admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Cümə axşamı - 10 mübarək Ramazan ayı 1437 h.q ili, 16 iyun 2016 cı il - Moskva şəhərində ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistaninin tövsiyəsilə, möminlərin anası xanım Xədicənin (ə) anım mərasimi keçirilib. Məclisdə Moskva şəhərində fəaliyyət göstərən müxtəlif dini icma mənsubu olan yüzlərlə inanclı, din alimləri və tanınmış simalar iştirak edib. Məclisə Qurani-kərimin tilavəti ilə açılış verilib. Sonra Seyid Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Hüccətül-İslam Şeyx Məhəmmədəli Mosuli və bölgədə fəaliyyət göstərən din alimləri Xədicə (ə) xanımın həyatı barədə söhbətlər etmişlər. Məclisin sonunda hamı xanım Xədicənin (ə) süfrəsində iftar etmiş, İslam və müsəlmanlar, xüsusən də, böyük İslam alimləri üçün dualar etmişlər.

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ayətullah-Uzma Seyid Əli Sistani cənablarının nəzərinə əsasən, sabah (06 iyul 2016) çərşənbə günü İraq, İran, qonşu ərəb dövlətləri, Hindistan, Pakistan, Əfqanıstan, İndoneziya, Avstraliya və Afrika üçün mübarək Fitr bayramıdır. Amma Şimali Asiya, Çin, Rusiya, Azərbaycan və Avropa dövlətləri üçün bayram (07 iyul 2016) cümə axşamına təsadüf edəcək. Allah-təala bütün müsəlmanlara xeyr və bərəkət bəxş etsin!

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Azərbaycanda bəzi internet portallarının Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə Fitr bayranının 06 iyul 2016 cı ilə təsadüf edəcəyi ilə bağlı əvvəlcədən yaydıqları məlumatı qətiyyətlə təkzib və bu məlumatı yayanları isə təqvalı olmağa dəvət edir. Nümayəndəlik əziz mömin bacı və qardaşalrın nəzərinə çatdırır ki, Şəvval ayının hilalının sabit olması hər bir ölkənin üfüqündə ayın müşahidə olunması ilə gerçəkləşəcək. Allah müvəffəq edəndir.

29 Ramazan ayı 1437 h.q ili

05 İyul 2016 

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Hüccətül-İslam Şeyx Məhəmmədəli Mosuli Şərqi Assur Kilsəsinin idarə heyatinin başçısı Semano Ata, Yepiskop Mar İshaq Yusif və Yepiskop Dehuku Moskva şəhərində yeləşən nümayəndəliyin baş ofisində bu gün ikindi vaxtı (15 Məhərrəm 1438 – 17 Oktyabr 2016) qəbul edib. Görüş əsnasında İraqda baş vermiş son hadisələr, xüsusilə də Mosulun azad edilməsi barəsində söhbət açılmışdır. Tərəflər İraq ərazisinin və xalqının vəhdət və bölünməzliyinin qorunub hifz olunmasında ali mərcəiyyətin rolunu, Seyid cənablarının müxtəlif din və məzhəblərlə, ələl-xüsus İraqda yaşayan xristian etnik azlıqların hüquqlarının müdafiə olunmasına ciddi əhəmiyyət verdiyini vurğulamışlar.

Eyni zamanda söhbət əsnasında həzrət Məhəmməd (s) peyğəmbərin dövründə qurulmuş ilk İslam dövləti dönəmindən bu günə qədər müsəlmanlar və xristianlar arasında münasibətlərin müsbət səviyyədə davam etdirildiyi qeyd olunmuşdur.

Moskva şəhərində həzrət Peyğəmbərin (s) hicrət etməsinin və İmam Əlinin (ə) misilsiz fədakarlığının anım mərasimi keçirildi

Ali məqamlı mərcə-təqlid müctəhid Seyid Əli Sistani cənablarının göstərişi əsasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində həzrət Məhəmməd (s) peyğəmbərin mübarək hicrətinin və İmam Əlinin (ə) misilsiz fədakarlıq edərək onun yerində yatmasının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Məclisdə açılış olaraq Ayətullah Sistaninin Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Hüccətül-İslam Şeyx Məhəmmədəli Mosuli çıxış edərək hadisənin əhəmiyyəti barəsində danışıb. Daha sonra mərcə-təqlid müctəhid Seyid Əli Xameneyi cənablarının Rusiya Federasiyası üzrə nümayəndəsi Hüccətül-İslam Şeyx Əkbər Cəddi, Rusiya Əhli-Beyt (ə) cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov, Hüccətül-İslam Şeyx Asif Baqirzadə və Hüccətül-İslam Seyid Rəşid Talıbov hadisənin əzəməti ilə bağlı çıxışlar etmişlər. Sonda hamı İslam alimləri və müsəlmanlar üçün dualar etmişlər.

Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın!

Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc tutmalarına səbəb olmaqdan qorxmurmu? Möhtərəm Seyidin ayı görmək məsələsində ehtiyat etməsi daha yaxşı olmazmı ki, camaat da başqa müctəhidlərin fətvasına əməl edə və bununla da möminlərin üzləşdiyi çıxılmaz vəziyyət aradan qalxa, eyni ailədə ikitirəlik baş verməyə? Belə ki, yaşlılar Seyid Xoyiyə, onların övladları isə möhtərəm Seyidə təqlid edirlər və indi biz ataların bayram etdiyini, övladların isə oruc tutduğunu görürük. Çox sağ olun!

Allahın adı ilə

1. Hansı dünya səviyyəli şayədən danışırsınız? Güman ki, siz, cümə axşamı günü ayın göründüyünü bəyan edən əksər müctəhidlərin bu məsələdə, eyni üfüq amilinə əsaslanaraq, ayın Avstraliya və Afrikada görünməsinə etimad etdiklərini bilmirsiniz. Onların bəziləri ayın teleskopla görünməsinin yetərli olduğunu, bəziləri də şəriət hakimi tərəfindən ayın görünməsilə bağlı verilən hökmün etibarlı sayıldığını əsas götürürlər. Hörmətli Seyid isə (kölgəsi üstümüzdən əskik olmasın!), bunların heç birini əsas bilmir.

Ola bilsin sənin xəbərin yoxdur ki, Əhsada, Qətifdə (Səudiyyə Ərəbistanının şiələr yaşayan vilayətləri), Küveytdə, İraqda və regionun sair bölgələrində, aralarında ayın doğduğu yeri dəqiq bilənlərin də olduğu, yüzlərlə insan cümə axşamı gecəsi yaxınlaşdırıcı cihazlarla ayı görməyə çalışsa da, bu onlara müyəssər olmamışdır. Lakin bununla yanaşı, aralarında adil və inanılmış insanların da olduğu deyilən, digər şəxslər də ayı gördüklərini iddia etmiş və regionun bəzi vəkilləri (müctəhidlər tərəfindən oraya təyin edilmiş nümayəndələr) də onlara etimad göstərmişlər. Bu isə, (ayın göründüyünü) təsdiqləyən və inkar edən şəhadətlər arasında ziddiyyət baş verdiyi üçün, möhtərəm Seyidin istinad etdiyi əsaslarla uyğunlaşmır. Belə ki, bu xüsusda İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuş bir səhih hədisdə o Həzrət belə buyurmuşdur: ”Onu (ayı) bir nəfər gördükdə, yüz nəfər də görər, yüz nəfər gördükdə isə min nəfər də görər”.

2. Güman ki, siz, bayram günü oruc tutmağın haramlığının zati deyil, təşrii haramlıq olduğunu bilmirsiniz, yəni həmin gün, onun bayram olduğunu bilməyən şəxs oruc tutduqda real olaraq haram iş görmüş olmur. Amma Ramazan ayından sayılan bir gündə orucu pozmağın haramlığı məsələsində bunun əksidir. Belə ki, hər hansı bir şəxs səhvən Ramazan ayının sonuncu gününü bayram hesab edərək oruc tutmasa, belə düşünməkdə üzrlü sayıldığı təqdirdə, cəzaya layiq olmasa da, real olaraq haram iş görmüş olar.

3. Müctəhidlərin hicri-qəməri ayının başlanması xüsusunda müəyyən etdikləri əsaslardakı fərqliliyə görə bu ayların əvvəlində ixtilafın yaranması qaçılmazdır və buna görə də hər bir mükəlləf öz təqlid etdiyi müctəhidin rəyinə uyğun əməl etməlidir. Belə olduqda heç bir çətinlik və xoşagəlməz hallar meydana çıxmaz və ata bayram etdiyi halda, oğulun oruc tutmasının da heç bir eybi yoxdur, çünki hərə öz müctəhidinin fətvasına uyğun əməl edir.

4. Hörmətli Seyid (kölgəsi üstümüzdən əskik olmasın!) ayı görmək məsələsində yalnız dəlillərin tələb etdiyi qədər ehtiyat edir və o, fətva verməyin də, ehtiyat etməyin də məqamını (vaxtını və yerini) daha yaxşı bilir. Əgər sizin ürəyinizdən istəyinizə uyğun fətva verən və ehtiyat edən birinə təqlid etmək keçirsə, onda möhtərəm Seyiddən qeyrisinə təqlid edin.

 

88 -dən səhifə 93