admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ariyə

Sual: Ariyənin tərifi nədir?

Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir.

Sual: Ariyə hansı halda baş verir?

Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə məqsədilə köynəyini verərsə və qarşı tərəf də ariyə məqsədilə onu götürərsə ariyə düzgündür.

Sual: Ariyə verənin şərtləri hansılardır?

Cavab: Əmlakı ariyə verən şəxs mənfəətin səhibi və ya onun hökmündə olan şəxs olmalıdır. Mənfəəti qəsb edən əmlakı özü qəsb etməsə də  onu ariyə verməsi düzgün deyil. Bu, yalnız qəsb olunan şəxsin icazəsilə düzgündür.

Sual: Ariyə müqaviləsi hər iki tərəfdən (pozulması) icazlidirmi?

Cavab: Ariyənin bitəcək vaxtı əvvəlcədən təyin olunarsa hər iki tərəfin onu pozması icazəlidir. Hər iki tərəf istədiyi vaxt onu poza bilər. Bəli müəyyən müddətədək ariyənin pozulmaması şərti olarsa –  belə ki, şərtlənmiş vaxta qədər ariyə müqaviləsi pozulmamalıdır – şərt səhihdir və həmin şərt istər ariyə müqaviləsinin bir hissəsi olsun, istərsə də başqa vacib müqavilənin hissəsi olsun, həmin şərtə əməl etmək vacibdir. Bununla yanaşı günah etməsinə baxmayaraq hər hansı tərəfin (müqaviləni) pozması ilə (ariyə) pozulur.

Sual: Ariyəyə əmlak götürən şəxs malikin icazəsi olmadan həmin əmlakı ariyə və ya icarəyə verə bilərmi?

Cavab:  Ariyəyə əmlak götürən şəxs yalnız malikin icazəsilə həmin əmlakı ariyəyə və ya icarəyə verə bilər. Bu zaman əslində malik ariyə verir ariyə götürən isə onun vəkili olur. Əgər bundan sonra (birinci) ariyə götürən şəxs ariyə qabiliyyətini itirsə də, məsələn, vəfat edərsə və ya ağlını itirərsə ikinci ariyə öz hökmündə qalır.

Sual: Südündən faydalanmaq məqsədilə qoyunu ariyə vermək icazəlidirmi?

Cavab: Qoyunun südündən, yunundan faydalanmaq və mayalandırma üçün erkək qoyunu ariyəyə vermək icazəlidir.

Sual: Girov üçün ariyə vermək icazəlidirmi?

Cavab: Girov üçün ariyə vermək icazəlidir. Belə olduqda əmlak sahibi ariyəni pozub malını girov saxlayan şəxsədən geri ala bilməz. Həmçinin borcun qaytarılması üçün müəyyən vaxt təyin təyin edilibsə malik girov verəndən girovun azad edilməsini tələb edə bilməz. Başqa hallarda isə bu, mütləq surətdə icazəlidir.

Sual: Uşağın və məcnunun (dəlinin) malını ariyə vermək icazəlidirmi?

Cavab: Uşağın və ya məcnunun öz malını ariyə verməsi icazəli deyil. Həmçinin vəlinin və ya tələbkarların (borç sahiblərinin) icazəsi olmadan mülkiyyətindən istifadəsinə qadağan qoyulan şəxsin malını ariyəyə verməsi düzgün deyil. Əgər uşağın vəlisi onun malının ariyəyə verilməsində fayda olduğunu görərsə, uşaq malın ariyəyə götürən şəxsə çatdırılmasında vasitə olması icazəlidir. 

Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin!

Cavab: Allah-təala Qurani-kərimdə buyurur: Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9).

“Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır”. (Ənfal surəsi, ayə 28).

Rəsulullahın belə (s) buyurduğu nəql olunur: “Kimin ən böyük düşüncəsi dünya olarsa, Allahdan ona heç  bir (rəhmət) olunmaz”.

“Məndən sonra sizə elə dünya (var-dövlət) gələcək ki, alov odunu yandırıb yediyi kimi imanınızı yeyib bitirəcək”.

“Dünyanı ona layiq olanlara buraxın. Kim dünyadan ehtiyacından artıq götürərsə, bilmədən özü üçün ölüm götürmüşdür”.

“Dinar və dirhəm sizdən öncəkiləri həlak etmişdir. Onlar sizi də həlak edəcək”.

“Kim dünyanı sevərsə axirətinə zərər verər”.

İmam Zeynulabidininin (ə) belə buyurduğu nəql olunur: “Bütün xeyirin insanların əlindəkinə tamah salmamaqda cəm olduğunu gördüm”.

İmam Məhəmməd Baqirin (ə) belə buyurduğu nəql olunur: “Ən pis bəndə onu idarə edən bir tamaha sahib olandır. Ən pis bəndə onu xar edəcək istəyə sahib olandır”.

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Dünya sevgisi bütün bəlaların başıdır”.

Sual: Əgər qadın  ehtiyat baxımından nifaslı qadına haram olanları tərk edib və iztihazəli qadınların vəzifəsini yerinə yetirərək oruc tutarsa, paklandıqdan sonra orucun qəzasını tutmalıdır, yoxsa tutduğu oruc yetərlidir?

Cavab: Qəzasın yerinə yetirməlidir.

Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu?

Cavab: Orucu pozmur.

Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir?

Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə on satıb sonra həmin məbləğ müqabilində tələb olunan sayda çörək alsın.

Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi?

Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir.

Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın üzərinə məsh çəkmək vacibdir?

Cavab: Saçın üzərinə məsh çəkmək yetərlidir. Həmçinin məsh deyəcək miqdarda, hətta bir barmaq uzunluğunda və enində məsh çəkmək yetərlidir.

Sual: Qadın dəstamaz alıb qurtardıqda (əl və üzlərini yuduqda) məsh çəkərkən saçını ortadan ayırdığı yerə məsh çəkməsi vacibdirmi?

Cavab: Başın dörddə bir hissəsində bitən uzatdıqda həddindən artıq olmayan saçın üzərindən  məsh çəkməkdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Lakin qadınların məshin düzgünlüyünə əmin olmaları üçün saçı ayırıb başın ortasından məsh çəkmələri daha yaxşıdır. Belə etmələri düzgündür.

Sual: Dəstəmazda üz və əl yuyulduqdan sonra məsh çəkmədən əvvəl hər hansı bir şeyə toxunmaq icazəlidirmi?

Cavab: Əldəki rütubətin qurumasına səbəb olmayacaqsa, bunun heç bir eybi yoxdur.

Sual: Ayaqlara məsh çəkməyin düzgün qaydası əl barmaqlarının ucundan başlayaraq ayağın üstündəki hündür yerə qədər məsh çəkməkdədir, yoxsa əlin biləyə bitişən yerindən başlayıb əl barmaqlarını ayağın hündür yerinə qədər məsh çəkmək?

Cavab: Əl barmaqları ilə ayağın qıça birləşən yerinə qədər məsh çəkmək.

Sual: Ramazan ayında kimlərin oruc tutmamasına icazə verilir?

Cavab: Ramazan ayında aşağıdakı şəxslərə oruc tutmamağa icazə verilir:

- Qoca kişi, qoca qadın və susuzluğa dözümü olmayan şəxslərə oruc tutmaq mümkün deyilsə, həmçinin oruc tutmaq onlar üçün məşəqqətli olarsa, hər günün əvəzindən bir mudd fidyə verməlidirlər. Daha yaxşı olar ki, fidyə buğdadan ibarət olsun. Hətta iki mudd olması daha yaxşıdır. Lakin bu, müstəhəb ehtiyata əsasəndir. Sonradan oruc tutmaq iqtidarında olduqda onlara (tutmadıqları günlərin) qəzasını tutmaq vacib deyil. Baxmayaraq ki, susuzluğa dözümü olmayan şəxs oruc tutmaq iqtidarında olduqda qəzasını tutması müstəhəb ehtiyata əsaslanır.

         - Özünə və ya bətnindəki körpəyə oruc tutmaq zərər etdiyi halda hamiləliyinin son günlərində olan qadına, həmçinin Oruc tutmaq özünə və ya körpəyə zərər edəcəyi təqdirdə süd verən qadına oruc tutmamasına icazə verilir. Lakin onların hər ikisi sonradan orucun qəzasını tutmalı və hər günün əvəzindən fidyə də verməlidirlər. Fidyənin vacib olduğu hallarda heç bir fərq olmadan ac adamı doydurmaq mudd sədəqəsini verməyi əvəz etmir.

Sual: Süd verən qadın öz uşağına və ya başqa uşağa süd verərsə, oruc tutmaması icazəlidirmi?

Cavab: Öz uşağına və ya başqa uşağa süd verən qadının hökmündə heç bir fərq yoxdur. Vacib ehtiyata əsasən uşağın südlə qidalanması yalnız ondan asılı olsun. Belə ki, uşağa heç bir maneə olmadan qadınların növbə ilə və ya süni südlə təmin olunması kimi başqa yol olmaya. Əks təqdirdə ona (süd verən qadına) oruc tutmamaq icazəli deyil.

Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü?

Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin qanunu pozmağa icazə vermir. Lakin belə bir muamilə düzgündür.

13 -dən səhifə 93