Moskvada Xanım Xədiceyi-kubra (ə)-ın vəfatının ildönümü münasibətilə əza məclisi təşkil edilib

Allahın adı ilə. 
Ali-beyt müəssisəsi möhtərəm İmam Seyid Sistaninin (kölgəsi əskik olmasın) dəstəyi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hicri tarixi ilə 10.09.1439, miladi tarixi ilə 26.05.2018-ci il, şənbə günü möminlərin anası Xədiceyi-kubra (ə)-ın vəfatının il dönümü münasibətilə əza məclisi təşkil etmişdir. Məclisdə çoxlu sayda möminlər iştirak etmişldirər. Məclis Hacı Zeyd Abdullah Həmdavinin Qurani-kərim tilavəti ilə başlandı. Sonra ali mərceiyyətin nümayəndəsi Şeyx Məhəmməd Əli Mosuli, Vəliyyu-fəqihin Rusiyadakı nümayəndəsi Höccətil-islam Şeyx Əkbər Ciddi, Moskva Əhli-beyt cəmiyyətinin müdiri Hacı Nizami Balaoğlanov, Şeyx Asif Bağırov, Şeyx Oktay, Məddah Elşad və Şeyx Namiq nitq söyləmişlər. Söylənilən nitqlər bu şəxsiyyətin əzəməti, fəzilətləri və Peyğəmbər (s) -lə birgə möveqi, ona yatlrdım etməsi, hətta son nəfəsinədək dəyərli olan hər şeyi onun yolunda fəda etməsindən bəhs etmişdir. Daha sonra hamı birlikdə anamız və möminlərin anasının savabına verilən iftar süfrəsi ətrafında iftar etmişlər. Sonda hamı birlikdə əllərini dua üçün qaldıraraq möhtərəm İmam Seyid Sistani cənablarına uzun ömür diləmişlər.