Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ayı görməklə bağlı sorğu
Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...
Az su
Sual: Az su nəyə deyilir? Cavab: Yerdən qaynamayan və kür su miqdarından az olan suya “az su” – deyilir. Sual: Az su necə nəcis olur? Cavab: Az su nəcis bir şeyin üzərinə axarsa və ya nəcis bir şey az suya toxunarsa, nəcis olar. Lakin az su yuxarıdan təzyiqlə nəcis bir şeyin üzərinə ...Aktyorluq və teatr
Sual: Teatr səhnəsində və ya televiziya tamaşasında aktyorluq etmək haramdır, yoxsa halal? Cavab: Öz-özlüyündə halaldır. Lakin başqa cəhətdən haram əməllərin yaranmasına səbəb olarsa, haramdır. Sual: Bir şəxsin dinə müxalif olmadığı halda kinofilm və ya seriallarda rol oynaması icazəlidirmi? Cavab: İcazəlidir. ...Аtаnın övlаd üzərində vilаyəti
Suаl: Əgər аtа qızının mənfəətini düşünməyəcək qədər səfеh оlаrsа, оnun qızı üzərindəki vilаyəti qüvvədən düşürmü? Cаvаb: Bаkirə qızın еvlənməsində vilаyət təkcə аtаyа dеyil, həmçinin аtа tərəfdən оlаn bаbаyа dа аiddir. Əgər аtа səfеhdirsə, qızın vəlisi bаbаsıdır. Suаl: Qız ərə ...
Bəxşiş
Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi? Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur. Sual: Mən benzin və qaz ...
Bankda işləmək
Bank əməliyyatı iki qisimdir: 1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...Balıq konserviləri
Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...
Cəbirə (sarğı)
Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...
Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...Cinsiyyətin dəyişdirilməsi
Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi? Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа ...Can verən şəxsin hökmləri
Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda
Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...
Dərman satışı
Sual: Əczaçı dərmanı onun üçün dəyərləndirdiklərindən baha qiymətə sata bilərmi? Cavab: Xeyr, sata biləz. Sual: Dərmanı küçəyə döşəyib satan satıcılardan almaq olarmı? Cavab: Onların işi riayət olunması gərəkən nizam-intizama müxalif olub qadağan olsa da, almaq olar. Sual: Səhiyyə ...Daş-qaş alış-verişi
Sual: Bəzi zinət əşyalarında mərcan və ya başqa növ daş-qaşlar olur. Bəzən qızıl mağazalarının sahibləri qızıl-zinət alış-verişi zamanı üzərində daş-qaş olan zinət əşyasını aldıqda həmin daş-qaşların çəkisini ölçürlər. Bəzən məqsədli olmadan çəkini dəqiq təyin edə bilmirlər. Ola bilsin ki, zinət ...Dini еtiqаdın zəifləməsi
Suаl: Dini еtiqаdın zəifliyi dedikdə nə nəzərdə tutulur? Cаvаb: Fəqihlərin nəzərinə görə, dini еtiqаdın zəifliyi оğurluq, yаlаn dаnışmаq, qеybət еtmək, аrаq içmək və bаşqа hаrаm оlunmuş günаh əməlləri еtmək, yа dа nаmаz qılmаmаq, оruc tutmаmаq, həccə gеtməmək və bаşqа vаcib buyurulmuş əməlləri tərk еtməkdən ibarətdir. Suаl: ...
Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Əmаnətin qаytаrılmаsı
Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...
Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...Əks cinslərin münаsibəti
Suаl: Müsəlmаn qаdının əks cinslərin birlikdə təhsi аldığı qərbin аli məktəblərində охumаsı icаzəlidirmi? Bununlа yаnаşı ki, bəzi qız və оğlаn tələbələrin rəftаrındа fəsаd vаr. Cаvаb: Əgər dininnin sаğlаm qаlаcаğınа, hicаb kimi şəri vаciblərinə əməl еdəcəyinə, hаrаm hеsаb оlunаn bахış və tохunmаdаn çəkinəcəyinə, zəlаlətin və fəsаdın ...Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Hipnoz
Sual: Maqnit yuxusunun və ruh çağırmağın hökmü nədir? Cavab: İnsana zərər verən hər bir iş haramdır və caiz deyildir. Sual: Hipnozun hökmü nədir? Cavab: Öz-özlüyündə maneəsi yoxdur. Sual: Həzrət Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının süni yuxu ...
Hərbi təlimatları pozaraq radiorabitə
Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Sual: Bəzi döyüşçülər İŞİD terrorçularına qarşı cəbhə xəttində, düşmənin hərbi bölmələrimizin sirlərindən asanlıqla xəbər tutmasına şərait ...Haram və məkruh oruclar
Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır. Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ...Havaya atəş açmaq
Sual: İslamın ən əsas təlimlərindən biri cəmiyyətdə nizam-intizamı qorumaqdır. Buna görə də cəmiyyətimizin daxilində bəzi insanların toplum içərisində havaya atəş açmaları kimi əməlləri ürəyimizi ağrıdır. Həmçinin bu, cəmiyyətdə, xüsusilə də, uşaqlarda qorxu və həyacan yaradır. Hətta bəzi hallarda uşaqlarda ...
İstihazə
Sual: İstihazə nə deməkdir? Cavab: Qadından gələn qanlardan biri “iztihazə” qanıdır və bu qanə görən qadın “müstəhazə” – deyilir. Sual: İstihazə qanının hansı xüsusiyyətləri var? Cavab: İstihazə qanı əsasən, sarı rəngdə və soyuq olur, xaric olarkən təzyiqsiz, yandırıcı olmadan ...
İmam Hüseyn (ə) qiyamının səbəbləri
Sual: İmam Hüseyn (ə) qiyamının səbəbləri nə idi? Xanım Zeynəbin (ə) Yezidə xitabən söylədiyi- “(Kərbəlada) Gözəllikdən başqa bir şey görmədim.” ifadəsinin mənası nədir?“İmam Hüseyn (ə) qəhrəmanlığı” kitabında deyilir: “İmam Hüseyn (ə) və səhabələri (Məhərrəm ayının) doqquzuncu, yaxud onuncu gününədək su içiblər?” Qeyd olunan məlumat ...İstiqraz vərəqələrinin satışı
İstiqraz vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min manat olan bir sənədi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən muzd almaq ...İslam
Sual: Xristian qadının müsəlman olması mümkündürmü? Bunun üçün o nə etməlidir? Cavab: Kəlmeyi-şəhadəti tələffüz etməklə müsəlman qadına aid olan hər bir hökm onun üçün də keçərlidir. Sual: Ola bilsin ki, xristian qadın sırf (müsəlman kişi ilə) ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...Kosmetik kremlər
Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Müsafirin orucunun hökmləri
Məsələ 1: Səfərdə dördrükətli namazları iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır. Namazını tamam qılan müsafir peşəsi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi səfərdə oruc tutmalıdır. Məsələ 2: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq ...
Məscid inşası
Sual: Bizim kəndimizdə üç məscid var. Kənd iki hissəyə bölünür. Məcidin ikisi bizim kəndin ərazisinə düşür. Kənd camaatının köməkliyi ilə məscidin biri qəzalı olduğundan sökülüb yenisi tikildi . Digər məscid isə həm kiçik, həmdə demək olar ki, qəzalı vəziyyətdədir. Sual belədir; bu ...Musahərə (evlilik nətincəsində yaranan qohumluq)
Sual: Musahərəni necə izah edirsiniz? Cavab: Mushərə ər-arvadın hər birinin digərinin qohumları ilə olan elə əlaqədir ki, konkret (məsələn, zövcənin anası – red.) və ya ümumi (məsələn, zövcənin bacısı – red.) olaraq onlarla nikaha daxil olması haram olur. Sual: Atanın zövcəsi (onun başqa qadından ...Muzaribə
Nişanlanmaq
Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi? Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz. Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər? Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və ...
Neft məhsullarının satışı
Sual: Mənim qonşum maşını üçün (dövlətdən xidməti) yanacaq alır və sonra da onu öz məntəqəsində satır. Bunun hökmü nədir? Cavab: Buna icazə verilmir. Əksinə onlar (dövlətdən) aldıqlarını lazım olan yerlərə istifadə etmələrində dövlətin qoyduğu şərtə əməl etməlidirlər. Bu yanacaq — qanuna zidd ...Nəzir
Sual: Nəzir nədir? Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir. Sual: Nəzirdə əqd oxunmalıdırmı? Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır. Sual: ...Namaz
Sual: Əhli-Beyt(ə) dostlarının, namazları üç vaxtda qılmalarının maneəsi varmı? Cavab: Əhli-Beyt(ə) məzhəbində namazlar üç vaxtda qılına bilər. Belə ki, sübh namazı doğrucul fəcrdən sonra gün çıxana qədər olan vaxt daxilində, zöhr və əsr namazları Günəşin zavalından gün batanadək, ...
Oruc və üzgüçülük
Sual: Oruc halında üzgüçülükə məşğul olmağın hökmü nədir? Cavab: Orucu batil etmir, lakin bu iş şiddətli məkruhdur. Sual: Ramazan ayında başı suya batırmağın orucu batil etdiyini bilsəm də, unutqanlıq üzündən dəfələrlə bu işi etmişəm. Bu halda, mənim hökmüm nədir? Cavab: Suya ...
Oruc barəsində öyüd nəsihət
Sual: Məsum imamlardan (ə) oruc barəsində və insanları oruc tutmağa şövqləndirən hədislər qeyd edin. Cavab: Həzrət Rəsulullahdan (s) nəql olunan xütbədə belə buyurulur: “Еy insаnlаr! Аrtıq Аllаhın аyı bərəкət, rəhmət və günаhlаrı bаğışlаmаqlа sizə yеtişmişdir. Bu аy Аllаh yаnındа bütün аylаrdаn fəzilətlidir. ...Orucu batil edən əməllər: Allah və Peyğəmbər(s)
Məsələ 1: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və bu kimi hər hansı bir yolla Allah, Peyğəmbər(s) və on iki imamlardan(ə) birinin adından bilərəkdən yalan desə, hətta sonra dərhal “yalan dedim”-deyərək tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Həmçinin xanım Fatimeyi-Zəhra(ə), digər peyğəmbərlər(ə) və ...Orqanların köçürülməsi ilə bağlı hökmlər
Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, ...
Ölümdən sonrakı hökmlər
Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...Ruhun cinsi varmı?
Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...Ruhi xəstənin hökmləri
Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab: İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...
Səhv səcdəsi
Sual: Əgər camaat namazında məmum səhv olaraq ayaq üstə durmaq kimi səhv səcdəsinə səbəb olacaq bir əməl edərsə, camaat namazından sonra səhv səcdəsi etməsi vacibdirmi? Ümumiyyətlə, məmum camaatla qıldığı namazda (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi etməsi vacibdirmi? Cavab: Bəli, (səhv ...
Seyid Sistani cənabları nümayəndələrin
Ayətullah-Uzma Seyid Əli Hüseyni Ssitani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar internet şəbəkələrində Seyid Sistani cənablarının adından müxtəlif məzmunlu bəyənatlar yayımlanır. Həmin bəyanatlardan biri də, nümayəndələrin səlahiyyətlərinin ləğv olunması və ...Səhabələri və Peyğəmbərin (s) zövcələrini təhqir
Sual: Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sosial mediada imam Cavadın (ə) şəhadət günü ilə bağlı yürüş və “Əzəmiyyə” məntəqəsində bir dəstə insanın Öməri, Aişəni və başqalarını uca səslə təhqir etmələrini əks etdirən görüntülər yayımlanıb. Bu əməl, ali-dini mərcəiyyət tərəfindən ...Səfəri çox olanlar
Sual: Hansı hallarda insana "kəsirus-səfər" (səfəri çox olan insan) deyilir. Səfəri çox olanların namaz və orucları necədir? Cavab: Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Belə ...
Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
Tаvаfdа аrtıq dövrə еtmək
Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...
Təyyarədə namaz qılmağın hökmü
Sual: Təyyarədə qiblənin bilinmədiyi və sabitliyin olmadığı halda, namazlarımızı necə qılmalıyıq? Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin ...Talaq iddəsi
Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...Toy mərasimləri
Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi? Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir. Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Qadınların özlərinə məxsus toy ...
Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.
Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...Uşаq sаldırmаq
Suаl: Qаdının bətnindəki uşаğа ruh dахil оlduqdаn sоnrа onu sаldırmаsı icаzəlidirmi? Cаvаb: Səbəb nə оlur оlsun, ruh dахil оlduqdаn sоnrа qаdının uşаq sаldırmаsı icаzəli dеyil. Lаkin ruh dахil оlmаyıbsа, uşаğın qаlmаsı аnаyа dözülməz dərəcədə zərər vеrirsə və yа оnun üçün çətinlik törədirsə, uşаğı sаldırmаq ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...
Valideynə itaətlə bağlı bəzi hökmlər
Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...Vacib əməlləri tərk etmək
Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir? Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini ...Vаlidеynin qəzа nаmаzı
Suаl: Vəfаt еdən vаlidеyinlərimin qəza nаmаzlаrını qılmаq istiyirəm. Hаlbuki böyük qаrdаşım hələ sаğdır. Bu, icazəlidirmi? Suаl: Bu, icazəlidir. Həttа bu, vаlidеyinlər üçün еdilən еhsаn növlərindəndir. Bunа görə sаvаbın qаt-qаt аrtıq оlаr. Suаl: Vаlidеyinlər müsəlmаn оlmаsаlаr bеlə, nаmаz, оruc, həcc ...
Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...
Yeməli və içməlilərlə bağlı məsələlər
Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...Yeyilməsi haram olanlar
Sual: Dovşan əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Qaban əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı? Cavab: Belə balıqları yemək icazəli deyil. Sual: Kenquru və zürafənin ətini yemək olarmı? Cavab: Ehtiyat vacibə əsasən yeyilməsi ...Yalan yəmin etmək
Sual: Yalan yəmin etməyin tərifi nədir? Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır. Sual: Yalan yəmin etmək haram edilibmi? Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.
Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Qəza orucu
Sual: Üzərində nəzir və yaxud əcir orucu kimi, Ramazan ayıdan başqa bir vacib orucu olan ata, onu yerinə yetirməmişdən əvvəl ölərsə, böyük oğula onu qəza etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Ramazan ayının orucunu tutmayan şəxs, eyni gündə bir neçə dəfə cinsi əlaqəyə girsə, yaxud ...
Qiblə
Səhv səcdəsi istisna olmaqla bütün vacib namazlarda və onun unudulmş hissəlləri kimi, ona aid olan əməlləri və ehtiyat namazı qılarkən imkan daxilində üzü qibləyə olmaq vacibdir. Müstəhəb namazlara gəlinncə, piyada və minikdə olarkən, hətta nəzr edilmiş olsa da, üzü qiblə istiqamətinə olmaq şərt deyil. Vacib ...Qəzası olan şəxsin vəfat etmiş insanın əvəzindən
Sual: Öhdəsində ramazan ayının orucunun qəzası olan şəxsin atası, anası və ya başqasının əvəzindən könüllü olaraq orucu tutması icazəlidirmi? Cavab: İcazəli deyil. Lakin qəzasını tutmaq istədiyi oruc ramazan orucu kimi vacib oruc olarsa, icazəlidir. Sual: Əgər insanın öhdəsində qəza orucu varsa, vəfat etmiş ...Qurani-kərim satmaq
Sual: Qurani-kərim satmaq haramdırmı? Cavab: Müsəlmana satmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən Qurani-kərim satmaqdan çəkinsin. Əgər Quran müqabilində pul alacaqsa, bunu onun üz qabığının və bu kimi xərclərinin əvəzi hesab etsin.
Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
Xeyriyyə cəmiyyətləri
Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xüms ili
Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı il ərzində tamamilə ...