admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Cinsi tərbiyə

Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc gələcəkdə bu dərsin onun üçün faydalı olduğunu iddia edərək dərsə iştirak etmək istəyərsə, onun dərsdə iştirak etməsinə mane olmaq valideyinlərinə vacibdirmi?

Cavab: Əgər onun dərsdə iştirak etməsi şəhvət ləzzəti ilə baxmaq kimi haram olan hər hansı əməllə şüşaiyət olunmursa, bu fənni öyrənmək onun əxlaqi azğınlığına səbəb olmayacaqsa, bunun eybi yoxdur. 

Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim.

Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.

Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı?

Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah müqaviləsinə qol çəkərsə və ya öncədən belə deyərsə və nigah müqaviləsi də buna əsasən bağlanarsa, kişi mehriyəni ona vermədən nigah müqaviləsini poza bilər. Lakin belə bir şey deməyibsə və ya eyb olduğunu bildirməyibsə (yəni eybdən xali olduğunu və ya eyb olduğunu deməyibsə), kişi nigah müqaviləsini poza bilməz. Əgər həmin qadını boşamaq istəsə, aralarında yaxınlıq olduqdan sonra olsa, mehriyyə bütünlüklə, (yaxınlıqdan) əvvəl olsa, yarısı qadına verilməlidir.

Sual: Epilepsiya xəstəliyi kişi və ya qadın üçün dəliliyin bir növü hesab olunurmu? Ər və ya arvadın nigah müqaviləsini pozmaqda ixtiyar sahibi olduqları hala sabəb olacaq eyblərin hökmünü buna da şamil etmək olarmı?

Cavab: Zahirə əsasən epliepsiya əsəb xəstəliyidir, dəlilik növündən deyil. Bəli, şərtlərin mövcud olduğu halda tədlis səbəbinə belə bir ixtiyar sabitdir.

Sual: Bir qadın bəkarətini bərpa etmək üçün cərrahiyyə əməliyyatı keçirtmişdir. Belə ki, ürfə əsasən ona bakirə qadın deyilir. Nişanlısına bu barədə xəbər verməsi vacibdirmi? Əgər (ərə getdiyi kişi) əvvəlcə bunu bilməsə, sonradan ərə bunu bildirmək vacibdirmi?

Cavab: Yaxınlıq etməklə bakirəlik pərdəsinin yırtılmasından sonra qadın mütləq olaraq bakirə hesab olunmur. Nişanlısını aldatması isə icazəli deyil.

Sual: Ər və ya arvad yaşlarını bir neçə il az təqdim edərlərsə, bu, tədlis hökmlərinin tətbiq ediləcəyi aldatma hesab olunurmu?

Cavab: Əgər yaş həddi nigah müqaviləsinin bağlanmasında şərt və vəsf olarsa yaxud müqavilədən əvvəl nişan olduqda yaş həddi təyin oluna və buna əsasən də nigah əqdi bağlanarsa, bəli olar (yəni tədlis hökmü tətbiq oluna bilər).

Sual: Bir kişi bakirə olması şərtilə bir qadınla nigah müqaviləsi bağlamışdır. Onunla yaxınlıq etdikdən sonra onun bakirə olmadığını bilmişdir. Bu halda nigahı pozub mehriyəni bütünlüklə götürə bilərmi? Nigahı pozmaq niyyətində olduqdan sonra həmin qadınla yaxınlıq etmədən ehtiraslı davranışlar etməsi icaəlidirmi?

Cavab: Yalnız bakirəlik xüsusiyyəti nigah əqdində şərt və ya əsas xüsusiyyət kimi qoyulduğu, yaxud nigahdan əvvəl nişanlanma zamanı bu xüsisiyyət əsas götürüldükdə və nigah müqaviləsi məhz bu məziyyətə əsasən baş verdiyi halda nigahı pozmağa haqqı çatır. Amma sadəcə olaraq onun bakirə olmasını düşündükdə, sonra isə əksinin bilindiyi halda (nigahı) pozmaq ixtiyarı sabit deyil. Bundan başqa nigahı pozmaq ixtiyarı olduğu halda nigahı pozarsa yaxınlıq etdikdən sonra mehriyəni qaytarmağa haqqı yoxdur. Lakin onu məhz qadın aldadıbsa, haqqı var. Əgər onu qadından başqası aldadıbsa, ondan mehriyəni tələb edə bilər. Nigahı pozma haqqı sabit olduğu halda tez yerinə yetirilməsi vacib olan bir əməldir. Onun icrasını ürfün nəzərində biganəlik və yerinə yetirməmək dərəcədə təxirə salmaq icazəli deyil. Bununla da aydın olur ki, bu haqqı (nigahı pozmaq haqqını) icra etmədən əvvəl (qadınla hər-hansı növ) ehtiraslı münasibətdə olmaq ürf baxımından onun tez yerinə yetirilməsinə zidd olduğu üçün onu hökmdən salır.

Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın üzünə  azacıq kosmetik krem sürtməsi icazəlidimi? Əgər bu, ərə getmək məqsədi ilə olarsa, zahiri eybləri gizlətmək hesab olunurmu?

Cavab: Bunu etməsi icazəlidir və bu, eybləri gizlətmək hesab olunmur. Hətta belə hesab olunsa da, onunla evlənmək istəyən şəxsi aldatmasına səbəbə olmadığı təqdirdə haram deyildir.

Sual: Əgər nigah əqdi zamanı tədlis baş verərsə, belə ki, ər və ya arvadın nişan və müqavilə zamnı sağlam olması bildirildikdən sonra buna əsasən nigah əqdi icra edilərsə, aldadılan tərəfin nigahı pozma haqqı vardır. Nigahı pozmaq ixtiyarına səbəb olan aldatma qadının və ya vəlisinin (atası və ya babası) məsələn, xəstəliyin olmaması barədə heç nə deməməsi ilə yanaşı (ər olacaq) kişinin də xəstəliyin olmadığını zənn etməsi ilə baş vermir. Amma aldatma olmazsa və ya nigah əqdindən sonra xəstəlik yaranarsa, sağlam olan ər xəstəiyə tutulmuş arvadını boşaya bilər. Sağlam arvada gəlincə, məsələn, o, yaxınlıq etməkdən məhrum olduğu üçün xəstəliyə tutulmuş ərindən təalaq verməsini tələb edə bilər ya yox?  Bu barədə iki rəy vardır. Bu məsələdə ehtiyatın tələblərinə riayət etmək tərk olunmamalıdır. Bəli, əgər ər bir dəfəlik zövcəsini tərk edərsə, qadın asılı vəziyyətdə (nə evli, nə subay) olur. Bu halda qadının şəriət hakiminə müraciət etməyə haqqı var. Şəriət hakimi onu ya zövcəni tərk etməkdən əl çəkməyə ya da onun talağını verməyə məcbur etməlidir.

Sual: Qadınlara məxsus məclislərdə evlənmək məqsədilə nəzər diqqəti cəlb etmək üçün saçın hamısını və ya müəyyən hissəsini rəngləmək icazəlidirmi?

Cavab: Əgər eybi və ya yaş həddinin çox olmasını gizlətmək kimi aldatma məqsədi olmadan sadəcə gözəl görsənmək olarsa, icazəlidir.

Sual: Aldadılmaya görə ixtiyar sahibi olmaq nə deməkdir?

Cavab: İki tərəfdən biri qarşı tərəfi rəğbətləndirmək və ya rəğbətini artırmaq məqsədilə malını olduğundan daha yaxşı göstərməsi aldatmadır. Bu halda qarşı tərəfin (müqaviləni) pozma haqqı olur. Bu, “xiyarut-tədlis” (aldadılma müqabilində müqaviləni pozma haqqı) adlanır.

Sual: QİÇS xəstəliyi evlilik zamanı nigah müqaviləsinin pozulmasına səbəb olacaq qadın eyblərindən hesab olunurmu? Bu xəstəliyə tutulmuş kişi ilə qadının evlənməsinin hökmü nədir?

Cavab: Bu, hər hansı birinin nigah şərtlərində aldadılması baş vermədiyi halda nigahın pozulmasına səbəb olacaq eyblərdən deyil.

Sual: Tədlis hansı halda baş verir?

Cavab: Eyblərdən sağlam olan qadınla evlənmək məqsədi olduqda qadının eybli olduğu bilindiyi halda onu kişiyə sağlam qadın kimi təqdim etdikdə tədlis baş verir. Çünki bu hal kişinin aldadılmasına səbəb olur. Evlənmə  üçün olmadıqda və ya ərdən qeyrisinə xəbər verdikdə tədlis baş vermir. Zahirə əsasən qadın eybi bildiyi halda onu gizlətdikdə və qadının həmin eybdən sağlam olmasını düşündüy üçün kişinin onunla evləndiyi halda da tədlis baş verir.

Sual: Əriyyə alış-verişi nədir?

Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Əgər bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin  şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması Əriyyə alış-verişi adlanır. 

Sual: İzahlı şəriət kitabında 680-ci məsələdə belə qeyd etmisiniz: “Xurma bəhərindən başqa heç bir bəhəri, hətta həmin bəhər müqabilində satmaq icazəli deyil”. Bu sözdən belə başa düşməliyik ki, üzüm kimi xurma bəhərindən başqa heç bir bəhəri üzüm kimi xurma bəhərindən başqa bəhər müqabilində satmaq olmaz? Yoxsa bu cümlədən belə başa düşməliyik ki, üzüm kimi xurmadan başqa bəhəri xurma bəhəri müqabilində satmaq icazəsizdir?

Cavab: Məqsəd budur ki, bir ağacın bəhərini elə həmin miqdarda və həmin ağacın bəhəri müqabilində satmaq icazəli deyil. Məsələn, bir şəxsin limon ağacı var və bəhərin miqdarını bilmir. Başqa bir nəfər 20 kq limon müqabilində ağacdakı bəhəri alır. Əgər ağacın başındakı bəhər artıq olarsa, artıq miqdar ona aiddir. Bu, haramdır. Çünki burada aldatma vardır.

Sual: İzahlı şəriət kitabında 680-cı məsələnin sonunda “onun bəhərini başqa ağacın bəhəri müqabilndə satmaq icazəlidir” deyirsiniz. Bu cümlədən,  xurmadan başqa üzüm kimi ağacların bəhərini xurma kimi ağacın bəhəri müqabilində satmağın icazəli olmasını başa düşməliyik, yoxsa burada başqa məna nəzərdə tutulur?

Cavab: Məqsəd budur ki, ağacın başında olan bəhəri təqribi olaraq hətta öz cinsindən olsa belə, başqa ağacın bəhəri müqabilində satmaq icazəlidir.

Sual: Xurma ağacının bəhərini saralmamış və ya qızarmamış satmaq icazəlidirmi? Əgər cavab müsbət deyilsə, xurma ağacının mənfəətini bəhər aşkar olandan xurma dərilənədək altı ay müddətinə satmaq icazəlidirmi?

Cavab: Xurma və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan və onunla yanaşı əlavə bir şey olmadan bir il müddtinə satmaq icazəli deyil. Lakin iki il və ya daha çox müddtə, həmçinin, bir il müddətinə əlavə bir şeylə bərabər satmaq icazəlidir. Bəhər aşkar olduqdan sonra, əgər vəziyyəti bəlli olarsa, yəni bəhərin nöqsanı var ya yox, belə ki, budaqla miqdarını təyin etmək mümkün ola yaxud alış-veriş iki il və daha çox müddətə ola və ya onunla yanaşı əlavə bir şeylə də satıla, yaxud da satılan həqiqətən ağacın bəhəri ola – bu şərtlə ki, bəhərin mali dəyəri ola – və (alış-verişdən) dərhal sonra bəhəri dərməyi müştəriyə şərt qoymazsa satılması icazəli deyildir. Amma qeyd olunan bu dördməsələ olmazsa, alış-verişin icazəli olması şübhəlidir.

Sual: Xurma ağacının və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan bir il müddətinə satmaq icazəlidirmi?

Cavab: Xurma və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan əlavə bir şey edilmədən bir il müddtinə satmaq icazəli deyil. Lakin iki və ya daha çox müddtə, həmçinin, bir il müddətinə əlavə bir şeylə bərabər satmaq daha güclü rəyə əsasən icazəlidir. Bəhər aşkar olduqdan sonra, əgər vəziyyəti bəlli olarsa, yəni bəhərin nöqsanı var ya yox, belə ki, budaqla miqdarını təyin etmək mümkün ola yaxud alış-veriş iki və daha çox müddətə ola və ya əlavə bir şeylə ola, yaxud da satılan həqiqətən ağacın bəhəri ola – bu şərtlə ki, bəhərin dəyəri ola – və (alış-verişdən) dərhal sonra bəhəri dərməyi müştəriyə şərt qoymazsa satılması icazəli deyildir. Amma qeyd olunan bu dörd məsələ olmazsa, alış-verişin icazəli olması şübhəlidir.

Sual: Ağacın bəhərinin alış-verişində satıcı vəfat edərsə alış-veriş pozulurnu?

Cavab: Satıcının vəfat etməsinə görə bəhərin alış-verişi batil olmur. Əksinə ağacların kökü mənfəət istisna olmaqla satıcının varislərinə keçir. Həmçinin müştəri vəfat edərsə alış-veriş batil olmur, əksinə onun varislərinin ixtiyarına keçir.

Sual: Muzabənə nədir və o, icazəlidirmi?

Cavab: Muzabənə icazəli deyil. Muzabənə xurma ağacının bəhərini – istər xurma olsun, istər rıtab, istərsə də xurma qorası və ya başqa – ritab, xurma qorası və ya qeyriləri olmadan yalnız xurma müqabilində satmaqdır. Burada istər onun bəhərindən olsun, istərsə də başqasının, istər öhdədə olsun, istərsə də müəyyən miqdarda hazır məhsul olsun fərqi yoxdur. Yalnız əriyyə alış-verişi müstəsnadır.

Sual: Toxum hələlə cücərməmiş əkini satmaq olarmı?

Cavab: Vacib ehtiyata əsasən toxum cücərmədən əvvəl əkini satmaq icazəli deyil. Lakin əkin yerini satarkən onunla birlikdə satmaq icazəlidir. Amma cücərdikdən sonra kökü ilə, yəni torpağın üzünə çıxan miqdarla torpaq altda qalan kökləri ilə birlikdə satılması icazəlidir. Müştəri istəsə kökləri kəsər, istəsə qalması şərt olduğu – yaxud insanların bir-birilə müamiləsinin belə olması tələbinə əsasən qeyd edilən şərt hökmündə olduğu – halda, yaxud da yer sahinin icazəsilə o cür saxlaya bilər. Əgər sünbül olanadək saxlayarsa, sünbül ona məxsusdur. Əgər təmannasız köklərin torpaqda qalmasını şərtləşməyiblərsə, yerin (yerdən istifadə etdiyi üçün) muzdunu verməlidir. Əgər sünbül olmadan əvvəl biçərsə, köklər yerdə qalarsa və yenidən sünbül olarsa, sünbül ona məxsusdur. Köklərin yerdən çıxarılmasını şərt qoyduğu və şərtə əməl etmədiyi hal istisna olmaqla yerin muzdunu ödəmək ona vacib deyildir.

Sual: Muhaqalə nədir və o, icazəlidirmi?

Cavab: Muhaqalə icazəli deyil. Muhaqalə buğdanın sünbülünü buğda  və ya başqa məhsul müqabilində satmaqdır. Həmçinin başqa dənli bitkilərin sünbülünü həmin bitkinin dəni müqabilndə satmaq icazəli deyil. Müstəhəb ehtiyata əsasən arpanın sünbülünü arpa və ya başqa məhsul müqabilində satılmamalıdır.

Sual: Əriyyə alış-verişi nədir?

Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin  şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması əriyyə alış-verişi adlanır.

Sual: Yol keçən şəxsin ağac üstündə olan meyvədən yeməsi icazəlidirmi?

Cavab: Zahirə əsasən yol keçən şəxs əvvəlcədən məqsədi olduğu halda (başqasına məxsus olan ağacın) meyvəsindən yeməsi icazəlidir. Lakin ağacın bəhərindən bir şey yığıb aparması icazəli deyil. Əgər özü ilə bir şey apararsa, apardığı ona haramdır. Lakin orada yediyi haram deyil. Əgər bağın hasarı, çəpəri olarsa, və ya əmlak sahibinin razı olmadığını bilirsə yaxud da yol keçən namazını qəsr qılırsa, ağacın meyvəsindən yeməyin icazəli olması şübhəlidir. Çəkinmək ehtiyata uyğundur.

Sual: Xiyar və qarpızı mıhsul çıxmamış satmaq icazəlidirmi?

Cavab: Xiyar, badımcan və qarpız kimi bostan bitkilərinin bəhəri formamalaşmamış satmaq ehtiyat vacibə əsasən icazəli deyil. Lakin bir və ya bir necə sayda bəhər çıxdıqdan sonra icazəlidir. Bu, əkinçilərin ürfünə əsasəsn təyin olunmalıdır.

Sual: Nəcəf şəhərinin ətraf bölgələrində bostanın satılması məsələsi vardır. Yəni məhsul həddindən aşağı qiymətə satılır. Belə ki, qiymət yığım vaxtındakı qiymətindən 30% aşağı olur. Əgər məhsul yetişməmiş satılarsa – məlumdur ki, əgər günəş məhsulu yandırarsa və ya məhsul hər hansı səbəbdən tələf olarsa, müştəri deyil, məhz satıcı məsuliyyət daşıyır – bu, halaldırmı?

Cavab: Əgər satış bəhər çıxmamışı məhz həmin bostanın məhsulu üçün olarsa, ehtiyata əsasən alış-veriş batildir.

Sual: Əgər xurma ağacının başından yığılmış xurma yerdən yığılmış və torpağa bulaşmış xurma ilə qarışmış olarsa, onu satarkən bu barədə müştərini xəbərdar etmək vacibdir ya yox?

Cavab: Əgər hamısının ağacdan dərilməsi kimi anlaşılırsa, (bildirmək) vacibdir.

Sual: Şərt alış-verişi icazəlidirmi?

Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt qoyulur. Bu, satıcı və müştərinin həqiqətən də, alış-veriş məqsədində olduqları haldadır. Əks təqdirdə onların arasında alış-veriş baş tutmamışdır.

Ağlamaq

Sual: Şəhid üçün ağlamaq ona əzab verir, yoxsa onu sevindirir? Anam həşduş-şəbi (xalq ordusu) sıralarında vuruşarkən şəhid olmuş qardaşım üçün çox şiddətlə ağlayır. Xahiş edirəm müfəssəl cavab verin ki, anama izah edə bilim. Allah sizə ən xeyirli mükafat bəx etsin!

Cavab: Meyit üçün ağlamaq haram deyil. Lakin özünə əziyyət verəcək və ya Allah-təalanın qəzavü-qədərinə narazıçılıq edəcəck dərəcədə ağlamamaq lazımdır. Ona (şəhid oğlunu) Allah yanında mükafat verildiyini hesab etsin. Allah-taala şəhidlərə böyük müjdə verərək belə buyurmuşdur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar”. (Ali İmran surəsi, ayə 169-170).

Bilsin ki, oğlunun şəhid olmasına görə ona bütün möminlərin qibtə edəcəyi bir mükafat veriləcək. Əgər axirətdə ona veriləcək mükafatdan xəbərdar ola bilsəydi, onun daha çox olmasını arzulayardı. Allah yolunda övladlarını, qardaşlarını və qövmünün ən hörmətlilərini qurban verən Xanım Zeynəbi (ə) xatırlasın!

Xoş olsun sənin ananın halına ki, namus və torpağı qorumaq üçün öz çiyər-parəsini Allah-təala yolunda qurban vermişdir! Onun üçün Allah-təaladan çoxlu mükafat, gözəl tərzdə səbr etməyi, övladını Bədr və Kərbəla şəhidləri ilə eyni məqamda qərar verməsini diləyirik. Allah-təala onu Xanım Zəhra (ə) və Xanım Zeynəblə (ə) birgə eləsin! Həqiqətən də səbr edənlər öz mükafatılarını hesabsız alacaqlar!

Sual: İmam Sadiqdən (ə) nəql olunan “Kim Hüseyn (ə) üçün ağlasa və ya ağlamsınsa Cənnət ona vacib olar” hədisi barədə möhtərəm mərceyimizin rəyi nədir?

Cаvаb: Bəli, bir çох hədislərdə – bunlаrdаn bir çохu mötəbərdir – İmаm Hüsеynə (ə) аğlаyаnа Cənnət vəd edildiyi  qеyd оlunmuşdur. Həmçinin bəzi hədislərdə İmаmа (ə) аğlаmsınаn və şеir söyləyib аğlаmsınаn şəxsə bеlə Cənnət vəd оlunmuşdur. Burаdа qəribə hеç nə yохdur. Çünki hər iki məzhəbin mənbələrində mövcud оlаn hədislərdə bir çох əməllər bаrəsində Cənnət vəd оlunmuşdur. Аydındır ki, bundаn məqsəd mükəlləf şəxsin vаcib əməlləri tərk еdəcəyi, hаrаm əməllər yerinə yetirəcəyi hаldа bеlə, cəzаdаn аzаd оlаrаq əmin-аmаnlıqdа оlаcаğını hiss еtməsi аnlаmındа dеyil. Mükəlləf nеcə bеlə hiss еdə bilər ki, bu cür əməllərə Qurаn аyələrində şiddətli cəzаlаr vəd оlunmuşdur. Həmin hədislərdən bаşа düşülən budur ki, fərz оlunаn əməl Аllаh yаnındа qəbul оlunаrsа, sаhibi Cənnətlə mükаfаtlаndırılаcаq. Оlа bilsin ki, günаhlаrın çохluğu bu əməlin qəbul оlunmаsının qаrşısını аlsın, Cənnəti qаzаnmаğа və Cəhənnəm аlоvundаn nicаt tаpmаğа səbəb оlmаsın. Bаşqа cür dеsək, Cənnət vədi vеrilmiş əməl Cənnəti qаzаnmаğа lаyiq оlmаğın əsаs amilidir. Bu amilin fəаliyyəti günаh əməlləri yеrinə yеtirməklə Cəhənnəmə dахil оlmаğа səbəb оlаcаq bаşqа amillərin оlmаmаsıdır. İmаm Hüsеynə (ə) аğlаmаğın bеlə məqаmа lаyiq оlmаsınа gəlincə; аğlаmаq insаnın dахili hisslərinin və dərinliklərinin gеniş ifаdəsidir. Çünki аğlаmаq hüzn duyğulаrının oyanması, cоşmаsı nəticəsində bаş vеrir və insаnın psiхоlоgiyаsındа təsir yаrаdаrаq insаnı dахilən silkələyir. İmаmа (ə) аğlаmаq Pеyğəmbərə (s) və оnun əhli-bеytinə (ə) dоğru bаğlılığı, (imаmın) səslədiyi, dəvət еtdiyi və uğrundа şəhid оlduğu prinsipləri təmsil еdir. Məlumdur ki, о həzrətin (ə) hərəkаtı tаriхi silkələdi, tağutlаrın ərşini lахlаtdı və möminlərin qəlblərində İslаm dəyərlərini həkk еtdi. Bütün bunlаr əhli-bеytin (ə) bu kimi hədislərlə insаnlаrı İmаmı (ə) хаtrlаmаğаоnun yоlunu dаvаm еtdirməyə təşviq еtmələri nəticəsində bаş vеrmişdir.

Аğlаmsınmаqdаn məqsəd; insаnlаrın qаrşısındа özünü аğlаyn şəхs kimi göstərmək dеyil, аğlаmаğа dəyər bir hadisə üçün аğlаmsınmаq, аğlаmаq surətini yаrаtmаsıdır. Bu hаldа, insаn hisslərinin dоnuq оlmаsı səbəbəinə аğlаmsınır ki, qəlbi də təsirlənsin və hissləri аğlının nidаsınа cаvаb vеrərək cоşsun. Bu mənədа Аllаhı zikr еdərkən аğlаyаn və yааğlаmsınаn şəхsə Cənnət vəd оlunmuşdur. Bir çох аlimlər bu məsələyə tохunmuşdur, оnlаrdаn əllаmə Muqrim (r.ə)  «Məqtəlul-Husеyn» kitаbını misal çəkmək olar.

    Sual: Qadının məhrəm olmayan şəxsin yanında ağlayarkən səsini ucaltması icazəlidirmi?

Cavab: Əgər (onun səsi) adətən cəlbedici olarsa, icazəli deyil.

Sual: Bilərəkdən ağlamaq namazı batil edirmi?

Cavab: Dünyaya aid bir iş üçün bilərək ağlamaq istər səsli olsun, istərsə də səssiz, ehtiyata əsasən namazı batil edər. Həmçinin istər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari olsun, (namazda) qəhqəqhə ilə gülməyin hökmündə dediyimiz kimi namaz batil olar. Əgər səhv və qəflət üzündən olarsa, namaz batil olmaz. Həmçinin cəhənnəm əzabından qorxmaq, cənnət nemətlərini arzulamaq məqsədilə, hətta ixtiyari halda axirət üçün ağlamağın eybi yoxdur. Eləcə də Allaha mütilik hissi duyaraq hətta dünyəvi bir işin tələb olunması məqsədilə ağlasa belə, heç bir eybi yoxdur. Allaha mənəvi yaxınlaşmaq məqsədilə (namaz əsnasında) əhli-beytin müsibətinə ağlamaq da bu hökmdədir.

Salamun əleykum.
Möhtərəm Seyid Sistani cənablarının Nəcəf şəhərindəki dəftərxanası cümə axşamı gününün rəbil-axir ayının sonuncu günü və cümə gününün (19.01.2018) hicri tarixi ilə 1439-cu ilin rəbiəl-əvvəl ayının birinci günü olduğunu elan etmişdir.
Hamınızdan dua etməyinizi rica edirik.

12 -dən səhifə 93