

Sual: Namazın (cümə namazının) tam sayılması üçün cümə xütbəsində iştirak etmək vacibdirmi?

Cavab: Vacib deyildir.

Sual: Seyyid Xoyinin (Allah ona rəhmət etsin!) rəyinə əsasən, əgər, cümə namazı qılınarsa, ehtiyata əsasən, iştirak etmək vacibdir. Bu, bir fətvadır, yoxsa, ələm və daha ələmlərə müraciət edilməsinə icazə verilən vacib ehtiyatdır?

Cavab: Vacib ehtiyatdır.

Sual: Əgər cümə namazında onlara (Əhli-sünnəyə) iqtida olunarsa, bu namazdan sonra zöhrün qılınması gərəkirmi?

Cavab: Bəli, gərəkir.

Sual: (Namazların nizamla qılınması üçün) təyin olunmuş imama sıxıntı verməmək qaydasına əsasən, eyni məntəqədə əhatəsində daha öncədən mövcud olan, yaşca böyük olan və elmi səviyyəsi də üstün olan namazları nizamla qıldıran imam-camaatların olduğu halda dini elm tələbəsinin cümə namazını qılmasına icazə verilirmi?

Cavab: Əgər onun cümə namazını qılacağı məkan onların namaz qıldıqları yerdə olmazsa, sıxıntı da olmaz, bunda bir irad da olmaz!

Sual: Cümə gününün zöhr namazını evdə tək qılmaq istəsəm, ilk iki rəkətin qiraətinin səsli olmasının hökmü nə olacaqdır?

Cavab: Cümə gününün zöhr namazının ilk iki rəkətinin səslə deyilməsi müstəhədddir.

Sual: Birinin digərindən bir asılılığı olmayan, aralarında heç bir rabitə və əlaqələri mövcud olmayan, adları fədqli olan, idari və təhlükəsizlik bölmələri və coğrafi bölgüləri ayrı olan iki qəsəbə vardır. Belə ki, hər qəsəbənin — aralarında nə bir əlaqə, nə də ki, rabitə olan — öz bələdiyyəsi, icra qurumu, polisi, təhlükəsizlik və inzibati orqanları vardır. Hər qəsəbənin də bir məscidi vardır. Bu məscidlərdən birində cümə namazı qılınır. Bu iki məscid arasında birbaşa hava, yaxud da atəş xətti məsafəsinin tam dəqiqliklə dörd kilometr iki yüz metr olduğunu bildiyimiz halda digər məsciddə cümə namazının qılınması düzgündürmü?

Cavab: İki məscid arasındakı ən qısa yetişmə yolu təqribən  beş kilometr yarıma (5.5 km) çatmırsa, eyni gündə bu məscidlərdə cümə namazlarının qılınması düzgün deyildir. Bu məscidlərdən birinin bir qəsəbədə, digərinin isə ondan müstəqil olan digər qəsəbədə yerləşməsinin dəxaləti yoxdur. Allah (ən yaxşı) biləndir.

Sual: Cümə namazının qılınması üçün müəyyən say şərtdirmi?

Cavab: Cümə namazı qılacaq camaat üçün müəyyən say şərtdir. Bu, biri imam olmaqla beşdir. Biri imam olmaqla beş müsəlman cəm olmadan cümə namazı düzgün deyildir.

Cənabət

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı?

Cavab:

1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir.

2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, hətta bir qapıdan girib digərindən çıxmaqla bu iki məscidin içindən keçmək.

3. Bir şey götürmək məqsədi ilə olsa da, məscidlərdə və vacib ehtiyata əsasən, imamların hərəmində dayanmaq. Lakin bir qapıdan girib digərindən çıxmaq şərti ilə oradan keçmək olar. Həmçinin vacib ehtiyata əsasən, kənardan məscidə daxil olmadan və ya içindən keçərərk məscidə bir əşya qoymaq.

4. Vacib səcdə ayəsi olan surələrdən bir ayə belə oxumaq. Vacib səcdə ayəsi olan surələr bunlardır: Səcdə surəsi, Nəcm surəsi, Fussilət surəsi və Ələq surəsi.

Sual: Cənabətli olduğumu yalnız namaz qıldıqdan sonra bildim. Qıldığım namaz düzgündürmü?

Cavab: Namaz batildir. Qüsl edib namazı yenidən qılmaq vacibdir.

Sual: Cənabətli olmuşam və (qüsl üçün) su yoxdur. Nə etməliyəm?

Cavab: Əgər vaxt dar olarsa və su tapacağına ümidsiz olarsansa, namaz üçün təyəmmüm etməlisən.

Sual: Cənabətli şəxs murdar hesab olunurmu? Belə ki, rütubətlə bir şeyə toxunarsa, həmin şey murdar olarmı?

Cavab: Murdar deyil.

Sual: Spermaya oxşayan və damcı halında ifraz olan mayenin hökmü nədir?

Cavab: Spermadan başqa kişidən ifraz olunan spermaya bənzər bütün mayelər pakdır və dəstəmazı pozmaz. Sperma isə dəstəmazı pozar və qüslün vacibliyinə səbəb olar. Spermanın üç əlaməti var: sıçrayışla ifraz olunar, ehtiras və şəhvət hiss olunar, ifraz olduqdan sonra isə bədəndə süstlük yaranar. Əgər bu üç xüsusiyyət olarsa, ifraz olunan maye spermadır.

Sual: Yaxınlıq olmadığı halda qadına cənabət qüslü nə vaxt vacib olur?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən, orqazmdan əvvəl də çıxan maye çox olarsa, eyni hökmü daşıyır.  Sadəcə ehtiras hiss etdiyi vaxt qadından xaric olan rütubət isə heç nəyə səbəb olmur.

Sual: Öhdəsində cənabət qüslü olan şəxsin məscidə daxil olması icazəlidirmi?

Cavab: Məscidul-haram və Məscidun-nəbi istisna olmaqla digər məscidlərdə bir qapıdan daxil olub digərindən çıxmaq şərti ilə keçmək icazəlidir.

Sual: Qadın cinsi yaxınlıqdan öncə ondan bir miqdar maye xaric olub. Yaxınlıq olmadan, yəni kişinin aləti daxil olmadan qadın orqazm olarsa, ondan xaric olan mayenin hökmü nədir?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən, orqazmdan əvvəl də çıxan maye çox olarsa, eyni hökmü daşıyır. 

Sual: Cənabətli şəxsə hansı əməllər məkruhdur?

Cavab: Fəqihlər cənabətli şəxsə aşağıdakı əməllərin məkruh olmasını qeyd etmişlər:

Dəstəmaz almadan və ya qüsl vermədən, yaxud da əlləri yuyb məzməzə edərək (ağız boşluğunu yumaq) üzü yumadan əvvəl bir şey yemək və içmək. Yalnız əllər yumaqla məkruhluğun müəyyən mərtəbəsi aradan gedər.

Vacib səcdə ayəsi olmayan surələrdən 7 ayədən artıq oxumaq. Müstəhəb ehtiyata əsasən, cunub olduğu müddətdə Qurani-kərimdən heç bir şey oxumasın.

Qurani-kərimin yazı olmayan hissəsinə toxunmaq.

Dəstəmaz almadan və ya qüsl əvəzinə təyəmmüm etmədən əvvəl cənabətli halda yatmaq. (Burada təyəmmüm cənabətli halda yatmağın məkruhluğunu aradan aparılması üçündür).

Sual: Cənabət nə vaxt baş verir?

Cavab: Cənabət iki halda baş verir:

1. Kişidən normal  yerdən (sidik kanalı ilə) spermanın xaric olması. Həmçinin əgər başqa bir yerdən təbii olaraq xaric olarsa, hökm belədir. Əks təqdirdə, vacib ehtiyata əsasən, kiçik hədəsli olarsa (dəstəmazsız), həm dəstəmaz, həm də qüsl yerinə yetirməlidir. Zahirə əsasən, sperma olması şübhəli olarsa, sidik vasitəsi ilə istibradan əvvəl ifraz olunan maye sperma hökmündədir. Lakin digər halda şübhəli maye üç xüsusiyyəti (şəhvət, sıçrayış və süstlük) özündə ehtiva edərsə, sperma hökmünü daşıyır. Əks təqdirdə isə, sperma olmasına hökm verilməz.  Qadına gəlincə, ondan sperma ifraz olunmasa da, adətən orqazm olduqda ifraz olunan maye sperma hökmündədir. Amma azacıq ehtiras zamanı ifraz olunan və yalnız fərci rütubətləndirən az maye qüslü vacib etməz.

2. Qadınla ön və ya arxa tərəfdən cinsi əlaqədə olmaq – sperma ifraz olunmasa belə – kişi və qadının hər ikisinə qüslün vacib olmasına səbəb olur. Vacib ehtiyata əsasən, qadından qeyrisi ilə cinsi əlaqədə olarsa, hər iki tərəf qüsl yerinə yetirməli və dəstamazılı deyillərsə, həm də dəstamaz almalıdırlar. Amma dəstəmaz alıblarsa, təkcə qüsl yetərlidir.

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardır?

Cavab:

1. Ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın  Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir.

2. Qurani-kərimin xəttinə toxunmaq.

3. Məscidlərə daxil olmaq. Lakin bir qapıdan girib digərindən çıxmaq şərti ilə oradan keçmək olar.

4. Məscidlərdə dayanmaq.                 

5. Məscidlərə bir əşya qoymaq. Vacib ehtiyata əsasən, hətta içindən keçərərk və ya kənardan məscidə daxil olmadan belə, məscidə bir əşya qoymaq haramdır.

6. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, hətta bir qapıdan girib digərindən çıxmaqla bu iki məscidin içindən keçmək.

7. Vacib səcdə ayəsini oxumaq. Vacib səcdə ayəsi oxuyarkən səcdə edilməsi vacib olan ayələrdir. Vacib ehtiyata əsasən, vacib səcdə ayəsi olan surələrdən heç bir ayə oxumasın. Vacib səcdə ayələri olan surələr  bunlardır: Səcdə surəsi, Nəcm surəsi, Fussilət surəsi və Ələq surəsi.

Sual: Haram yolla cunub olan şəxsin təri murdardırmı?

Cavab: Haram yolla cunub olan şəxsin təri pakdır və onunla (həmin tərə bulaşmış paltar və ya bədənlə) namaz qılmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən, zina, livat və heyizli qadınla yaxınlıq kimi haram olması sabitdirsə, həmin tərdən çəkinmək lazımdır. Amma cinsi əlaqənin haramlığı Ramazan ayında oruclu halda yaxınlıq etməyin haram olması kimi başqa səbəbə görə olarsa – hətta haram olduğunu bilmədiyi və ya unutduğu halda cunub olarsa belə – onun tərinin pak olmasında və həmin tərlə namaz qılmağın icazəli olmasında heç bir maneə yoxdur.

Sual: Az miqdarda, həmçinin, heç bir şəhvət və süstlük olmadan ifraz olunan mayenin hökmü nədir?

Cavab: Pakdır.

Sual: Mən bilmirdim ki, cunub olanda qüsl vermək vacibdir. Bu hökmü bilmirdim. Mənim namaz və orucumun hökmü nədir?

Cavab: Əmin olduğun sayda namaz və orucun qəzasını yerinə yetirmək vacibdir.

Sual: Qadından ifraz olunan hər bir mayə qüslü vacib edirmi?

Cavab: Qadın orqazma çatdığı vaxt ondan xaric olan maye murdardır və cənabət qüslünü vacib edir. Həmçinin vacib ehtiyata əsasən orqazmdan əvvəl də çıxan maye çox olarsa, onun hökmü belədir.  Sadəcə ehtiras hiss etdiyi vaxt qadından xaric olan rütubətə gəlincə isə, istər oyaq halda, istərsə də yuxuda xaric olarsa, qüslü vacib etmir.

Sual: Cənabətli olan şəxsin rütubətlə təmas etdiyi hər bir şey murdar olurmu?

Cavab: Heç bir şey murdar olmur.

Sual: Cinsi əlaqə vaxtı tərlədikdə murdarın təmas etmdəyi bilindiyi halda belə, bütün paltarlarım murdar olurmu? Cənabətli olduğum vaxt xörək və ya başqa bir şeyə toxunmağım icazəlidirmi?

Cavab: Murdar olmur. Qurani-kərimin xəttinə və vacib ehtiyata əsasən, Allah-təalanın adından başqa hər şeyə toxunmaq icazəlidir.

Sual: Cənabətli şəxs namaz qıldıqdan sonra şəkk etsə ki, cənabət qüslü verib ya yox nə etməlidir? Əgər şəkk namaz əsnasında baş verərsə nə etməlidir?

Cavab: Əgər namazdan sonra şəkk edərsə, namazını düzgün hesab edəcək. Əgər vaxt varsa, vaxt çıxmamış şəkk yaranarsa və namazdan sonra dəstəmazı pozan hallardan biri baş verərsə, ehtiyata əsasən namazı yenidən qılmalıdır. Lakin məsciddə dayanmaq kimi cənabətdən pak olmaq şərti olan əməllər üçün qüsl yerinə yetirməlidir. Həmçinin qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş verməyibsə paklıq tələb olunan əməl üçün qüsl almalıdır. Əgər qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş veribsə, qüsllə yanaşı dəstəmaz da almaq lazımdır. Əgər cümə qüslü kimi bir qüslü yerinə yetirməyə və ya namazdan sonra yenidən cənəbat qüslünü almağa mükəlləf olduğuna əmin olaraq qüsl edərsə, əlavə dəstəmaz almağa ehtiyac yoxdur. Qüsldən əvvəl dəstəmazı pozan bir əməl baş versə də, qüsllə kifayətlənməlidir.

Əgər namaz əsnasında belə şəkk yaranarsa, ehtiyata əsasən, namaz batildir.

Sual: Əgər bir iki damcı sperma ifraz olunarsa və şəhvət hissi davam edərsə bu hal cənabət hesab olunurmu və qüslü vacib edirmi?

Cavab: Bəli qüsl vacibdir.

Sual: Cənabətli şəxsin müqəddəs hərəmlərə daxil olması icazəlidirmi? Bu yerlərin hökmləri məscidlərin hökmlərinə aid edilirmi?

Cavab: Məsumların (ə) müqəddəs hərəmlərin hökmləri vacib ehtiyata əsasən, məscidlərin hökmlərinə aid edilir. Lakin həmin yerlərin dəhlizləri məsciddən hesab olunması sübut olunmadıqda – necə ki, bəzilərində subut olunmuşdur – bu hökmə aid deyil. Həmçinin hərəmlərin səhnləri bu hökmü daşımır, lakin aid edilməsi müstəhəb ehtiyatdır.

Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir.  Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay müəyyən məbləğ cərimə ödəməlidir. Yaxud ola bilsin ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verəcəyinə söz verir, lakin bu şərtlə ki, ev sahibi iş müddətində onu inşaat materialları ilə təmin etsin. Əgər ev sahibi bu şərtə əməl etməkdə gecikərsə, tikinti mühəndisi ona müəyyən məbləğdə cərimə təyin edəcək. Bir il tamam olduqdan sonra yaşayış binası tamamlanmır. Gecikməyə səbəb ev sahibidir. Tikinti mühəndisi – gecikmə müddəti istər uzun olsun, istərsə də qısa –  onun üçün aylıq və ya bir dəfəyə ödəniləcək cərimə təyin edir. Hər iki halda əlavə məbləği almaq olarmı? Məlumdur ki, onların hər ikisi müqavilədə bu şərtə razı olmuşlar.

Cavab: Hər iki surətdə əlavə məbləği almaq icazəlidir.

Sual: Müsəman evinin hörmətinin aradan getməsinin, əşirətlərin ifadəsi ilə desək, müsəlman evinə ailənin qorxusuna səbəb olacaq silahlı və ya qeyri silahla basqın etməyin diyəsi (qan bahası olaraq ödəniləcək məbləğ) nə qədərdir?

Cavab: Bu kimi hallarda şəriət hakiminə müraciət edilməlidir. Şəriət hakimi cinayət sübuta yetdikdən sonra müəyyən cərimə və ya uyğun bildiyi hər hansı cəza təyin edə bilər. Hər iki tərəfin (iddiaçı və müttəhimin) aralarında müəyyən məbləğ müqabilində sülh etmələrinin maneəsi yoxdur.

82 -dən səhifə 93