İraq Daxili İşlər nazirliyinin müavini və İraq respublikasının Moskvadakı səfiri Şeyx Məhəmməd Əli Musili ilə görüşüb

22.08.2017 -ci il tarixində çərşənbə axşamı İraq Daxili İşlər nazirliyinin müavini Doktor Əil Xəzəli, həmçinin İraq respublikasının Moskvadakı səfiri Doktor Heydər Əzarinin başçılıq etdiyi nümayəndə heyəti ali dini-mərce İmam Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan üzrə nümayəndəsi Şeyx Məhəmməd Əli Musili ilə səmimi görüş keçirmişlər. Görüş Ali Beyt müəssisəsinin Moskvadakı ofisində keçirilmişdir. Görüşdə İraqda baş verən hadisələr, torpağın, xalqının, müqəddəsatın, namus və şərəfin qorunması üçün ali dini mərcəyin verdiyi tarixi fətva barədə söhbət olmuşdur. Şeyx Musili cənabları cənab sözçüyə bu görüşə görə təşəkkür etmişdir. Sonda qonaqlar dərin ehtiramla yola salınmışlar.