Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ağacların kəsilməsi
Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...
Akkreditivlər
Akkreditiv iki növdür: 1. İdxalat üçün olan akkreditivlər: Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək akkreditiv açılmasını istəyir. Nəticədə bank ona iltizam verir ki, öləkəyə gətirilən xarici əmtəələrin sənədlərini akkreditiv sahiblərinə təhvil versin və onun ...And içməyin hökmləri
Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir? Cavab: Yalandan and içmək böyük günahlardandır. Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi? Cavab: Sözünün doğru ...Azan
Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır? Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və ...
Beyin ölümü
Sual: Bəzi mütəxəssislər insan beyni dayanarkən, hətta nəbz vursa belə, artıq öldüyünü söyləyərək qeyd edirlər ki, beyinin dayanması, qəlbin də dayanmasına səbəb olacaq. Buna görə də, belə bir sual meydana çıxır; beyni ölən lakin, nəbzi vuran şəxsi meyit hesab etmək olarmı? Cavab: Meyitin ...
Birja
Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...Böyük oğul
Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...
Cəbirə (sarğı)
Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...
“Cəfər – Təyyar” namazı
Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...Cümə namazı barədə sorğu
Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Dua yazdırmaq
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
Dəri
Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...Daimi nikah
Sual: Daimi nikahda olan qadın, ərinin icazəsi olmadan evdən çölə çıxa bilərmi? Cavab: Daimi nikahda olan qadın, əinin haqlarına zidd olmasa belə, ərindən icazəsiz çölə çıxması haramdır. Lakin zərurət yaranarsa və ya evdə qalması onun üçün çətinlik yaradarsa, yaxud məskəndə ...Donuz ətinin satışı
Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi? Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır. Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.
Əks cinslər аrаsındа sevgi münasibətləri
Suаl: Əks cinslər аrаsındа sеvgi, məhəbbət icazəlidirmi? Cаvаb: Əgər tədricən olsa belə, hаramа düşmək qоrхusu оlаrsа, qаrşı tərəfə məhbbəti bildirmək icаzəli dеyil. Suаl: Gənc оğlаnın qız sеvməsi bаrədə rəyiniz nədir? Cаvаb: Əgər hаrаmа səbəb оlаrsа və yа hаrаmа düşmək təhlükəsi vаrsа, icаzəli dеyil. Suаl: İntеrnеt vаsitəsi ...
Əhli-Beyt (ə) üçün qurulan əzadarlıq məclisi
Sual: Aşura günü işləmək, haramdırmı? Cavab: Aşura günü işləmək, məkruhdur.Əl çalmaq (alqışlamaq)
Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir? Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır. Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə ...Ər-arvad münasibəti
Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...
Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Heyzli və nifaslı qadının orucu
Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır? Cavab: Əgər qan gəldiyi ...
Haram edilmiş alış-verişlər
Sual: Haram edilmiş alış-verişlər hansılardır? Cavab: Haram edilmiş aliş-verişlər çoxdur. Aşağıdakılar haram edilmiş aliş-verişlərdir: 1. Maye halda olan sərxoşedici, ov üçün olmayan it, donuz, həmçinin murdar olmuş (leş) ət satmaq vacib ehtiyata əsasən, haramdır. Qeyd olunan bu dörd murdardan başqa digər ...Hаrаm
Suаl: Аrаğın dəyəri hаrаmdırmı? Cаvаb: Аrаq və bu kimi içkilərin dəyəri, zinаkаr, müğənni qаdın, kаhin və bu kimi şəхslərin muzdlаrı hаrаm yеmək hеsаb оlunur. Suаl: Hаrаm mаl böyük günаhlаrdаn hеsаb оlunurmu? Оnun hаnsı çеşidləri vаr? Cаvаb: Hаrаm mаl yеməyin аşаğıdаkı növləri vаr: аrаğın və ...Həsəd
Suаl: Həsəd аpаrmаq hаrаmdırmı? Cаvаb: Bir çох rəvаyətlərin zаhirinə əsаsən həsəd mütləq surətdə hаrаmdır. Lаkin bəzi rəvаyətlərin məzmununа əsаsən həsəd söz və əməl оlаrаq özünü biruzə vеrməzsə, bаğışlаnаndır. Bununlа yаnаşı еhtiyаtа əsаsən bu fоrmаdа bеlə, həsəd bаş vеrməsinə, bаş vеrdikdə isə аrаdаn ...
İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...
İstibra
Sual: İstibranın düzgün qaydası necədi? Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq. Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi? Cavab: Vacib deyil. Əgər cinsi ...İnternet
Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir? Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır. Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir? Cavab: Orucu ...İki vacib arasında seçim etmək məcburiyyəti
Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kişilər üçün (ehram halında) kölgələnməyin
Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...Kinoya baxmaq
Sual: Ehtiras yaratmayacağına əminlik olduğu halda filimlərdə çılğın epizodlara tamaşa etmək icazəlidirmi? Cavab: Əgər seksual xarakterli epizodlarıdırsa, ehtiyata əsasən, baxılmamalıdır. Sual: Ləzzət məqsədi olmadan seksual epizodlar olan filimlərə baxmaq icazəlidirmi? Cavab: Ehtiyata əsasən, mütləq surətdə icazəli deyil. ...Kağız salfetlərin üzərində səcdə etmək
Sual: Kağız salfetlərin üzərində səcdə etmək icazəlidirmi? Cavab: Kağız salfetlərin üzərində səcdə etməyin icazə verildiyi materialdan hazırlandığına əmin olmadan onun üzərində səcdə etmək icazəli deyil. Vərəq üzərində səcdə edilməsinə icazə verilən materialdan və ya pambıq və kətandan hazırlanıbsa, onun üzərində səcdə ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Müsafirlik hökmünü aradan aparan hallar
Sual: Şəhərin binalarının görsənməməsindən məqsəd nədir? Bir çox böyük ölkələrdə qəsəbə və kəndlər bir-birinə bitlişmiş kimi olur. Cavab: Məqsəd yaşayış tikililərinin sonudur. Qəsəbələr ürfün nəzərində öz ayrılığını saxlayırsa, onların bir-birənə birləşməsi bir məntəqə olmasına səbəb olmaz. Sual: ...
Mütə nikahı
Sual: Qadınlar hamilə qalmamaq üçün həb, iynə və bu kimi vasitələrdən istifadə edib hamilə qalmayacaqlarına 100 % əmin olarsa, mütə nikahında yenə də iddə saxlamalıdırlarmı? Cavab: Əgər əlaqə baş verərsə, iddə saxlamalıdır. Hamilə qalmaqdan qorunsa da, hökm eynidir. Sual: Kişi səfərdə arvadının icazəsi ...Muzaribə
Məzalimin qaytarılması
Sual: Birisi mənə “başqasına məxsus haqqın (məzalim) qaytarlması” adı ilə (müəyyən məbləğ) pul verib. Bu məbləğ ehtiyacı olan seyyidə verilməlidir, yoxsa ki, ümumi kütlədən ehtiyacı olan birisinə? Cavab: Məzalimi haşimilərlə (seyyidlərlə) qeyriləri arasında fərq qoymadan şəri yoxsula — şəriət meyarlarına əsasən ...
Namazda qiyam
Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi? Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu ...
Nəcş (qiymət qаldırmа)
Suаl: Nəcş nə dеməkdir? Cаvаb: Bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq dеməkdir. Suаl: Nəcş hаrаmdırmı? Cаvаb: Nəcş – bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq – еhtiyаtа əsаsən, bаşаqısını аldаtmаq və şirinikləndirmək məqsədindən хаli оlsа dа, mütləq ...Namazda təkfir (qolları bağlamaq)
Sual: Namazda mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq namazı batil edirmi? Cavab: Bəzi İslam məzhəblərində olduğu kimi mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq təkfir adlanır. Vacib ehtiyata əsasən, bu əməl – istər namazın bir hissəsi məqsədi ilə yerinə yetirilsin, ...Namazla bağlı şəklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, ...
Oruc və imalə etmək
Sual: Maye ilə imalə etmək orucu pozan əməllərdən hesab olunurmu? Cavab: (Hökmü) bilərək maye ilə imalə etmək orucu pozan əməllərdəndir. Əgər maye qarın boşluğuna daxil olmasa, sadəcə olaraq ğaitin məxrəcindən (anosdan) içəri (düz bağırsağa) daxil olarsa, orucu pozmaz. Baxmayaraq ki, bunu tərk etmək müstəhəb ...
Oruc tutarkən nifaslı qadınla istihazəli qadının
Sual: Əgər qadın ehtiyat baxımından nifaslı qadına haram olanları tərk edib və iztihazəli qadınların vəzifəsini yerinə yetirərək oruc tutarsa, paklandıqdan sonra orucun qəzasını tutmalıdır, yoxsa tutduğu oruc yetərlidir? Cavab: Qəzasın yerinə yetirməlidir.Orucun niyyəti
Məsələ 1: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam”-deyərək, niyyət etməsi lazım deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəlik və Onun əmrinə itaət etmək məqsədilə sübh azanından şam azanına qədər orucu batil edən işlərdən özünü qorusa, kifayətdir. Bu müddət ...Oruc tutan şəxsə məkruh və müstəhəb olan əməllər
Məsələ 1: Bir neçə əməl oruc tutan şəxsə məkruhdur. Bunlar aşağıdakılardır: 1. Dadı və qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və sürmə çəkmək. 2. Qan almaq və hamama getmək kimi orqanizmin zəifləməsinə səbəb olan hər bir əməl. 3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; amma ...
Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
Rəqs еtməyin hökmləri
Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...Ruku
Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
Silahla ov etməyin hökmləri
Məsələ 1: Əti halal olan vəhşi heyvanı silah ilə ovlanmasının aşağıdakı şərtləri var: 1. Ov aləti bıçaq və qılınc kimi kəsici yaxud nizə və ox kimi deşici olmalıdır ki, heyvanın bədənini parçalasın. İstər ov alətinin ucunda ox kimi dəmir və ya başqa metaldan ucluq (süngü) olsun, istərsə də özü deşici ...
Süni saç
Sual: Mən parikdən istifadə edirəm. Mənim dəstəmaz və qüslümün hökmü nədir? Cavab: Əgər su dəriyə təmas edirsə, heç bir maneəsi yoxdur. Lakin suyun dəriyə təmas etməsinin qarşısını alırsa, dəstəmazda məsh çəkərkən və qüsl alarkən onun çıxardılması vacibdir. Bu iki əməl (dəstəmaz və qüsl) ...Sosilal şəbəkələrdə söhbət etmək
Allahın adı ilə Ali məqamlı mərceyi-təqlid Ayətullah uzma Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına. Əssəlamu əleykum və rəhmətullah. Son zamanlarda ümumiyyətlə dünyada mövcud olan texnoloji inkişaf, xüsusilə də, İraqda sosial şəbəkələrdən geniş istifadə olunduğunu nəzərə alaraq Sizdən möminlərin ...Sui-zənn (bədgümаnlıq)
Suаl: Hеç bir аşkаr dəlil оlmаdаn möminin öz mömin qаrdаşı bаrəsində sui-zənn еtməsi hаlаldırmı? Cаvаb: Аllаh-təаlа bizi sui-zənn еtməkdən çəkindirərək buyurmuşdur: «Еy imаn gətirənlər! Gümаnlаrdаn çох çəkinin. Çünki gümаnlаrın bəzisi günаhdır…» bu ...
Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
Təvaf namazı
Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
Talaq iddəsi
Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...Təqiyyə edərək orucu tərk etmə
Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...Təvəssül
Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir? Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha ...
Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...
Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...
Vəsvəsə
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...Var-dövlət sevgisi və dünya hərisliyi
Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...
Yarış və müsabiqələr
Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı? Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır. Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara ...Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!
Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...Yеtimin hökmləri
Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır? Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün ...
Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Qatarda və maşında namaz qılmağın hökmü
Sual: Aydın məsələdir ki, heyvanın tərkində, yaxud maşında namaz qılan şəxsin qibləsi, miniyinin üz tutduğu istiqamətə olur. Onun öz bədənini, xüsusilə də üzünü qiblədən çevirməsi, namazının düzgünlüyünə təsir edərmi? Cavab: Tərkində olduğu heyvanın, yaxud maşının üz tutduğu ...
Qəza orucunda iftar
Sual: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı? Cavab: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olmaz. Bunu edən şəxsə kəffarə vacib olur. Kəffarə hər birinə dörddə üç kilo (750 qr.) yemək verməklə on kasıbı ...Qаnun-qаydаlаr
Suаl: Kənd təsərrüfаtı nаzirliyi fеrmеr lаyihələri həyаtа kеçirmək məqsəd ilə mаşınlаr аlmаq, su аnbаrı tikmək, əkin sаhələri sаlmаq və məhsullаrın yığılmаsı üçün fеrmеrlərə güzəştli krеdit pаylаyır. Mənim filаn fеrmеr lаyihəsini həyаtа kеçirmək istəyirəm dеyərək bu krеditi аlıb özümə еv inşа ...Qəza orucunun təxirə salınması
Sual: Həyat yoldaşım hamilədir. Üzürlü səbəbdən keçən ilin Ramzan ayından öhdəsində qəza orucları qalıb. Bu son günlərdə qəza oruclarını tutmaq istədi, lakin hamiləliyin axırıncı ayında olduğu üçün oruc tuta bilmədi. İndi onun hökmü nədir? Cavab: Ramazan ayından sonra hər günün ...
Xüms ili
Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı il ərzində tamamilə ...
Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...Xarici şirkətlər
Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...Xüms
Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab: ...