Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir?

Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır.

Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə qəsidələr söylənilərkən əl çalmağın hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: Əhli-beytin (Allahın onlara salamı olsun) şad və mövlud günlərində əl çalmağın hökmü nədir?

Cavab: İcazəlidir. Lakin salavat və zikrin yerini tutmamalıdır.

Təlaq haqqında

Bismillahir-rəhmanir-rəhim.
Ali dini mərcə İmam Seyid Əli Sistani (Allah kölgəsin əskik etməsin) cənablarına.
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Xahiş edirik aşağıdakı suala cavab verəsiniz. Allah sizə böyük savab bəxş eləsin.
Bizim ölkəmizdə qanunvericilik qadınlara ərindən rəsmi boşanma icazəsi verir. Talaq verən ruhanilər həmin rəsmi talağa əsasən ərin məlumatı olmadan yalnız qadının tələbi ilə şəri talaq icra edirlər. Həmin ruhanilər bəzi müctəhidlərdən icazə aldıqlarını iddia edirlər. Belə talağın hökmü nədir? Bu cür talaq icra edənlərin hökmü nədir? Bu barədə bizə fətva verin! Allah sizə ən xeyirli mükafat versin!
Azərbaycan respublikası
Möminlərdən bir dəstə.
28.12.1438 h.
20.09.2017.

Allahın adı ilə
Bu cür talaq batildir. Bu məsələdə şəriət hakiminə və ya bü cür işlər həvalə olunan vəkilinə müraciət etmək lazımdır. Əgər (şəriət) hakiminin talaq verməsinin mümkün olduğu hallardan olarsa, müəyyən olunmuş qaydalara müvafiq əməl etməlidir.
29 zilhiccə 1438 h.

Sual: Son zamanlar narkotik maddələrin alış-verişi geniş surətdə yayılmışdır. Bu yolla əldə olunan, yemək-içmək kimi ehtiyaclara sərf olunan malların hökmü nədir?

Cavab: Bu yolla əldə olunan mallar haramdır və ondan istifadə etmək icazəli deyil. Əgər mal sahiblərini tanıyırsa həmin malı sahiblərinə qaytarması vacibdir. Əks təqdirdə isə müstəhəq fəqirlərə sədəqə olaraq paylamalıdır.

Bağışlayan və mehriban Allahın adı ilə! Muhəmməd və pak əhli-beytinə salam və salavat olsun!

 “Kim Allahın (Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur”.

Haram aylardan olan məhərrəm ayı bizə yaxınlaşmaqdadır. Bu ay ərzində cəmiyyətin inkişafı, ümmətlərin iradəsinin dirçəlişi, vəziyyətin islahı üçün islahatçıların başçılıq etdiyi ən böyük hərəkatı xatlrladacağıq. Bu hərəkat mübarək Hüseyni hərəkatdır! Bu mübarək hərəkat İmam Hüseyn bin Əlinin (ə) davamçıları olan bizlərin öhdəsinə böyük məsuliyyət qoyur. Bu, həmin hərəkatın davam etdirilməsi, qəlblərdə və ruhlarda bu hərəkatın təsirlərini və izlərini möhkəmləndirilməsi məsuliyyətidir. Hər bir Hüseynçi istər din alimi olsun, istər ziyalı olsun, istərsə də dünyəvi və humanist elmlər üzrə mütəxəssis olsun o, özünəməxsus məsuliyyət daşıyır. Bizim hər birimiz özümüzü, ailəmizi, ətrafımızı islah etməklə, cəmiyyətə bu hərəkatın əhəmiyyətini, əzəmətli islahatın böyüklüyünü anlatmaqla İmam Hüseynin (ə) bu mübarək inqilabını qorumaq məsuliyyətini daşıyırıq. Lakin xətiblər Aşura hərakatının və şəhidlər ağasının (ə)  hədəflərinin media tərəfini təmsil etdikləri üçün daha böyük məsuliyyət daşıyırlar. Məhz buna görə də düşünərək soruşmalıyıq: Hüseyni minbər zamanın təlabatlarına, əsrin yeniliklərinə cavab verərək qəlblərdə və ruhlarda hüseyni nişanələri formalaşdıracaq  dərəcədə bu məsuliyyəti yerinə yetirə bilirmi?!

Məhz bu məsələdən çıxış edərərk Seyiduş-şühada (ə) minbərindən söz söyləyən hər bir kəsə bəzi tövsiyə və nəsihətləri xatırladırıq.

1. Müxtəlif formada fikirlərin təqdim olunması. Cəmiyyət mənəvi, tərbiyəvi və tarixi mövzulara ehtiyac duyur. Bu isə xətibin çeşidli sahələrdə müxtəlif mövzulara vaqif olmasını tələb edir ki, onu dinləyən insanların və qeyrilərinin mariflənmə ehtiyacını  təmin edə bilsin.

2. Xətib zəmanəsinin mədəniyyətindən və düşüncə tərzindən xəbərdar olmalıdır. Yəni xətib hər il meydana atılan özünəməxsus əqidəvi şübhələrdən, hər bir cəmiyyətdə dəyişkən davranışlardan, möminlərin qarşılaşdıqları hər bir ictimai problemlərdən agah olmalıdır. Xətiblərin yeniləşən hər bir fikir, davranış və mədəniyyətdən xəbərdar olmaları İmam Hüseyn (ə) minbərinin ətrafında toplaşan insanlara böyük təsir qoyur, onlarda fəaliyyət hissi yaradan ruhiyyə verir.

3. Qurani-kərim ayələrini qeyd edərkən diqqətli olmaq, rəvayətləri mötəbər kitablardan nəql etmək və ya sübuta yetmiş tarixi əhvalatları söyləmək lazımdır. Çünki rəvayətlərin mənbələrinin və söylənilən əhvalatların dəqiq olmaması dinləyicilərin nəzərində hüseyni mənbərə olan etimadı aradan aparır.

4. Mənbərdən yuxu və xəyali əhvalatlar danışmaqdan çəkinmək lazımdır. Çünki bu cür şeylərin danışılması hüseyni minbərin adına xələl gətirir. Bu, uğursuz informasiya üslubudur. Dinləyicilərin məntiqi və intellektual səviyyəsinə münasib deyil.

5. Xütbəni gözəl surətdə hazırlamaq. Belə ki, xətib mövzunun tərtibi, səlis bəyanı, dinləyənlərin ruhunu oxşayacaq ifadələrin seçilməsi baxımından mühazirəsinin mövzusuna yüksək səviyyədə diqqət etməlidir. Xətibin mövzunun seçilməsi, axıcı və cəlbedici tərtibi sayəsində sərf etdiyi böyük zəhmət dinləyicilərin hüseyni minbərə bağlanmalarında əvəzsiz rol oynayır.

6. Əhli-beytin elmi və əxlaqi irsi olduqca gözəl və əzəmətlidir. Lakin xətibin məharəti və yaradıcılığı müxtəlif dinlərə, ideologiyalara və ictimai-fəlsəfi düşüncəyə sahib olan bütün xalqları cəlbedici dini mətinləri və hədisləri seçməkdə özünü göstərir. İmamlardan (ə) belə nəql olunur: “Əgər insanlar sözlərimizin gözəlliklərini dərk etsələr ardımızca gələrlər”. Onların sözlərinin gözəllikləri fərqli dini etiqadlara və ideoloji məktəblərə mənsub olan bütün xalqları özünə cəlb edən insani dəyərlərdən və əxlaqi keyfiyyətlərdən bəhs edən elmi-mədəni irsləridir.

7. İctimai problemlərin və düzgün həll yollarının təqdim olunması. Xətibin ailə bağlarının qırılması, gənc nəsil ilə yaşlı nəsil arasında anlaşılmazlığın yaranması, boşanma hallarının çoxalması və bu kimi problemləri həll yollarını göstərmədən sadalamaqla kifayətlənməsi yaxşı deyil. Bu hal minbərin fəal islahatçı rol oynamamasına və nəticəsiz mübahisələrə səbəb olur. Buna görə də hüseyni minbərdən xalqa müraciət edənlər müxtəlif ictimai problemlərin həlli mövzusunda mütəxəssislərlə, psixoloqlarla və ictimai xadimlərlə məsləhətləşməlidirlər ki, problemlər barədə onların düzgün həll yollarını təqdim edərək danışsınlar. Bu, minbəri durğunluq halından çıxardaraq cəmiyyətin islah olunması yolunda fəal rol oynayan bir mayaka çevirəcək.

8. Hüseyni minbər ideoloji və (məhərrəmliklə bağlı) ayinlər mövzusunda şiəlikdəki ixtilaflı məsələlərə müdaxilə etməkdən çəkinməlidir. Belə məsələlərə müdaxilə etmək minbərin hər hansı bir tərəfin istismar etməsinə, ictimai fikirdə xaosa və möminlər arasında parçalanmaya gətirib çıxarır. Halbuki minbər Şəhidlər ağasını (ə) sevənlərin qəlblərini bir araya gətirmək, onları vahid yolda əməkdaşlıq etmələri üçün vəhdət bayrağı və Hüseyn (ə) nurunun rəmzidir.

9. İbadət və müamilat mövzusunda insanların daha çox qarşılaşdıqları fiqhi mövzuları elə maraqlı və aydın üslubda təqdim edilməlidir ki, dinləyicidə hüseyni minbərin onun reallığına və həyatının müxtəlif məsələlərinə cavab verməsi duyğusunu yaratsın.

10. İmamiyyə məzhəbinini gücünün sirri, əzəmətinin və varlığının böyüklüyünün rəmzi olan mərcəiyyətin, elmi hovzənin və din alimlərinin əhəmiyyətini bəyan etmək.

Allah-təaladan hamımızı şəhidlər ağası İmam Hüseynin (ə) yolunda xidmət göstərməkdə müvəffəq etməsini, dünya və axirətdə bizi Hüseynlə (ə) tanıtdırmasını diləyirik.

Aləmlərin Rəbbi olan allaha həmd olsun! Muhəmməd və pak əhli-beytinə salam və səlavat olsun!

İmam Əli (ə) cəmiyyəti. London.

22.08.2017 -ci il tarixində çərşənbə axşamı İraq Daxili İşlər nazirliyinin müavini Doktor Əil Xəzəli, həmçinin İraq respublikasının Moskvadakı səfiri Doktor Heydər Əzarinin başçılıq etdiyi nümayəndə heyəti ali dini-mərce İmam Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan üzrə nümayəndəsi Şeyx Məhəmməd Əli Musili ilə səmimi görüş keçirmişlər. Görüş Ali Beyt müəssisəsinin Moskvadakı ofisində keçirilmişdir. Görüşdə İraqda baş verən hadisələr, torpağın, xalqının, müqəddəsatın, namus və şərəfin qorunması üçün ali dini mərcəyin verdiyi tarixi fətva barədə söhbət olmuşdur. Şeyx Musili cənabları cənab sözçüyə bu görüşə görə təşəkkür etmişdir. Sonda qonaqlar dərin ehtiramla yola salınmışlar.

22.08.2017-ci il tarixində çərşənbə axşamı ali dini mərceyi-təqlid İmam Seyid Əli Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan üzrə nümayəndəsi Şeyx Məhəmməd Əli Musuli Rusiya xarici işlər nazirinin müavini, Rusiya prezidenti Viladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Buqdanov ilə Rusiya Xarici İşlər nazirliyində görüşmüşdür. Mixail Buqdanov Şeyx Musilini olduqca səmimi qarşılamışdır. Sonra İraq, baş verən hadisələr, ətraf regiondakı dəyişikliklər barədə söhbət olmuşdur. Həmçinin Seyid Sistaninin şəxsiyyəti, İraq xalqının və ərazi bütövlüyünün İşid terrorundan qorunması üçün yerli müdafiə yaradılması barədə verdiyi məşhur fətvadan söz açılmışdır. Sonda Doktor Mixail Buqdanov İmam Sistani cənablarına (Allah kölgəsini əskik etməsin) salamının çatdırılmasını xahiş etmişdir.

İsraf etmək

Sual: İsarfın tərifini bizə bəyan edin.

Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcməkdir. İsraf haramdır.

Sual: İsrafı necə izah edirsiniz?

Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (Əraf surəsi, ayə 31). “Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (İsra surəsi, ayə 27).

İmam Əli (ə) Ziyada yazdığı məktubda israfı pisləyərək belə buyurur: “Qənaətcil olaraq israfı tərk et. Sabahkı günü düşün! Maldan zərurət miqdarında istifadə et. Artıq qalanı ehtiyacın olan gün üçün göndər. Allah yanında təkəbbür əhlindən olduğun halda Onun sənə təvazökarlara verdiyi mükafatı bəxş edəcəyini umursan?! Nemət qərqə olub zəiflərə və dul qadınlara bir şey vermədiyin halda sədəqə verənlərin savabına tamah salırsan?! İnsan etydi əməllərə görə mükafat və cəza alar, irəli göndərdiyinə (axirətə) doğru gedər”. (“Nəhcul-bəlağə” səh. 377).

Sual: Özüm və ya həyat yoldaşım üçün bahalı qol saatı və ya çanta almağımın hökmü nədir? Bu, məkruhdur, yoxsa israf hesab olunur?

Cavab:  Əgər şəninizə uyğun olarsa israf hesab olunmaz.

Sual: İsraf və mal dağıtmaq barədə buyurulan Quran ayələrini və nəql olunan hədislərdən bəzilərini qeyd edin.

Cavab: Allah-təala buyurub: “…yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (Əraf surəsi, ayə 31).

“Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər”. (Ğafir surəsi, ayə 43). “Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (İsra surəsi, ayə 27).

Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql olunur: “Allah bir bəndənin xeyrini istəyərsə ona qənaətcilliyi və gözəl idarəçiliyi ilham edər, onu pis idarəçilikdən və israfdan  çəkindirər”.

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Allah kimə bəxş edərsə, onun hörmətinə görə bəxş etdiyini, kimdən əsirgəyərsə onun hörmətsiz olmasına görə əsirgədiyinimi düşünürsən?! Halbuki mal Allahın malıdır. O, malı əmanət olaraq insana vermişdir. Onlara qənaətlə yeyib içmələrinə, evlənmələrinə, minikdən istifadə etmələrinə, möminlərin fəqirlərinin ehtiyaclarını ödəmələrinə və parçalanmalarının qarşısını almaq üçün xərcləmələrinə icazə vermişdir. Kim belə edərsə, yediyi, mindiyi, evləndiyi ona halal olar. Bundan başqası ona haramdır”. Sonra o həzrət belə buyurdu: “ İsraf etməyin! Həqiqətən Allah-taala israf edənləri sevməz”. Həmçinin o həzrətin belə buyurduğu nəql olunur: “Qənaət Allahın sevdiyi bir işdir. İsrafa isə, Allah nifrət edir. Bir işə yarayacaq xurma dənəsini atmaq və yaxud içdiyin suyun artığını yerə tökmək belə, israfdır”.

Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzаdarlıq məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə mаddi və mənəvi yаrdım еdirlər. Bеlə ki, еyni və müхtəlif vахtlаrdа fərqli hеyətlər tərəfindən bir çох məclislər təşkil оlunur. Bu məclislərin əksəriyyətində еhsаn оlаrаq səhər tеzdən (sааt 07:00-dən) başlayaraq günоrtаdаn sоnrаyаdək (14:30-qədər) yеmək (plоv) vеrilir. Bu isə qidа məhsullаrının çох hаllаrdа zibilliklərə аtılmаsı ilə nəticələnir. Bu bаrədə rəyininz nədir?

Cаvаb: İsrаfçılıq şəriət bахımındаn hаrаm və qəbulоlunmаzdır. Bunun qаrşısını аlmаq üçün istifаоlunаcаq qədər yеmək hаzırlаnmаsı məqsədi ilə süfrə hаzırlаyаnlаrlа rаzılışdırılmа kimi lаzımi аddımlаr аtılmаlıdır.

Allahın adı ilə
Möhtərəm İmam Seyid Əli Sistani cənablarının (kölgəsi üstümüzdən əskik olmasın) dəstəyi ilə Ali Beyt müəssisəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 09.07.2017-ci il tarixində bazar günü axşam Allahın və Rəsulullahın (s) aslanı Həmzənin şəhadətinin il dönümü münasibətilə əza məclisi təşkil etmişdir. Məclisdə möminlər və fəal din xadimləri iştirak etmişlər. İmam Sistaninin nümayəndəsi Şeyx Muhəmməd Əli Mosuli bu əzəmətli şəxs, onun şücaəti, alicənablığı və Rəsulullaha (s) olan yaxınlığı barədə çıxış etdi. Ondan sonra bir neçə din xadimləri çıxış etdilər. Onların hər biri Həmzə (ə) barədə fikirlərini söylədilər. Sonda məclisdə iştirak edənlər hamılıqla az qala unudulacaq bu şəxsiyyətlərin xatırlanması məqsədilə belə tədbirlərin qeyd olunmasına görə möhtərəm Seyid Sistani və onun mütləq vəkili Seyid Cavad Şəhristani üçün əllərini qaldıraraq dua etdilər.

10 -dən səhifə 87