Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Maye ilə imalə etmək orucu pozan əməllərdən hesab olunurmu?

Cavab: (Hökmü) bilərək maye ilə imalə etmək orucu pozan əməllərdəndir. Əgər maye qarın boşluğuna daxil olmasa, sadəcə olaraq ğaitin məxrəcindən (anosdan) içəri (düz bağırsağa) daxil olarsa, orucu pozmaz. Baxmayaraq ki, bunu tərk etmək müstəhəb ehtiyatdır.

Sual: Orucu pozduğunu bilmədən ramazan ayı hər gün maye ilə imalə edən şəxsin öhdəsindəki vacib əməl nədir?

Cavab: Əgər hökmü bilməməkdə üzürlü olarsa, məsələn, dini ab-havadan kənar böyüyüb tərbiyə alarsa və imalənin orucu pozmadığına etiqad edirdisə, onun öhdəsində heç bir vacib əməl yoxdur. Amma üzürsüz cahil olarsa, qəza yerinə yetirməlidir.

Sual: Ramazan ayında gündüz vaxtı qadınların uşaqlıq yoluna daxil edilən şam və kremdən istifadə etməsinin hökmü nədir?

Cavab: Qadının oruc vaxtı uşaqlıq yoluna maye və ya bərk halda olan maddə daxil etməsinin eybi yoxdur.

Sual: Mən Almaniyada yaşayıram. Avropada oruc müddəti 16 saatdan 18 saatadəkdir. 2009-cu ildə bağərsaqlarımda cərrahiyyə əməliyyatı keçirildi və bağırsağımdan 13 sm kəsilib atıldı. Həmin vaxt həkim mənə qəbz olmamaq və imkan daxilində gün ərzində çoxlu maye qəbul etmək xüsusnda xəbərdarlıq etdi. İndi oruc tutmaq istəyirəm. Mədə-bağırsağın yumuşalması üçün tibbi şam istifadə edə bilərəmmi? Ümumiyyətlə, zərər çəkməmək şərtilə oruc tutmaq üçün nə edə bilərəm?

Cavab: Kapsul içərisində olan yağlı şamlar əriyərək qarın boşluğuna sirayət etməzsə orucu pozmaz. Əks təqdirdə isə orucu pozar. Müalicənin başqa yolu olmazsa və müalicəni tərk etdikdə zərər çəkəcəyindən, yaxud məşəqqətə düşəcəyindən ehtiyat edirsənsə, orucu tərk etmək icazəlidir. Lakin sonradan orucun qəzası yerinə yetiriməlidir.              

Sual: Əgər bir şəxs oturulu halda səcdə edə bilmirsə öhdəsindəki vacib əməl nədir?

Cavab: Əgər bir kəs təşəhhüd üçün yerdə otura bilmirsə vacib ehtiyata əsasən stul kimi bir şeyin üzərində oturmalıdır.

Sual: Bir kəs ayaqüstə təkbirətul-ehramı deyə bilir, lakin sonrakı əməlləri edərkən çox çətinliklə oturur. Amma stul kimi bir şeyin üzərində oturarsa ikinci rükət üçün ayağa qalxa bilir. Belə olan halda onun stulda əyləşərək namaz qılması vacibdirmi?

Cavab: Əgər təkbirətul-ehramı ayaqüstə deməklə ruku üçün ayaqüstə duraraq oturulu halda təkbir demək arasında seçim olarsa, ikinci əsas götürülməlidir.

Sual: Dizlərim ağrıdığı üçün möhürü stolun üstünə qoyub stulda oturaraq namaz qıldım. Namazımın hökmü nədir?

Cavab: Stolun üzərində səcdə edə bilərsən.

Sual:

1. Anam ayaqüstə olduqda ruku və səcdə edə bilmir. Bu halda ayaqüstə namaz qılıb ruku və səcdə üçün işarə etməsi vacibdir, yoxsa stulda oturub namaz qılmaqla bu hal arasında seçim edə bilər?

2. Əgər ayaqüstə namaz qılmaq vacib olduğu halda ikinci rükətdə yorulursa, namazı ayaqüstə başlayıb yorulanda otura bilərmi, yoxsa elə əvvəlcədən oturulu halda namazı qıla bilər?

3. Əgər şəri vəzifəsi ayaqüstə namaz qılmaq olduğu halda hökmü bilmədiyi üçün oturulu halda namaz qılıbsa namazlarının hökmü nədir?

Cavab:

Sual: Hazırkı dövrümüzdə namaz üçün hazırlanmış stullar vardır. Ayaqüstə namaz qılmağa gücü yetən sağlam şəxs yorğunluq və halsızlıq hiss etdiyi üçün belə stullarda oturulu halda namaz qılmasının hökmü nədir?

Cavab: Onun namazı batildir.

Sual: Əgər avtobus sürücüsü namaz qılmaq üçün yetəcək qədər vaxt möhlət vermirsə müsafir şəxs avtobusda skamyada oturduğu halda vacib namazını qıla bilərmi?

Cavab: Bəli qıla bilər. Lakin ayaqüstə namaz qılmaq daha yaxşıdır. Hər iki halda (ayaqüstə və ya skamyada oturaraq) əgər mümkün olarsa namazın bütün əməllərində qibləyə üz tutmaq vacibdir. Əks təqdirdə isə, imkan daxilində təkbirətul-ehram deyərkən üzü qibləyə olmaq vacibdir. Bu da mümkün olmazsa, qibləyə tərəf üz tutmaq şərti hökmdən düşər. Həmçinin ruku və səcdəni edə biləcəti təqdirdə, məsələn, avtobusun salonunun koridorunda namaz qıla bilərsə, ruku və səcdəni yerinə yetirməsi vacibdir. Amma onları yerinə yetirməyə imkanı olmazsa, ruku və səcdə deyiləcək miqdarda əyiə bilirsə, belə etməlidir. Səcdə edərkən alnını səcdə edəcəyi əşyanın üzərinə qoyub qaldırmalıdır. Qeyd olunan miqdarda da əyilmək mümkün olmazsa, ruku və səcdənin əvəzinə işarə etməlidir.

Sual: Sağlamlıq problemləri yaşayan və buna görə də ruku və səcdə edə bilməyən, bəzən də ayaqüstə çox dayana bilməyən yaşlı insanlar üçün məscidlərdə xüsusi stullar var. Belə stullar məscidlərdə yayılıbıdr. Həmin stulun ön hissəsi səcdə və əlləri qoymaq üçün istifadə edilir. Bu halda yeddi səcdə üzvlərinin hamısı, xüsusilə də dizlərdən istifadə edilmir.

Cavab: Əgər insan ayaqüstə dura bilir, lakin qiyam halından rukunu yerinə yetirə bilmirsə, ayaqüstə namaz qılmalı və ruku üçün işarə etməlidir. Əgər səcdəni də yerinə yetirə bilmirsə, səcdə üçün də işarə etməli, yaxud səcdə edərkən stulda əyləşməli və stolun üstündəki üzərinə səcdə edilməsi icazəli olan bir şeyə alnını qoymalıdır. Əgər vəzifəsi oturulu halda namaz qılmaqdırsa, təkbirətul-ehram və rukuya bağlı qiyamı yerinə yetirmək üçün ayaqüstə dura bilirsə, belə etməsi vacibdir. Həmçinin namaz əsnasında ayaqüstə durmağa güc hiss edərsə qiyam halına keçməli (ayaqüstə durmalı) və hərəkət zamanı qiraəti və ya zikri saxlamalıdır. Oturlu halda etdiklərini yenidən yerinə yetirimək vacib deyil. Əgər oturulu halda namazın qiraətini (Fatihə və başqa bir surə) oxuduqdan sonra ayaqüstə durmağa güc yaranarsa, ruku üçün ayaqüstə durub qiraəti təkrarlamadan rukunu yerinə yetirməlidir. Bu hökmdə vaxtın geniş olması ilə dar olması arasında heç bir fərq yoxdur. Həmçinin böyrü üstə uzanılı namaz qılan şəxs oturmaq üçün gücü çatarsa və ya arxası üstə namaz qılan şəxsin böyrü üstə namaz qılmağa güc əldə edərsə hökm belədir. Əgər namazın əvvəl hissəsini ayaqüstə qılmaq və ya sonrakı hissəni ayaqüstə qılmaq arasında seçim etmək lazım gələrsə zaman baxımından istər əvvəl olsun, istərsə də sonra, məhz rükn hesab olunan hissəni  ayaqüstə qılmalıdır. Sonrakı əməl rükn olmayan hissə olarsa, əvvəl olan hissə ayaqüstə qılınmalıdır. Əgər təkbirətul-ehram deyərkən ayaqüstə durmaq və ya rukuya bağlı qiyam halında ayaqüstə durmaq arasında seçim etmək zərurəti yaranarsa, ikinci əsas götürülməlidir.

Sual: Məscidlərdə və müqəddəs ziyarətgahlarda qoyulan stullar üzərində vəzifəsi oturulu halda namaz qılmaq olan şəxsin vacib namaz qılmasının hökmü nədir? Bu stulda oturub namaz qılan şəxs oturulu namaz qılan şəxs hesab olunurmu?

Cavab: Əgər namaz qılan şəxs səcdə edə bilmirsə ayaqüstə namaz qılıb səcdə üçün işarə etməli, yaxud səcdə edərkən stulda oturub qarşısındakı stolun üstündəki üzərin səcdə edilməsi doğru olan bir şeyə alnını qoymalıdır.

Sual:Qadınların həyasını qorumaq və hicabına əməl etmək şərtilə məsciddə kişilərin arxasında camaat namazı qılmalarını dəstəkləyirsinizmi?

Cavab: Qadının məsciddə camaat namazında iştirak etməsi müstəhəbdir. Peyğəmbərin (s) zamanından bu günədək müsəlman qadınların həyat tərzi belə olmuşdur. Səhih hədisdə Əmirəlmöminin Əli (ə)-ın belə buyurduğu nəql olunur: “Qadınlar Peyğəmbərlə (s) birlikdə namaz qılırdılar. Kişilərin fitələri dar olduğuna görə kişilərdən əvvəl başlarını yuxarı qaldırmırdılar”. Bəli qadının evdə namaz qılmasının məsciddə namaz qılmasından daha fəzilətli olması barədə bəzi mötəbər hədislər nəql olunmuşdur. Biz bütün hədisləri nəzərdən keçirdikdən sonra bu rəydəyik ki, qadının namaz qılmaq üçün yad kişilərin gözlərindən kənar bir yeri seçməsi daha yaxşıdır. Əgər belə bir yer məsciddə ola bilərsə, evdə namaz qılmaq məsciddə namaz qılmaqdan üstün deyil. Allah ən doğrusunu bilir. 

Sual: Qurani-kərim satmaq haramdırmı?

Cavab: Müsəlmana satmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən Qurani-kərim satmaqdan çəkinsin. Əgər Quran müqabilində pul alacaqsa, bunu onun üz qabığının və bu kimi xərclərinin əvəzi hesab etsin. 

Bismilləhir-Rəhmanir-Rəhim

Nəcəfi-əşrəf

Həzrət Ayətullah Seyid Əli Sistaninin (Allah ona bərəkətli ömür versin) dəftərinə

Salam və ehtiramla

Sual: Son zamanlar bəzi informasiya vasitələri Ayətullah Sistaniyə nisbət verirlər ki, o həzrət öz müqəllidlərinə xümsü və digər şəri vergiləri şəriətə muvafiq olan yerlərdə özləri tərəfindən sərf etməklərinə icazə vermişdir. Bu icazə ümumidirmi və Ayətullah Sistaninin bütün müqəllidlərinə aiddir?

Cavab: Ayətullah Sistani İraqın xüsusi vəziyyətini nəzərə alaraq bu icazəni yalnız İraqda olan müqəllidlərinə vermişdir. Digər ölkələrdə olan müqəllidləri isə munasib olan miqdara icazə almaq üçün Ayətullah Sistaninin vəkillərinə muraciət edə bilərlər.

27 Məhərrəm 1439

Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir?

Cavab: Əgər istifadə olunması (nağd pula çevirmək) müddətli olarsa, vacib ehtiyata əsasən icazəli deyil.

Sual: Müddətli çeki həqiqi dəyərindən aşağı qiymətə satmaq icazəlidirmi?

Cavab: Əgər çek bankın öhdəsində olan həqiqi borc hesab olunursa, icazəlidir.

Sual: Çeki onun ümumi dəyərindən komisyon haqqı çıxmaq müqabilində nağd pula almağın hökmü nədir?

Cavab: Əgər məqsəd çeki nağd pula satmaq və ya dəyişməkdirsə icazəlidir. Çünki çek mövcud burcun müqabilindədir. 

Sual: Bəzi zinət əşyalarında mərcan və ya başqa növ daş-qaşlar olur. Bəzən qızıl mağazalarının sahibləri qızıl-zinət alış-verişi zamanı üzərində daş-qaş olan zinət əşyasını aldıqda həmin daş-qaşların çəkisini ölçürlər. Bəzən məqsədli olmadan çəkini dəqiq təyin edə bilmirlər. Ola bilsin ki,  zinət əşyasını satmaq istəyən şəxs zinət əşyasına xələl gəlməməsi üçün qaşın çıxarılıb ölçülməsinə razı olmur. Bunu da qeyd edək ki, zinət əşyasını satan tərəf həmin daş-qaşın təxmini ölçüsü barədə mübahisə və ya etiraz etmir. Bunun hökmü nədir?

Cavab: Hər iki tərəfin razılığı ilə müamiləni icra etməyin eybi yoxdur.

Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir?

Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır.

Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə qəsidələr söylənilərkən əl çalmağın hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: Əhli-beytin (Allahın onlara salamı olsun) şad və mövlud günlərində əl çalmağın hökmü nədir?

Cavab: İcazəlidir. Lakin salavat və zikrin yerini tutmamalıdır.

9 -dən səhifə 87