Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ayətullah-Uzma Seyid Əli Sistani cənablarının nəzərinə əsasən, Cümə axşamı günü, 17.05.2018-ci il tarixində Azərbaycan ərazisində mübarək Ramazan ayının 1-ci günüdür. Allah oruc və ibadətlərinizi qəbul eləsin.

İspaniyanın Xarici İşlər Nazirliyinin və Madrid şəhərində fəaliyyyət göstərən "Alulbeyt" müəssisənin birgə təşkil etdikləri tədbirdən görüntülər...

Qeyd edək ki, tədbirdə həm şiə, həm sünni, həm də xristian alimləri iştirak ediblər. 

Ayətullah Sistaninin Rusiya ve Azərbaycan üzrə təmsilçisi və Moskva "Alulbeyt" mədəniyyət mərkəzinin müdiri Höccətül İslam Şeyx Muhamməd Əli Mosuli şiə alimi olaraq tədbirə qatılıb.

Möhtərəm Seyid Sistani cənablarının (kölgəsi əskik olmasın) Nəcəf şəhərindəki dəftərxanası sabah (17.04.2018) hicri 1439-cu ilin rəcəb ayının sonuncu günü olduğunu elan etmişdir. Buna əsasəndə hicri 1439-cu ilinin şəban ayının başlanğıcı çərşənbə gününə (18.04.2018) təsadüf edəcək.
Hamınızdan dua etməyinizi rica edirik.

Sual: Müvəqqəti nikah necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar?

Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqd oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin:

زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ

«Zəvvəctukə nəfsi fil-muddətil-məluməti ələl-məhril-məlum». Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin:

قَبِلْتُ

«Qəbiltu». Bununla da əqd düzgün olur.

Həddi-büluğa çatmış və raşidə, yəni öz xeyirini və zərərəini bilən bir qız ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından, icazə alsın. Ehtiyat vacibə əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.

Həmçinin kişi qadının əvəzində vəkil olaraq nikah oxumaq istədikdə, qadını müvəqqəti nikahın məzmunu ilə xülasə də olsa tanış etdikdən, mehriyyə və müddəti müəyyən etdikdən sonra kişi desin:

زوجت موكلتي لنفسي في المدة المعلومة على المهر المعلوم .

“Zəvvəctu muvəkkiləti linəfsi fil-muddətil məluməti ələl-məhril məlum”.

Nikah müddəti ərlə arvadın və yaxud onların birinin ehtimal ediləcək ömründən çox miqdarda təyin olunmamalıdır.

Sual: Mənimlə bir qızın gələcəkdə evlənmək fikrimiz var. Günaha düşməmək üçün ata-anasının xəbəri olmadan müvəqqəti kəbin kəsə bilərikmi?

Cavab: Həddi-büluğa çatmış və raşidə, yəni öz xeyir və zərərəini bilən bir qız həyatında özünə dair mühüm qərarları (məsələn işə girmək) və ya mülkiyyətinə dair qərarları (məsələn, alqı-satqı və malını bağışlamaq) verərkən ata-ananın nəzarətindən müstəqil deyilsə, vəlisinin (atası və ya ata babası) icazəsi olmadan nikah bağlaması icazəli deyil və nikah batildir. Ehtiyat-vacibə əsasən, əgər qız özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də nikah icazəli deyil. Lakin ikinci halda ələmlik sırasını gözləmək şərtilə digər (elmdə öz müctəhidindən sonra ən elmli) müctəhidin hökmünə əməl edə bilər .

Sual: Əhli-kitabdan olan və olmayan kafir qadınlarla müvəqqəti nikah bağlamaq olarmı?

Cavab: Əhli-kitabdan olmayan kafir qadınlarla evlənmək (istər daimi, istərsə də müvəqqəti) icazəli deyil.

Xristian və yəhudi qadınlarla daimi formada evlənmək ehtiyat vacibə əsasən icazəli deyil. Amma müsəlman arvadı olmayan kişiyə o qadınlarla müvəqqəti evlənmək olar. Söz yox ki, qadın müsəlmanlığı qəbul etsə (əslində hansı dində olursa olsun) onunla evlənmək – nikah şərtlərinə riayət etməklə - olar. Bunun üçün kifayətdir ki, qadın kəlmeyi-şəhadəti desin və onun mənasını başa düşsün, həmçinin başa düşsün ki, bu sözlərlə müsəlman olur. Amma qəlbən qəbul etməsi vacib deyil.

Sual: Müsəlman həyat yoldaşı olan kişi xanımından icazəsiz qeyri-müsəlman qadınla müvəqqəti ya daimi evlənə bilərmi?

Cavab: Müsəlman həyat yoldaşı olan kişi (istər müvəqqəti, istərsə də daimi olsun) onun icazəsi olmadan qeyri-müsəlman (yəhudi və xristian) qadınla müvəqqəti və yaxud daimi şəkildə evlənə bilməz. Ehtiyat vacibə görə onların icazəsi ilə də caiz deyil. Kitab əhlindən olmayan kafir qadınlarla gəlincə, onlarla evlənmək qeydsiz-şərtsiz olaraq haramdır.

Musiqi

Sual: Musiqiyə (mahnılara) qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz?

Cavab: Ğinaya (çalıb oxumağa) qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (günah) məclislərinə məxsus tərzdə avazla oxunan batil və mənasız sözlərdir.

Musiqi də ləhv-ləib (günah) məclislərinə məxsus olacaq tərzdədirsə, haramdır. (“Ləhv və ləib məclislərinə uyğun” dedikdə bu nəzərdə tutulur ki, musiqini və avazı eşidən şəxs – xüsusilə də bu barədə məlumatlı adam olsa – bu mahnının günah və fəsad məclislərində çalındığını və yaxud ona bənzər olduğunu müəyyən etsin.)

Qəza namazları

Sual: Mənim qəza namazlarımın sayı çoxdur. Onların dəqiq sayını da bilmirəm. Nə qədər namaz qılmağım lazımdır? Onları qılarkən ardıcıllığı gözləmək lazımdırmı? Misal üçün əvvəlcə zöhr namazını sonra isə sübh namazını qılmaq olarmı?

Cavab: Tövbə edin və Allahdan bağışlanmaq diləyin. Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların sayında şəkkiniz varsa, əmin olacağınız say qədər qılsanız kifayətdir. Qəza namazlarında tərtib (ardıcıllıq) vacib deyil. Yalnız eyni günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.

Sual: Dovşan əti yemək icazəlidirmi?

Cavab: Haramdır.

Sual: Qaban əti yemək icazəlidirmi?

Cavab: Haramdır.

Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı?

Cavab: Belə balıqları yemək icazəli deyil.

Sual: Kenquru və zürafənin ətini yemək olarmı?

Cavab: Ehtiyat vacibə əsasən yeyilməsi icazəli deyil.

2 -dən səhifə 87