Seyid Şəhristani Livanın din alimlərini ziyarət edib

Ayətullah Sistaninin səlahiyyətli nümayəndəsi Seyid Cavad Şəhristani Livana etdiyi səfər əsnasında Beyrutda yaşayan görkəmli din alimlərini ziyarət edib. Seyid Şəhristani bu gün (14. 04. 2016) Cəbəli Amil şəhərində yaşayan din alimləri Ayətullah Həsən Tərrad, Ayətullah Seyid Cavad Mürtəza Amuli və Ayətullah Seyid Əli Məkki Dəməşqi Amulini də ziyarət edib. İslam dünyasında baş verən son hadisələr alimlərin görüşündə müzakirə mövzusu olub.