admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bəxşiş

Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi?

Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur.

Sual: Mən benzin və qaz yanacaqları, həmçinin yağ doldurulması stansiyasının sahibkarıyam. Şirkət bizi bu maddələr ilə təmin edir, bizim üçün bir litrə yüz fils (pul vahidi) komission haqqı və məmulatın daşınma haqqı olaraq da əlli fils hesab edir. Fəqət biz maşınların sahiblərinə daşınma haqqını bir litr üçün 225 fils veririk. Nasoslarda işləyən (maşınlara benzin tökən) işçilər isə, bəxşiş də əlavə olaraq, müəyyən olunandan daha artıq əldə edirlər. Bizim işçilər ilə müəyyən faizi almaq üçün razılaşmağa icazəmiz varmı?

Cavab: Əgər işçilər bu maddələri müəyyən olunmuş qiymət ilə satırlarsa, lakin maşınların sahibləri özləri onlara müəyyən məbləğdə bəxşiş verirlərsə, bu yolla əldə etdiklərinin bir hissəsini ayırmalarında heç bir irad yoxdur. Stansiyada işləmə sövdələşməsi daxilində onlarla bunu şərt etməyin isə, maneəsi var. Onların maşın yiyələrini artıq ödəməyə məcbur etmələrinə gəlincə isə, buna icazə verilmir və bu məbləği də xərcləmək halal deyildir.

Sual: (Kənd təsərrüfatı) maşınlarının sürücülərinin kəndlilərdən bəxşiş almalarına haqları varmı? Onu da bilirik ki, hökumət dairəsi onlara maaş təyin edir və hər işçiyə gündəlik yemək verir.

Cavab: İşə düzəlmə sövdələşməsində bu kimi bəxşişi götürməməyə dair onlarla razılaşma olmayıbsa, maneəsi yoxdur.

Sual: Bankda verilən kreditlə lombardda verilən kredit arasında kəskin fərq var. Məsələn, lombard 1000 dollar kredit verirsə, borclu hər ay 100 dollar ödəyir. Hər ay 100 dollar ödəməsinə baxmayaraq ana borcdan (1000 dollardan) heç nə azalmır. Hətta borclu aylar ərzində götürdüyü borcdan qat-qat artıq pul (faiz) qaytarsa belə ana borc olduğu kimi qalır. Əgər borclu borcunu tam ödəmək istədikdə, aylar ərzində nə qədər faiz ödəməsinə baxmayaraq ana borcu (1000 dolları) cəm halda, birdəfəlik ödəməlidir. Bundan fərqli olaraq bank, məsələn; 1000 dolları 12 ay ərzində müəyyən faizlə kredit verərsə, müştəri hər ay 100 dollar ödəniş edər və 12 aydan sonra borcu tam bitər. Nəticədə belə alınar ki, müştəri bankdan götürdüyü 1000 dolların əvəzinə, 12 ay müddətinə 1200 dollar, yəni 200 dollar artıq pul qaytardı. Bundan əlavə bank hər hansı krediti verdikdə, kredit məbləğinin müəyyən miqdarında komissiya haqqı (nəğd pulun çıxarılmasına və əməliyyat xərcinə görə) tutur. Borclarını vaxtında ödəməyən müştərilərdən şifahi və məhkəmə yolu ilə borcu geri qaytarmaq tələb olunur. Spirtli içkilərə aid heç bir kredit və köçürmə əməliyyatları olunmur. Bank özəl bankdır və dövlət bankı olan mərkəzi bankın verdiyi lisenziya əsasında və dövlətin banklar haqqında qanunu əsasında fəaliyyət göstərir. Səhmdarların vəsaitlərindən əlavə, xarici banklardan cəlb olunan pul vəsaitləri və camaatdan yığılan depozit pullarla kredit verir. Belə bankın filialında müdür vəzifəsində işləməyin hökmü nədir?

Cavab: Haramdır.

Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi?

Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir.

Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir?

Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ödəməsi vacibdir.

Sual: Ölmüş müsəlmanın bədənini, təhqiqat və araşdırma aparmaq məqsədilə yarmaq, caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Bir müsəlmanın həyatını qurtarmaq üçün ölmüş müsəlmanın bədənini, təhqiqat və araşdırma aparmaq məqsədilə yarmaq, caizdirmi?

Cavab: Bir müsəlmanın həyatını – gələcəkdə olsa belə - qurtarmaq buna bağlı olarsa, yarmaq caizdir.

Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi?

Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz.

Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, nəcisdirmi?

Cavab: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, pakdır. Bu halda, onu ovlamağın və ya başını kəsməyin heç bir təsiri yoxdur.

Böyük oğul

Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi?

Cavab: Xeyr, vacib deyildir.

Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ağıllı olduğu zaman, atasının qəza namazlarını qılmalıdırmı?

Cavab: Vacib deyildir.

Sual: Qəza namazları olan şəxs, atasının və anasının da qəza namazlarını qılmaq istəsə, hansını əvvəl yerinə yetirməlidir?

Cavab: Hansını qılsa, doğrudur.

Sual: Böyük oğul anasının qəza namazlarını qılmaq istəsə, həmin namazları ucadan yoxsa səssiz qılmalıdır?

Cavab: Bu halda, öz təklifinə əsasən, əməl etməlidir. Belə ki, anasının sübh, şam və xiftən namazlarının qəzasını ucadan qılmalıdır.

Sual: Ölən şəxs, qəza namazlarının qılınması üçün əcir (müzd müqabilində naib) tutulmasını vəsiyət edərsə, qəza namazlarını qılmaq böyük oğula yenə də vacib olarmı?

Cavab: Ölən şəxs, qəza namazlarının qılınması üçün əcir tutlmasını vəsiyət edərsə və atanın da vəsiyəti keçərli olarsa, bu halda, böyük oğula həmin namazların qəzasını qılmaq vacib olmaz.

Sual: Böyük oğul atasının qəza namazı olduğunu bilir; lakin atasının həmin namazları qılıb I qılmadığına şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Vacib ehtiyata əsasən, həmin namazların qəzasını qılmalıdır.

Sual: Böyük oğul, atasının qəza namazının olub – olmamasında şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Ona bir şey vacib olmaz.

Sual: Böyük oğula, ananın qəza namazlarını da qılmaq vacibdirmi?

Cavab: Ananın qəza namazlarını qılmaq böyük oğula vacib deyildir. Lakin onları qılması daha yaxşıdır.

Sual: Ata namazını qılmamış olarsa, böyük oğula həmin namazların qəzasını qılması vacibdirmi?

Cavab: Əgər ata, Allahın əmrinə itaətsizlik üzündən tərk etməyib qəza edə biləcək halda olubsa, vacib ehtiyata əsasən, böyük oğul həmin namazların ya qəzasını qılmalı, ya da başqasını bu iş üçün əcir tutmalıdır.

Sual: Riba (sələm) sistemi işləyən banklar borcunu verə bilməyən şəxslərin evlərini yaxud ev əşyalarını müsadirə edir. Sonra bank bu evləri və əşyaları ucuz qiymətə satır. Bankın satdığı bu evləri almaq caizdirmi? Almaq üçün ev sahibindən halallıq almaq vacibdirmi?

Cavab: Sahibinin razılığı olmadan icazəli deyil. Yalnız bu halda olar ki, onlarla bank arasındakı müqaviləyə uyğun olsun.

Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi?

Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər verməsi də, icazəli deyil. Həmçinin qarşı tərəfin, yalnız əqli və şəri dəlillə nəticə çıxarmaq icazəli olduğu halda, ondan nəticə çıxarması icazəli deyil.

Sual: Gələcəyinə təsir edəcəyinə inancı olan şəxsin əyləncə məqsədilə internet və qəzet səhifələrində yer alan bürcləri oxuması, icazəlidirmi?

Cavab: Eybi yoxdur, amma onun şəriət baxımından nəticəsi yoxdur.

Beyin ölümü

Sual: Bəzi mütəxəssislər insan beyni dayanarkən, hətta nəbz vursa belə, artıq öldüyünü söyləyərək qeyd edirlər ki, beyinin dayanması, qəlbin də dayanmasına səbəb olacaq. Buna görə də, belə bir sual meydana çıxır; beyni ölən lakin, nəbzi vuran şəxsi meyit hesab etmək olarmı?

Cavab: Meyitin hökmləri, xalq arasında ölümü təsdiqlənən şəxsə şamildir. Lakin sualda qeyd olunan şəxsə meyit deyilməz.

83 -dən səhifə 93