Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Ali məqamlı mərceyi-təqlid Seyid Əli Sistani “Sərhədsiz Həkimlər” təşkilatının rəsmilərini qəbul edib

Ali məqamlı mərceyi təqlid Seyid Əli Sistani (kölgəsi əskik olmasın) bazar ertəsi günü “Sərhədsiz Həkimlər” təşkilatının Yaxın Şərq üzrə müdiri Pablo Marko Blanko, təşkilatın İraq nümayəndəliyinin sədri Silvian Grulks və bir neçə işçilərini qəbul etmişdir.

Möhtərəm mərceyi-təqlid təşkilatın İraqdakı, həmçinin silahlı münaqişələrin baş verdiyi region dövlətlərindəki fəaliyyətləri və hümanitar xidmətlərini yerinə yetirərkən qarşılaşdıqları çətinliklər və maniələr barədə qonaqların məruzələrini dinləmişdir.

Möhtərəm Seyid (kölgəsi əskik olmasın) onların səylərini alqışlamış və gördükləri işlərə görə təşəkkür etmişdir. Onları çadır şəhərciklərində məskunlaşan qaçqınlara və azad olunmuş ərazilərdəki vətəndaşlara daha artıq qayğı göstərməyə çağırmışdır. Həmçinin Seyid cənabları qonaqlarla söhbəti əsnasında dini mərcəiyyətin bu sahədə yerinə yetirdiyi işlərə, ümumiyyətlə, xəstələrə və səhiyyə ocaqlarına göstərdikləri yardımlara işarə etmişdir.  

Öz növbəsində qonaqlar Möhtərəm Seyid Sistani cənablarına onları qəbul etdiyi üçün təşəkkürlərini bildirmişlər və zati alilərinin onlara olan etimadının İraqda yerinə yetirdikləri humanitar xidmətləri davam etdirmələri üçün böyük dəstək olduğunu vurğulamışlar.

Şəfəquna (Şəfəqimiz) xəbər agentliyi 11 şəban 1438 h.