Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Azan

Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır? Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və ...
  • Ağacların kəsilməsi

    Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...
  • “Ayıq sürücü xidməti”- ndə işləmək olarmı?

    Sual: Azərbaycanda "Ayıq sürücü xidməti" adlı xidmət fəaliyyətə başlayıb. Bu xidmətin məqsədi, sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alib həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini minimuma endirməkdir. Belə ki, bu ...
  • And içməyin hökmləri

    Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir? Cavab: Yalandan and içmək böyük günahlardandır. Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi? Cavab: Sözünün doğru ...

Balıq konserviləri

Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...
  • Bоrc

    Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...
  • Böhtan

    Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.
  • Balıq yağı

    Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi? Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda ...

Cənabət

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı? Cavab: 1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir. 2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, ...
  • Cinsi tərbiyə

    Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
  • Cümə namazı

    Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
  • Camaat namazı

    Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...

Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
  • Çox şəkk etmək

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...

Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda

Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...
  • Dəri

    Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...
  • Damağından və dişindən qan gələn şəxsin orucunun

    Sual: Əgər damaqdan həm yuxu, həm də oyaq halında davamlı olaraq qan gələrsə, oruc tutanın vəzifəsi nədir? Cavab: Əgər qan yuxu və bu kimi hallarda onun mədəsinə axıb gedərsə və bunun qarşısını almaq mümkün olmasa, orucunun düzgünlüyünə xələl gəlməz. Amma onun qana qarışaraq onda həll olub itməyən ağzının suyunu ...
  • Dəri аlış-vеrişi

    Suаl: Müsəlmən şəхsin şəriət qаydаsınа əsаsən kəsilməyən hеyvаnın və küfr ölkələrində istеhsаl оlunаn dəridən hаzırlаnmış pаltаrlаrın аlış-vеrişini еtməsi icаzəlidirmi? Cаvаb: Pаk оlduğu (şəriət qаydаsınа əsаsən kəsilməsi) еhtimаl оlunmursa, еhtiyаtа əsаsən, icаzəli dеyil. Suаl: Ölmüş hеyvаnın və yа dоnuz dərisindən ...

Energetik preparatlardan istifadə etmək

Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Ehtiyat namazı

    Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
  • Etikaf

    Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə ...
  • Energetik preparatlardan istifadə etmək

    Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...

Ər və arvadın bir-birini tərk etməsi

Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına ...
  • Əriyyə alış-verişi

    Sual: Əriyyə alış-verişi nədir? Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Əgər bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin  şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması ...
  • Ər-arvad münasibəti

    Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...
  • Əl çalmaq (alqışlamaq)

    Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir? Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır. Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə ...

Fal

Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • "Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

    Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitrə zəkatı

    Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...

Gеcə nаmаzı

Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Gen mühəndisliyi

    Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...
  • Gen müayinəsi

    Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...

Həkimin yаd хəstə qаdını müаyinə еtməsi

Suаl: Tibb pеşəsi, həkimin хəstələrini diqqətlə müаyinə еtməsini tələb еdir. Аvrоpа ölkələrində müаyinə zаmаnı üst pаltаrlаrı sоyunmаq qəbul оlunmuş hаldır. Bеlə оlan hаldа, həmin ölkələrdə həkimilik etmək icаzəlidirmi? Cаvаb: Хəstənin müаyinəsinin tələb etdiyi miqdаrdаn аrtıq hаrаm bахış və tохunmаqdаn ...
  • Həbvə

    Sual: Həbvənin hökmü nədir? Cavab: Meyitin əynindəki paltarı, üzüyü, qılıncı və Quranı miras bölgüsünə daxil edilmədən böyük oğula verilir.  Lakin qol saatı, kitabları kimi digər məxsusi əşyaları bu hökmə aid deyil. Zireh, qalxan və nizə kimi digər döyüş lavəzimatlarnının ...
  • Hərbi xidmətdə ümumi əmlaka zərər vurma

    Sual: Bir şəxs hərbi-xidmətdə olarkən yeməkxana xidmətində olub və orada ona əsgər və zabitlərə yemək hazırlamaq üçün "kartof soymaq" işi tapşırılıb. Bir neçə nəfər kiloqramlarla kartof soyurmuşlar. Bu şəxs də kartoflar tez soyulsun deyə, onların qabıqlarını qalın soyarmış və həmçinin bəzən də bəzi kartofları ...
  • Həcc qurbanı

    Sual: Əgər Qurbanlıq günlərində (10, 11, 12 və 13 Zil-Hiccə) sağlam dəvə, mal və yaxud qoyun tapa bilməsə, vəzifəsi nədir? Cavab: Ehtiyata əsasən, həm qüsurlu heyvanı qurban kəsməli, həm də qurbanlıq əvəzinə oruc tutmalıdır. Sual: Əgər bir şəxs, qurbanı sağlam heyvan adı ilə aldıqdan və pulunu da ödədikdən sonra ...

İnzibati korrupsiya

Bismillahir-rəhmanir-rəhim. Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir: - Məmur ...
  • İqrar (təsdiqləmək, etiraf etmək)

    Sual: İqrarın mənası nədir? Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq  Allah-təalaya və ya insana da, aid ola bilər. Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı? Cavab: İqrar edərkən hər hansı xüsusi ...
  • İdman

    Sual: Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmaları, caizdirmi? Cavab: İnsanın özünə və başqasına haram olan həddə zərər verəcək işlərlə məşğul olması, caiz deyildir. Sual: Qadının, qarışıq kütlə qarşısında idmanla məşğul olması caizdirmi? Cavab: Caiz deyildir. Sual: Qızların ...
  • İşçilərin ezam edilməsi

    Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kitab əhli

  • Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə

    Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.
  • "Korona" virus pandemiyası ərəfəsində Ramazan

    Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, ...
  • Kürr su

    Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...

Lal-kar şəxsin namaz və orucunun hökmü

Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,

    Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...

Mobil operatorlar tərəfindən keçirilən kredit

Sual: Azərbaycanda mobil telefon operatorları kredit kampaniyası keçirir. Bu kampaniya müvəqqəti deyil, ilboyu daimidir. Bu kampaniyada mobil telefonda danışıq balansı bitdikdə balans verir ve sonra isə hissə hissə həmin balansi artiq olmaq şərtilə abunəçinin hesab balansından çıxırlar. Məsələn, əgər mənim ...
  • Müsafir namazı ilə bağlı hökm

    Sual: Bakı kiçik şəhər hesab olunur. Bak­ıya tabe olan bir çox qəsəbə və rayonlar ­var. Həmin qəsəbə və ya rayonların eləsi vardır­ ki, biri ilə digəri arasındakı məsafə 22 km.-­dən çoxdur. Məsələn, onlardan biri Əhmədli­ digəri isə Nardarandır. Həmin iki məntəqə arasın­dakı məsafə 23 km.-dən ...
  • Mübahisə

    Sual: Əgər iki insan — istər qohum olsunlar, istərsə də yox — mübahisə edərlərsə və zalımın bağışlanma diləməsi bilinməzsə, məzlumun onunla, müddət uzun sürsə belə, danışmaması olarmı? Cavab: Ehtiyat dörd gündən artıq küsməyi tərk etməkdir.           Sual: Əgər mənimlə ...
  • Musiqi

    Sual: Musiqiyə (mahnılara) qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz? Cavab: Ğinaya (çalıb oxumağa) qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (günah) məclislərinə məxsus tərzdə avazla oxunan batil və mənasız sözlərdir. Musiqi də ləhv-ləib (günah) məclislərinə ...

Nisa təvafı

Sual: Nisa təvafını düzgün şəkil yerinə yetirməyən, yaxud unudan şəxs, bir neçə gündən sonra xatırlayarsa, nə etməlidir? Cavab: Geri qayıdaraq yerinə yetirsə, kifayət edər. Lakin geri dönmək onun üçün çox əziyyət olarsa, naib tuta bilər. Sual: Başqasının əvəzindən həccə getmək ...
  • "Nəhcül-Bəlağə" barədə rəy

    Bismillahir-rəhmanir-rəhim Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Xahiş edirik “Nəhcül-Bəlağə” kitabı barədə bir neçə kəlmə deyəsiniz. Allah Sizi İslam və müsəlmanlar üçün qorusun!   Bismillahir-rəhmanir-rəhim Möminlərin əmiri Əli(ə)-ın sözlərini özündə ...
  • Namazda salam vermək

    Sual: Namazda salamın sonunda başı sağa və sola çevirmək müstəhəbdirmi? Cavab: Salam deyərkən göz ucu ilə işarə etmək müstəhəbdir. Sual: Namazın salamları vacibdirmi? Salamların düzgün forması necədir? Cavab: Salam hər namazın sonuncu vacib əməlidir. Təşəhhüddə olduğu kimi oturulu halda aramla ...
  • Nəcş (qiymət qаldırmа)

    Suаl: Nəcş nə dеməkdir? Cаvаb: Bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq dеməkdir. Suаl: Nəcş hаrаmdırmı? Cаvаb: Nəcş – bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq – еhtiyаtа əsаsən, bаşаqısını аldаtmаq və şirinikləndirmək məqsədindən хаli оlsа dа, mütləq ...

Oruc və istimna (onanizm)

Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi? Cavab: Əgər ramazan ayı gündüz vaxtı  qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil ...
  • Oruc və dodaqları nəm etmək

    Sual: Oruc tutduqda dodaqları nəm etməyin hökmü nədir? Cavab: Orucun düzgünlüyünə xələl gətirməz. Bəli, əgər rütubətin ağız boşluğuna və ağız suyuna qarışaraq aradan getməməsi və oradan da qarın boşluğuna keçməsi – hiss olunacaq dərəcədə – fərz olunarsa orucu pozar. 
  • Orucun kəffarəsi

    Sual: Ramazan ayının qəzasını tutan şəxs, zöhrdən sonra orucunu pozarsa, vəzifəsi nədir? Cavab: On fəqirə bir mud (təqribən 750 qr) yemək verməlidir. Əgər buna imkanı olmasa, üç gün oruc tutmalıdır. Sual: Əgər bir qadın oruc tutmuş ərini cinsi əlaqəyə təhrik edərsə, ərinin kəffarəsi ona vacib olarmı? ...
  • Oruc barəsində öyüd nəsihət

    Sual: Məsum imamlardan (ə) oruc barəsində və insanları oruc tutmağa şövqləndirən hədislər qeyd edin. Cavab: Həzrət Rəsulullahdan (s) nəql olunan xütbədə belə buyurulur: “Еy insаnlаr! Аrtıq Аllаhın аyı bərə­кət, rəhmət və günаhlаrı bаğışlаmаqlа sizə yеtişmişdir. Bu аy Аllаh yаnındа bütün аylаrdаn fəzilətlidir. ...

Övlad

Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
  • Özgə haqları

  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...

Paltaryuyan maşın nəcis paltarları pak edirmi?

Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
  • Paltarların alqı-satqısı

    Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
  • Proqramların nüsxəsini çıxartmağın hökmləri

    Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...

Rəsm və rəssamlıq

Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • Ruhi xəstənin hökmləri

    Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab:  İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...
  • Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən

    Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
  • “Rəğaib” gecəsinin namazı

    Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!   Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi?   Allahın adı ilə! ...

Süd verən qadının orucunun hökmləri

Sual: Süd verən qadına bütün Ramazan ayını oruc tutmaq vacibdirmi? Əgər bacırmırsa, ona vacib olan şəriət hökmü nədir? Cavab: Südü az olan qadın özünə və ya südəmər körpəsinə haram olacaq dərəcədə zərər çəkəcəyindən ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Lakin sonradan qəzasını ...
  • Səhv səcdəsi

    Sual: Əgər camaat namazında məmum səhv olaraq ayaq üstə durmaq kimi səhv səcdəsinə səbəb olacaq bir əməl edərsə, camaat namazından sonra səhv səcdəsi etməsi vacibdirmi? Ümumiyyətlə, məmum camaatla qıldığı namazda (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi etməsi vacibdirmi? Cavab: Bəli, (səhv ...
  • Sosial şəbəkələr

    Sual: İnternetdən istifadə etmək, eləcə də sosial şəbəkələrdə, məsələn, “facebook”a üzv olmaq, müxtəlif insanlarla dost olmaq və söhbət etməyin hökmü nədir? Cavab: Əgər günaha – tədrici şəkildə də olsa belə – düşmək təhlükəsi varsa, icazəli deyil. Eləcə də zarafat etmək, ...
  • Sanitar qovşağı (ayaq yolu) məsələləri

    Sual: Qərb ölkələrində ayaq yolu xüsusi qaydalara əsasən tikilir. Həmin qaydalarda müsəlman ölkələrində olduğu kimi qiblənin yerləşmə istiqaməti nəzərə alınmır. Qiblənin istiqamətini bilmədiyimiz halda həmin ayaqyolulardan istifadə edə bilərikmi? Əgər ayaqyolunun qiblə istiqamətinə tikildiyini bilsək, sonradan istifadə etmək ...

Şərt alış-verişi

Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının

    Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
  • Şərab

    Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.

Təməttö həcci

Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1.     Miqatlardan birində ehram bağlamaq. 2.     Kəbənin ətrafında təvaf etmək. 3.     Təvaf namazı qılmaq. 4.     ...
  • Təqiyyə

    Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə  (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...
  • Təqlid

    Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi? Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə ...
  • Təmizlik

    Suаl: Mən kişi оlduğum hаldа bаldır, bud və sinədə оlаn tükləri təmizləməyim icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Müqəddəs şəriətimizdə təmizliyə nə qədər əhəmiyyət vеrilir? Cаvаb: Müqəddəs şəriət təmizlik və pаklığа оlduqcа böyük əhəmiyyət vеrmişdir. Təkcə fəqihlərin istilаhındа «хəbəsdən pаklıq» ...

Uşаq sаldırmаq

Suаl: Qаdının bətnindəki uşаğа ruh dахil оlduqdаn sоnrа onu sаldırmаsı icаzəlidirmi? Cаvаb: Səbəb nə оlur оlsun, ruh dахil оlduqdаn sоnrа qаdının uşаq sаldırmаsı icаzəli dеyil. Lаkin ruh dахil оlmаyıbsа, uşаğın qаlmаsı аnаyа dözülməz dərəcədə zərər vеrirsə və yа оnun üçün çətinlik törədirsə, uşаğı sаldırmаq ...
  • Unudulmuş səcdə

    Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.
  • Unla çörək mübadiləsi

    Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...
  • Universitet tələbələrinin namaz və orucunun hökmü

    Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...

Üzgüçülük

Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi? Cavab: Lazımi örtük olarsa, icazəlidir. Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman  oyunları icazəlidir? Cavab: ...
  • Ürfan barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü

    Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...

Valideynə itaətsizlik

Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz. Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara ...
  • Vergilər

    Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...
  • Vətəndaş nikahı

    Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...
  • Vətəndən köçmək

    Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...

Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!

Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...
  • Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək

    Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...
  • Yumurtadakı qan

    Sual: Yumurtanın sarısında və ya ağındakı qan, yumurtanı nəcis edərmi? Onu yemək caizdirmi? Bu məsələnin həll yolu vardırmı? Cavab: Yumurtanın içindəki qan təmizdir, amma onu yemək haramdır. Qan yumurtada yox olacaq qədər az olmasa, onu çıxardıqdan sonra, yumurtanı yemək olar.
  • Yеmək hаzırlаyаrkən isrаfçılıq еtməyin hökmü

    Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzа məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq  insanlar hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə ...

Zamin olmaqla bağlı bəzi hökmlər

Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...
  • Ziyarət

    Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
  • Zəhmət haqqı

    Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü  tökmək lazımdır və bir günlük ...
  • Zəkatin xərcləndiyi yerlər

    Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...

Qızıl sаtmаq

Suаl: Bir misqаl dəyərində zinət əşyаsı оlаn qızılı zərgərlik хərclərini аlmаq şərti ilə bir misqаl külçə hаlındа оlаn qızıl müqаbilində sаtmаq оlаrmı? Cаvаb: Bu, zərgərlik sаhəsində qəbul еdilmiş bir iş оlmаsınа bахmаyаrаq hаrаmdır və icаzəli dеyil. Suаl: Mən qızıl və ləl-cəvаhirаt sаtışı оfisində işləyirəm. Qızıl аlış-vеrişi ...
  • Qan satmaq

    Sual: Müalicə məqsədi ilə qan alıb satmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qan satmaq və ya başqa bir şey müqabilində qan vermək icazəlidirmi? Cavab: Tibbi məqsəd üçün qan satmaq icazəlidir?   
  • Qаdın gеyiminin hökmləri

    Suаl: Qаdının аşаğıdа qеyd оlunаn paltarlаrı gеyinməsinin hökmü nədir? 1) Şəffаf pаltаr. 2) Bədənə yаpışаn dаr pаltаr. 3) Sаrı və qırmızı kimi cəlbеdici rəngdə оlаn pаltаr. 4) Qızılı zərlərlə və düymələrlə bəzədilmiş pаltаr. 5) Fоrmаsı ilə cəmiyyətdə cəlbеdici hеsаb оlunаn pаltаr. 6) Pаrlаq və ipək pаrçаdаn оlаn ...
  • Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri

    Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. ...

Xəstəliyin yayılmasını sürətləndirib ölümü

Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...
  • Xüms bölgüsündə imam (ə) payının sərf olunması

    Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
  • Xüms ili

    Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...
  • Xüms

    Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab:  ...

Hide Main content block