Ayətullah Seyid Sistani BMT baş katibinin nümayəndəsi Yan Kubitişini qəbul edib

Ayətullah Seyid Sistani cənabları (kölgəsi əskik olmasın) Birləşmiş Millətlər Təşkilatının baş katibinin  nümayəndəsi Yan Kubitişini İraqdakı səlahiyyətinin bitməsi münasibəti ilə qəbul etmişdir. 
Cənab Seyid bu bu görüşdə qeyd etmişdir ki, yeni hökumətin öhdəsinə böyük məsuliyyət düşür. O, yeni hökumətin işlərində, xüsusilə də, fəsadla mübarizə, işsiz insanlar üçün  iş yerlərinin təmin edilməsi, müharibə dövründə zərərçəkmiş bölgələrin abadlaşdırılması, qaçqınların layiqli şəkildə öz yaşayış yerlərinə qaytarılması və vətəndaşlara  zəruri xidmətlərin göstərilməsi kimi  sahələrdə uğur qazanmasını gözləyir.  Vəziyyətin yaxşılaşdırılması yolunda  doğru addımların atılması üçün  parlamentdə təmsil olunan siyasi partiyaların yeni hökumətlə əməkdaşlıq  etməsinin zəruriliyini vurğuladı. 
Həmçinin bütün dövlətlərin İraq hakimiyyətinə hörmətlə yanaşmalarının və daxili işlərinə müdaxilə etməmələrinin əhəmiyyətini çox təkid etdi.