admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir?

Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq -  baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və təkrar-təkrar qeyd edib. Bu işin halal, yaxud haram olması barədə bir çox hallarda Seyid cənablarının (kölgəsi davamlı olsun!) adından deyilənlər, həqiqətdə onun mövqeyini ifadə etmir.

Balıq yağı

Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi?

Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda öldüyü bilinərsə, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış həbləri vitamin tərkibli dərman kimi qəbul etmək icazəlidirmi?

Cavab: Həmin yağın pullu balıqdan alındığı bilinmədiyi təqdirdə, icazəli deyil. Amma həmin dərman müalicə üçün zəruri və alternativsiz olarsa, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış kapsulları qəbul etməyin hökmü nədir? Halbuki, istehsalçı şirkətlər həmin yağların balina, köpək balığı və digər pullu və pulsuz balıqlardan alındığını bildirirlər.

Cavab: Pullu balıqlardan alındığı bilinməsə, icazəli deyil. Bəli, əgər müsəlman onu yemək üçün təqdim edərsə və o, pulsuz balıqların yeyilməsini halal bilənlərdən olmasa, istifadəsi icazəlidir.

Sual: “Omega-3” preparatı özündə orqanizm üçün zəruri olan qidalandırıcı maddələri ehtiva edir. Mən Avropa ölkələrinin birində təhsil alıram, yaddaşımın fəallaşmasına və stabilləşməsinə kömək etdiyi üçün həmin preparatdan istifadə edirəm. Sualım belədir:

Biz həmin maddənin yeyilməsi halal, yaxud haram olan balıqlardan alındığını bilmirik. Hər kapsulun örtüyü mənşəyi bilinməyən jelatin maddəsindən hazırlanıb. Mən əvvəllər bu maddədən istifadə edirdim. İstifadəni dayandırdıqdan sonra, bu mənim təhsildə olan fəallığıma nəzərə çarpacaq dərəcədə təsir etdi. Həmin maddəni bilmədən qəbul etdiyim üçün mənim hökmüm nədir?

Cavab: Balıq yağının pullu və sudan diri tutulmuş balıqdan alındığına xatircəmlik əldə olunmasa, halal hökmünü daşımaz. Kapsulun örtüyünün heyvan, yoxsa bitki mənşəli olmasına şəkk edilərsə, yeyilməsinin maneəsi yoxdur.

Sual: Balınanın qaraciyərinin yağından alınmış vitamini qəbul etməyin hökmü nədir?

Cavab: Zərurət olmadığı halda, icazəli deyil.

Sual: Həyat yoldaşım qanda triqliseridlərin yüksəlməsindən əziyyət çəkir. Onun yeganə müalicəsi balinanın qaraciyərinin yağından hazırlanan dərmandır. Belə ki, ərim hər gün üç dəfə həmin dərmandan üç kapsul qəbul etməlidir. Kapsulun örtüyü heyvan mənşəli jelatindən, dərman isə balıq yağından hazırlanıb. Bu halda vəzifəmiz nədir?

Cavab: Pulsuz balıqların yağını, həkimlərin adətən dözülməz xəstəliklərin müalicəsi üçün yalnız onu təyin etdikləri halda, yeməyin maneəsi yoxdur.

Bazar qiyməti

Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını göndərən tərəfə heç bir təsiri yoxdur. Çünki bu qida məhsulları bir daha sahibinə qayıtmır.

Cavab: Artıq qalan miqdar və ya qiyməti hesablanaraq fəqirlərə sədəqə verilməlidir. Əgər yerdə qalan miqdarın bazar qiyməti yoxdursa, ehtiyata əsasən, ondan istifadə edib əvəzini sədəqə vermək lazımdır. Bazara çıxarılan məhsulları araşdıran təşkilat qanunlara riayət etməklə yanaşı araşdırma aparılması üçün imkan daxilində kifayət edəcək miqdarda qida nümunələri götürməlidir. Aidiyyatı təşkilat artıq götürülən qida nümunələrinə görə günah etmiş sayılmır, qida nümunələrinin geri qaytarılması, tələf olduqda isə zamin olması kimi məsuliyyət daşımır. Allah (ən doğrusunu) bilir.

Sual: Əgər qəsb olunan əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, onu geri qaytarmaq istəyən şəxs bazar qiymətindəki fərqin ödənilməsinə zamindirmi?

Cavab: Əgər qəsb olunmuş əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, qiymətin düşməsi əmlaka nöqsan gətirmirsə, əmlakı geri qaytarmalıdır və qiymət fərqinin ödənilməsində zamin deyil.

Sual: Əgər qəsb olunmuş əmlakın bazar qiymət fərqli olarsa, məsələn, qəsb olunduğu yerdə 20, başqa yerdə isə 10 manata və ya əksinə olarsa, burada məkanın rolu varmı? Belə ki, mütləq surətdə məkan əsas götürülməli və əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir? Yoxsa əmlakın xüsusiyyətləri əsas götürülməli və ən baha qiyməti ödənilməlidir?

Cavab: Bu barədə iki rəy vardır; ən döğrusu birinci rəydir. (Yəni əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir). Baxmayaraq ki, ehtiyat tərk olunmamalıdır.

Sual: Filiz və mədənlərdən düzəldilən əşyalar misli (yəni tələf edilərsə sahibinə eynisindən verilməlidir) sayılır, yoxsa düzəldilmiş formadakı qiyməti əsasdır? Yaxud materialına görə misli, formasına görə qiyməti ödənilməlidir?

Cavab: Zahirə əsasən, vəziyyətə görə hökm dəyişir. Əgər əşya nəfis, əql sahiblərinin nəzərində əntiq və tarixi sənət əsəri kimi dəyəri olan əşyalardan və ya nadir sənət əsəri olarsa, bu kimi hallarda əşyanın düzəldilmiş formasının qiyməti əsas hesab olunur. Qəsb edən şəxs həmin əşyanın bazar qiymətini ödəməlidir. Əgər həmin əşyanın insanların istəklərinin fərqli olmasına səbəb olan xüsusiyyətlərinə bənzər əşyalar bazarda olarsa, məsələn, indiki zamanda olduğu kimi zavod və fabriklərin istehsal etdikləri suvinir və ya bəzi (məişət, təsərüfat) alətlərindən olarsa, qəsb edən şəxs həmin əşyanın növ və formada olan mislinə zamindir. Həmçinin, əgər qəsb olunmuş əşyanın formasının heç bir dəyəri yoxdursa, onun formasının olub olmamasının heç bir fərqi yoxdursa, qəsbkar həmin əşyanın materialının mislinə zamindir.

Əgər əşya qeyd olunan iki qismdən deyilsə, zahirə əsasən, materialına görə misli, formasına görə isə bazar qiyməti əsasdır. Məsələn, qızıl və gümüşdən düzəldilmiş zinət əşyaları kimi. Əgər bir şəxs çəkisi iki misqal olan qızıl zinət əşyası qəsb edərsə, həmin əşya tələf olarsa və ya o özü tələf edərsə, düzəldilmiş forması ilə külçə şəklində olan forma arasındakı qiymət fərqinin ödənilməsi ilə yanaşı iki misqal qızıla zamindir.

Sual: Bir şəxs başqasının qaçan miniyini tutmağa, çarpayısında yatmağa, evinə daxil olmağa və ya hər hansı əşyasını satmağa imkan verməsə, buna görə günahkar və zalim olsa da, başqasının mülkünü ələ keçirmədiyi üçün qəsbkar hesab olunmur. Əgər onun maneçiliyindən sonra minik və yataq tələf olarsa, ev dağılarsa və ya malın bazar qiyməti azalarsa, qəsbkar olmadığı üçün qəsb çəhətindən zamin deyil. Lakin başqa çəhətdən zamin hesab olunurmu?

Cavab: Ən doğru rəyə əsasən, sonuncuda, yəni əmlakın bazar qiyməti azaldıqda zaminlik yoxdur. Digərlərinə gəlincə, əgər tələf olması onun maneçiliyinə istinad edilmirsə, belə ki, onun maneçilik etməsinin və ya etməməsinin fərqi olmadan təbii hadisə nəticəsində tələf olarsa, qəti olaraq zaminlik daşımır. Amma tələf onun maneçiliyinə istinad edilirsə, məsələn, minik zəif və ya yırtıcı heyvanların hüçumuna məruz qalacaq bir yerdə olsa da, sahibi onu qoruyurdu. Həmin şəxs maneçilik etikdə onu lazımı şəkildə qoruya bilmədiyi üçün həlak olarsa, bu halda zaminliyin sabit olması uzaq görüş deyil.

Sual: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv etməyə haqqı varmı?

Cavab: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv edə biər. Məsələn, əgər satıcı bilmədən malı bazar qiymətindən güzəşt edilməyəcək dərəcədə həddindən artıq ucuz satdıqdan sonra bunu bilərsə, alış-verişi pozmağa haqqı var. Həmçinin, əgər müştəri bilmədən malı bazar qiymətindən həddindən artıq baha qiymətə alarsa, sonradan aldanıldığı ona məlum olarsa, aldığı malı geri qaytarıb ödədiyi məbləği tələb etməyə haqqı var.

Sual: Ölkədə ən çox istehlak edilən qida məhsulunun möhtəkirlik edərək bazar qiymətinin bahalaşmasını gözləmək icazəlidirmi?

Cavab: Qida məhsullarına - məqsəd ən çox istehlak edilən qida məhsullarıdır - həmçinin, qida məhsullarının hazırlanmasında istifadə edilən yanacaq kimi əşyalara və ya qidanın hazırlanmasında vacib olan duz və yağ kimi məhsullara müsəlmanların və ya canı toxunulmaz olan (kitab əhli kimi) qeyri müsəlmanların ehtiyacı oduğu və heç kimin bazara həmin malları satışa çıxartmadığı halda bazar qiymətinin artamsını gözləyərək möhtəkirlik etmək haramdır.

Sual: Xüms məsələsində mədəndən çıxarılan qızıl və gümüş kimi yeraltı resurusların qiymətinin 15 seyrəfi misqal (20 şəri misqal və ya 20 dinar) miqdarında qızıl sikkə dəyərində olması şərtdirmi?

Cavab: Mədənlərdən çıxarılan qızıl, gümüş, mis, dəmir, kibrit, həmçinin neft və daş kömürün çıxarılma və emal xərcləri hesablandıqdan sonra xümsu verilir. Bu şərtlə ki, çıxarılan miqdarın bazar qiyməti 15 seyrəfi misqal miqdarında olan qızıl sikkə dəyərində və ya daha çox olsun.

Sual: Aldığım əşyaları xüms günü olan qiymətini hesablamalıyam, yoxsa aldığım qiymətə əsasən hesablamalıyam?

Cavab: Aldığın qiyməti deyil, xümsu hesablayarkən mövcud bazar qiymətinə əsasən hesablamalısan.

Sual: Bəzi qida məhsulları dövlət tərəfindən yüksək bazar qiymətindən aşağı qiymətə satılır. Əgər mal sahibi həmin qida məhsullarını istehlak etməsə, bir il keçdikdən sonra onun xümsu dövlətin satdığı qiymətə əsasən hesablanmalıdır, yoxsa bazar qiymətinə əsasən?

Cavab: Xüms verildiyi vaxtdakı qiymətinə əsasən hesablanmalıdır.

Sual: Müsəlman şəxsin nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta dəyişməsi icazəlidir. Sual bundan ibarətdir; əgər bir müsəlman başqa bir müsəlmandan müəyyən məbləğ borc aldıqdan sonra həmin valyutanın bazar qiyməti aşağı düşərsə, borc alan şəxs nə qədər ödəməlidir? Borc aldığı miqdarı, yoxsa odəmə vaxtı həmin valyutanın bazar qiymətini? Əgər borc verən şəxs kafir olarsa, bunun bir fərqi varmı?

Cavab:  Borc verən şəxsin müsəlman və ya kafir olmasından asılı olmayaraq borc aldığı miqdarı ödəməlidir.

Sual: Xarici valyutaları bazar qiymətinə alıb satmaq icazəlidirmi?

Cavab: Nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta alıb satmaq icazəlidir.

Sual: Mükəlləf şəxsin xümsu veriləcək malın bazar qiymətini təxmini olaraq təyin etməsi icazəlidirmi? Belə ki, tacirlərə müraciət etmədən həmin malın bazar qiymətinin ehtimal olunan ən yüksək qiymətini əsas götürməsi icazəlidirmi?

Cavab: Əgər bazar qiymətindən az olmadığına əmin olarsa və ehtiyat edərsə, icazəlidir.

Sual: Əgər bir şəxs birinci mərtəbədə yaşayıb kirayə üçün bir neçə mərtəbə tikərsə, hər il bina tikilərkən işlətdiyi lavazimatların xümsunu hesablamalıdırmı? Bina tikildikdən sonra kirayə verdiyi mərtəbələrin bazar qiymərini nəzərə almaq vacibdir, yoxsa kirayədən əldə olunan qazanc sərmayəyə əlavə olunmalıdır?

Cavab: Həmin mərtəbələrə xərclədiyinin xümsunu verməsi vacibdir. Bundan sonra yalnız il başına (xüms gününə) kirayədən əldə olunan gəlirdən artıq qalan məbləğin xümsu verilməlidir.

Birja

Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd olunanlar həmin şərtlərdəndir:

1. Sələm götürülməsi icazəli olmayan cəhətlərlə əlavə gəlir (sələm) əsasında alış-veriş edən bank və şirkətlərlə ortaqlıq etmək icazəli deyil. Çünki onların sərmayəsinə ortaq olmaq, onların sələm müamilələrinə qatılmaq deməkdir. Lakin əvvəlcədən sələm alış-verişinə qatılmağa razı olmadığını  bildirərsə, icazəlidir.

2. İxtiyarında olan məbləği araq alış-verişi kimi haram olan sektorlarda istifadə edən şirkətlərlə ortaqlıq icazəli deyil.

Sual: “Marja” (ticarətə başlamaq üçün lazım olan ilkin vəsait, sərmayə) adlanan sistemə əsaslanan birja fəaliyyəti ilə məşğul olmağın hökmü nədir? Məsələn, əgər sənin hesabında 10000 riyal məbləğində pul varsa, bu sistemin sayəsində 100000 riyal məbləğində, yəni sənin sərmayəndən 10 dəfə çox qiymətə olan səhmləri satın ala bilərsən. Bu məbləği şirkət tərəfindən səhmləri almaq üçün sənə verilən borc hesab edə bilərsən. Aldığın səhmləri satdıqdan sonra şirkət yalnız qoyduğu məbləği götürür, sənin qoyduğun sərmayə və əldə olunmuş gəlirlər isə sənə verilir. Lakin ziyana uğradığın təqdirdə, şırkət səndən yalnız qoyduğu məbləği götürür. Əgər məbləğ kifayət etməsə, qalan məbləği  sənin şəxsi hesabından çıxılır. Şirkət sənin nə qazancına, nə də ziyanına ortaq deyil. O, yalnız sənə verdiyi məbləği tələb edir.

Qoyduğun məbləğin artırılmasına gəlincə, by, qoyduğumuz sərmayənin neçə qat artıq olmasını istəməyimizdən asılıdır. Bu cür şirkətlərlə birja alış-verişi etməyin hökmü nədir? Məlumdur ki, bu şirkətlər valyuta, qızıl və neft alış-verişi ilə məşğul olur. Həmçinin o da məlumdur ki, bu şirkətlər qeyri-İslamidir.

Cavab: Əgər bu işlər şirkətin müəyyən qurumuna həvalə olunursa, məsələn, şirkətin müdiri tərəfindən sənə qeyd olunan məbləğ borc olaraq verilirsə, sonra şirkət (sənin hesabında olan) müəyyən məbləğ əsasında alış-verişlə məşğul olursa, zahirə əsasən, heç bir maneəsi yoxdur. Lakin neft və qızıl kimi çəki və ölçü ilə satılan əmtəənin şəriət baxımından şərtlərinə riayət olunması vacibdir. Allah (ən doğrusunu) bilir!

Balıq

Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin.

Cavab: Balıq yeməyin halal olmasının iki şərti var:

1. Pullu balıq olmalıdır.

2. Balıqçı onu diri olaraq ovlasın və ya qurduğu torun içində ölsün.

Qeyri müsəlman ölkələrindən idxal edilən balıqlar müsəlmandan alınarsa və ya müsəlman bazarlarında satılırsa, onun ikinci şərti ehtiva etməsinə əmin olmaq mümkündür. Xüsusilə, ticarət məqsədi ilə böyük kəmiyyətdə satılan balıqlar müasir gəmilər vasitəsi ovlanılır və balıqlar sudan diri olaraq çıxarılır. Çox nadir hallarda ölü balıq ora qarışa bilər.

Deməli, əsas birinci şərtə diqqət etmək lazımdır. Balığın dərisi təmizlənməyibsə onun pullu olmasını təyin etmək asandır. Amma konservilərdə olduğu kimi balığın dərisi olmazsa, əgər konservi qutusunun üzərinə tuna və sardin kimi pullu balıq növündən olduğu yazılarsa və istehsalçı ölkə qutu üzərində yazılan xüsusiyyətlərin daxilində olan məhsula uyğun olması qanunlarına ciddi əməl edirsə, həmin balığın halal olmasına əmin olmaq mümkündür. Qeyri hallarda isə müsəlman idxalçı və ya müsəlman bazarındakı satıcı balığın pullu olması şərtinə əməl etməsi nəzərə alınacaq dərəcədə ehtimal edilərsə, həmin şəxslər əhli-sünnə qardaşlarımız kimi pulsuz balığın yeyilməsini halal hesab edənlərdən və yaxud şəriətin qaydalarına biganə yanaşanlardan olmazlarsa, onlara etimad etmək və yemək üçün təklif etdiyi balığı halal hesab etmək mümkündür.

Sual: Əgər bir şəxs çayda tor qurmaq vasitəsi ilə balıq tutarsa, balıq torda qalıb çayın işində ölərsə, həmin balığın yeyilməsinin halal olmasına hökm vermək olarmı?

Cavab: Əgər balıq pullu balıq növündəndirsə, onun yeyilməsi icazəlidir.

Böhtan

Sual: Böhtan atmaq nədir?

Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir.

Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu?

Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.

Bоrc

Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm?

Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа və yа оğurlаnmış bir əmlаkın dəyəri оlаrsа, bоrcun ödənilməsi üçün оnu götürmək оlmаz. Əgər bеlə оlmаsа, hеç bir maneəsi yохdur.

Suаl: Bоrcun tərifi nеcədir?

Cаvаb: Bоrc hər hаnsı bir səbəb üzündən bir şəхsin öhdəsində bаşqа şəхs üçün sаbit bütöv əmlаkın оlmаsıdır. Öhdəsində ödəniləcək əmlаk оlаn şəхs bоrclu, qаrşı tərəf isə tələbkаr аdlаnır. Оnlаrın hər ikisinə “ğərim” (öhdəsində haqq olan) dеyilir. Bоrcun səbəbi yа bоrc аlmаq, zаminlik, sələf və nisyə аlış-vеriş, ücrətin (muzdun) bütövlükdə öhdədə оlduğu hаldа icаrə və həmçinin mеhriyənin öhdədə оlmаsı şərti ilə nikаh kimi inşа qəsdi ilə öhdədə ödəniləcək hаqqı еhtivа еdən müamilədir. Yахud dа cinаyət məcəllələrində təyin оlunmuş cərimələr, tələf оlmuş əmlаklаrın qiyməti, dаimi еvlilikdə zövcənin хərcləri kimi bаşqа səbəb оlаn haqlardır. Öhdədə оlаn əmlаkın müştərək və bоrc kimi məхsusi hökmləri vаr.

Suаl: Öhdəmdə bu yахınlаrdа dövriyyədən çıхаrılmış əvvəlki İrаq vаlyutаsı ilə müəyyən məbləğdə bоrc vаr. Həmin vаlyutаnın yеrinə dəyər bахımındаn fərqli  yеni vаlyutа gəlmişdir. Əgər indi həmin bоrcu ödəmək istəsəm həmin vаlyutаnın dövriyədən çıхаrılmаdığı vахtdаkı dəyəri miqdаrındа dоllаrlа ödəyə bilərəmmi?

Cаvаb: Bəli, icazəlidir. Sənə, dinаrın həmin vахtdаkı qiymətini ödəmək vаcibdir.

Suаl: 1999-cu ildə 2000 İrаq dinаrı qiymətində аlınmış bоrc hаzırkı zаmаndа nеcə ödənilməlidir?

Cаvаb: Börc аldığın məbləğin özünü ödəməlisən.

Suаl: Öhdəmdə аz miqdаrdа bоrc vаr. Lаkin bоrc sаhibinin hаrаdа оlduğunu, öldüyünü və yа yаşаdığını bilmirəm. Nə еtməliyəm?

Cаvаb: Əgər оnu və yа vаrislərindən hər hаnsı birini tаpаcаğındаn ümidsiz оlsаn, (həmin məbləği) оnun əvəzindən sədəqə оlаrаq vеr. Еhtiyаtа əsаsən, bu iş şəriət hаkiminin icаzəsi ilə оlmalıdır.

Suаl: Həccə gеtmək istəyən şəхsin öhdəsində bоrc vаr. Bоrc sаhibi isə həbs оlunmuşdur. (Bunа görə) оndаn hаlаllıq аlа bilmir. Öhdəsində оlаn bоrcu nə еtməlidir?

Cаvаb: Əgər əlində оlаn mаl bоrcun məbləğindən həccin хərclərini ödəməyə yеtəcək miqdаrdа çох оlаrsа, vаcib хərclərini ödəmək üçün – bеlə ki,  хərclərini ödəməsə çətinlik və məşəqqətə düşəcəksə – həmin məbləğə еhtiyаcı yохdursа, həcci yеrinə yеtirmək оnа vаcibdir. Qаyıtdıqdаn sоnrа isə bоrcunu ödəməlidir.

Suаl: Bоrc аlıb vаcib həcci yеrinə yеtirmək icazəlidirmi?

Cаvаb: Qеyd оlunаn bоrcu аlıb həccə gеtmək оlаr. Lаkin bu həcc, “Həccətul-İslаm” hеsаb оlunmаz. Аmmа sənin bоrcа bərаbər və yа dаhа çох mаlın оlаrsа, istisnаdır ( yəni, “Həccətul-İslаm” hеsаb оlunаr). Həmçinin zövcənə mаl hədiyə etməyin və оnun da, sənin həcc хərclərini ödəməsi, icazəlidir. Həcci yеrinə yеtirmək bоrcu vахtındа qаytаrmаğınа mаnе оlmаdığı hаldа, bоrclu оlsаn bеlə, bu, “Həccətul-İslаm” həccini yеrinə yеtirməyin üçün yеtərlidir.

Suаl: Əgər bir şəxs, Аllаh yоlundа nəzir еtsə və öhdəsində ödənilməsi vаcib оlаn bоrc da olsа, onların hаnsını birini öncə yеrinə yеtirməlidir?

Cаvаb: Əgər nəzir bоrcu ödəməyə mаnе оlarsа, nəzir dоğru sаyılmаz.

Suаl: Bоrcu gеcikdirdikdə sаhibindən hаlаllıq аlmаq vаcibdirmi?

Cаvаb: Vаcib dеyil.

Suаl: Sələm müqаbilində qеyri-müsəlmаndаn bоrc аlmаq icazəlidirmi?

Cаvаb: Sələm müqаbilində həttа, qеyri-müsəlmаndаn bеlə, bоrc аlmаq icazəli dеyil. Kаfirdən hаqqı gеri аlmаq məqsədi ilə pul аlmаq icazəlidir.

Suаl: Bir nеçə nəfərə bоrcluyаm. Lаkin оnlаrdаn hеç birini tаpа bilmirəm ki, öhdəmdə оlаn pullаrı gеri qаytаrım. Bu hаldа şəriətin hökmü nədir?

Cаvаb: Оnlаrı tаpаcаğınа ümidin оlmаsа, (həmin məbləği) əvəzlərindən sədəqə оlаrаq vеrmək vаcibdir. Еhtiyаtа əsаsən, bu iş şəriət hаkiminin icаzəsi ilə yеrin yеtirilməlidir.

Suаl: Əgər аtа öhdəsində bаşqаsınа bоrclu оlduğu hаldа vəfаt еdərsə, оnün vəfаtındаn sоnrа həmin bоrcu ödəmək övlаdlаrа vаcibdirmi? Məlumdur ki, nə аtа, nə də övlаdlаr həmin məbləğdən istifаdə еtməmiş, gəlir əldə еtmək üçün şirkətə qоyulmuş və şirkət bаğlаnmışdır. Həmçinin bоrc vеrən şəхsin əlində аtаnın zаmin оlmаsı bаrədə yаzılı sənəd də vаr.

Cаvаb: Əgər bоrc, şəriət bахımındаn sаbit оlаrsа, bоrcun ödənilməsi vаcibdir.

Suаl: Bоrclu sıхıntılı durumdа оlаrsа tələbkarın bоrcunu tələb еtməsi icazəlidirmi?

Cаvаb: Qеyd оlunаn hаldа icazəli dеyil.

Suаl: Bir şəхs digərindən bоrc аldıqdаn sоnrа dövlət həmin vаlyutаnı dəyişərək yеnisini təyin еtmişdir. Həmin məbləği ödəmək bоrclunun öhdəsindən düşürmü?

Cаvаb: Bоrc аlınаn mаl qеyd оlunduğu kimi vаlyutа оlаrsа, hökmdən düşmədiyi zаmаndаkı qiyməti ödənilməlidir.

Suаl: Zеyd аdlı biri Əmr аdlı birinə 100000 dinаr bоrcludur. Əmr həmin bоrcu 90000 dinаrа Хаlid аdlı birinə sаtа bilərmi?

Cаvаb: Əgər qiymətin ödənilməsi gеc оlmаsа, icazəlidir.

Suаl: Əgər bir şəхsin öhdəsində əvvəlki vаlyutа ilə (isvеçrə vаlyutаsı ilə) bоrc оlаrsа, hаl hаzırdа həmin bоrcu hаnsı qiymətlə ödəməlidir? Məlumdur ki, bir isvеçrə dinаrı tədаvüldən çıхаrıldığı vaxt  indiki vаlyutа ilə 150 dinаrа bərаbər olub.

Cаvаb: Ödəmə еtibаrdаn düşməmişdən əvvəlki vаlyutаnın qiyməti dəyərində indiki vаlyutа ilə оlmаlıdır.

Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi?

Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil.

Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi?

Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil.

Sual: “Analar bayramı” barədə şəriətin hökmü nədən ibarətdir?

Cavab: Bunun (bunu qeyd etməyin) maneəsi yoxdur.

Sual: “Sevgi bayramı”-nı qeyd etməyin hökmü nədir?

Cavab: Fəsad və küfrə rəvac vermədiyi təqdirdə, maneəsi yoxdur.

Sual: İl başında “Milad bayramı”-nı qeyd edə bilərikmi?

Cavab:  Xristianlığa rəvac verdiyi təqdirdə, icazəli deyil.

Sual: Qeyri-İslami bayram məclislərində iştirak etmək icazəlidirmi?

Cavab: Əgər xristianlığa və yaxud fəsada rəvac verərsə, icazəli deyil.

Sual: Nəql olunan rəvayətlərin fərqliliyinə görə əhli-beytin (ə) doğum və vəfat  günlərinin də tarixi fərqlidir. Matəm və bayram günlərinin keçirilməsi ilə bağlı münasib rəyiniz nədir?

Cavab: Onların (ə) vəfat və doğum günlərini hər ölkənin əhalisinin nəzərində vəfat, yaxud doğum günü kimi məşhur olan gündə qeyd etmək yaxşıdır.

Sual:  “Milad bayramı” ağacının alqı-satqısının hökmü nədir?

Cavab: Azğınlığa rəvac vermək sayılmadığı təqdirdə, maneəsi yoxdur.

81 -dən səhifə 90