admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Suаl: Dini еtiqаdın zəifliyi dedikdə nə nəzərdə tutulur?

Cаvаb: Fəqihlərin nəzərinə görə, dini еtiqаdın zəifliyi оğurluq, yаlаn dаnışmаq, qеybət еtmək, аrаq içmək və bаşqа hаrаm оlunmuş günаh əməlləri еtmək, yа dа nаmаz qılmаmаq, оruc tutmаmаq, həccə gеtməmək və bаşqа vаcib buyurulmuş əməlləri tərk еtməkdən ibarətdir.

Suаl: ABŞ, Avropa dövlətləri və buna bənzər ölkələrdə yаşаyаn  şəхs, böyüyüb ərsəyə çаtdığı və tərbiyə оlunduğu dini аb-hаvаdаn uzаq оlduğunu hiss еdir. Nə Qurаn səsi еşidilir, nə аzаn səsi ucаlır, nə də ki, müqəddəs ziyаrətgаhlаrın ziyаrəti və оnlаrın mənəvi ruhiyyəsi mövcuddur. Оnun öz ölkəsindəki İslаmi аb-hаvаnı və хеyir əməlləri tərk еdərək bеlə yеrlərdə yаşаmаsı dini baxımdan nöqsan hеsаb оlunurmu?

Cаvаb: (Qеyd оlunаnlаr) həmin ölkələrdə məskunlаşmаğın hаrаm оlmаsınа səbəb оlаcаq nöqsan dеyil. Lakin оlа bilsin ki, dini аb-hаvаdаn uzаqlаşmаq zаmаn kеçdikcə insаndа imаn zəifliyinə gətirib çıхаrаr və bununlа dа insаn bəzi vаcib əməlləri tərk еtməyə və bəzi hаrаm işləri icra еtməyə yüngül yаnаşаr. Əgər mükəlləf şəхs, həmin ölkələrdə məskunlаşmаqlа qеyd оlunаn həddə dininin naqisliyinə gətirib çıхаrаcаğındаn еhtiyаt еdərsə, həmin ölkələrdə məskunlаşmаsı icazəli dеyil.

Suаl: Оlа bilsin ki, ABŞ, Avropa dövlətləri və buna bənzər ölkələrdə məskunlаşаn şəхs еlə hаrаm əməllərə düşür ki, əgər öz müsəlmаn ölkəsində qаlsаydı bеlə hаrаmlаrа düşməzdi. Оrаdаkı аdi həyаt tərzi, о cümlədən mövcud еhtirаs doğuran ab-hava insаnı həttа özündə rəğbət оlmаsа bеlə, bir qayda olaraq hаrаmа dоğru sövq еdir. Dini еtiqаddа yаrаnаn bu nаqislik оrаdа məskunlаşmаğın hаrаm оlmаsınа əsаs sаyılırmı?

Cаvаb: Bəli, hеsаb оlunur (yаlnız isrаr оlmаdаn və hərdən bаş vеrən kiçik günаhlаr istisnа оlmaqlа).

Suаl: Mühаcirət еtmiş şəхs övlаdlаrının dini еtiqаdının nаqisliyindən еhtiyаt еdərsə, qеyri müsəlmаn ölkələrində qаlmаsı hаrаmdırmı?

Cаvаb: Bəli, nеcə ki, özünə nisbətdə də hökm bеlədir.

Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi?

Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır.

Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu yeməyi halal bilənlərə satması halaldırmı?

Cavab: Donuz ətindən qazanc əldə etmək, mütləq şəkildə icazəli deyil.

Sual: Donuz əti satmaq məqsədilə mağazada işləmək icazəlidirmi? Belə ki, müsəlman şəxs işçilərindən birinə müştəriyə donuz əti verməsini əmr edə bilərmi?

Cavab: Donuz ətini, hətta onu yeməyi halal bilənlərə belə, istər birbaşa olsun, istərsə də dolayısı yol ilə satmaq icazəli deyil. Amma donuz ətini, onu yeməyi halal bilənlərə təqdim etmək mübahisəlidir və vacib ehtiyata əsasən, təqdim edilməməlidir.

Sual: Donuz əti satışında işləməyin və qazanc əldə etməyin hökmü nədir?

Cavab: Onun işi donuz ətini təqdim etmək olarsa, bunun müqabilində muzd alması vacib ehtiyata əsasən, haramdır. Amma (pulun) sahibi razı olduğu təqdirdə, o (muzdu alan) pula zamin deyil. (Pul) sahibi kafir olduğu halda, o, pula mütləq şəkildə zamin deyil.

Sual: Donuz kəsilən sallaqxanada işləmək icazəlidirmi?

Cavab: Sualdan belə məlum olur ki, həmin sallaqxanalarda kəsimi birbaşa yerinə yetirməyin hökmü barədə soruşulur. Həmin sallaqxanalarda təmizləyici, qablaşdıran və bu kimi işlərdə işləməyin maneəsi yoxdur. Hətta kəsimi yerinə yetirmək öz-özlüyündə haram deyil. Əgər həmin işin müqabilində pul əldə edərsə, ona “istinqaz” (haqqı bərpa etmə) ünvanı ilə sahiblənə bilər.

Sual: Bir şəxs ət doğranan kombinatda işləyir. Onun doğradığı ətlərin içərisində donuz əti də var. Onun həmin işdə işləməsi icazəlidirmi?

Cavab: Donuz ətini doğramaq öz-özlüyündə haram deyil. Amma həmin iş haramla - donuz ətini yeməklə - nəticələnərsə, gördüyü işin müqabilində zəhmət haqqına layiq olmaz.

Sual: Mən Rumıniyada dondurulmuş toyuq ticarətilə məşğulam. (Bu işdə mənim şərikim var; şəriklik payının 51%- i mənə, 49%- i isə Rumıniya vətəndaşı olan ortağıma məxsusdur.) Biz eyni zamanda donuz əti də satırıq. Bizim Rumıniyada qeyri-müsəlmanlara donuz əti satmağımız icazəlidirmi? Əgər donuz ətini satmaq haram olarsa, bu zaman mən onun alış-verişinə heç bir müdaxilə etmədən mağazanın xaricində yerləşən soyuducuda yerləşdirə bilərəmmi, yaxud onun satışından əldə olunan qazancı götürə bilərəmmi?

Cavab: Sualda qeyd olunduğu halda; onu, hətta yeyilməsini halal bilənlərə belə, satmaq icazəli deyil. Lakin şərik tərəfindən satılaraq əldə olunan qazancdan istifadə etməyin maneəsi yoxdur.

Daimi nikah

Sual: Daimi nikahda olan qadın, ərinin icazəsi olmadan evdən çölə çıxa bilərmi?

Cavab: Daimi nikahda olan qadın, əinin haqlarına zidd olmasa belə, ərindən icazəsiz çölə çıxması haramdır. Lakin zərurət yaranarsa və ya evdə qalması onun üçün çətinlik yaradarsa, yaxud məskəndə qalmaq onun üçün uyğun olmasa, ərindən icazəsiz çölə çıxa bilər.

Dəstəmaz

Sual: Dəstəmazda vacib olan yerlər hansılardır?

Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir.

Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi?

Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma şiddətli soyuq, oğru, yırtıcı heyvan təhlükəsi və bu kimi səbəblər üzündən corab və ayaqqabısını çıxarmasa, onların üzərindən məsh çəkməli və təyəmmüm də almalıdır.

Sual: Ayağın üzəri nəcis olarsa, nə etməliyik?

Cavab: Ayağın üzəri nəcis olarsa və məsh çəkmək üçün yuya bilmirsinizsə, təyəmmüm etməlisiniz.

Sual: İrtiması dəstəmaz nə deməkdir?

Cavab: İrtiması dəstəmaz, insanın üzünü və əllərini dəstəmaz niyyətilə suya batırmasına deyilir.

Sual: İrtimasi qüsldə əlin yaşlığı ilə məsh çəkməyin hökmü nədir?

Cavab: Ehtiyata zidd olmasına baxmayaraq, zahirə əsasən, irtiması olaraq yuyulan əlini yaşlığı ilə məsh çəkməyin maneəsi yoxdur.

Sual: İrtiması dəstəmazda üz və əllər necə yuyulmalıdır?

Cavab: İrtimasi dəstəmazda üz və əllər yuxarıdan aşağıya tərəf yuyulmalıdır. Belə ki, üz və əlləri suya salarkən niyyət edib üzü alın tərəfdən və əlləri isə dirsək tərəfdən suya salmalıdır.

Sual: Dəstəmaz alarkən, dəstəmaz üzvlərinin bəzisini irtiması, bəzisini isə qeyri-irtimasi olaraq yuya bilərikmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Namazdan sonra, dəstəmaz alıb-almadığımda şəkk edərsəm, vəzifəm nədir?

Cavab: Namazdan sonra, dəstəmaz alıb-almadığında şəkk edən şəxsin namazı düzgündür; amma növbəti namazlar üçün dəstəmaz almaq lazımdır.

Sual: İnsan namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Bu halda, vacib ehtiyata əsasən, dəstəmaz alıb namazı yenidən qılmalıdır.

Sual: Namazdan sonra, dəstəmazın namazdan əvvəl, yoxsa sonra batil olduğuna şəkk edən şəxsin namazı düzgündürmü?

Cavab: Bu şəxsin qıldığı namaz düzgündür.

Sual: Cəbirə dəstəmazı nə deməkdir?

Cavab: Sınıq və yaralara bağlanan sarğıya, yaxud yara və bu kimizədələrin üzərinə qoyulan dərmanlara, “cəbirə”- deyilir. Bu cür vəziyyətdə alınan dəstəmaza da “cəbirə dəstəmazı”- deyilir.

Sual: Steklovatın içində çox kiçik olan ələ batan iynə kimi bir şey olur. O ələ batdıqda onu əldən çıxartmaq olduqca çətindir. Onun əldə olduğunu barmaqlarda əli hərəkət etdirdikdə bilmək olur, yəni əl barmaqlarını həmin yerin üzərində hərəkət etdirdikdə yüngünlcə ələ batır. Həmin şey dəstəmaz və qüsl üçün maneə hesab edilirmi?
Cavab: Çıxarılmalıdır, əgər mümkün olmasa həm dəstəmaz həm də təyəmmüm almaq lazımdır.

Dəri

Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı?

Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır.

Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi araşdırılmasa, hökmü nədir?

Cavab: Yeyilməsi haramdır. Lakin belə bir dəri ilə namaz qılmaq caizdir.

Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabdan, rütubəti içindəkini nəcis edərsə, bir şey yemək və ya içmək halaldırmı?

Cavab: Haramdır.

Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabı, rütubəti içindəkini nəcis edərsə, dəstəmaz, qüsl və təmiz bir şeylə yerinə yetirilməsi lazım olan işlərdə istifadə etmək olarmı?

Cavab: Gərək istifadə olunmasın. Müstəhəb ehtiyata əsasən, ümumiyyətlə it, donuş və leş dərisindən hazırlanmış qab istifadə olunmasın.

Sual: Namaz qılanın paltarı, əti yeyilməyən heyvanların dərisindən olarsa, hökmü nədir?

Cavab: Vacib ehtiyata əsasən, əti yeyilməyən heyvanların dərisindən olmamalıdır.

Sual: Tülkü və bu kimi heyvanların, şəriət qaydalarında açıqlandığından başqa bir şəkildə öldürülərsə və yaxud özü ölərsə, dərisinin alqı-satqısı caizdirmi?

Cavab: Bu halda, vacib ehtiyata əsasən, onun dərisinin alqı-satqısı caiz deyildir. Amma şübhəli olarsa, maneəsi yoxdur.

Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dərinin alqı-satqısı caizdirmi?

Cavab: Heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, caizdir.

Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə namaz qılmaq olarmı?

Cavab: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə, heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, onunla namaz qılmağın maneəsi yoxdur.

Dua yazdırmaq

Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı?

Cavab: Alqı-satqısı və istifadəsi caizdir. Lakin istifadə etdikdən sonra ağız nəcis olar. Ağızdan fırça və diş məcununun qalıqlarını təmizlədikdən sonra ağız təmiz olar.

Donuz

Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı?

Cavab: Alqı-satqısı və istifadəsi caizdir. Lakin istifadə etdikdən sonra ağız nəcis olar. Ağızdan fırça və diş məcununun qalıqlarını təmizlədikdən sonra ağız təmiz olar.

Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik?

Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən hazırlanması ehtimalı ağıl sahiblərinin əhəmiyyət verməyəcəyi qədər olmasa, onunla qılınan namaz düzgündür. Lakin qeyd olunan halda əgər bilmədən (murdar dəridən hazırlanmış kəmər ilə) namaza başladıqdan sonra namaz əsnasında bundan xəbər tutan kimi kəməri çıxararsa, namazı düzgündür. Həmçinin unudub namaz əsnasında xatırlayarsa, namazı düzgündür. Bu şərtlə ki, unutmağı bigənəliyindən və əhəmiyyət verməməyindən irəli gəlməsin. Əks təqdirdə vacib ehtiyata əsasən, vaxt bitməyibsə namazı yenidən qılmalı, vaxt bitibsə qəzasını yerinə yetirməlidir.

Sual: Bü günlərdə qeyri-müsəlman ölkələrində istehsal olunan cins şalvarların geyinilməsi geniş yayılmışdır. Həmin şalvarlarda dəridən istehsal olunmuş və üzərində istehsalçı şirkətin adı yazılan etiketlər olur. Həmin dəri parçasının şəriət qaydası ilə kəsilmiş heyvan dərisindən və ya ölmüş heyvanın dərisindən olnmasını bilmirik. Belə şalvarlarda namaz qılmaq icazəlidirmi?

Cavab: Bəli icazəlidir.

79 -dən səhifə 93