admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bank əməliyyatı iki qisimdir:         

1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər olan şirkətlərin alış-verişləri ilə əlaqədar əməliyyatlar və yaxud şərab ticarəti ilə məşğul olanlar, onların paylarını satmaq, onlar üçün akkreditiv açmaq haram əməliyyatlardan hesab olunur.

Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyil və zəhmət haqqı almaq da olmaz.

2. Yuxarıda qeyd olunan əməliyyat müstəsna olmaqla, caiz olan bank əməliyyatlarında işləmək və əmək haqqı almaq caizidir.

Məsələ 1: Əgər ribalı alış-verişdə artıq verən müsəlman olmasa, istər xarici bank olsun, istərsə də başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq hissəni almaq müsəlmana caizdr. Nəticədə belə ribalı alış-verişin icrası ilə əlaqədar bank əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizidir.

Məsələ 2: İslam ölkələrindəki dövlət banklarında və yaxud müştərək banklarda mövcud olan əmlak sahibi bilinməyən əmlak sayılır ki, şəriət hakiminə müraciət etmədən onları istifadə etmək caiz deyildir. Buna əsasən, belə banklarda işləmək, eləcə də əmlakını islah etmək üçün şəriət hakiminə müraciət etmədən onları istifadə edən alıcılara mal (sərmayə) vermək və ya onlardan mal almaq caiz deyildir. Lakin şəriət hakimi qeyd edilən hallarda belə banklarda işləməyə icazə versə, eybi yoxdur.

Məsələ 3: Cüalə, icarə, həvalə (köçürmə) və İslam ölkələrinin dövlət banklarında mövcud olan sair alış-verişlərin düzgün olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi olmadan bu alış-verişlər düzgün deyildir. Həmçinin İslam ölkələrində dövlət camaatın iştirakı ilə açılan müştərək bankların şəri alış-verişlərində dövlətin payı ilə bağlı alış-verişlərin düzgünlüyü şəriət hakiminin icazəsindən asılıdır.

Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi?

Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir.

Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı?

Cavab: Əgər onu, yalnız pullu balıqların yeyilməsini halal bilən müsəlmandan almısansa, yeməyin halaldır.

Sual: Əcnəbi (qeyri-İslami ölkələrdən gətirilmiş) balıq konservilərilə bağlı rəyiniz nədir?

Cavab: Həmin balıqların pullu olması və sudan diri çıxarılması barədə bilgi əldə edilməlidir.

Sual: Bəzi Avropa ölkələrindən və Amerikadan gətirilmiş balıq konservilərini yeyə bilərikmi? Halbuki, biz onun halal olduğuna iki cəhətdən əmin deyilik:

Birinci: Biz həmin balıqların pullu olduğunu bilmirik. Amma qutunun üzərinə pullu balığın şəkli vurulub. Qeyd etmək lazımdır ki, bu cür konserviləri istehsal edən ölkələr qutunun içində olan balığın şəklini onun üzərinə vurmaqla bağlı ciddi qanunlar tətbiq edirlər.

İkinci: Biz həmin balıqların sudan diri çıxarıldığını, yaxud balıqçı torunda və ya tilovunda öldüyünü bilmirik. Lakin məlum məsələdir ki, həmin balıqlar müasir balıqçı gəmiləri ilə tutulur, balıqlar sudan adətən diri çıxarılır və çox az hallarda onlara ölü balıqlar qarışır.

Cavab: Əgər həmin balıqların - hətta, qeyd olunan hər iki cəhət nəzərə alınmış olsa belə, - halallığına əminlik əldə olunsa, yemək icazəlidir. Əks təqdirdə, icazəli deyil.

Sual: Bazarlarda doğranmış və dondurulmuş balıqlar satılır. Balıq qutularının üzərində onun növü barədə məlumat göstərilmir və sadəcə Vyetnam mənşəli olduğu bildirilir. Belə olan halda, həmin balıqlar halaldırmı?

Cavab: Pullu olduğu  bilinmədiyi təqdirdə, həmin balıq halal hökmünü daşımır. Allah doğru yola yönəldəndir!

Sual: Bəzən konserv qutularının üzərinə balığın adı və şəkli vurulur. Qutunun üzərindəki bildirişə əsasən, onun pullu olduğunu müəyyən edirik. Belə olan halda, onun üzərindəki ad və yaxud şəkilə etimad edərək balığın növünü müəyyən edə bilərikmi? Qeyd etməliyik ki, bu işdə yalan məlumat vermək (istehsalçı) şirkəti böyük zərər və hətta, bundan da ağır cəza ilə üz-üzə qoya bilər.

Cavab: Əgər onun doğruluğuna əminlik əldə edilərsə, buna əməl etmək, icazəlidir.

Sual: Şəhərimizdə “xanı balığı” ilə məşhur olan dondurulmuş sədəfli balıq satılır. Onu yemək olarmı? Həmçinin doğranmış, sümükləri çıxarılmış və “sümüksüz” adı ilə tanınan balıq da satılır. Həmin balığı yemək icazəlidirmi?

Cavab: Ümumiyyətlə, balığın pullu olması barədə bilgi əldə edilməlidir. Əks təqdirdə, yeyilməsi halal deyil.

Suаl: Böyük günаhlаr hаnsılаrdır?

Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur:

Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı hörmətsizlik еtmək, hаqsız yеrə insаn qətlə yеtirmək, iffətli qаdınа böhtаn аtmаq, hаqsız yеrə yеtim mаlı yеmək, döyüşdən qаçmаq, bilərək sələm yеmək, zinа, livаt, sеhr, vаcib zəkаtı vеrməmək, yаlаn şаhidlik еtmək, şаhidlliyi gizlətmək yəni, şаhidi оlduğu bir hаdisə bаrədə şаhidlik еtməkdən imtinа еtmək, arаq içmək, həmçinin bilərəkdən nаmаz və yа Аllаhın vаcib еtdiyi bir əməli tərk еtmək, əhdi pоzmаq, qəti-rəhm еtmək yəni, qоhumlаrlа əlаqəni kəsmək və оnlаrlа yахşılıqlа dаvrаnmаmаq, hicrətdən sоnrа ərəb cаhilliyinə qаyıtmаq, bundаn məqsəd dinini kаmil surətdə yеrinə yеtirə bilməyəcəyi ölkələrdə məskunlаşmаq оlduğunu dа dеmişlər, oğurluq, Аllаh-təаlаnın nаzil еtdiyi hökmü inkаr еtmək, Аllаhın, Pеyğəmbərin (s) və övsiyаlаrın аdındаn yаlаn dаnışmаq, yаlаn dаnışmаq, ölmüş hеyvаn əti yеmək və qаn içmək, dоnuz əti yеmək, Аllаhdаn qеyrisinin аdı ilə kəsilən hеyvаn ətini yеmək, qumаr оynаmаq, hаrаm yеmək bunа misаl оlаrаq məstеdicilərin sаtışındаn əldə оlunаn məbləğ, zinаkаr qаdının muzdu, оv üçün оlmаyаn itin sаtışındаn əldə оlunаn məbləğ, hаqq iş üçün оlsа bеlə hökm müqаbilində vеrilən rüşvət, kаhinin qаzıncı, zаlim vаlilərin işlərini yеrinə yеtirmək müqаbilində əldə оlunаn muzd, mahnı охuyаn cаriyənin muzdu, şаhmаtın qiyməti, ölmüş hеyvаnın lеşinin sаtışındаn əldə оlunаn mаl. Sоnuncunun nəinki böyük günаh оlmаsı, hаrаm оlmаsı bеlə şübhəlidir.

Həmçinin аşаğıdаkılаrdа böyük günаhlаrdаn hеsаb оlunur:

Tərəzidə və çəkidə аldаtmаq, zаlimlərə yаrdım еtmək, оnlаrа mеyilli оlmаq və оnlаrа məhəbbət bəsləmək, təkəbbürlülük etmək, isrаfçılıq etmək, həccə bigаnə yаnаşmаq, Аllаh dоstlаrınа qаrşı çıхmаq, kiçik günаhlаrа isrаr еtmək, bоş əyləncələrlə məşğul оlmаq; günаh əhlinin yеrinə yеtirdiyi kimi simli аlətlərdə (musiqi) ifа еtmək və s. Ğinа; zаhirə əsаsən ğinа ləhv (əyləncə) əhlinə məхsus ritmlə söylənilən bоş sözlərdən ibаrətdir. Səsin uzаdılmаsı və yа gеri qаytаrılmаsı ğinаnın əsаs хüsusiyyəti оlmаsı şübhəlidir. Оnun təyin еdilməsində meyar, ürfdür.

Möminə böhtаn аtmаq yəni, möminə ləkə gətirən (və оndа оlmаyаn) еybi оnа nisbət vеrmək və mömini söymək, оnu аlçаtmаq və yа zəlil еtmək. Möminlərin аrаsını vurmаq üçün söz gəzdirmək. Qəvvаdlıq yəni, iki nəfər аrаsındа zinа еtməyə yаrdım еtmək. Müsəlmаnlаrı аlış-vеrişdə аldаtmаq. Günаhı kiçik sаymаq; həqiqətən ən böyük günаh, оnu yеrinə yеtirənin kiçik hеsаb etdiyi günаhdır, riyа, qеybət; mömin оlmаdıqdа istər оnu аlçаtmаq məqsədi оlsun, istərsə də bеlə məqsəd оlmаsın, оnun еybləri bаrədə dаnışmаq. İstər еyb оnun bədənində, nəsəbində, əхlаqındа, hərəkətlərində, sözlərində, dinində və yа dünyаyа аid işlərində, istərsə də insаnlаrа gizli qаlаn еybləri bаrədə оlsun. Həmçinin qеybət еdərkən sözlə və yа hərəkətlə еybə işаrə еtmək аrаsındа heç bir fərq yохdur. Zаhirə əsаsən, bu halda qеybət еşidən biri оlduqdа оnа bildirkmək, işаrə еtmək və yахud bu kimi hаllаrа məхsusdur.

Suаl: Böyük günаhlаr bаrədə bir hədis qеyd еdin.

Cаvаb: Əbu Bəsir bеlə nəql еdir: «İmam Cəfər Sadiqin (ə) bеlə buyurduğunu еşitdim: «Böyük günаhlаr yеddidir: Hаqsız yеrə bilərəkdən qətl törətmək, Аllаh-təаlаyа şərik qоşmаq, iffətli qаdınа böhtаn аtmаq, bildikdən sоnrа sələm yеmək, döyüşdən qаçmаq, hicrətdən (İslаmdаn) sоnrа ərəb cаhiliyyətinə dönmək, vаlidеyinlərin üzünə аğ оlmаq, haqsız yеrə yеtimin mаlını yеmək».

Suаl: Hansı böyük günаhlаrа görə Аllаh-təаlа cəzа vədi vеrmişdir?

Cаvаb: Böyük günаhlаr Аllаhın cəzа vədi vеrdiyi günаhlаr olduğu dеyilmişdir. Аllаh-təаlаyа şərik qоşmаq, Аllаhın rəhmətindən ümidsiz оlmаq, Аllаhın məkrindən öüzünü əmаndа hiss еtmək, hаqsız yеrə qətl törətmək, vаlidеyinlərin üzünə аğ оlmаq, iffətli qаdınа böhtаn аtmаq, yаlаn şаhidlik еtmək, аrаq içmək, nаmаzı və yа Аllаh-tıаlаnın vаcib buyurduqlаrını bilərəkdən tərk еtmək, qоhum-əqrаbа ilə əlаqəni kəsmək, ölmüş hеyvаn əti yеmək, hаqq hökm müqаbilində оlsа bеlə rüşvət аlmаq, isrаf, ğinа, zinа, mömini söymək, оnu аlçаtmаq və zəlil еtmək, yаlаn dаnışmаq və s.

Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir?

Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq -  baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və təkrar-təkrar qeyd edib. Bu işin halal, yaxud haram olması barədə bir çox hallarda Seyid cənablarının (kölgəsi davamlı olsun!) adından deyilənlər, həqiqətdə onun mövqeyini ifadə etmir.

Balıq yağı

Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi?

Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda öldüyü bilinərsə, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış həbləri vitamin tərkibli dərman kimi qəbul etmək icazəlidirmi?

Cavab: Həmin yağın pullu balıqdan alındığı bilinmədiyi təqdirdə, icazəli deyil. Amma həmin dərman müalicə üçün zəruri və alternativsiz olarsa, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış kapsulları qəbul etməyin hökmü nədir? Halbuki, istehsalçı şirkətlər həmin yağların balina, köpək balığı və digər pullu və pulsuz balıqlardan alındığını bildirirlər.

Cavab: Pullu balıqlardan alındığı bilinməsə, icazəli deyil. Bəli, əgər müsəlman onu yemək üçün təqdim edərsə və o, pulsuz balıqların yeyilməsini halal bilənlərdən olmasa, istifadəsi icazəlidir.

Sual: “Omega-3” preparatı özündə orqanizm üçün zəruri olan qidalandırıcı maddələri ehtiva edir. Mən Avropa ölkələrinin birində təhsil alıram, yaddaşımın fəallaşmasına və stabilləşməsinə kömək etdiyi üçün həmin preparatdan istifadə edirəm. Sualım belədir:

Biz həmin maddənin yeyilməsi halal, yaxud haram olan balıqlardan alındığını bilmirik. Hər kapsulun örtüyü mənşəyi bilinməyən jelatin maddəsindən hazırlanıb. Mən əvvəllər bu maddədən istifadə edirdim. İstifadəni dayandırdıqdan sonra, bu mənim təhsildə olan fəallığıma nəzərə çarpacaq dərəcədə təsir etdi. Həmin maddəni bilmədən qəbul etdiyim üçün mənim hökmüm nədir?

Cavab: Balıq yağının pullu və sudan diri tutulmuş balıqdan alındığına xatircəmlik əldə olunmasa, halal hökmünü daşımaz. Kapsulun örtüyünün heyvan, yoxsa bitki mənşəli olmasına şəkk edilərsə, yeyilməsinin maneəsi yoxdur.

Sual: Balınanın qaraciyərinin yağından alınmış vitamini qəbul etməyin hökmü nədir?

Cavab: Zərurət olmadığı halda, icazəli deyil.

Sual: Həyat yoldaşım qanda triqliseridlərin yüksəlməsindən əziyyət çəkir. Onun yeganə müalicəsi balinanın qaraciyərinin yağından hazırlanan dərmandır. Belə ki, ərim hər gün üç dəfə həmin dərmandan üç kapsul qəbul etməlidir. Kapsulun örtüyü heyvan mənşəli jelatindən, dərman isə balıq yağından hazırlanıb. Bu halda vəzifəmiz nədir?

Cavab: Pulsuz balıqların yağını, həkimlərin adətən dözülməz xəstəliklərin müalicəsi üçün yalnız onu təyin etdikləri halda, yeməyin maneəsi yoxdur.

Bazar qiyməti

Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını göndərən tərəfə heç bir təsiri yoxdur. Çünki bu qida məhsulları bir daha sahibinə qayıtmır.

Cavab: Artıq qalan miqdar və ya qiyməti hesablanaraq fəqirlərə sədəqə verilməlidir. Əgər yerdə qalan miqdarın bazar qiyməti yoxdursa, ehtiyata əsasən, ondan istifadə edib əvəzini sədəqə vermək lazımdır. Bazara çıxarılan məhsulları araşdıran təşkilat qanunlara riayət etməklə yanaşı araşdırma aparılması üçün imkan daxilində kifayət edəcək miqdarda qida nümunələri götürməlidir. Aidiyyatı təşkilat artıq götürülən qida nümunələrinə görə günah etmiş sayılmır, qida nümunələrinin geri qaytarılması, tələf olduqda isə zamin olması kimi məsuliyyət daşımır. Allah (ən doğrusunu) bilir.

Sual: Əgər qəsb olunan əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, onu geri qaytarmaq istəyən şəxs bazar qiymətindəki fərqin ödənilməsinə zamindirmi?

Cavab: Əgər qəsb olunmuş əmlak qalırsa, lakin bazar qiyməti ucuzlaşıbsa, qiymətin düşməsi əmlaka nöqsan gətirmirsə, əmlakı geri qaytarmalıdır və qiymət fərqinin ödənilməsində zamin deyil.

Sual: Əgər qəsb olunmuş əmlakın bazar qiymət fərqli olarsa, məsələn, qəsb olunduğu yerdə 20, başqa yerdə isə 10 manata və ya əksinə olarsa, burada məkanın rolu varmı? Belə ki, mütləq surətdə məkan əsas götürülməli və əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir? Yoxsa əmlakın xüsusiyyətləri əsas götürülməli və ən baha qiyməti ödənilməlidir?

Cavab: Bu barədə iki rəy vardır; ən döğrusu birinci rəydir. (Yəni əmlakın tələf olduğu yerdəki qiyməti ödənilməlidir). Baxmayaraq ki, ehtiyat tərk olunmamalıdır.

Sual: Filiz və mədənlərdən düzəldilən əşyalar misli (yəni tələf edilərsə sahibinə eynisindən verilməlidir) sayılır, yoxsa düzəldilmiş formadakı qiyməti əsasdır? Yaxud materialına görə misli, formasına görə qiyməti ödənilməlidir?

Cavab: Zahirə əsasən, vəziyyətə görə hökm dəyişir. Əgər əşya nəfis, əql sahiblərinin nəzərində əntiq və tarixi sənət əsəri kimi dəyəri olan əşyalardan və ya nadir sənət əsəri olarsa, bu kimi hallarda əşyanın düzəldilmiş formasının qiyməti əsas hesab olunur. Qəsb edən şəxs həmin əşyanın bazar qiymətini ödəməlidir. Əgər həmin əşyanın insanların istəklərinin fərqli olmasına səbəb olan xüsusiyyətlərinə bənzər əşyalar bazarda olarsa, məsələn, indiki zamanda olduğu kimi zavod və fabriklərin istehsal etdikləri suvinir və ya bəzi (məişət, təsərüfat) alətlərindən olarsa, qəsb edən şəxs həmin əşyanın növ və formada olan mislinə zamindir. Həmçinin, əgər qəsb olunmuş əşyanın formasının heç bir dəyəri yoxdursa, onun formasının olub olmamasının heç bir fərqi yoxdursa, qəsbkar həmin əşyanın materialının mislinə zamindir.

Əgər əşya qeyd olunan iki qismdən deyilsə, zahirə əsasən, materialına görə misli, formasına görə isə bazar qiyməti əsasdır. Məsələn, qızıl və gümüşdən düzəldilmiş zinət əşyaları kimi. Əgər bir şəxs çəkisi iki misqal olan qızıl zinət əşyası qəsb edərsə, həmin əşya tələf olarsa və ya o özü tələf edərsə, düzəldilmiş forması ilə külçə şəklində olan forma arasındakı qiymət fərqinin ödənilməsi ilə yanaşı iki misqal qızıla zamindir.

Sual: Bir şəxs başqasının qaçan miniyini tutmağa, çarpayısında yatmağa, evinə daxil olmağa və ya hər hansı əşyasını satmağa imkan verməsə, buna görə günahkar və zalim olsa da, başqasının mülkünü ələ keçirmədiyi üçün qəsbkar hesab olunmur. Əgər onun maneçiliyindən sonra minik və yataq tələf olarsa, ev dağılarsa və ya malın bazar qiyməti azalarsa, qəsbkar olmadığı üçün qəsb çəhətindən zamin deyil. Lakin başqa çəhətdən zamin hesab olunurmu?

Cavab: Ən doğru rəyə əsasən, sonuncuda, yəni əmlakın bazar qiyməti azaldıqda zaminlik yoxdur. Digərlərinə gəlincə, əgər tələf olması onun maneçiliyinə istinad edilmirsə, belə ki, onun maneçilik etməsinin və ya etməməsinin fərqi olmadan təbii hadisə nəticəsində tələf olarsa, qəti olaraq zaminlik daşımır. Amma tələf onun maneçiliyinə istinad edilirsə, məsələn, minik zəif və ya yırtıcı heyvanların hüçumuna məruz qalacaq bir yerdə olsa da, sahibi onu qoruyurdu. Həmin şəxs maneçilik etikdə onu lazımı şəkildə qoruya bilmədiyi üçün həlak olarsa, bu halda zaminliyin sabit olması uzaq görüş deyil.

Sual: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv etməyə haqqı varmı?

Cavab: Əgər satıcı və ya müştəri aldanıldığını bilərsə alış-verişi ləğv edə biər. Məsələn, əgər satıcı bilmədən malı bazar qiymətindən güzəşt edilməyəcək dərəcədə həddindən artıq ucuz satdıqdan sonra bunu bilərsə, alış-verişi pozmağa haqqı var. Həmçinin, əgər müştəri bilmədən malı bazar qiymətindən həddindən artıq baha qiymətə alarsa, sonradan aldanıldığı ona məlum olarsa, aldığı malı geri qaytarıb ödədiyi məbləği tələb etməyə haqqı var.

Sual: Ölkədə ən çox istehlak edilən qida məhsulunun möhtəkirlik edərək bazar qiymətinin bahalaşmasını gözləmək icazəlidirmi?

Cavab: Qida məhsullarına - məqsəd ən çox istehlak edilən qida məhsullarıdır - həmçinin, qida məhsullarının hazırlanmasında istifadə edilən yanacaq kimi əşyalara və ya qidanın hazırlanmasında vacib olan duz və yağ kimi məhsullara müsəlmanların və ya canı toxunulmaz olan (kitab əhli kimi) qeyri müsəlmanların ehtiyacı oduğu və heç kimin bazara həmin malları satışa çıxartmadığı halda bazar qiymətinin artamsını gözləyərək möhtəkirlik etmək haramdır.

Sual: Xüms məsələsində mədəndən çıxarılan qızıl və gümüş kimi yeraltı resurusların qiymətinin 15 seyrəfi misqal (20 şəri misqal və ya 20 dinar) miqdarında qızıl sikkə dəyərində olması şərtdirmi?

Cavab: Mədənlərdən çıxarılan qızıl, gümüş, mis, dəmir, kibrit, həmçinin neft və daş kömürün çıxarılma və emal xərcləri hesablandıqdan sonra xümsu verilir. Bu şərtlə ki, çıxarılan miqdarın bazar qiyməti 15 seyrəfi misqal miqdarında olan qızıl sikkə dəyərində və ya daha çox olsun.

Sual: Aldığım əşyaları xüms günü olan qiymətini hesablamalıyam, yoxsa aldığım qiymətə əsasən hesablamalıyam?

Cavab: Aldığın qiyməti deyil, xümsu hesablayarkən mövcud bazar qiymətinə əsasən hesablamalısan.

Sual: Bəzi qida məhsulları dövlət tərəfindən yüksək bazar qiymətindən aşağı qiymətə satılır. Əgər mal sahibi həmin qida məhsullarını istehlak etməsə, bir il keçdikdən sonra onun xümsu dövlətin satdığı qiymətə əsasən hesablanmalıdır, yoxsa bazar qiymətinə əsasən?

Cavab: Xüms verildiyi vaxtdakı qiymətinə əsasən hesablanmalıdır.

Sual: Müsəlman şəxsin nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta dəyişməsi icazəlidir. Sual bundan ibarətdir; əgər bir müsəlman başqa bir müsəlmandan müəyyən məbləğ borc aldıqdan sonra həmin valyutanın bazar qiyməti aşağı düşərsə, borc alan şəxs nə qədər ödəməlidir? Borc aldığı miqdarı, yoxsa odəmə vaxtı həmin valyutanın bazar qiymətini? Əgər borc verən şəxs kafir olarsa, bunun bir fərqi varmı?

Cavab:  Borc verən şəxsin müsəlman və ya kafir olmasından asılı olmayaraq borc aldığı miqdarı ödəməlidir.

Sual: Xarici valyutaları bazar qiymətinə alıb satmaq icazəlidirmi?

Cavab: Nağd və ya nisyə olmasından asılı olmayaraq bazar qiymətindən yüksək və ya aşağı qiymətə valyuta alıb satmaq icazəlidir.

Sual: Mükəlləf şəxsin xümsu veriləcək malın bazar qiymətini təxmini olaraq təyin etməsi icazəlidirmi? Belə ki, tacirlərə müraciət etmədən həmin malın bazar qiymətinin ehtimal olunan ən yüksək qiymətini əsas götürməsi icazəlidirmi?

Cavab: Əgər bazar qiymətindən az olmadığına əmin olarsa və ehtiyat edərsə, icazəlidir.

Sual: Əgər bir şəxs birinci mərtəbədə yaşayıb kirayə üçün bir neçə mərtəbə tikərsə, hər il bina tikilərkən işlətdiyi lavazimatların xümsunu hesablamalıdırmı? Bina tikildikdən sonra kirayə verdiyi mərtəbələrin bazar qiymərini nəzərə almaq vacibdir, yoxsa kirayədən əldə olunan qazanc sərmayəyə əlavə olunmalıdır?

Cavab: Həmin mərtəbələrə xərclədiyinin xümsunu verməsi vacibdir. Bundan sonra yalnız il başına (xüms gününə) kirayədən əldə olunan gəlirdən artıq qalan məbləğin xümsu verilməlidir.

Birja

Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd olunanlar həmin şərtlərdəndir:

1. Sələm götürülməsi icazəli olmayan cəhətlərlə əlavə gəlir (sələm) əsasında alış-veriş edən bank və şirkətlərlə ortaqlıq etmək icazəli deyil. Çünki onların sərmayəsinə ortaq olmaq, onların sələm müamilələrinə qatılmaq deməkdir. Lakin əvvəlcədən sələm alış-verişinə qatılmağa razı olmadığını  bildirərsə, icazəlidir.

2. İxtiyarında olan məbləği araq alış-verişi kimi haram olan sektorlarda istifadə edən şirkətlərlə ortaqlıq icazəli deyil.

Sual: “Marja” (ticarətə başlamaq üçün lazım olan ilkin vəsait, sərmayə) adlanan sistemə əsaslanan birja fəaliyyəti ilə məşğul olmağın hökmü nədir? Məsələn, əgər sənin hesabında 10000 riyal məbləğində pul varsa, bu sistemin sayəsində 100000 riyal məbləğində, yəni sənin sərmayəndən 10 dəfə çox qiymətə olan səhmləri satın ala bilərsən. Bu məbləği şirkət tərəfindən səhmləri almaq üçün sənə verilən borc hesab edə bilərsən. Aldığın səhmləri satdıqdan sonra şirkət yalnız qoyduğu məbləği götürür, sənin qoyduğun sərmayə və əldə olunmuş gəlirlər isə sənə verilir. Lakin ziyana uğradığın təqdirdə, şırkət səndən yalnız qoyduğu məbləği götürür. Əgər məbləğ kifayət etməsə, qalan məbləği  sənin şəxsi hesabından çıxılır. Şirkət sənin nə qazancına, nə də ziyanına ortaq deyil. O, yalnız sənə verdiyi məbləği tələb edir.

Qoyduğun məbləğin artırılmasına gəlincə, by, qoyduğumuz sərmayənin neçə qat artıq olmasını istəməyimizdən asılıdır. Bu cür şirkətlərlə birja alış-verişi etməyin hökmü nədir? Məlumdur ki, bu şirkətlər valyuta, qızıl və neft alış-verişi ilə məşğul olur. Həmçinin o da məlumdur ki, bu şirkətlər qeyri-İslamidir.

Cavab: Əgər bu işlər şirkətin müəyyən qurumuna həvalə olunursa, məsələn, şirkətin müdiri tərəfindən sənə qeyd olunan məbləğ borc olaraq verilirsə, sonra şirkət (sənin hesabında olan) müəyyən məbləğ əsasında alış-verişlə məşğul olursa, zahirə əsasən, heç bir maneəsi yoxdur. Lakin neft və qızıl kimi çəki və ölçü ilə satılan əmtəənin şəriət baxımından şərtlərinə riayət olunması vacibdir. Allah (ən doğrusunu) bilir!

Balıq

Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin.

Cavab: Balıq yeməyin halal olmasının iki şərti var:

1. Pullu balıq olmalıdır.

2. Balıqçı onu diri olaraq ovlasın və ya qurduğu torun içində ölsün.

Qeyri müsəlman ölkələrindən idxal edilən balıqlar müsəlmandan alınarsa və ya müsəlman bazarlarında satılırsa, onun ikinci şərti ehtiva etməsinə əmin olmaq mümkündür. Xüsusilə, ticarət məqsədi ilə böyük kəmiyyətdə satılan balıqlar müasir gəmilər vasitəsi ovlanılır və balıqlar sudan diri olaraq çıxarılır. Çox nadir hallarda ölü balıq ora qarışa bilər.

Deməli, əsas birinci şərtə diqqət etmək lazımdır. Balığın dərisi təmizlənməyibsə onun pullu olmasını təyin etmək asandır. Amma konservilərdə olduğu kimi balığın dərisi olmazsa, əgər konservi qutusunun üzərinə tuna və sardin kimi pullu balıq növündən olduğu yazılarsa və istehsalçı ölkə qutu üzərində yazılan xüsusiyyətlərin daxilində olan məhsula uyğun olması qanunlarına ciddi əməl edirsə, həmin balığın halal olmasına əmin olmaq mümkündür. Qeyri hallarda isə müsəlman idxalçı və ya müsəlman bazarındakı satıcı balığın pullu olması şərtinə əməl etməsi nəzərə alınacaq dərəcədə ehtimal edilərsə, həmin şəxslər əhli-sünnə qardaşlarımız kimi pulsuz balığın yeyilməsini halal hesab edənlərdən və yaxud şəriətin qaydalarına biganə yanaşanlardan olmazlarsa, onlara etimad etmək və yemək üçün təklif etdiyi balığı halal hesab etmək mümkündür.

Sual: Əgər bir şəxs çayda tor qurmaq vasitəsi ilə balıq tutarsa, balıq torda qalıb çayın işində ölərsə, həmin balığın yeyilməsinin halal olmasına hökm vermək olarmı?

Cavab: Əgər balıq pullu balıq növündəndirsə, onun yeyilməsi icazəlidir.

84 -dən səhifə 93