Dini mərcəiyyət korrupsiyaya son qoymağı tələb etdi

Ali dini mərcəiyyət, korrupsiyanın başında dayanaraq xalqın malını oğurlayanları tez bir zamanda məsuliyyətə cəlb etməyin  zəruriliyini təkidlə vurğulayaraq, bu mühüm işi öhdəsinə götürmüş dövlət rəsmilərinin dəstəklənməsinə, onları korrupsionerlərin və tərəfdarlarının hədələrindən qorumağa çağırdı.

Dini mərcəiyyətin nümayəndəsi Seyid Əhməd Safi Kərbəla şəhərində yerləşən imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində demişdir: “Həqiqətən də, hər üç hakimiyyət orqanındakı rəsmi şəxslərin, zəruri islahatlar aparmaq işində irəli addımlamaqdan başqa seçimləri yoxdur.”

Seyid Safi korrupsiyanın başında dayanaraq xalqın malını oğurlayanları tez bir zamanda məsuliyyətə cəlb etməyin zəruriliyini təkidlə vurğulayaraq, bu mühüm işi öhdəsinə götürmüş dövlət rəsmilərini dəstəkləməyin, onları korrupsionerlərin və tərəfdarlarının gözlənilən təhdid və məkirli planlarından qorumağın vacib olduğunu bildirdi.

“Korrupsiyaya qarşı mübarizə idarəsi”-nin cümə axşamı günü yayımladığı açıqlamada korrupsiyada ittiham olunan şəxslərin sayının 2171 nəfərə çatdığı və onların 13 nəfərinin nazir olduğu – deyilir. Həmin açıqlamada 1000 nəfərdən daha çox şəxs barəsində məhkəmə qərarının çıxarıldığı, 13500 nəfərin barəsində cinayət işinin açıldığı və 6000 nəfərdən daha çox şəxsin isə işinin araşdırılmasına xitam verildiyi bildirilir.

Mərcəiyyət nümayəndəsi deyib: “Korrupsionerlərin oğurluq, talançılıq və soyğunçuluqla azğınlaşması, məhkəmə sistemində bir çox dövlət rəsmilərinin hüquqi baxımdan vəzifələrini düzgün icra etməmələrinin nəticəsidir.”

Seyid Safi islahatların hüquqi prosedura uyğun formada həyata keçirilməsinin vacib olduğunu vurğulamışdır. O, qəbul olunmuş qərarların konstitusiyaya zidliyi bəhanəsilə ləğv edilməsi üçün müttəhimlər tərəfindən şikayət ərizəsi vermələrinə şərait yaratmağın yol verilməz olduğunu, əks təqdirdə, həmin  qərarların kağız üzərində qalacağını bildirib.

Seyid Safi sözünün davamında deyib: “Bəzi islahatların həyata keçirilməsi qanunlarda dəyişiklik və yeni qərarların qəbul edilməsini tələb edir.” O, höküməti qanunvericilikdə dəyişiklik etmək və yeni qərarların qəbul olunması üçün parlamentə göstəriş verməyə çağırıb.

Dini mərcəiyyət (14 Avqust 2015 tarixində qılınan “Cümə” namazında) Baş Nazir Heydər əl-İbadinin elan etdiyi son islahatları alqışlayaraq məhkəmə sistemində islahatlar aparmadan bunun heç bir faydasının olmayacağını bildirib. O, islahatları əngəlləyənlərə qarşı xalqın uyğun mövqeyinin olacağı ilə bağlı xəbərdarlıq edib.