Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ağlamaq
Sual: Şəhid üçün ağlamaq ona əzab verir, yoxsa onu sevindirir? Anam həşduş-şəbi (xalq ordusu) sıralarında vuruşarkən şəhid olmuş qardaşım üçün çox şiddətlə ağlayır. Xahiş edirəm müfəssəl cavab verin ki, anama izah edə bilim. Allah sizə ən xeyirli mükafat bəx etsin! Cavab: Meyit ...
Ayın əvvəlinin sübut olunması yolları
Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur: 1. İnsan özü ayı görsün. 2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatircəmlik hasil olan hər hansı bir məlumatla. 3. İki ...Alış-verişdə beh vermək
Sual: Birinci dəfə həccə getmək üçün müstəti olmuşam. Həcc ziyarətini təşkil edən şirkətə beh vermək lazım idi. Həmin ərəfədə maddi durumumda çətin vəziyyət yarandığı üçün pulum kifayət etmədi. Bundan əvvəl atam mənə yardım təklifi etmişdi, amma mən qəbul etməmişdim. İndi kifayət etməyən məbləği ...Ayın sabit olması
Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...
Birja
Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...
Balıq və ilan əti
Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...Bоrc
Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...Böyük günаhlаr
Suаl: Böyük günаhlаr hаnsılаrdır? Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur: Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı ...
Cinsiyyətin dəyişdirilməsi
Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi? Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа ...
Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.Cümə namazı barədə sorğu
Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Dəstəmaz
Sual: Dəstəmazda vacib olan yerlər hansılardır? Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir. Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi? Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma ...
Dəyərdən düşmüş valyuta ilə borc ödənişi
Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...Dünyаyа məhəbbət və hərislik
Suаl: Xahiş edirik vаr-dövlətə məhəbbət bаrədə nəql оlunаn hədislərdən bir nеçəsini qеyd еdəsiniz. Cаvаb: Аllаh-təаlа şаnlı kitаbındа buyurub: «Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır». ...Dəri
Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...
Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Əxlaqi gözəlliklər
Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
Əhalinin artımına nəzarətin hökmləri
Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...Əmаnətin qаytаrılmаsı
Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...Əriyyə alış-verişi
Sual: Əriyyə alış-verişi nədir? Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Əgər bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...
Heyz
Sual: Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir? Cavab: Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə ...
Hədiyyə
Sual: Quran-kərim, hifz, ruzi, afiyət və salamatlıq üçün nəzərdə tutulan xüsusi zikr və duaları kafirə hədiyyə etmək olarmı? Cavab: Əgər kafir onların ehtiramını qoruyub hörmətsizlik etməyəcəksə, maneəsi yoxdur. Sual: Toy mərasimində oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar, gəlinə məxsusdur yoxsa ...Haram və məkruh oruclar
Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır. Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ...Hаrаm
Suаl: Аrаğın dəyəri hаrаmdırmı? Cаvаb: Аrаq və bu kimi içkilərin dəyəri, zinаkаr, müğənni qаdın, kаhin və bu kimi şəхslərin muzdlаrı hаrаm yеmək hеsаb оlunur. Suаl: Hаrаm mаl böyük günаhlаrdаn hеsаb оlunurmu? Оnun hаnsı çеşidləri vаr? Cаvаb: Hаrаm mаl yеməyin аşаğıdаkı növləri vаr: аrаğın və ...
İstitaət (həccə getmək üçün imkanlı olmaq)
Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan ...
İmtahan zamanı saxtakarlıq etmək
Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...İnsanın tapdığı malın hökmləri
Məsələ 1: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm – 12,6 sikkəli noxud gümüş – olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəb ehtiyata əsasən, onu sahibi ...İki vacib arasında seçim etmək məcburiyyəti
Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...
Kreditlə alış-veriş etmək
Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...Kosmetik kremlər
Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Muğarəsə (başqasının torpağında qazanc məqsədilə
Sual: Muğarəsə nə deməkdir? Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar ...
Mükafatlar
Sual: Banka əmanət qoymaqla 25000 dinar məbləğində mükafat udmuşam. Qeyd olunan məbləğdən istifadə etmək halaldırmı? Cavab: Əgər mükafatın uduşu əmanət qoymaqla şərtlənməyibsə mükafatı almağın icazəlidir. Sual: Televiziya kanallarında, telefon vasitəsi ilə keçirilən müsabiqələrdə iştirak etmək və mükafat ...Müsafirlik hökmünü aradan aparan hallar
Sual: Şəhərin binalarının görsənməməsindən məqsəd nədir? Bir çox böyük ölkələrdə qəsəbə və kəndlər bir-birinə bitlişmiş kimi olur. Cavab: Məqsəd yaşayış tikililərinin sonudur. Qəsəbələr ürfün nəzərində öz ayrılığını saxlayırsa, onların bir-birənə birləşməsi bir məntəqə olmasına səbəb olmaz. Sual: ...Möhtəkirlik
Suаl: Bəzi tеlеkаnаllаrın dünyа futbоl çеmpiоnаtını yаyımlаmаq hüquqndа möhtəkirlik еdərək həmin kаnаlа üzv оlаnlаr istisnа оlаrаq bаşqаlırının müşаhidə еtməsinə mаnе оlmаlаrının hökmü nədir? Cаvаb: Bu işdə möhtəkirlik, icazəlidir. Bаşqаsının mаlındаn istifаdə еtmədikcə yayım hüququnu аlmаq və ...
Namaz vaxtları
Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...
Narkotik maddələrin alış-verişi
Sual: Son zamanlar narkotik maddələrin alış-verişi geniş surətdə yayılmışdır. Bu yolla əldə olunan, yemək-içmək kimi ehtiyaclara sərf olunan malların hökmü nədir? Cavab: Bu yolla əldə olunan mallar haramdır və ondan istifadə etmək icazəli deyil. Əgər mal sahiblərini tanıyırsa həmin malı sahiblərinə qaytarması vacibdir. Əks ...Nаmаzdа qəlbin hüzuru
Suаl: Nаmаz əsnаsındа lаzım оlаn qəlb hüzuru nə dеməkdir? Cаvаb: Nаmаzın qəbul оlunmаsının əsаs şərti, nаmаz qılаn şəхsin qəlbi ilə Аllаhа yönəlməsi və dünyа işinin оnu özünə məşğul еtməməsidir. Suаl: Bütün əməllərində оlmаsа dа, mümkün оlduğu qədər qəlb hüzuru ilə qılınаn nаmаzın ...Namazın təqibatı
Sual: Namazdan sonra təqibat oxumaq, yoxsa Quran tilavət etmək daha yaxşıdır? Cavab: Hədislərdə namazdan sonra təqibat oxumaq qeyd olunub. Amma Quran tilavət etmək də yaxşıdır. Sual: Namazdan sonra oxunan ən yaxşı təqibat hansıdır? Cavab: Xanım Zəhranın (ə) təsbihi. Sual: Təqibatın ərəb dilində oxunması, şərtdirmi? Cavab: Təqibatın ərəb ...
Oruc
Sual: Bir şəxs Ramazan ayı olduğunu bildiyi halda, başqa bir oruc üçün niyyət edə bilərmi? Cavab: Bir şəxs, Ramazan ayı olduğunu bildiyi halda, başqa bir oruc üçün niyyət edərsə, tutduğu oruc sayılmaz. Həmin oruc qürbət qəsdinə zidd olsa, Ramazan ayının orucundan da hesab olunmaz, hətta ...
Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və
Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi? Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir. Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir ...Oruc və istimna (onanizm)
Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi? Cavab: Əgər ramazan ayı gündüz vaxtı qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil ...Odunun, meyvə ağacının və onun yarpaqlarının xümsü
Sual: Bir neçə il idi ki, bağda quru odunlarımız var idi. Onlardan bəziləri ağac kötüyü olduğu üçün istifadə etmək mümkün deyildi. Digər odunlardan isə bəzən kabab bişirmək, samovar qalamaq üçün istifadə edirdik. Bu yaxınlarda o odunların hamsını (ağır kötükləri və ...
Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
Ruhi xəstənin hökmləri
Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab: İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...
Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...
Susmaq orucu
Sual: Susmaq orucu nədir və o, caizdirmi? Cavab: Bu Yəhya ibn Zəkəriyyə (ə)-ın orucudur ki, (İslam şəriətində) qadağan olunub və haram edilmiş bidət əməldir. Sual: Şaban ayının birinci günü Yəhya ibn Zəkəriyyə (ə)-ın orucunu tutub gün boyu həm yeyib-içməkdən, həm də danışmaqdan imsak edən (çəkinən) şəxsin orucu ...
Salamlaşmaq
Sual: Başqa dinə mənsub olan şəxslə salamlaşmaq icazəlidirmi? Cavab: Söz, yaxud əməl ilə İslam və müsəlmanlara qarşı düşmənçilik bəsləmədiyi təqdirdə, ona sevgi və məhəbbət sərgiləyərək yaxşılıq etməyin maneəsi yoxdur. Sual: Namaz qılan şəxsin namaz əsnasında başqasına salam verməsi icazəlidirmi? Cavab: ...Süni saçlar
Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu? Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin ...Süd verən qadının orucunun hökmləri
Sual: Süd verən qadına bütün Ramazan ayını oruc tutmaq vacibdirmi? Əgər bacırmırsa, ona vacib olan şəriət hökmü nədir? Cavab: Südü az olan qadın özünə və ya südəmər körpəsinə haram olacaq dərəcədə zərər çəkəcəyindən ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Lakin sonradan qəzasını ...
Şahmat
Sual: Şahmat oyunu elm, mədəniyyət və zehni idman məqsədilə oynanarsa və arada da heç bir bəhs, yaxud qumar niyyəti olmasa, caizdirmi? Cavab: Şahmat oynamaq caiz deyildir. Bəli, oyunun heç bir mərhələsində maddi bəhs olmasa, caizdir. Lakin belə bir fərziyyə gerçəkləşməyib. Sual: Şahmat, nərd və bu kimi ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...
Torpaq
Sual: Torpaq pakedicilərdən sayılır. Ayaqqabının altını təmizləyə bildiyi kimi, hərəkət halında maşınların təkərlərini də təmizləyirmi? Cavab: Xeyr, təmizləməz.Tаvаfdа аrtıq dövrə еtmək
Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...Toy mərasimləri
Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi? Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir. Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Qadınların özlərinə məxsus toy ...
Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...Unla çörək mübadiləsi
Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...
Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
Vətəndən köçmək
Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...Vətənin hökmləri
Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...Valideynə itaət
Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir? Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ ...
Yarış və müsabiqələr
Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı? Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır. Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara ...
Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum
Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...Yaxşı kişi və qadının xüsusiyyətləri
Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır? Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə ...Yuxu görmək
Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...
Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Ziyarət
Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Qadınları 8 Martda təbrik etmək
Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi? Cavab: Öz-özlüyündə icazəlidir.
Qeyri-qanuni icazələr
Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Biz, bir dəstə həkim çətin vəziyyətlərlə üzləşirik. Belə ki, bir çox hallarda müxtəlif bəhanələri əsas götürərək işçilərə, universitet tələbələrinə, şagirdlərə və ...Qeyri-qanuni yolla "məvacib" almaq olarmı?
Sual: Qeyri-qanuni yollarla "məvacib" almaq caizdirmi? Cavab: Müsəlmanın, məsul şəxslərə yanlış məlumatlar çatdırmaq və ya buna bənzər qeyri-qanuni yollarla məvacib, yaxud yardım almasına icazə verilmir. Sual: Bəzi dövlətlər orada mühacirətdə olan insanlara, heç bir işlə məşğul olmamaları şərtilə, müavinətlər ...Qərb ölkələrində qaçaq işlə məşğul olmaq
Sual: Qərb ölkələrində hökümətin xəbəri olmadan qaçaq işləmək icazəlidirmi? Halbuki, yaşadığımız dövlət bizə və ailəmizə aylıq mavacib verir. Cavab: Onlara xəbər vermədən gizli yolla tapdığın işdən əldə etdiyin qazanca sahib çıxmağın icazəli deyil. Sual: Mühacir şəxsin dövlətdən müavinat aldığı ...
Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xərclərin ödənilməsi
Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...