Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Seyid Sistani cənabları Nəcəf şəhərində Ayətullah Şeyx İsa Qasim Bəhranini qəbul edib

Nəcəful-əşrəf şəhərində elmi hövzənin xəbərləri
Bu gün 20 rəbiul-axir, cümə günü dini ali mərceyi-təqlid möhtərəm Seyid Əli Hüseyni Sistani cənabları (Allah-təala onu qorusun) Nəcəf şəhərində Nəcəf elmi hovzəsinin yetirməsi olan mücahid Ayətullah Şeyx İsa Qasim Bəhranini (Allah onu qorusun) qəbul etmişdir.