Möminlərin anası Xədicənin (əleyhəssəlam) vəfatı

Bazar günü axşam 04.06.2017-ci il tarixində Rusiya Fedarasiyasının paytaxı Moskva şəhərində İmam Seyid Sistani cənablarının dəstəyi ilə möminlərin anası Xədiceyi-Kubranın (əleyhəssəlam) vəfatının il dönümü münasibətilə böyük əza məclisi təşkil edilmişdir. Yüzlərlə möminlər məclisdə iştirak etmişlər. Ali mərceiyyətin nümayəndəsi Şeyx Muhəmməd Əli Mosuli möhtərəm İmam Sistani cənablarının salamlarını iştirakçılara çatdırmış, sonra bu əzəmətli xanımın şəxsiyyəti, fədəkarlıqları və daima Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) yanında olması, eləcə də İslamın əbədi sütunlarının möhkəmləndirilməsi və hər il bu xanımın xatırlanmasının zəruriliyi barədə söhbət etmişdir. İştirak edən digər möhtərəm iştirakçılar da həmçinin bu mövzuda söhbət etmişlər. Sonda hamı birlikdə iftar açmış və bir ağızdan möhtərəm İmam Sistani cənablarına uzun ömr diləmiş və düşmənlərə qalib gəlməsi üçün dua etmişdir.