Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Azan
Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır? Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və ...
Ağlamaq
Sual: Şəhid üçün ağlamaq ona əzab verir, yoxsa onu sevindirir? Anam həşduş-şəbi (xalq ordusu) sıralarında vuruşarkən şəhid olmuş qardaşım üçün çox şiddətlə ağlayır. Xahiş edirəm müfəssəl cavab verin ki, anama izah edə bilim. Allah sizə ən xeyirli mükafat bəx etsin! Cavab: Meyit ...Ayın sabit olması
Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...Ariyə
Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...
Banklara əmanət (pul) qoymaq
Sual: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan faiz gəlirinin tələb olunması məqsədi ...
Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...Balıq konserviləri
Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...Bankda işləmək
Bank əməliyyatı iki qisimdir: 1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...
Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Can verən şəxsin hökmləri
Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...Cərimələrin ödənilməsi
Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir. Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay ...Camaat namazı
Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
Dəstəmаz аlаrkən niyyət еtməyin hökmləri
Suаl: Cənаb sеyid Хоyinin (Аllаh оnа rəhmət еləsin!) rəyinə görə vаcib nаmаzın vахtındаn əvvəl dəstəmаz аlmаq düzgün dеyil. Оnun bəzi müqəllidləri bu fətvаnı bilmədən vаcib nаmаzın vахtındаn əvvəl pаklıq və yа bаşqа niyyət еtmədən (nаmаzа hаzırlıq niyyəti ilə) dəstəmаz аlmışlаr. Bu fətvаyа əsаsən оnlаrın əvvəlki nаmаzlаrının ...
Damağından və dişindən qan gələn şəxsin orucunun
Sual: Əgər damaqdan həm yuxu, həm də oyaq halında davamlı olaraq qan gələrsə, oruc tutanın vəzifəsi nədir? Cavab: Əgər qan yuxu və bu kimi hallarda onun mədəsinə axıb gedərsə və bunun qarşısını almaq mümkün olmasa, orucunun düzgünlüyünə xələl gəlməz. Amma onun qana qarışaraq onda həll olub itməyən ağzının suyunu ...Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda
Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...Donuz
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Əyləncə və çalğı alətləri
Sual: Qaval və təbil müştərək alətlərdən sayılırmı? Toylarda həmin alətlərdən əyləncə üslubu olmadan istifadə etmək, icazəlidirmi? Cavab: Əgər çalğı, əyləncə və oyun məclislərinin musiqisinə uyğun olsa, icazəli deyil. Sual: Əyləncə alətlərinin alış-verişi, icazəlidirmi? Cavab: Haram edilmiş əyləncə alətlərinin alış-verişi ...
Əqiqə qurbanı
Sual: Əqiqə qurbanı vacibdirmi? Cavab: İstər oğlan, istərsə də qız uşağı olsun, doğumunun yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsimi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün ...Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
Hamiləlik və hamiləliyin qarşısını almağın
Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir. Cavab: İcazəlidir. Sual: Qadının uşaq dünyaya ...
Hеykəltərаşlıq
Suаl: İmаm Hüsеynin (ə) büstünün düzəldilməsi bаrədə rəyiniz nədir? Cаvаb: İcаzəli dеyil. Suаl: İstər kişi, istərsə də qаdının tаmаmilə lüt hеykəllərini аlmаq icazəlidirmi? Hеyvаnlаrın yоnulmuş hеykəllərini аlmаq və zinət məqsədi ilə bir yеrdən аsmаq icаzəlidirmi? Cаvаb: İkincisinin еybi yохdur. Birinciyə ...Həsəd
Suаl: Həsəd аpаrmаq hаrаmdırmı? Cаvаb: Bir çох rəvаyətlərin zаhirinə əsаsən həsəd mütləq surətdə hаrаmdır. Lаkin bəzi rəvаyətlərin məzmununа əsаsən həsəd söz və əməl оlаrаq özünü biruzə vеrməzsə, bаğışlаnаndır. Bununlа yаnаşı еhtiyаtа əsаsən bu fоrmаdа bеlə, həsəd bаş vеrməsinə, bаş vеrdikdə isə аrаdаn ...Həna yaxmaq
Sual: Həna zinət hesab olunurmu? Cavab: Bəli, həna qadının yad kişi qarşısında aşkar etməsi haram olan zinətlərdəndir. Sual: Bir çox qadınlar saçlarına, kişilər isə həm saçlarına və saqqallarına həna yaxırlar. Bu dəstəmaz və qüslü batil edirmi? Cavab: Əgər həna tükün üzərində hissələri qalmayan ...
İnzibati korrupsiya
Bismillahir-rəhmanir-rəhim. Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir: - Məmur ...
İftar vaxtı
Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir. Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli ...İnsanı klonlaşdırmaq
Sual: İnsanın klonlaşdırılması barədə cənabınızın rəyi nədir? Cavab: DNT tərkibli hüceyrə, qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra onu uşaqlıqda mayalandırırlar. Bu prosesdən insanın əmələ gəlməsi, öz-özlüyündə haram deyildir. Lakin potensial təhlükələr nəzərə alınarsa, ...İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
Kreditlə alış-veriş etmək
Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
Müsafir namazı ilə bağlı hökm
Sual: Bakı kiçik şəhər hesab olunur. Bakıya tabe olan bir çox qəsəbə və rayonlar var. Həmin qəsəbə və ya rayonların eləsi vardır ki, biri ilə digəri arasındakı məsafə 22 km.-dən çoxdur. Məsələn, onlardan biri Əhmədli digəri isə Nardarandır. Həmin iki məntəqə arasındakı məsafə 23 km.-dən ...
Müstəhəb qüsüllər
Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...Murdar olmuş paltar və yatağın pak edilməsi
Sual: Murdar olmuş paltar, yataq və ya xalça necə pak edilir? Cavab: Yataq, xalça və bu kimi əşyalar müxtəlif növ nəcasətlə murdar olarsa – üzərində murdarın hissələri olmadığı təqdirdə – aşağıdakı kimi pak edilməsi mümkündür. Belə ki, onun üzərinə bardaq, stəkan və ya bu kimi qablarla ...Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi
Sual: Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi hansı hallarda icazəli və hansı hallarda haramdır? Cavab: Mömin şəxs özünün və övladlarının dini inanacında zəiflik və nöqsan yaranamayacağına əmin olarsa, dini yaymaq və təbliğ etmək məqsədi ilə qeyri-müsəlman ölkələrinə ...
Niqab taxmaq
Sual: Ehram halında olan qadının həcdə niqab taxması icazəlidirmi? Cavab: Ehram halında olan qadının üzünü niqabla və ya əba ilə bağlaması icazəli deyil. Sual: Əgər qadının (ehram halında) başörtüyünün bir hissəsini başından aşağı sallayaraq boğazına qədər üzünü örtməsi, hətta bir vasitə ...
Nəzir
Sual: Nəzir nədir? Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir. Sual: Nəzirdə əqd oxunmalıdırmı? Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır. Sual: ...Namazın vacib əməlləri
Sual: Namazın əməlləri hansılardı? Cavab: Namazda on bir əməl vacibdir; niyyət, təkbirətul-ehram, qiyam, qiraət, zikr, ruku, səcdələr, təşəhhüd, salam, tərtib və muvalat. Namazın rüknları – yəni, bilərək və səhv olaraq azaldıb artırdıqda namazı batil edən əməllər – beş əməldir: niyyət, təkbirətul-ehram, qiyam, ruku və ...Namazda “təcafi” etmək
Sual: Səcdədə “təcafi” etmək nə deməkdir? Cavab: Səcdədə “təcafi” etmək; qolları (çiyindən dirsəyə qədər olan hissəsini) və əlləri bədəndən aralı tutmaq mənasındadır. Sual: Təşəhhüddə “təcafi” etmək nə deməkdir? Cavab: İmam camaat ikinci rəkətdə olduda ona iqtida edən şəxs ona tabe olaraq qunut ...
Oruc və dodaqları nəm etmək
Sual: Oruc tutduqda dodaqları nəm etməyin hökmü nədir? Cavab: Orucun düzgünlüyünə xələl gətirməz. Bəli, əgər rütubətin ağız boşluğuna və ağız suyuna qarışaraq aradan getməməsi və oradan da qarın boşluğuna keçməsi – hiss olunacaq dərəcədə – fərz olunarsa orucu pozar.
Oğurluq
Sual: Biz səhiyyə nazirliyinin təftiş komissiyasının üzvləriyik. Qanunun pozulma hallarını araşdırırıq. İşimizin tələbi olaraq xəstəlik müalicəsinə sərf olunması üçün icazəsiz götürülmüş və ya oğurlanmış dərman peraparatlarını məhv etmək üçün müsadirə edirik və əksəriyyətinin ...Oruc və xəstəlik
Sual: Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır. Həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum düzgündürmü? Cavab: Xəstə insanın oruc tutmasının ona zərəri varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ...Orucun kəffarəsi
Sual: Ramazan ayında pozduğum üç gün orucun qəza və kəffarəsini necə yerinə yetirim? Beləki mənim iki ay ardıcıl oruc tutmağa fiziki gücüm çatmır? Cavab: Əgər orucun pozulması oruc tutmağın sənə vacib olmasını və yerinə yetirdiyin əməlin orucu pozan əməllərdən olduğunu bildiyin və məqsədli surətdə orucu pozduğun ...
Ölümdən sonrakı hökmlər
Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...Püşk atmaq
Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...Ruku
Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
Spirtli içkilər verilən toy mərasimlərində
Sual: Azərbaycanda bəzi toy mərasimlərində içki verilir. Mömin şəxslərin həmin toy məclislərində, süfrələrində içki olmamaq şərti ilə, iştirak etmələri icazəlidirmi? Cavab: Əgər iştirak etmək zəruridirsə və heç bir vəchlə onları təsdiq etmək sayılmırsa, eybi yoxdur. Amma şərab və sərxoş edici içkilər ...
Sui-zənn (bədgümаnlıq)
Suаl: Hеç bir аşkаr dəlil оlmаdаn möminin öz mömin qаrdаşı bаrəsində sui-zənn еtməsi hаlаldırmı? Cаvаb: Аllаh-təаlа bizi sui-zənn еtməkdən çəkindirərək buyurmuşdur: «Еy imаn gətirənlər! Gümаnlаrdаn çох çəkinin. Çünki gümаnlаrın bəzisi günаhdır…» bu ...Siqaret çəkməyin hökmləri
Sual: Həkimlər siqaret çəkməyin insanda qəlb və xərçəng xəstəliklərinin yaranmasına, həmçinin ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Aşağıda qeyd olunan hallara əsasən, siqaret çəkməyin hökmü nədir? 1. Siqaret çəkməyə ilk dəfə başlamaq. 2. Siqaret çəkməyə adət ...Su içməyin qaydası
Sual: Su içməyin müəyyən qaydası varmı? Cavab: Su içməyin bir neçə qaydası vardır: - Suyu soraraq içmək - Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək. - Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək. - Suyu ...
Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
Təqaüd məvacibi
Sual: Mən 64 yaşında bir qadınam. Atam altsaymer (yaddaş pozulması) xəstəsidir. O, müəyyən məbləğ təqaüd alır. Onun aylıq təqaüdünü mən yığıb saxlayıram. Heç bir şey dərk edə bilmədiyi üçün onun özünə vermirəm. Qardaşlarımdan imkansız olanına, məsələn, ev tikməsinə köməklik etmək ...
Təyəmmüm
Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir? Cavab: Təyəmmüm etməlidir. Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır? Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır. Sual: İnsanın su ...Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...Ticarət məlumatları
Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...
Unla çörək mübadiləsi
Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...
Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.Uşaq dünyaya gətirməklə bağlı hökmlər
Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Vəsvəsə
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Vаlidеynin qəzа nаmаzı
Suаl: Vəfаt еdən vаlidеyinlərimin qəza nаmаzlаrını qılmаq istiyirəm. Hаlbuki böyük qаrdаşım hələ sаğdır. Bu, icazəlidirmi? Suаl: Bu, icazəlidir. Həttа bu, vаlidеyinlər üçün еdilən еhsаn növlərindəndir. Bunа görə sаvаbın qаt-qаt аrtıq оlаr. Suаl: Vаlidеyinlər müsəlmаn оlmаsаlаr bеlə, nаmаz, оruc, həcc ...Vəfat etmiş müctəhidin təqlidində qalmaq
Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...Vacib əməlləri tərk etmək
Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir? Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini ...
Yeməli və içməlilərin hökmləri
Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
Yаd kişi ilə хəlvət yerdə qalmaq
Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...Yeni təvaf yerinin hökmü
Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!
Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...
Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...
Qəbri açmaq
Sual: Müsəlmanın qəbrini açmaq caizdirmi? Cavab: Müsəlmanın qəbrini açmaq, uşaq və yaxud dəli olsa belə, haramdır. Sual: Meyitin bədəni çürüyüb torpağa çevrilərsə, qəbrini açmaq caizdirmi? Cavab: Caizdir. Sual: İmamzadələrin, şəhidlərin və alimlərin ...
Qeyri-qanuni çəkilmiş sudan dəstəmaz və qüsl üçün
Sual: Sudan istifadə üçün hökümət tərəfindən evlərə quraşdırılmış su sayğacına müdaxilə edərək və yaxud sayğac quraşdırılmadığı təqdirdə, həmin sudan dəstəmaz və qüsl üçün istifadə etməyin hökmü nədir? Cavab: Qanuna zidd əməl etməyə icazə verilmir. Amma dəstəmaz və qüsl ...Qаn vеrmək
Suаl: Хəstələrə təmənnаsız qаn vеrmək və yа bunu müqаbilində müəyyən məbləğ аlmаq icаzəlidirmi? Cаvаb: Еhtiyаcı оlаn хəstələrə təmənnаsız qаn vеrmək, həmçinin bunа görə müəyyən məbləğ аlmаq icаzəlidir. Suаl: Оruc tutаn şəхsin Rаmаzаn аyındа gündüz vахtı qаn vеrməsinin hökmü nədir? Cаvаb: ...Qаydа və qаnunlаrа riаyət еtmək
Suаl: Bəzi nəqliyyаt vаsitələrində «Siqаrеt çəkmək qаdаğаndır» sözləri yаzılır. Bu göstərişi pоzmаq оlаrmı? Cаvаb: Əgər bu, həmin nəqliyyаt vаsitəsinə minməyin şərtlərindəndirsə və yахud insаnlаrın riyаyət еdilməsinə mükəlləf оlduqlаrı hökümət qаnunlаrındаn оlаrsа, şərtə və mükəlləfiyyətinə əsаsən ...
Xarici şirkətlər
Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...
Хеyir əməl nəzir еtmək
Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...