admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Suаl: Fəqihlər bizə ələm (daha elmli) müctəhidə təqlid еtməyin vаcib оlduğunu dеyirlər. Ətrаfımızdа оlаn din хаdimlərindən ələm müctəhid kimdir dеyə sоruşduqdа аydın və qəti cаvаb əldə еtmirik ki, (ələm müctəhidə) təqlid еdək və rаhаt оlаq. Səbəbini sоruşduqdа isə bizə bеlə dеyirlər: «Biz хibrə əhli (ələm müctəhidi təyin еtmək səviyyəsində еlmə sаhib оlаn) dеyilik». Sоnrа isə bеlə dеyirlər: «Lаkin bir nеçə хibrə əhlindən sоruşduqdа bizə: «Ələm müctəhidi təyin еtmək üçün ictihаd dərəcəsinə çаtmış fəqihlərin kitаblаrını tədqiq еtmək lаzımdır ki, оnlаrın аrаsındа ələm müctəhidi təyin еdə bilək. Bu isə оlduqcа çətin və uzun bir prоssеsdir. Bizdən bаşqаsındаn sоruşun» –  dеyə cаvаb vеrirlər». Əgər ələm müctəhidi təyin еtmək prоblеmini həll еtmək dini еlmlərin tədqiqаt mərkəzlərində bu qədər çətindirsə, bеlə mərkəzlərdən uzаqdа yеrləşən qərb və аmеrikа ölkələrində bu prоblеm nеcə həll оlunа bilər? Bu kimi ölkələrdə yаşаyаn gənc qız və оğlаnlаrı dini vаcib əməllərinə riаyət еtməyə və hаrаmlаrdаn çəkinməyə qаnе еtdikdən sоnrа «kimə təqlid еtsinlər?» suаlınа yеtişdikdə bu suаlı sоruşurlаr. Lаkin hеç bir cаvаb əldə еdə bilmirlər. Bu prоblеmin həll yоlu vаrmı?

Cаvаb: Əgər bu və yа digər səbəbdən хibrə əhlindən оlаn hər hаnsı bir şəхs ələm müçtəhidi təyin еtməkdən imtinа еdirsə, inаnılmış, bilgilərinə еtibаr еdilən, müхtəlif ölkələrdə mövcud оlаn еlmi hоvzələr və аlimlərlə əlаqəsi оlаn din хаdimlərinin vаsitəsi ilə оnlаrı (ələm müctəhidləri) tаnımаq оlаr. Ələm müctəhidi təyin еtmək çətin məsələ оlsа dа, həll оlunmаz bir prоblеm hеsаb еidilməməlidir.

Sual: Kişinin qadına əl verməsinin hökmü nədir?

Cavab: Caiz deyildir.

Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir?

Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir.

Sual: Kafirə qadına əl vermək haramdırmı?

Cavab: Haramdır.

Sual: Bir qız və ya qadın salam verib (əl uzadıb), İslam baxımından (salama cavab olaraq həmin qız və qadına) əl verməyin hökmü nədir?

Cavab: Haramdır.

Sual: Nişanlı bir qadının – yaxın və ya uzaq qohumlarından – naməhrəm olan bir kişiyə əl verməsinin hökmü nədir?

Cavab: Arada əlcək kimi maneə olmasa, caiz deyildir.

Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi?

Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir.

Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin hökmü nədir?

Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Bu məsələdə, əri razı olsa da, olmasa da hökm eynidir.

Sual: Qadın hamiləliyin qarşısını almaq üçün spiraldan istifadə edə bilərmi?

Cavab: Qadın, sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, hamiləliyin qarşısını almaq üçün spiraldan istifadə edə bilər.

Sual: Qadını hamiləliyinin qarşısını alan spiralı, onun rəhminə kişi həkim qaya bilərmi?

Cavab: Rəhmin daxilinə dərman qoymaq haram baxış və yaxud haram toxunuşa səbəb olarsa, ərindən başqa bir şəxsin bunu etməsi, caiz deyildir. Amma uşağa qalmağın ona ziyan etməsi kimi zərurət halı, istisnadır. Bu hal, rəhmdə formalaşmış spemanın tələf olmasına səbəb olacağını bilmədiyi təqdirdə, caizdir. Əks təqdirdə, ehtiyata əsasən, bu işi tərk etməlidir.

Sual: Qadın bir daha uşağa qalmaması üçün əməliyyat oluna bilərmi?

Cavab: Yumurtalıq kimi orqanın kəsilməsi nəticəsində sağlamlığına ciddi bir zərər vermədiyi halda, qadının əməliyyat yolu ilə bird aha uşağa qalmaması, caizdir. Əlbəttə, əgər əməliyyat haram baxmağa və yaxud haram toxunmağa səbəb olacaqsa, bu işi ərindən başqasının etməsi caiz deyildir. Lakin uşağa qalmasının ona zərəri olması kimi zərurət halı, istisnadır. Qeyd olunan hökm, tamamilə kişiyə də şamildir.

Sual: Sperma formalaşdıqdan sonra qadının onu saldırması caizdirmi?

Cavab: Sperma formalaşdıqdan sonra qadının onu saldırması caiz deyildir. Lakin onu daşıdığı halda, ananın canına zərər vurarsa və hal hazırda da dölə ruh daxil olmayıbsa, caizdir. Lakin dölə ruh daxil olduqdan sonra onu saldırmaq, mütləq şəkildə caiz deyildir. Əgər ana onu saldırarsa, onun diyəsini (qan bahasını) – bunun miqdarı “Diyat” kitabında göstərilmişdir – atasına, yaxud digər varislərinə ödəməlidir. Əgər ata onun saldırılmasına səbəb olarsa, diyəsini anasına ödəməlidir. Dölün düşməsinə, həkim səbəb olarsa, diyəsini həkim ödəməlidir. Əlbəttə, varislər diyəni bağışlasalar, bir şey ödəməsinə ehtiyac olmaz.

Sual: Aşura günü işləmək, haramdırmı?

Cavab: Aşura günü işləmək, məkruhdur.

1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə etməsələr və böyüyüb yetkinlik yaşına çatarsa, özü üçün əqiqə etməsi müstəhəbdir. Əgər hali-həyatında biri üçün əqiqə etməsələr, ölümündən sonra onun adından əqiqə etməyin maneəsi yoxdur.

2. Əqiqə üç heyvandan biri olmalıdır; xırda buynuzlu heyvan – istər qoyun olsun, istərsə keçi – inək və dəvə. Əqiqənin əvəzinə heyvanın qiyməti miqdarında sədəqə vermək kifayət etmir. Lakin əqiqənin əvəzinə müstəhəb qurban kəsmək kifayət edir.

3. Əqiqə heyvanının kök olması müstəhəbdir. Bəzi hədislərdə deyilir ki, “Onun (əqiqə üçün kəsilən heyvanın) ən yaxşısı, kök olanıdır.” Deyilənlərə görə, əqiqə heyvanında qurbanlıq heyvanı üçün nəzərdə tutulmuş şərtlərin mövcud olması, qüsursuz olması, dəvənin beş yaşdan, inək və keçinin iki yaşdan və qoyunun isə yeddi aylıqdan kiçik olmaması müstəhəbdir. Amma bu söz sabit deyildir. Bəzi hədislərdə deyilir: “O (əqiqə), yalnız qoyundur. (Əqiqə olaraq kəsilən qoyunun) əti qurbanlıq kimi deyil. Onu hər şey əvəz edir.”

4. Əqiqə heyvanını doğrayarkən sümüyünü sındırmamaq lazımdır.

5. Əqiqənin ayaq və bud tərəfləri olan hissəsi daxil olmaqla dörddə birini mamaçaya vermək müstəhəbdir. Əqiqəni ət və bişirilmiş xörək kimi paylamaq caizdir. Həmçinin onu bişirib möminlərdən bir neçə nəfəri yemələri üçün dəvət etmək caizdir. Daha yaxşı olar ki, möminlərin sayı on nəfər və ya daha çox olsun, onu yeyib körpə üçün dua etsinlər.

6. Atanın, uşağı saxlamağı öhdəsinə alanın, xüsusilə ananın əqiqədən yeməsi məkruhdur. Ehtiyata əsasən, ananın əqiqədən yeməməsi müstəhəbdir.

Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir?

Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu sözlərlə vəsf etmişdir: ”Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!” (Qələm, 4).

Həzrət Rəsulullah (s) buyurmuşdur: ”Qiyamət günü tərəziyə gözəl əxlaqdan üstün bir şey qoyulmayacaqdır”. Həmçinin, nəql olunur ki, Rəsulullahdan (s): “Hansı möminlər imanda daha üstündür?” – deyə soruşulduqda, o Həzrət cavabında buyurdu: ”Əxlaqı daha gözəl olanlar”.

Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də sözdə və əməldə düzgün olmaları və vədlərinə vafa etmələridir. Allah-təala Öz peyğəmbəri həzrət İsmaili (ə) tərifləyərək buyurmuşdur:”(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi” (Məryəm, 54).

Möhtərəm Peyğəmbərimiz (s) buyurmuşdur: “Kim Allaha və qiyamət gününə inanırsa, verdiyi vədə vəfa etsin!”.

Düzgünlüyün və vədə əməl etməyin əhəmiyyəti bizə, qeyri-müsəlmanlardan bir çoxunun İslama müsəlmanların hərəkətlərinə görə qiymət verdiyini öyrəndiyimiz zaman aydın olur. Öz gözəl hərəkətləri ilə İslamı qeyri-müsəlmanlara gözəl göstərmiş və eləcə də öz pis hərəkətləri ilə İslama pislik etmiş nə çox müsəlmanlar olmuşdur. 

Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir?

Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt namazını qılmalıdır. Lakin məzhəbimizə əsasən, (şam namazının qılınma və iftar) vaxtı əhli-sünnə məzhəbində olduğu kimi Günəş dairəsinin itməsi ilə deyil, şərq tərəfdəki qırmızılığın aradan getməsi ilə baş verir. Bu isə ölkələrə və vaxtlara əsasən, əhli-sünnənin şam azanından 15 dəqiqə və ya daha çox sonra baş verir. Baxmayaraq ki, Günəşin dairəsinin itməsi ilə şərqdəki qırmızılığın da aradan getməsini gözləmək ehtiyata əsaslanır. Hər halda əgər İraqda və ya İordaniyada əhli-sünnənin azan vaxtına əsasən iftar edərsə, (tutduğu orucların) qəzasını yerinə yetirməsi vacibdir. Əgər hökmü bilərək belə edərsə, onun kəffarə də yerinə yetirməsi vacibdir.

Ət satışı

Sual: Mənə vəzifəm şəri qayda ilə kəsilməyən əti bişirmək olan bir restoranda işləməyə icazə verilirmi? Onu da qeyd edim ki, işim, yalnız aşbazlıqla məhdud olduğu üçün müştərilərə yemək təqdim etmirəm.

Cavab: Buna icazə verilir.

Sual: Restoranlarda və ət satışı dükanlarında “Sadya” markalı Braziliyadan gətirilən toyuqlar vardır. Deyilənə görə bu sallaqxananın (heyvan kəsimi yerinin) sahibi müsəlman bir insandır və kəsim əməliyyatı üçün də şəri izn almışdır. Buna dair Sizin rəyiniz nədir?

Cavab: Bu ətlərlə ümumi normalar əsasında davranılır. Şəri qaydalar əsasında kəsilməsinə, yaxud da onları müsəlman bir şəxsin şəri qaydalar əsasında kəsməsinə dair məlumatda arxayınlıq yaranarsa, yeyilməsi halaldır. Əks halda isə yeyilməsinə icazə verilmir.

Sual: Restoranlarda və ət satışı dükanlarında Braziliyadan və digər yerlərdən idxal edilən toyuqlar vardır. Onların qablarının üzərində də İslam qaydalarına görə kəsilmələri yazılmışdır. Bunu yeməyə icazə verilirmi?

Cavab: Bu ətlərlə ümumi normalar əsasında davranılır və halal olmalarına da iki halda hökm verilir:

1. Şəri qaydalar ilə kəsilməsi bilinərsə və ya, buna arxayınlıq yaranarsa;

2. Şəri qayda ilə kəsməyə riayət etməsi ehtimal olunan — bu ehtimal olunmasa belə — müsəlman bir satıcıdan alındıqda və üzərində şəri qayda ilə kəsilmə əlaməti vurulduqda.

Ətlərin mənşə ölkədən gətirilməsindəki vasitəçilərdən biri müsəlman olarsa, hökm eyni olacaqdır və onların üzərindəki yazıya əhəmiyyət verilməyəcəkdir.

Sual: Müsəlman ölkələrindən idxal edilən və üzərində: “İslam qaydalarına əsasən kəsilmişdir.” – cümləsi yazılan toyuğun alışına və satışına icazə verilirmi?

Cavab: Qeyd olunmuş cümlə onun üzərində, istər yazılmış olsun, istərsə də yox, şəriət qaydalarına uyğyn olaraq kəsilməsini bilməsəndə, onu yeyə, sata və ala bilərsən.

Sual: Qeyri-müsəlman ölkələrdən idxal edilən və üzərində: “İslam qaydalarına müvafiq kəsilmişdir” cümləsi yazılan toyuğu yemək, satmaq və almaq olarmı?

Cavab: Onun iddia ilə deyil, həqiqətən də, İslam qaydalarına müvafiq kəsilməsinə arxayın olmadıqca onu yeyə bilməzsən.

Sual: Amerikada restoran satın almaq və orada — özünə halal bilənlər üçün — şəri qaydalara müvafiq olaraq kəsilməyən ət satmaq istəyirəm. Bu barədə mən Sizə sual ünvanlamışdım və cavab buna icazə verilmədiyi olmuşdur. İşin halallılığının olmasına görə (niyyəti dəyişərək) əldə etdiyim pulu “dirçəlməyə görə” və ya “püxtələşmək haqqı” hesab edə bilərəmmi?

Cavab: Bu, ikinci tərəfin də (məsələyə) yanaşmanı eyni qaydada icra etdiyində düzgün olar. Yox əgər (ikinci tərəf) satın almaq niyyətində olarsa, sövdələşən tərəflərin niyyətləri üst-üstə düşməz. Bəli, qeyri-müsəlmandan razılığı ilə əldə olunan pulu xərcləmək olar.

Sual: Qeyri-müsəlman ölkələrdən idxal edilən, xüsusilə də “Sadiya toyuğu” və digərləri kimi bəziləri üzərində bir sıra islami müəssisələrin rəhbərliyi və ya nəzarəti olan, yaxud da bəziləri üzərində “halal”, “İslam qaydalarına əsasən kəsilmişdir” və digər buna bənzər yazılar yazılmış ətlərin satılmasının hökmü nədir?

Cavab: Şəriətə uyğun kəsilməsində şəkk olsa da belə eybi yoxdur. Lakin, ehtiyata əsasən, bu barədə müştəriyə xəbərdarlıq edilməlidir. Ehtimal ki,  o, məsələn, şəriətə müvafiq kəsilməsində şəkki olan ətlərdən yeməyə məhəl qoymayandır və bu xəbərdarlıq ona təsir qoyacaqdır.

Sual: Qoç əti adı ilə satdığı ətin əvəzinə qəssaba dişi qoyun əti verməsinə icazə verilirmi?

Cavab: Qəssaba qoç əti adı ilə satdığı ətin əvəzinə dişi qoyun əti verməsinə icazə verilmir. Əgər belə etmiş olarsa, seçim müştəriyə təsbit edilir. Belə ki, əgər o, əti şəxsi istifadə üçün alıbsa, qoç ətini tələb etməlidir. Satış üçün almışdırsa, (məsuliyyət) bötünlükdə üzərinə düşür. Bunun bənzəri olan digər hallarda da — belə ki, müştəriyə paltarı rəngi getməyən adı ilə satıb, rəngi gedəni verdikdə də — hökm eynidir.

Sual: Ət, piy və onların törəmələrinin satışının hökmü nədir?

Cavab: Şəri qaydalara əsasən kəsildiyi ehtimal olunan heyvanın ətinin, piyinin və onların törəmələrinin satışına icazə verilir.  Buna (şəri qayda ilə kəsməyə) əməl olunmasa, onlardan yemək olmaz! Lazım ehtiyata əsasən, şəri qayda ilə kəsilməyə əməl olunmadıqda bu barədə müştəriyə bildirilməlidir. Şəri qayda ilə kəsildikdə də — ətin bu qayda ilə kəsilib-kəsilmədiyini mühüm saymaması ehtimal olunan — müştəriyə bildirilməlidir ki, bəlkə bu, ona təsir edə.

Aşağıdakı xüsusiyyətlərdən biri mövcud olduqda ət və bu qəbil şeylərə halallıq hökmü şamil edilir:

1. Müsəlman bir kəsin əti yemək üçün təqdim etməsi, dərini geyim və döşənəcək kimi hazırlaması misalı davranışlarıdan heyvanın şəri yolla kəsilməsinin anlaşılması;

2. Ətin, istər müsəlmanın, istərsə də dini mənsubiyyəti bilinməyən bir şəxsin vasitəsilə müsəlman bazarında satılması;

3. Konservləşdirilmiş ət, ayaqqabı və s. kimi dəri məmulatlarının İslam ölkələrində istehsalı.

Sual: Braziliya və digər xarici ölkələrin istehsalı olan və üzərində: “İslam şəriətinə uyğun olaraq kəsilmişdir” – yazılan ət yeməklərinin satışının hökmü nədir?

Cavab: Şəri qayda ilə kəsilməsində şəkk olan xarici ətlərə gəldikdə, onların satılmasının eybi yoxdur. Lakin vəziyyətin müştəriyə bildirilməsi labüddür. Ehtimal ki, (o, ətin necə kəsilməsinə əhəmiyyət vermir və) bu, ona təsir edər (yəni, bunun şəriətin bir tələbi olduğunu xatırlayıb bundan sonra, yalnız halal ət alar).

Sual: Kəsilmiş qoyun ətini üstündə artığını verməklə diri qoyun almaq sövdələşmösi düzgündürmü?

Cavab: Eyni cinsdən olduğu üçün düzgün deyildir və üstündə artığını vermək sələm (riba) sayılır.

Sual: Bazarlarda olan hazır toyuq və xarici ət barəsində cənabınızın rəyini açıqlamasını xahış edirik.

Cavab: Xarici ölkələrdən idxal edilmiş şəri qayda ilə kəsilməyən ətlərin yeyilməsi halal deyildir. Onları vəziyyəti müştəriyə bildirmək şərtilə — bunun ona təsir edəcəyini ehtimal edilərək —satmaq olar.

Sual: Müsəlman bazarlarından Hindistan ətlərini almaq, onları satmaq və ya yemək olarmı?

Cavab: Qeyri-müsəlman ölkələrdən idxal edilmiş və sair kafir insandan alınmış şəri qayda ilə kəsilməsi ehtimal olunan heyvandan əldə olunması ehtimal edilən əti, piyi və dərini — vəziyyəti müştəriyə bildirməklə — satmaq olar. Lakin heyvan şəri qayda ilə kəsilməsə, yaxud onu müsəlmanın kəsməsi kimi sübut olmazsa, ondan yemək olmaz! Müsəlman bir şəxsin əti kafirdən aldığı məlum olarsa, onun ətin şəri qayda ilə kəsilib-kəsilməməsini kafirdən öyrənib arxayın olmadığı təqdirdə, fəqət onun müsəlman olması (ətin müsəlman bir kəsdən alınması) kifayət etməz.

Bəli, müsəlman ölkələrində satış üçün qoyulan ətlərin vəziyyəti və ya mənşə ölkəsi bəlli olmasa, onların şəri qayda ilə kəsilməsinə bir nişanə kimi bazarın müsəlman bazarı olması kifayət edər.

74 -dən səhifə 93