Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Auksion
Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif ...
Ağacların kəsilməsi
Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...“Ayıq sürücü xidməti”- ndə işləmək olarmı?
Sual: Azərbaycanda "Ayıq sürücü xidməti" adlı xidmət fəaliyyətə başlayıb. Bu xidmətin məqsədi, sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alib həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini minimuma endirməkdir. Belə ki, bu ...Allahın adları
Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...
Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...
Birja
Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...Bankda işləmək
Bank əməliyyatı iki qisimdir: 1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...Baş yarmağın hökmü
Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir? Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq - baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və ...
Cihad meydanında döyüşənlər üçün nəsihət və
Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...Can verənin hökmləri
Sual: Can verən müsəlman üçün nə edilməlidir? Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir. Sual: Meyit qüslü verilməyən ...Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
Diyatın (qan bahasının) hökmü
Sual: Bir qardaş hərbi xidmətdə olarkən bir əsgərin dizdən aşağı hissəsini botinkanın ucu ilə vurmuşdur. Deyir ki, məndən başqa da bəzi əsgərlər onun həmin hissəsinə vururdular və həmin hissə də qaralmışdı. İndi bilmirəm ki, məhz mənim vurduğuma görə qaralmışdır, yoxsa məndən əvvəl vuranların zərbəsinə görə qaralmışdır. Bu qardaşımız da ...
Dırnaq boyamaq
Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...Daimi nikah
Sual: Daimi nikahda olan qadın, ərinin icazəsi olmadan evdən çölə çıxa bilərmi? Cavab: Daimi nikahda olan qadın, əinin haqlarına zidd olmasa belə, ərindən icazəsiz çölə çıxması haramdır. Lakin zərurət yaranarsa və ya evdə qalması onun üçün çətinlik yaradarsa, yaxud məskəndə ...
Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Əks cinslərin münаsibəti
Suаl: Müsəlmаn qаdının əks cinslərin birlikdə təhsi аldığı qərbin аli məktəblərində охumаsı icаzəlidirmi? Bununlа yаnаşı ki, bəzi qız və оğlаn tələbələrin rəftаrındа fəsаd vаr. Cаvаb: Əgər dininnin sаğlаm qаlаcаğınа, hicаb kimi şəri vаciblərinə əməl еdəcəyinə, hаrаm hеsаb оlunаn bахış və tохunmаdаn çəkinəcəyinə, zəlаlətin və fəsаdın ...
Əldə olunan mənfəətin xüsusiyyətləri
Sual: Hansı növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar? Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var: 1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt ...Əhalinin artımına nəzarətin hökmləri
Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...
Heyzli və nifaslı qadının orucu
Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır? Cavab: Əgər qan gəldiyi ...
Harama qarışmış halal mal
Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir? Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və ...Hərbi xidmətdə tutulmayan orucun qəzası
Sual: Mən milad tarixi ilə 2000-ci ildə əsgəri xidmətdə olmuşam və xidmət etdiyim müddətdə orucumu tutmamışam. Amma xidməti bitirdikdən sonra orucumun qəzasını günə-gün tutmuşam. Qeyd edim ki, mənim orucun kəffarəsindən xəbərim olsa da, bu əməlin həqiqətini anlamamışam (yəni Ramazan ayında orucun tərk olunmasının həqiqətini ...Həcc üçün naib olmaq
Sual: Vacib həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi? Cavab: Vacib həcdə bir şəxsin, bir neçə nəfərin əvəzindən həcc etməsi caiz deyildir. Bir şəxs, yalnız bir nəfərin naibi ola bilər. Sual: Müstəhəb həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi? Cavab: Bəli, edə ...
İdman yarışlarında zədələnmək
Sual: Boks idman növündə rəqibin burnunu qanatmaq, nokauta salmaq (boksda belə vəziyyətlər olur) əgər bu insanın narazılığına səbəb olarsa, hökmü nədir?Cavab: Əgər zərbə bu idman oyununun adi (normal) qaydasına uyğun olubsa, diyəsi (qan bahası) yoxdur. Amma belə oyunlarda iştirak etmək, oyunçular üçün ...
İstitaət (həccə getmək üçün imkanlı olmaq)
Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan ...İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...İnternet
Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir? Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır. Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir? Cavab: Orucu ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kişilər üçün (ehram halında) kölgələnməyin
Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə
Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Möminlərin bir-birilərini ziyarət etmələri
Sual: Xahiş edirik, möminləri bir-birilərini ziyarət etməyə və mehriban olmağa təşviq edən hədisləri bizim üçün qeyd edəsiniz. Cavab: Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan bir çox hədislər möminləri qarşılıqlı olaraq bir-birilərini ziyarət etməyə, sevməyə, sevindirməyə, mehriban olmağa, ...
Müsafir namazı ilə bağlı hökm
Sual: Bakı kiçik şəhər hesab olunur. Bakıya tabe olan bir çox qəsəbə və rayonlar var. Həmin qəsəbə və ya rayonların eləsi vardır ki, biri ilə digəri arasındakı məsafə 22 km.-dən çoxdur. Məsələn, onlardan biri Əhmədli digəri isə Nardarandır. Həmin iki məntəqə arasındakı məsafə 23 km.-dən ...Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun
Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir? Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün ...Muzaribə
Namazda qiyam
Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi? Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu ...
Namazın təqibatı
Sual: Namazdan sonra təqibat oxumaq, yoxsa Quran tilavət etmək daha yaxşıdır? Cavab: Hədislərdə namazdan sonra təqibat oxumaq qeyd olunub. Amma Quran tilavət etmək də yaxşıdır. Sual: Namazdan sonra oxunan ən yaxşı təqibat hansıdır? Cavab: Xanım Zəhranın (ə) təsbihi. Sual: Təqibatın ərəb dilində oxunması, şərtdirmi? Cavab: Təqibatın ərəb ...Naməhrəm
Sual: Gənclər arasında evlilikdən əvvəl, qeyri-qanuni bir durum yaşanmayan münasibətin hökmü nədir? Cavab: Caiz deyildir. Çünki harama düşmək qorxusu vardır. Sual: Universitetlərdə naməhrəm qızlarla deyib gülməyin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: İnternetdə ...Nikah
Sual: Kişi zina etdiyi qadınla daimi nigah bağlaya bilərmi? Cavab: Heç bir maneəsi yoxdur. Lakin vacib ehtiyata əsasən, nikah tövbə etdikdən sonra olsun. Əgər zina etdikləri vaxt qadın ərli və ya rəci talaq iddəsində olarsa, vacib ehtiyata əsasən, onunla evlənməməlidir. Sual: Fəqihlər bir insanın evlənməyə imkanı ...
Oruc və iş
Sual: Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir? Cavab: Əgər oruc tutmaq insanın dolanışığının asılı olduğu işə mane olursa, məsələn, işləməyin mümkün olmayacağı dərəcədə zəifliyə səbəb ...
Oruc və bəlğəm udmaq
Sual: Ağız boşluğumdan çoxlu ağız suyu və bəlğəm ifraz olunur. Bəlğəmi və ya ağız suyunu tüpürmək istədikdə məqsədli olmadan dilim ağızdan kənara çıxıb qayıdır. Bu halda tüpürdükdən sonra ağız suyunu udmağımın zərəri varmı? Cavab: Zərəri yoxdur. Bəlğəmi və ya ağız suyunu tüpürmək vacib deyil. ...Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və
Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi? Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir. Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir ...Oruc tutan şəxsin qusmağının, gəyirməyinin və
Sual: Oruc halında gəyirməyin hökmü nədir? Cavab: Gəyirərkən bir şey xaric olub yenidən qeyri-ixtiyari (mədəyə) getsə, oruc batil olmaz. Gəyirərkən ağız boşluğuna bir şey gəlsə və oruc tutan onu ixtiyarı halda udsa, lazim ehtiyata əsasən, orucu batil olar və kəffarə də verməlidir. Sual: Oruc halında qeyri-ixtayari qusmağın ...
Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
Püşk atmaq
Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...
Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi
Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə ...
Stolüstü oyunların hökmü
Şahmat, dama və nərd kimi qumar alətləri, həmçinin bu məqsəd üçün hazırlanan alətlərlə girov qoyaraq oynamaq haramdır. Eyni zamanda girovu götürmək də haramdır. Oyunun qalibinin həmin girovda mülkiyyəti yoxdur. Lakin girov olmayan təqdirdə, nərd və şahmatı oynamaq əqvaya əsasən, haramdır. Nərd və şahmatdan ...Süni saç
Sual: Mən parikdən istifadə edirəm. Mənim dəstəmaz və qüslümün hökmü nədir? Cavab: Əgər su dəriyə təmas edirsə, heç bir maneəsi yoxdur. Lakin suyun dəriyə təmas etməsinin qarşısını alırsa, dəstəmazda məsh çəkərkən və qüsl alarkən onun çıxardılması vacibdir. Bu iki əməl (dəstəmaz və qüsl) ...Sui-zənn (bədgümаnlıq)
Suаl: Hеç bir аşkаr dəlil оlmаdаn möminin öz mömin qаrdаşı bаrəsində sui-zənn еtməsi hаlаldırmı? Cаvаb: Аllаh-təаlа bizi sui-zənn еtməkdən çəkindirərək buyurmuşdur: «Еy imаn gətirənlər! Gümаnlаrdаn çох çəkinin. Çünki gümаnlаrın bəzisi günаhdır…» bu ...
Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
Ticarət məlumatları
Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...
Təqiyyə edərək orucu tərk etmə
Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...Təqaüd məvacibi
Sual: Mən 64 yaşında bir qadınam. Atam altsaymer (yaddaş pozulması) xəstəsidir. O, müəyyən məbləğ təqaüd alır. Onun aylıq təqaüdünü mən yığıb saxlayıram. Heç bir şey dərk edə bilmədiyi üçün onun özünə vermirəm. Qardaşlarımdan imkansız olanına, məsələn, ev tikməsinə köməklik etmək ...Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı
Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...
Unla çörək mübadiləsi
Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...
Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.Unudulmuş səcdə
Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.
Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Vergilər
Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...
Vacib əməlləri tərk etmək
Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir? Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini ...Vəhşət namazı
Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...Valideynə itaətsizlik
Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz. Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara ...
Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!
Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...
Yuxu görmək
Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...Yumurtadakı qan
Sual: Yumurtanın sarısında və ya ağındakı qan, yumurtanı nəcis edərmi? Onu yemək caizdirmi? Bu məsələnin həll yolu vardırmı? Cavab: Yumurtanın içindəki qan təmizdir, amma onu yemək haramdır. Qan yumurtada yox olacaq qədər az olmasa, onu çıxardıqdan sonra, yumurtanı yemək olar.
Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...
Qufеylə nаmаzı
Suаl: Sizdən Qufеylə nаmаzının qılınmа tərzini izаh еtməyinizi xahiş edirik? Cаvаb: Qufеylə nаmаzı Şam və Xiftən nаmаzının аrаsındа qılınır. Birinci rükətdə Fatihə surəsindən sоnrа «və zən-nuni iz zəhəbə muğаzibən fəzənnə ən lən nəqdirə аlеyhi fənаdə fi zulumаti ən lа ilаhə ilа əntə subhаnəkə inni kuntu minəz-zаliminə fəstəcəbnа ləhu ...
Qeyri-qanuni icazələr
Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Biz, bir dəstə həkim çətin vəziyyətlərlə üzləşirik. Belə ki, bir çox hallarda müxtəlif bəhanələri əsas götürərək işçilərə, universitet tələbələrinə, şagirdlərə və ...Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri
Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. ...Qul haqqı
Sual: Əgər qonşumun ağacının budaqları mənim həyətimin divarından aşarsa, onun meyvəsindən yeməyimin maneəsi varmı? Cavab: Ağac sahibinin icazəsini almalısınız. Sual: Boynunda haqqun-nas (qul haqqı), olan şəxs nə etməlidir? Cavab: Əgər haqq sahiblərini tanıyırsa, onlara aid olan mal və ya borcları ödəməlidir. Əgər ...
Xarici ölkələrin qanunları
Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xeyriyyə cəmiyyətləri
Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...