Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ağır peşə sahiblərinin orucunun hökmləri
Sual: Xəstəxanada işləyən bir həkim Ramazan ayında oruc tutarkən, iftardan sonra özündə yorğunluq və diqqətsizlik (fikir dağınıqlığı) hiss edir ki, bu da onun işinə mənfi təsir edir. Bu halda onun oruc tutmamasına icazə verilirmi? Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, məsələn, onu işləməyə ...
Allaha (yalandan) and içməyin kəffarəsi
Sual: Bir işi görməmək üçün Allaha and içən, lakin andını pozan şəxsin vəzifəsi nədir? And içməyin kəffarəsi nədən ibarətdir? Cavab: Əgər and şəriətdə məqbul sayılan bir işlə bağlı olsa, yaxud üqəlayi (məntiqli) dünyəvi məqsədlər və ya şəxsi dünyəvi maraqlar üçün olarsa, bu ...Ayı görməklə bağlı sorğu
Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...Аtаnın övlаd üzərində vilаyəti
Suаl: Əgər аtа qızının mənfəətini düşünməyəcək qədər səfеh оlаrsа, оnun qızı üzərindəki vilаyəti qüvvədən düşürmü? Cаvаb: Bаkirə qızın еvlənməsində vilаyət təkcə аtаyа dеyil, həmçinin аtа tərəfdən оlаn bаbаyа dа аiddir. Əgər аtа səfеhdirsə, qızın vəlisi bаbаsıdır. Suаl: Qız ərə ...
Balıq yağı
Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi? Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda ...
Bayramlar və əlamətdar günlər
Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi? Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil. Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi? Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil. Sual: ...Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...Böhtan
Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.
Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.Cəbirə (sarğı)
Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Dərman satışı
Sual: Əczaçı dərmanı onun üçün dəyərləndirdiklərindən baha qiymətə sata bilərmi? Cavab: Xeyr, sata biləz. Sual: Dərmanı küçəyə döşəyib satan satıcılardan almaq olarmı? Cavab: Onların işi riayət olunması gərəkən nizam-intizama müxalif olub qadağan olsa da, almaq olar. Sual: Səhiyyə ...
Dua yazdırmaq
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...Dua
Suаl: Əhli-bеyt (ə) müvаlisinin (əhli-bеyt imаmlаrının imаmlığını qəbul еdib оnlаrın yоlunun аrdıcıllаrı) Аllаhdаn bаşqа bəndələrə nеmət vеrən və lütf еdən bir kəsin оlmаdığınа еtiqаd bəslədiyi üçün duа və rаz-niyаz еdərkən hеç bir vаsitə qеyd еtmədən Аllаhа duа еtməsi icazəlidirmi? Cаvаb: Bu, icazəlidir. Lаkin ...Dəyərdən düşmüş valyuta ilə borc ödənişi
Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...
Enerji içkiləri
Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
Ər-arvad hüquqları
Sual: Ərin öz arvadı üzərində hansı haqları var? Arvadın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər? Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun ...
Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...Əhalinin artımına nəzarətin hökmləri
Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...Əxlaqi gözəlliklər
Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Hərbi xidmətdə tutulmayan orucun qəzası
Sual: Mən milad tarixi ilə 2000-ci ildə əsgəri xidmətdə olmuşam və xidmət etdiyim müddətdə orucumu tutmamışam. Amma xidməti bitirdikdən sonra orucumun qəzasını günə-gün tutmuşam. Qeyd edim ki, mənim orucun kəffarəsindən xəbərim olsa da, bu əməlin həqiqətini anlamamışam (yəni Ramazan ayında orucun tərk olunmasının həqiqətini ...
Heykəl
Sual: Tamamilə çılpaq kişi və qadın heykəllərinin alışı caizdirmi? Heyvan heykəllərinin bəzək məqsədiliə alışı caizdirmi? Cavab: İkincinin maneəsi yoxdur. Birinciyə gəlincə isə, bu iş fəsadı yaymaq olarsa, caiz deyildir.Hamiləlik və hamiləliyin qarşısını almağın
Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir. Cavab: İcazəlidir. Sual: Qadının uşaq dünyaya ...Haram edilmiş alış-verişlər
Sual: Haram edilmiş alış-verişlər hansılardır? Cavab: Haram edilmiş aliş-verişlər çoxdur. Aşağıdakılar haram edilmiş aliş-verişlərdir: 1. Maye halda olan sərxoşedici, ov üçün olmayan it, donuz, həmçinin murdar olmuş (leş) ət satmaq vacib ehtiyata əsasən, haramdır. Qeyd olunan bu dörd murdardan başqa digər ...
İmam(ə) malı
Sual: İnsan imam(ə) malının istifadə olunacağı ehtiyac yerini görüb və təqlid etdiyi müctehidin də buna razı olacağına ehtimal verərsə, ondan icazə almadan imam(ə) malını həmin yerdə istifadə edə bilərmi? Cavab: Xeyr, caiz deyildir. Ələm müctehiddən icazə almadan imam(ə)-ın xümsdəkı haqqını qeyd olunan yerdə ...
İdman yarışlarında zədələnmək
Sual: Boks idman növündə rəqibin burnunu qanatmaq, nokauta salmaq (boksda belə vəziyyətlər olur) əgər bu insanın narazılığına səbəb olarsa, hökmü nədir?Cavab: Əgər zərbə bu idman oyununun adi (normal) qaydasına uyğun olubsa, diyəsi (qan bahası) yoxdur. Amma belə oyunlarda iştirak etmək, oyunçular üçün ...İqrar (təsdiqləmək, etiraf etmək)
Sual: İqrarın mənası nədir? Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq Allah-təalaya və ya insana da, aid ola bilər. Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı? Cavab: İqrar edərkən hər hansı xüsusi ...İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kəniz hökmü
Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil.
Kоnsеrviləşdirilmiş ət məhsullаrı
Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun
Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir? Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün ...
Möminin həcvi
Sual: Mömini həcvə çəkməyin mənası nədir? Cavab: Mömini həcvə çəkmək haramdır. Həcv – istər, nəzmlə olsun, istərsə də nəsrlə, onun nöqsan və mənfi xüsusiyyətlərini qeyd etməkdir. Ümumi mənafenin tələbi olmadıqca, mütləq şəkildə, insanları həcvə çəkmək bəyənilmir. Bəzən də, gətirdiyi ...Məktəblərdə şahmat icbari tədris olunarsa, nə
Sual: Azərbaycanda iki ildir ki, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Qeyd etməliyəm ki, dərslər məcburidir. Belə ki, dərslərdə iştirak etmədikdə sinifdə qalmaq problemi yarana bilər. Eyni zamanda mağazadan tədris üçün şahmat almaq zəruridir. Belə olan halda şəri vəzifəmiz nədir? Cavab: Bu iş icazəli deyil. ...Mücahidlərin orucunun hökmü
Allahın adı ilə! Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Sual: Mübarək Ramazan ayının isti hava şəraitində könüllülər və təhlükəsizlik güclərinin tərkibində xidmət edən mücahid qardaşların orucunun hökmü nədir? ...
Namazı tərk edən
Sual: Mən namaz qılmayan bir kişi ilə evlənmək istəyirəm. Bunun şətiət baxımından maneəsi varmi? Cavab: Əgər azğınlığa düşmək qorxusu varsa, caiz deyildir. Sual: Namaz qılmayanın evində yemək yeyib namaz qılmaq caizdirmi? Cavab: Maneəsi yoxdur. Sual: Namazı tərk edib qılmayan şəxs hansı halda, kafir və yaxud ...
Nəcş (qiymət qаldırmа)
Suаl: Nəcş nə dеməkdir? Cаvаb: Bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq dеməkdir. Suаl: Nəcş hаrаmdırmı? Cаvаb: Nəcş – bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq – еhtiyаtа əsаsən, bаşаqısını аldаtmаq və şirinikləndirmək məqsədindən хаli оlsа dа, mütləq ...Namazda bədəni örtmək
Sual: Kişi namazını ipək paltarla qıla bilərmi? Cavab: Namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızılla işlənmiş parçadan olmamalıdır. Sual: Namaz qıldığım paltar, yırtıcı heyvanın bədən üzvündən hazırlanarsa, həmin paltarla namaz qıla bilərəmmi? Cavab: Yırtıcı heyvanın bədən ...Namazla bağlı şəklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, ...
Orqanların köçürülməsi ilə bağlı hökmlər
Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, ...
Orucu tərk etmək
Sual: Təqiyyə edərək oruc tutmayanın hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və ya cima etməyə məcbur edilərsə və həmin şəxs orucunu pozarsa, orucu batil olar. Həmçinin təqiyyə edərkən – istər oruc tutmayaraq təqiyyə etmiş olsun, məsələn, onların bayram etdiyi gün oruc tutmaya, istərsə də ...Oruc və istimna (onanizm)
Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi? Cavab: Əgər ramazan ayı gündüz vaxtı qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil ...Oruc halında saqqız çeynəmək olarmı?
Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...Püşk atmaq
Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...
“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
Spirtli içkilərin alış-verişi
Sual: Spirtli içkilər istehsal edən şirkətlərə investisiya qoymaq - onun pulunu başqasının pulundan ayırmaq mümkün olmadığı təqdirdə, - icazəlidirmi? Cavab: Spirtli içkilərin istehsalında və alış-verişində ortaq olmaq, icazəli deyil. Sual: Müsəlman rəssama spirtli içkinin içilməsini, yaxud rəqs ...
Süni mayalanma
Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...Siqaret və qəlyan
Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir? Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək gələcəkdə də olsa belə insana nəzərə çarpacaq dərəcədə zərər yetirəcəksə, bu nəzərə çarpacaq zərər məlum və ya ehtimal olunasından asılı olmayaraq ağıl sahiblərinin qorxu hissi (təhlükə hissi) ...Süd verən qadının orucunun hökmləri
Sual: Süd verən qadına bütün Ramazan ayını oruc tutmaq vacibdirmi? Əgər bacırmırsa, ona vacib olan şəriət hökmü nədir? Cavab: Südü az olan qadın özünə və ya südəmər körpəsinə haram olacaq dərəcədə zərər çəkəcəyindən ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Lakin sonradan qəzasını ...
Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)
Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
Təqiyyə
Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...
Təməttö həcci
Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1. Miqatlardan birində ehram bağlamaq. 2. Kəbənin ətrafında təvaf etmək. 3. Təvaf namazı qılmaq. 4. ...Tаvаfdа аrtıq dövrə еtmək
Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...Təyyarədə namaz qılmağın hökmü
Sual: Təyyarədə qiblənin bilinmədiyi və sabitliyin olmadığı halda, namazlarımızı necə qılmalıyıq? Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin ...
Unudulmuş səcdə
Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.
Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...
Üzgüçülük
Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi? Cavab: Lazımi örtük olarsa, icazəlidir. Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman oyunları icazəlidir? Cavab: ...
Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
Vəsvəsə
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Var-dövlət sevgisi və dünya hərisliyi
Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...Vəkillik
Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.Vergilər
Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...
Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...
Yеtimin hökmləri
Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır? Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün ...Yeni təvaf yerinin hökmü
Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...Yatmış şəxsi namaz üçün oyatmağın hökmü
Sual: Mükəlləf şəxs yatacağı təqdirdə sübh namazına oyanmayacağını bilsə, namazı qılması üçün oyaq qalması vacibdirmi? Əgər yatsa və namaza da oyanmasa, günah etmiş olurmu? Cavab: Mükəlləf şəxs onu namaza oyatmasını başqasına tapşırıb vəzifələndirə, yaxud zəngli saat və bu kimi vasitələrdən istifadə edə ...
Ziyarət
Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Qatarda və maşında namaz qılmağın hökmü
Sual: Aydın məsələdir ki, heyvanın tərkində, yaxud maşında namaz qılan şəxsin qibləsi, miniyinin üz tutduğu istiqamətə olur. Onun öz bədənini, xüsusilə də üzünü qiblədən çevirməsi, namazının düzgünlüyünə təsir edərmi? Cavab: Tərkində olduğu heyvanın, yaxud maşının üz tutduğu ...
Qadınların ziyarətə getməsi
Sual: Biz Azərbaycanda yaşayan şiələrik: 1. Bizim ölkədə xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport almaq üçün hicabsız şəkil çəkdirmək məcburiyyətindədirlər. Əgər şəkil hicabsız olmasa vəsiqə və ya pasport onlara verilmir. Bu halda nə etməldilər? 2. Xanımlar Həcc, Məşhəd, Kərbəla və bu kimi başqa ziyarətlərə ...Qadın və kişi münasibətləri
Sual: Kişinin qadına münasibəti necə olmalıdır? Qadın əlindən gəldiyi qədər ərinə xidmət edirsə və bunun qarşılığında lazım olan şəfqəti görmürsə, buna baxmayaraq ona xidmət etməkdə davam edirsə, Allah dərgahında bunun mükafatı varmı? Nə üçün qadın ərindən sirr saxlayarsa günah sayılır, amma əksinə, ...Qеyri-müsəlmаn ölkələrində vəfаt еtmiş şəxsin
Suаl: Əgər mükəlləf bir şəхs müsəlmаnlаrа məхsus qəbristаnlığı оlmаyаn qеyri-müsəlmаn ölkəsində vəfаt еdərsə və оnu dəfn еtmək üçün müsəlmаn ölkəsinə аpаrmаq mümkün оlmаsınа bахmаyаrаq оnu аpаrmаğın хərcləri bаhа оlаrsа, bu səbəb оnun kаfir qəbristаnllığındа dəfn еtməsi üçün ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...Хеyir əməl nəzir еtmək
Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...