Dini mərcəiyyət: İŞİD-ə qarşı mübarizə iraqlılar üçün prioritet olaraq qalır

Dini mərcəiyyət cinayətkar İŞİD qruplaşmasına qarşı güclü qələbələri davam etdirməyə səsləyərək, İŞİD- ə qarşı mübarizənin iraqlılar üçün prioritet olaraq qaldığını söyləyib.

Mərcəiyyət nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Həqiqətən də, İŞİD- ə qarşı mübarizə iraqlılar üçün prioritet olaraq qalır. Çünki onun nəticələri iraqlıların bu gününə birbaşa təsir etdiyi kimi, onların gələcəyinin üz cizgilərini də çəkir.” O, İŞİD- ə qarşı güclü qələbələri davam etdirməyin əhəmiyyətli olduğunu vurğulayıb.

Şeyx Kərbəlayi deyib: “İraqın üzləşdiyi problemlər, İŞİD terroru ilə mübarizəyə əhəmiyyətsiz yanaşmağa əsas vermir. Təşkilatlanma və  müştərək əməkdaşlıq bu mübarizədə uğur qazanmağın mühüm əsaslarındandır.”

Dini mərcəiyyət hökümət orqanlarını, özünün bütün imkanlarını müharibə üçün sərf etməyə, cəbhə bölgələrində savaşan qəhrəman döyüşçülərə yardım etməyə və imkanlıları isə şəhid və yaralıların ailələrinə qarşı diqqətli olmağa səsləyib.

Mərcəiyyət nümayəndəsi höküməti vəba epidemiyasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə çağıraraq xalqı da tibbi qayda və təlimatlara riayət etməyə səsləyib.