Moskva şəhərində anım mərasimi keçirildi

Moskva şəhərində həzrət Peyğəmbərin (s) hicrət etməsinin və İmam Əlinin (ə) misilsiz fədakarlığının anım mərasimi keçirildi

Ali məqamlı mərcə-təqlid müctəhid Seyid Əli Sistani cənablarının göstərişi əsasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində həzrət Məhəmməd (s) peyğəmbərin mübarək hicrətinin və İmam Əlinin (ə) misilsiz fədakarlıq edərək onun yerində yatmasının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Məclisdə açılış olaraq Ayətullah Sistaninin Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Hüccətül-İslam Şeyx Məhəmmədəli Mosuli çıxış edərək hadisənin əhəmiyyəti barəsində danışıb. Daha sonra mərcə-təqlid müctəhid Seyid Əli Xameneyi cənablarının Rusiya Federasiyası üzrə nümayəndəsi Hüccətül-İslam Şeyx Əkbər Cəddi, Rusiya Əhli-Beyt (ə) cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov, Hüccətül-İslam Şeyx Asif Baqirzadə və Hüccətül-İslam Seyid Rəşid Talıbov hadisənin əzəməti ilə bağlı çıxışlar etmişlər. Sonda hamı İslam alimləri və müsəlmanlar üçün dualar etmişlər.