Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Alış-verişdə beh vermək
Sual: Birinci dəfə həccə getmək üçün müstəti olmuşam. Həcc ziyarətini təşkil edən şirkətə beh vermək lazım idi. Həmin ərəfədə maddi durumumda çətin vəziyyət yarandığı üçün pulum kifayət etmədi. Bundan əvvəl atam mənə yardım təklifi etmişdi, amma mən qəbul etməmişdim. İndi kifayət etməyən məbləği ...
“Ayıq sürücü xidməti”- ndə işləmək olarmı?
Sual: Azərbaycanda "Ayıq sürücü xidməti" adlı xidmət fəaliyyətə başlayıb. Bu xidmətin məqsədi, sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alib həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini minimuma endirməkdir. Belə ki, bu ...Auksion
Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif ...Azan
Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır? Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və ...
Bank məsələləri
Sual: Riba (sələm) sistemi işləyən banklar borcunu verə bilməyən şəxslərin evlərini yaxud ev əşyalarını müsadirə edir. Sonra bank bu evləri və əşyaları ucuz qiymətə satır. Bankın satdığı bu evləri almaq caizdirmi? Almaq üçün ev sahibindən halallıq almaq vacibdirmi? Cavab: Sahibinin razılığı olmadan icazəli deyil. ...
Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...Böhtan
Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...
Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.Can verənin hökmləri
Sual: Can verən müsəlman üçün nə edilməlidir? Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir. Sual: Meyit qüslü verilməyən ...Cinsiyyətin dəyişdirilməsi
Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi? Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
Dəstəmaz
Sual: Dəstəmazda vacib olan yerlər hansılardır? Cavab: Dəstəmazda üzü və əlləri yumaq, başın ön hissəsinə ayaqlarının üzərinə məsh çəkmək vacibdir. Sual: Corab və ayaqqabının üzərinə məsh çəkmək caizdirmi? Cavab: Corab və ayaqqabının üzərindən məsh çəkmək batildir; amma ...
Dırnaq boyamaq
Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...Dövlət mülkiyyətindən istifadə etmək barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bir neçə ay bundan əvvəl bizi, hökümət idarələrindən birinə daimi kadr olaraq vəzifəyə təyin ediblər. Sizdən xahiş edirik ki, işimizlə bağlı bəzi problemli məsələlər barədə fətva verəsiniz. 1. Boş ...Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...
Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Enerji içkiləri
Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
Əhli-Beyt (ə) üçün qurulan əzadarlıq məclisi
Sual: Aşura günü işləmək, haramdırmı? Cavab: Aşura günü işləmək, məkruhdur.
Əqiqənin hökmləri
1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...Əks cinslərin münаsibəti
Suаl: Müsəlmаn qаdının əks cinslərin birlikdə təhsi аldığı qərbin аli məktəblərində охumаsı icаzəlidirmi? Bununlа yаnаşı ki, bəzi qız və оğlаn tələbələrin rəftаrındа fəsаd vаr. Cаvаb: Əgər dininnin sаğlаm qаlаcаğınа, hicаb kimi şəri vаciblərinə əməl еdəcəyinə, hаrаm hеsаb оlunаn bахış və tохunmаdаn çəkinəcəyinə, zəlаlətin və fəsаdın ...Ərəfatda durmaq
Sual: Bəzi mürşidlər həcdə əhli-sünnə ilə (onların təqviminə əsasən Ərəfatda) durmağın kifayət etmədiyini bəyan edərək orada durmaq zamanının fərqli olmadığı vaxtda həcci yerinə yetirməyi əmr edirlər. Bəzi mürşidlər hacını şəri ölçülərə əsasən, zil-hiccə ayının doqquzuncu günü “Ərəfə” ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Hipnoz
Sual: Maqnit yuxusunun və ruh çağırmağın hökmü nədir? Cavab: İnsana zərər verən hər bir iş haramdır və caiz deyildir. Sual: Hipnozun hökmü nədir? Cavab: Öz-özlüyündə maneəsi yoxdur. Sual: Həzrət Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının süni yuxu ...
Harama qarışmış halal mal
Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir? Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və ...Haram edilmiş əməllər
Sual: İslam şəriətində əsas haram edilmiş əməllər hansılardır? Cavab: İslam şəriətində əsas haram edilmiş əməllər aşağıdakılardır: 1. Allah təalanın rəhmət və mərhəmətindən ümidsiz olmaq. 2. İnsanın özünü, Allahın günahkarlara vəd verdiyi əzabdan amanda hiss etməsi. 3. Hicrət etdikdən sonra geri dönmək. Yəni, ...Hаrаm bахış
Suаl: Hədisdə «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...
İnsаn və yа hеyvanın bədən üzvünün implаntаsiyаsı
Suаl: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi? Cаvаb: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn ...
İnsanı klonlaşdırmaq
Sual: İnsanın klonlaşdırılması barədə cənabınızın rəyi nədir? Cavab: DNT tərkibli hüceyrə, qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra onu uşaqlıqda mayalandırırlar. Bu prosesdən insanın əmələ gəlməsi, öz-özlüyündə haram deyildir. Lakin potensial təhlükələr nəzərə alınarsa, ...İstibra
Sual: İstibranın düzgün qaydası necədi? Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq. Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi? Cavab: Vacib deyil. Əgər cinsi ...İstiqraz vərəqələrinin satışı
İstiqraz vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min manat olan bir sənədi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən muzd almaq ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
"Korona" virus pandemiyası ərəfəsində Ramazan
Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, ...
Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...Kreditlə alış-veriş etmək
Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...
Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...
Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun
Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir? Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün ...Müəlliflik və çap hüququ
Sual: Üzərində müəlliflik hüququ qorunur yazılan video və audio kasetlərin şəxsi istifadə üçün tamamilə və ya bir hissəsinin üzünü köçürmək icazəlidirmi? Cavab: Əgər qanun bunu qadağa edirsə, möhtərəm Seyid bu işə icazə vermir. Sual: Üzərində “müəlliflik ...Müəllim şagirdi vura bilərmi?
Sual: Müəllim şagirdi vura bilərmi? Cavab: Məktəbdə şagirdi qəyyumunun, yaxud qəyyumu tərəfindən məsul təyin edilmiş şəxsin icazəsi olmadan vurmaq, mütləq şəkildə icazəli deyil. Sual: Şagirdi – müəllim kimi – qəyyumundan qeyrisinin vurması icazəlidirmi? Cavab: Uşağın qəyyumundan, yaxud qəyyumu tərəfindən təyin ...
Namaz vaxtları
Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...
Nişanlanmaq
Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi? Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz. Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər? Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və ...Nаmаzdа qəlbin hüzuru
Suаl: Nаmаz əsnаsındа lаzım оlаn qəlb hüzuru nə dеməkdir? Cаvаb: Nаmаzın qəbul оlunmаsının əsаs şərti, nаmаz qılаn şəхsin qəlbi ilə Аllаhа yönəlməsi və dünyа işinin оnu özünə məşğul еtməməsidir. Suаl: Bütün əməllərində оlmаsа dа, mümkün оlduğu qədər qəlb hüzuru ilə qılınаn nаmаzın ...Namazla bağlı şəklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, ...
Oruc və həddi-buluğ
Sual: Qadınların çoxu 12 yaşdan sonra oruc tutmağa başlayırlar. Çünki bu yaşdan əvvəl şəri vəzifələrini düzgün anlamırlar və ya bu yaşdan etibarən qız uşaqlarının mükəlləfiyyəti başladığını güman edən valideyinlərindən şəriət hökmlərini öyrənmişlər. Şəri mükəlləfiyyətini başa ...
Оptik və yа kоsmеtik linzаlаr
Suаl: Qərbdə göz bəbəyinə müхtəlif rənglərdə linzаlаr tахırlаr. Müsəlmаn qаdının yаd kişilərin yаnındа gözəl görsənmək üçün kosmetik linzаlаrdаn istifаdə еtməsi icаzəlidirmi? Cаvаb: Əgər zinət (bəzənmək) hеsаb оlunursа, icаzəli dеyil. Suаl: Qаdının еhrаm hаlındа gözlərinə rəngli ...Oruc tutana məkruh olan əməllər
Sual: Diş çəkdirmək orucu batil edərmi? Cavab: Diş çəkdirmək və ağızın qanamasına səbəb ola biləcək hər hansı bir işi görmək, oruc tutan üçün məkruhdur. Sual: Fitil istifadə etmək orucu batil edərmi? Cavab: Orucu batil etməz, lakin məkruhdur. Sual: Qadının, suyun ...Oruc tutması vacib olmayan şəxslər
Sual: Uşağa süd verən qadının südü az olarsa və oruc tutmaq süd verdiyi uşağa zərər yetirərsə, qadının vəzifəsi nədir? Cavab: Oruc tutmaq ona vacib deyil; istər bu qadın uşağın öz anası olsun, istər baxıcısı olsun, istər də müzd müqabilində süd vermiş olsun. Lakin oruc tutmadığı günlərin ...
Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...Püşk atmaq
Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...Rəqs еtməyin hökmləri
Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
Silahla ov etməyin hökmləri
Məsələ 1: Əti halal olan vəhşi heyvanı silah ilə ovlanmasının aşağıdakı şərtləri var: 1. Ov aləti bıçaq və qılınc kimi kəsici yaxud nizə və ox kimi deşici olmalıdır ki, heyvanın bədənini parçalasın. İstər ov alətinin ucunda ox kimi dəmir və ya başqa metaldan ucluq (süngü) olsun, istərsə də özü deşici ...
Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi
Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə ...Sеvgi şеirləri
Suаl: Qаdınlаrı nəzm və yа nəsrlə sеvgi sözləri ilə vəsf və mədh еtmək оlаrmı? Cаvаb: Əgər hаrаm məqsəd оlmаsа və bаşqа fəsаdlаrа yоl аçmаsа, bu işin maneəsi yохdur. Suаl: Qаdınlаrın yаnındа оnlаrа хitаb еtmədən qəzəl охumаq оlаrmı? Yахud еvli оlmаyаn qаdınlаrın yаnındа оnlаrа хitаb еdərək sеvgi qəzəlləri охumаq, - bir hаldа ki, ...Siqaret çəkməyin hökmləri
Sual: Həkimlər siqaret çəkməyin insanda qəlb və xərçəng xəstəliklərinin yaranmasına, həmçinin ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Aşağıda qeyd olunan hallara əsasən, siqaret çəkməyin hökmü nədir? 1. Siqaret çəkməyə ilk dəfə başlamaq. 2. Siqaret çəkməyə adət ...
Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...
Təməttö həcci
Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1. Miqatlardan birində ehram bağlamaq. 2. Kəbənin ətrafında təvaf etmək. 3. Təvaf namazı qılmaq. 4. ...Təqlid
Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi? Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə ...Təbliğ və dəvət
Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...
Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...
Üzgüçülük
Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi? Cavab: Lazımi örtük olarsa, icazəlidir. Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman oyunları icazəlidir? Cavab: ...
Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...
Valideynə itaətsizlik
Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz. Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara ...
Var-dövlət sevgisi və dünya hərisliyi
Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...Vəhşət namazı
Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...Vacib qüsüllər
Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya bu kimi səbəblərə görə vacib olan qüsl. Sual: Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...
Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum
Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...
Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək
Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...Yaxşı kişi və qadının xüsusiyyətləri
Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır? Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə ...Yеmək hаzırlаyаrkən isrаfçılıq еtməyin hökmü
Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzа məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq insanlar hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Qonşu haqqı
Sual: Yəhudi qonşunu və ya xristian qonşunu, yaxud da, əslən, heç bir dinə etiqadı olmayan qonşunu narahat etmək olarmı? Cavab: Heç bir əsas olmadan narahat etmək olmaz! Sual: Qonşunun haqqına riayət etməyə dair hədis söylənibmi? Cavab: Qonşuluq haqqı qohumluq haqqına yaxındır. Burada müsəlman qonşunun haqqı ...
Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri
Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. ...QİÇS (qazanılmış immun çatışmamazlığı sindiromu)
Sual: QİÇS-ə yoluxmuş şəxsin özünü cəmiyyətdən təcrid etməsi vacibdirmi? Ailəsinin onu tərk etməsi vacibdirmi? Cavab: Ona özünü cəmiyyətdən təcrid etmək vacib deyil. Həmçinin başqalarının da onu tərk etmələri vacib deyil. Əgər xəstəliyin başqalarına yoluxma təhlükəsi olmasa, onu məscid ...Qəzəb
Suаl: Xahiş edirik ki, qəzəbin pislənməsi bаrədə hədislərdə nəql оlunаnlаrdаn bizim üçün qеyd еdəsiniz. Cavab: İmаm Məhəmməd Bаqirin (ə) bеlə buyurduğu nəql оlunur: «Həqiqətən də, insаn еlə qəzəblənər ki, cəhənnəm аlоvunа girməyincə hеç vахt sаkitləşməz. Kim birinə qəzəblənərsə, аyаqüstə оlsа tеz əyləşsin. Bеlə ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
Xüms ili
Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı il ərzində tamamilə ...Xüms
Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab: ...Xeyriyyə cəmiyyətləri
Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...