Bağdadda bir neçə əcnəbi işçinin qaçırılması ilə bağlı bəyənat

Bismillahir-rəhmanir-rəhim

Seyid Sistani cənablarının (kölgəsi üzərimizdən əskik olmasım!) Nəcəf-Əşrəf şəhərində yerləşən dəftərxanasındakı rəsmi mənbə aşağıdakı bəyanatı yayımlayıb:

Mediada imam Hüseynin (ə) davamçıları olduqlarını və onun (ə) yolu ilə getdiklərini iddia edən silahlı dəstənin bir neçə əcnəbi işçini qaçıraraq öz siyasi tələblərinin həyata keçirilməsi üçün girov götürmələri xəbəri yayılıb.

Biz təkidlə qeyd edirik ki, regionda baş verən hadisə və faciələrlə heç bir əlaqəsi olmayan günahsız insanları cəzalandırmaq əxlaqa, qanuna, hüquq normalarına zidd, pislənilən və qəbulolunmaz əməldir.

Biz pak din olan İslamı və Əhli-beytin (ə) məzhəbini ləkləyən, dövlətin imicinə zərbə vuran və (xalq tərəfindən qanuni yolla) seçilmiş hökümətin zəifləməsinə səbəb olan bu cür əməllərdən əl çəkməyi və qaçırılanların azadlığa buraxılmasını tələb edirik.

Biz İraq hökümətini və bütün siyasi qüvvələri, ölkədəki asayiş və sabitliyi pozan qanuna zidd hərəkətlərə qarşı var gücləri ilə mübarizə aparan təhlükəsizlik güclərini dəstəkləməyə çağırırıq.

27.11.1436 h.q

12.09.2015 m.