admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: İslam şəriətində əsas haram edilmiş əməllər hansılardır?

Cavab: İslam şəriətində əsas haram edilmiş əməllər aşağıdakılardır:

1. Allah təalanın rəhmət və mərhəmətindən ümidsiz olmaq.

2. İnsanın özünü, Allahın günahkarlara vəd verdiyi əzabdan amanda hiss etməsi.

3. Hicrət etdikdən sonra geri dönmək. Yəni, müsəlmanın, haqq olan inancının, yaxud dininin zəiflədiyi və ya müqəddəs şəriətin ona vacib etdiyi əməlləri icra edə, ya da haram buyurduğu işlərdən çəkinə bilməyəcəyi ölkəyə köçməsi.

4. Zalımlara yardım edib onlara arxalanmaq və həmçinin onlar tərəfindən mənsəb qəbul etmək. Amma onlar tərəfindən verilən mənsəb şəriət tərəfindən qəbul olunandırsa və onun həmin mənsəbi qəbul etməsi müsəlmanların mənafeyinə uyğundursa, bu hal istisnadır.

5. Müsəlmanı və qanı toxunulmaz olan şəxsi qətlə yetirmək. Həmçinin qeyd olunan şəxslərə vurmaq və yaralamaq kimi zor tətbiq etmək də eyni hökmü daşıyır. Ruh daxil olmamış dölü, hətta laxtalanmış qan, yaxud ət parçası formasında olsa belə, saldırmaq haramdır.

6. Möminin qeybətini etmək. Yəni, möminin hazır olmadığı məkanda insanların bilmədiyi eybini – istər intiqam almaq məqsədilə olsun, istərsə də başqa məqsədlə olsun – qeyd etmək.

7. Mömini söymək, lənətləmək, təhqir və lağ etmək, qorxutmaq, sirrini ifşa etmək, onun səhvlərini axtarmaq və xüsusilə yoxsul olduğu üçün onu alçaltmaq.

8. Möminə böhtan atmaq. Yəni, onda olmayan nöqsanı ona nisbət vermək.

9. Möminlər arasında ayrılıq salmaq məqsədilə, söz gəzdirmək.

10. Lazim ehtiyata əsasən, üç gündən artıq müsəlmanla əlaqəni kəsmək.

11. İffətli kişi və qadına iftira atmaq. Yəni, onları, heç bir şahid olmadan zina kimi əxlaqsız əməllərdə ittiham etmək.

12. Müsəlmanı – istər keyfiyyətsiz malı keyfiyyətli malın içərisində gizlətməklə olsun, istər tələb olunmayan malı tələb olunan mal adı ilə təqdim etməklə olsun, istərsə də başqa formada olsun – alış-veriş kimi qarşılıqlı iş anlaşmalarında aldatmaq.

13. Söyüş söymək. Yəni, söylənilməsi bəyənilməyən eyib sözlər danışmaq.

14. Müsəlmanlar və hətta qeyri-müsəlmanlara qarşı vəfasız və xəyanətkar olmaq.

15. Sözdə və əməldə özünü biruzə verəcək tərzdə başqasına həsəd aparmaq. Amma həsəd bundan qeyri formada olarsa, məzəmmət olunan xüsusiyyət sayılsa belə, haram deyil. Lakin qibtə etməyin maneəsi yoxdur. Qibtə etməyin mənası isə, insanın başqalarına verilən nemətin onlardan alınmasını istəməmək şərtilə, ona da bəxş edilməsini təmənni etməkdir.

16. Zina, homoseksuallıq, lezbiyanlıq və istimna (ononozm) etmək, həmçinin ər-arvad münasibətlərinin xaricində ehtirasla baxmaq, toxunmaq və hətta dinləmək kimi cinsi ləzzətlərdən istifadə etmək.

17. Aradüzəldənlik etmək. Yəni, iki nəfərin zina, homoseksuallıq, lezbiyanlıq kimi haram olan yaxınlıq etmələri üçün vasitəçilik etmək.

18. Dəyyusluq etmək. Yəni, kişinin arvadını əxlaqsızlıq etməsini görüb susması və onun qarşısını almaması.

19. Lazim ehtiyata əsasən, kişinin özünü qadına və qadının da özünü kişiyə oxşatması. Yəni, onlardan birinin özünü digərinin formasına salıb onun kimi bəzənməsi.

20. Kişinin təbii ipək geyinib qızıl (ziynət əşyaları) taxması. Lazim ehtiyata əsasən, kişi qızıl ilə bəzənməyi tərk etməlidir.

21. Elm və dəlil-sübut olmadan danışmaq.

22. Başqa insanlara zərər yetirməsə belə, yalan danışmaq. Yalanın ən şiddətli forması isə, yalandan şahidlik etmək, yalandan and içmək və Allahın nazil etdiyindən qeyrisi ilə fətva verməkdir.

23. Lazim ehtiyata əsasən, verilən vədəyə əməl etməmək. Vədə verilərkən ona əməl etməməyi əvvəlcədən qarşıya məqsəd qoymaq haramdır. Hətta, lazim ehtiyata əsasən, ailəyə vədə verib sonra ona əməl etməmək də eyni hökmü daşıyır.

24. Alış-veriş və borc vasitəsilə sələmli gəlir əldə etmək. Həmçinin onu sələmli gəlir əldə edən şəxs üçün almaq və bu məqsədlə vermək haramdır. Sələm müqaviləsini qeydə almaq və onun üçün şahid dayanmaq da haramdır.

25. Şərab və digər əstedici və maye halında olan içkilər içmək haramdır. Pivə və qaynayarkən üçdə ikisi buxarlanmayan üzüm suyunu buna misal çəkmək olar.

26. Donuz ətini, əti haram olan heyvanların ətini və qeyri-şəri yolla ölmüş heyvanın (leşin) ətini yemək haramdır.

27. Təkəbbürlülük və lovğalıq etmək. Yəni, insanın özünü heç bir gərəkən məziyyət olmadan başqalarından böyük və üstün hesab etməsi.

28. Qohumlarla əlaqəni kəsmək haramdır. Yəni, onlara yaxşılıq etməyi tərk etmək haramdır.

29. Aq valideyn olmaq. Yəni, övladın valideynlərinə, onların övlada etdikləri yaxşılıqları danmaq sayılacaq şəkildə, pislik etməsi. Həmçinin övladın valideynlərinə, onların şəfqətindən doğan əziyyətlərinə səbəb olacaq tərzdə müxalif olması da, haramdır.

30. İsraf və bədxərclik etmək. İsrafın mənası, lazım olan miqdardan artıq malı sərf etmək, bədxərcliyin mənası isə, malı lazım olmayan yerlərə sərf etməkdir.

31. Tərəzi, çəki və bu kimi işlərdə aldatmaq. Yəni, tərəzi, çəki, say və bu kimi işlərdə gərəkən haqqı tamamlamamaq.

32. Müsəlmanın və onun hökmündə olan şəxsin malından, onun istək və razılığı olmadan istifadə etmək haramdır.

33. Müsəlman və onun hökmündə olan şəxsin malına, canına və namusuna zərər yetirmək haramdır.

34. Cadugərlik etmək, onu öyrətmək, öyrənmək və bu yolla pul qazanmaq haramdır.

35. Faıçılıq etmək, bu yolla pul qazanmaq, falçıya müraciət etmək və onun dediklərini təsdiqləmək.

36. Məhkəmədə rüşvət vermək. Belə ki, məhkəmə qərarı doğru olduğu təqdirdə, (onu dəyişmək məqsədilə) rüşvət vermək və almaq haramdır. Amma zalım tərəfindən tapdanmaqda olan haqqı bərpa etmək məqsədilə rüşvət verməyin maneəsi yoxdur, baxmayaraq ki, zalıma həmin rüşvəti alması, haramdır.

37. Musiqi (ğina). Musiqi (ğina) ritmləri üzərində Quran, dua və zikrləri oxumaq da haramdır. Lazim ehtiyata əsasən, əyləncə məzmunlu olmayan sözləri də musiqi (ğina) ritmləri ilə oxumaq, haramdır.

38. Çalğı alətlərindən istifadə etmək. Misal olaraq dəf və nağara kimi zərb alətlərini, tütək kimi nəfəsli alətləri və tar kimi simli alətləri qeyd etmək olar. Belə ki, həmin alətlərdən istifadə edib əyləncə və çalğı məclislərinə uyğun musiqi səsləndirmək haramdır.

39. Qumar oynamaq. Qumar, istər şahmat, nərd və domino kimi qumar oynamaq üçün nəzərdə tutulmuş alətlərlə olsun, istərsə də başqa vasitələrlə, haramdır. Həmçinin qumarda girov götürmək də haramdır. Şahmat və nərdi girov olmadan belə oynamaq haramdır. Lazim ehtiyata əsasən, şahmat və nərdən başqa qumar alətlərləri ilə girov olmadan oynamaq da, haramdır.

40. İtaət və ibadətlərdə riyakarlıq və şöhrətpərəstlik etmək.

41. İnsanın özünü qətlə yetirməsi. Həmçinin insanın əlini kəsməsi kimi bədəninin əsas üzvlərini aradan aparması, yaxud ayağını iflic etməsi kimi bədən üzvünün funksiyasını dayandırması kimi özünə nəzərə çarpacaq zərər yetirməsi, haramdır.

42. İnsanın özünü alçaltması. Misal olaraq insanın, ona eyib və nöqsan gətirəcək bir libas geyinməsi nəticəsində alçalma halını qeyd etmək olar.

43. Müəyyən bir iş üçün şahid gətirilən şəxsdən bir müddət sonra həmin işlə bağlı şahidlik etməsi tələb olunduğu halda, onun şahidliyini gizlətməsi haramdır. Hətta, onun məzlumun zalımdan seçilib ayrıldığı bir vəziyyətə başqası tərəfindən şahid gətirilmədən öz şahidliyini gizlətməsi, haramdır. Belə ki, insanın, məzlumun qələbə çalması üçün şahidliyini gizlətməsi, haramdır.

Sual: İnsana, yeməsi haram olam qidalar hansılardır?

Cavab: İnsana, nəzərə çarpacaq dərəcədə zərərli olan qidaları yeməsi – istər həmin qidalar ölümcül olsun, istərsə də onun bəzi bədən üzvlərinin, yaxud hiss üzvlərinin funksiyasını iflic etmiş olsun – haramdır. Eyni zamanda qeyd olunanlara, ağıl sahiblərinin nəzərində əhəmiyyətli dərəcədə ehtimal verilərsə, – istər bu ehtimal qorxu yaradacaq tərzdə olsun, istərsə də gec olsa belə, zərəri gercəkləşdirsin – yenə də, insanın həmin qidaları yeməsi haramdır.

Auksion

Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif olmamaq və əmlakın qiymətinin yüksəldilməməsi üçün ondan 10000 ABŞ dolları məbləğində pul istəyir. Məlumunuz olsun ki, torpaq sahəsinin auksionda ikin qiyməti 28000 ABŞ dolları təyin olunmuşdur. Torpaq sahəsinin 85%-ə sahib olan şəxs məcburiyyət qarşısında onun təklifini qəbul etməsi icazəlidirmi? Məlumunuz olsun ki, o, auksionda daha çox ödəyəcəyindən qorxaraq bu məbləği ona vermişdir. Həmin üçüncü şəxsin bu məbləği alması icazəlidirmi? Məlumdur ki, o, torpaq ərazisini almaq fikrində deyil, sadəcə olaraq qarət yolu ilə pul əldə etmək istəyir.

Cavab: Əgər birinci şərikin pulu ona verməsi digər şəriklərə zərər etmirsə, belə ki, həmin tərəfin auksiondan çəkilməsi nəticəsində müştərək olan əmlak öz dəyərindən ucuz satılacağı təqdirdə ona pul verməsi icazəli deyil. Əks təqdirdə isə, auksionda iştirak etmək haqqından imtina etməsi müqabilində ona pul ödəməyin heç bir maneəsi yoxdur. Bəli, əgər məqsədi əmlak almaq deyilsə, belə ki, auksionda qiyməti yüksəldib sonra almaqdan imtina edib kənara çəkiləcəksə, formal şəkildə auksionda iştirak etməmək üçün birinci şərikdən alacağı pula haqqı çatmır. Lakin pul verən şəxs heç bir günah daşımır. 

Təvəssül

Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir?

Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha tez qəbul olunar. Allahın hikmətli kitabında da günahkar şəxsə bağışlanmaq diləməsi üçün həzrət Peyğəmbərin (s) yanına getməsi tövsiyyə edilmişdir. “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (Nisa-64) Əlbəttə ki, Allahın dua zamanı vasitəçi təqdim etməyə əsla ehtiyacı yoxdur. Bu yalnız Onun saleh qullarına sonsuz hikməti ilə verdiyi dəyərin göstəricisidir.

Söz gəzdirmək

Suаl: Söz gəzdirmək nədir?

Cаvаb: Söz gəzdirmək iki nəfərin аrаsını vurmаq və fəsаd yаrаtmаq üçün birindən digərinə söz nəql еtməkdir.

Suаl: Söz gəzdirmək böyük günаhdırmı?

Cаvаb: Möminlərin аrаsını vurmаq məqsədilə söz gəzdirmək böyük günаhlаrdаn hеsаb оlunur.

Suаl: Söz gəzdirən insаnlаrа nə nəsihət еdirsiniz?

Cаvаb: Qеybət хаtırlаnаndа mömin insаnın zеhnində İslаmın hаrаm еtdiyi, cəmiyyəti pаrçаlаnmаdаn qоrumаq üçün həddindən аrtıq pislədiyi bаşqа bir məfhum dа  yаrаnır. Bu, söz gəzdirməkdir. Söz gəzdirmək, məsələn, birinə «filаnkəs sənin bаrəndə bеlə sözlər dеdi» dеyrək möminlərin аrаsındаkı sаf əlаqəni çirkləndirmək və yа оnlаrın аrаsındаkı ədаvəti dаhа dа dərinləşdirməkdir. Pеyğəmbərin (s) bеlə buyurduğu nəql оlunmuşdur: «İçərinizdə şərr оlаnlаrı söyləyimmi?» Səhаbələr: «Bəli, yа Rəsulullаh!» dеdilər. Pеyğəmbər (s): «İnsаnlаr аrаsındа söz gəzdirənlər və dоstlаrı bir-birindən аyırаnlаr», -dеyə buyurdu. İmаm Məhəmməd Bаqir (ə) buyurub: «Cənnət qеybət еdənlərə və söz gəzdirnələrə hаrаmdır». İmаm Cəfər Sаdiq (ə) buyurub: «Qаn tökən, аrаq içən və söz gəzdirən Cənnətə girməyəcək».

Sual: Namazda səcdə surələrini oxumaq icazəlidirmi?

Cavab: Namazda səcdə surələrini oxumaq, icazəlidir. Əgər bir şəxs namazda səcdə surəsini oxuyub (səcdəsi vacib olan ayəyə) yetirşərsə, səcdə etməlidir. Səcdə etdiyi zaman, ehtiyata əsasən, namazı batil olar. Vacib namazın əsnasında səcdə ayəsini eşidərsə, ehtiyata əsasən, (namazı əsnasında başı ilə) səcdəyə işarə edibnamazı bitirdikdən sonra səcdə etməlidir. Onu dinləmədən eşitdiyi təqdirdə, (ona səcdə etmək) vacib olmaz. Lakin səcdə ayəsini oxuyan şəxsin arxasında namaz qılarsa, bu halda ona (imama) tabe olmaq məqsədilə səcdə etməsi vacibdir. Belə ki, imam səcdə etməsə belə, o, həm səcdə etməli, həm də başı ilə səcdəyə işarə etməlidir.

Sual: Quran oxuyarkən səcdəsi vacib olan ayələrə yetişib səcdə etdikdə hansı zikri demək lazımdır?

Cavab: Vacib deyil. Amma bu zikri demək müstəhəbdir: “La ilahə illəllahu həqqən həqqən, la ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.”

Sual: Səcdəsi vacib olan ayələrə nəzər salaraq tələffüz etmədən oxuyan şəxsə, səcdə etməsi vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Maqnitafon və yaxud radiodan səcdə ayələrini dinləyən şəxsə, səcdə etməsi vacibdirmi?

Cavab: Vacib deyil. Amma radio vasitəsilə canlı yayımlanarsa, vacibdir.

Sual: Quran oxuyarkən bəzən səhifənin sağ, yaxud sol tərəfində “səcdə” sözünün yazıldığını görürük. Həmin səcdə necə icra olunur? Onu namazın səcdəsi kimi yerinə yetirmək lazımdır?

Cavab: Quran-kərimdə səcdəsi vacib, yaxud müstəhəb olan ayələr var. Həmin səcdənin yeri səhifədə ayənin qarşısında göstərilir. Səcdə ilə işarələnmiş ayə oxunduğu zaman həm onu oxuyan, həm də dinləyən şəxs səcdə etməlidir. Səcdəsi vacib olan ayələr dörd surədədir: 1) “Səcdə” surəsinin 15-ci ayəsi, 2) “Fussilət” surəsinin 37-ci ayəsi, 3) “Nəcm” surəsinin 62-ci ayəsi, 4) “Ələq” surəsinin 19-cu ayəsi.

Qeyd olunan surələrə “səcdə” surələri deyilir. Həmin surələrdə qeyd olunan səcdə ayələrini oxuyan və dinləyən şəxs, namazda etdiyi səcdə kimi səcdə etməlidir. Səcdədə isə bu zikri söyləməsi müstəhəbdir: “Bismillahi və billahi, səcədtu lillahi ya Rəbbi xaşi`ən, xazi`ən, zəlilən və səlli ələn-nəbiyyi (səlləllahu əleyhi və alihi).”

Sual: Maqnitofan vasitəsilə oxunan vacib səcdə ayəsini eşidərsək, səcdə etmək bizə vacib olurmu?

Cavab: Vacib olmaz.

Sual: Maqnitafon, yaxud radio və ya televizor vasitəsilə səcdə ayəsi eşidilərsə, səcdə etmək vacib olarmı?

Cavab: Canlı yayım olmadığı təqdirdə, vacib olmaz.

Sual: Quran oxunarkən səcdə ayəsi eşidilərsə, səcdədə nə deyilməlidir?

Cavab: Bu halda yalnız səcdə etmək yetərlidir. Səcdə ayəsində zikr demək müstəhəbdir. Qeyd olunan müstəhəb əməlin yerinə yetməsi üçün istənilən zikri söyləmək kifayətdir. Amma aşağıdakı zikri demək daha yaxşı olar: “La ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.”

Sual: Mən səcdəsi vacib olan ayəni eşitdim, amma elə bir yerdə idim ki, səcdə edə bilmədim. Belə olan halda, evə gəldikdən sonra səcdə etməyim icazəlidirmi?

Cavab: Səcdəsi vacib olan ayələri oxuyan, yaxud onu birbaşa dinləyən şəxsə, səcdə etməsi vacibdir. Amma maqnitafondan və yaxud radioda canlı olmayan yayımdan eşidərsə, səcdə etməsi vacib olmaz. Səcdə ayəsini oxuduqda, yaxud eşitdikdə səcdəni dərhal icra etmək vacibdir və onu gecikdirmək icazəli deyil. Lakin dərhal səcdə etmək mümkün olmasa, onu işarə ilə icra edib, imkan olan zaman səcdə etməlidir.

Sual: Səcdəsi vacib olan ayəni oxusaq, yaxud dinləsək necə səcdə etməliyik? Həmin səcdəni icra edərkən paklıq (dəstəmazlı və yaxud qüsllü olmaq) və üzü qibləyə olmaq vacibdirmi?

Cavab: Ehtiyata əsasən, alnını üzərinə səcdə etməsi düzgün olan əşyanın üzərinə qoyarsa, kifayət edər. Həmin səcdəni icra edərkən paklıq, üzü qibləyə olmaq və hətta, zikr demək vacib deyil. Amma səcdədə bu zikri demək müstəhəbdir: “Bismillahi və billahi, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”

Sual: Əgər iş yerində Quran tilavət etdiyim zaman səcdə ayəsini də oxusam və həmin an səcdə edə bilməsəm belə, səcdə etmək vacib olurmu, yoxsa evə döndükdən sonra səcdənin qəzasını yerinə yetirə bilərəm? Səcdəyə yalnız (baş ilə) işarə etmək kifayət edərmi? Səcdəsi vacib olan ayələrin yer aldığı surələr hansılardır?

Cavab: Səcdə etməsi vacibdir. Əgər səcdəni icra edə bilməyəcəksə, ayəni oxumasın. Ayə oxunduğu təqdirdə, səcdəyə (baş ilə) işarə etmək, imkan olduqdan sonra isə səcdəni yerinə yetirmək vacibdir. Səcdəsi vacib olan ayələrin yer aldığı surələr bunlardır: “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq”.

Sual: Səcdəsi vacib olan surələr hansılardır? Həmin surələr nə üçün belə adlandırılıb və onların xüsusiyyətləri nədir?

Cavab: Səcdəsi vacib olan surələr bunlardır: “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq”. Onlarda səcdəsi vacib olar ayələr yer aldığı üçün onlara səcdə surələri deyilir. Qeyd olunan dörd surədəki səcdə ayələrini oxuyarkən, yaxud dinləyərkən səcdə etmək vacib olur. Öhdəsində heyz və yaxud cənabət qüslü olan şəxsin həmin dörd surənin səcdə ayələrini oxuması, icazəli deyil. Hətta bəzi fəqihlərin nəzərinə görə, öhdəsində qeyd olunan qüsllərdən biri olan şəxsin, səcdəsi vacib olan surədən bir ayə belə oxuması, icazəli deyil.

Sual: Cənabət halında olan şəxs, səcdə surəsini qəlb paklığı ilə oxuya bilərmi?

Cavab: İcazəli deyil.

Səcdə ayəsi

Sual: Səcdə ayəsində vacib olan əməl hansıdır və o, necə icra olunmalıdır?

Cavab: Səcdə ayəsini yerinə yetirərkən niyyət etmək lazımdır. Amma onun icrasını təkbirlə (Allahu əkbər ilə) başlamağa, həmçinin təşəhhüd və salamları deməyə ehtiyac yoxdur. Bəli, səcdədən qalxan zaman təkbir demək müstəhəbdir və hətta, həmin təkbiri tərk etməmək ehtiyat müstəhəbdir. Səcdənin icrasında kiçik və böyük hədəsdən pak olmaq, üzü qibləyə oturmaq, səcdə yerinin və libasın pak olması şərt deyil. Hətta səcdə ayəsini qəsb olunmuş libasla icra etmək düzgündür. Amma səcdənin icra ediləcəyi məkan və alının qoyulduğu yer və onun hökmündə olan hər bir şey, vacib ehtiyata əsasən, mübah olmalıdır (qəsbi olmamalıdır). Müstəhəb ehtiyata əsasən, səcdəni icra edərkən yeddi səcdə üzvü yerə toxunsun, səcdə olunan yerlə ayağın baş barmaqları  və dizlər arasında dörd bağlı barmaqdan artıq məsafə fərqli olmasın. Namazın səcdəsində deyilməsi vacib olan zikri, səcdə ayəsində söyləmək müstəhəbdir.

Səcdə ayəsində zikr demək müstəhəbdir. Qeyd olunan müstəhəb əməlin yerinə yetməsi üçün istənilən zikri söyləmək kifayətdir. Amma aşağıdakı zikri demək daha yaxşı olar: “Səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən la mustəkbirən ən ibadətikə və la mustənkifən və la mustə`zimən, bəl ənə əbdun zəlilun xa-ifun mustəcir.” Yaxud bu zikri desin: “La ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.” Yaxud bu zikri desin: “İlahi amənna bima kəfəru, və ərəfna minkə ma ənkəru, və əcəbnakə ila ma də`əu, İlahi fəl-əfvu əl-əfvu.” Yaxud həzrət Peyğəmbərin (s) “Ələq” surəsinin səcdə ayəsində oxuduğu bu zikri desin: “Əuzu birizakə min səxətikə və bimuafatikə ən uqubətikə, əuzu bikə minkə, la uhsiyə səna-un əleykə, əntə kəma əsneytə əla nəfsikə.”

Sual: Səcdə ayəsinin xüsusi zikri varmı?

Cavab: Səcdə ayəsinin icrasında bu zikri söyləmək müstəhəbdir: “La ilahə illəllahu həqqən həqqən, la ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən.”

Sual: Adətən sirkə şərabdan hazırlanır. Belə ki, o, ilkin mərhələdə şərab olur və sonra fabrikdə onu (xüsusi emal nəticəsində) sirkəyə çevirirlər. Məhz buna görə də, onun üzərinə, arpa və digər məhsullardan alınma sirkələrdən seçilməsi üçün “şərab sirkəsi”- yazılır. Ərzaq mağazalarında da həmin sirkələri, spirtli içkilərə qarışmasın deyə, sirkələr üçün ayrılmış rəflərə düzülür. Həmçinin həmin sirkələr, İraqda istehsal olunan xurma sirkəsindən də seçilmir.

Şərabdan sirkəyə çevrilmiş bu məhsula, şəriətdə mövcud olan “İnqilab” (növün dəyişməsi) qanununa əsasən, sirkə hökmü şamil olurmu?

Cavab: Ürfün nəzərində ona sirkə deyilsə, (sirkənin) hökmü ona şamil olur.

Sual: Mən (ev şəraitində) sirkə hazırlayıram. Sirkəni hazırlayarkən ilk növbədə xurmanın üzərinə su əlavə edib onu xüsusi qabda saxlayıram. Turşuluğun artması üçün həmin məhlula bəhməz də əlavə edirəm. Bu iş, icazəlidirmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Mən bir müddət öncə, tərkibini bilmədən, sirkədən istifadə edirdim. Amma sonra onun tərkibində etanol spirtinin olduğunu öyrəndim. Həmin sirkədən istifadə etməyin hökmü nədir? Etanol spirtini qida məhsullarının tərkibinə vurmağın hökmü nədir?

Cavab: Maneəsi yoxdur.

Sual: Su içməyin müəyyən qaydası varmı?

Cavab: Su içməyin bir neçə qaydası vardır:

- Suyu soraraq içmək

- Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək.

- Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək.

- Suyu üç dəfəyə (qurtumla) içmək.

- Suyu rəğbətlə və ləzzət alaraq içmək.

- Su içdikdən sonra İmam Hüseyni (ə) və onun əhli-beytini (ə) xatırlamaq və qatillərinə lənət demək.

- Çox su içməmək.

- Gecə vaxtı ayaqüstə olduğu halda su içməmək.

- Bardağın çat və qulp olan yerindən su içməmək.

- Yağlı yeməkdən sonra birbaşa su içməmək.

- Sol əllə su içməmək. 

19 -dən səhifə 93