Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Azan
Sual: Camaat namazı üçün azan və iqaməni kişi yoxsa qadın oxumalıdır? Cavab: Camaat namazı üçün azan və iqaməni kişi oxumalıdır. Lakin qadınların təşkil etdikləri camaat namazında qadının azan və iqamə oxuması yetərlidir. Ona məhrəm olan kişilərlə qılınan camaat namazında, qadının oxuduğu azan və ...
Ailə hüquqları
Sual: Qadın ev işlərinin görülməsi müqabilində ərindən müzd ala bilərmi? Cavab: Ala bilər. Sual: Qadın ərinin icazəsi olmadan ata-anasının evinə gedə bilərmi? Cavab: Caiz deyildir, lakin vacib olan sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq) həddində caizdir.Ayat namazı və onun qılınma qaydası
Məsələ 1: Göstərişi sonradan deyiləcək “ayat” namazı üç səbəblə vacib olur: 1. Günəşin tutulması. 2. Ayın tutulması; azca tutulsa və ondan heç kim qorxmasa da (vacib olur). 3. Vacib ehtiyata əsasən, zəlzələ zamanı; hətta heç kim qorхmasa da (vacib olur). Amma göy gurultusu və ildırım, ...Allaha (yalandan) and içməyin kəffarəsi
Sual: Bir işi görməmək üçün Allaha and içən, lakin andını pozan şəxsin vəzifəsi nədir? And içməyin kəffarəsi nədən ibarətdir? Cavab: Əgər and şəriətdə məqbul sayılan bir işlə bağlı olsa, yaxud üqəlayi (məntiqli) dünyəvi məqsədlər və ya şəxsi dünyəvi maraqlar üçün olarsa, bu ...
Banklara əmanət (pul) qoymaq
Sual: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan faiz gəlirinin tələb olunması məqsədi ...
Böyük günаhlаr
Suаl: Böyük günаhlаr hаnsılаrdır? Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur: Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı ...Bankda müdir işləmək olarmı?
Sual: Bankda verilən kreditlə lombardda verilən kredit arasında kəskin fərq var. Məsələn, lombard 1000 dollar kredit verirsə, borclu hər ay 100 dollar ödəyir. Hər ay 100 dollar ödəməsinə baxmayaraq ana borcdan (1000 dollardan) heç nə azalmır. Hətta borclu aylar ərzində götürdüyü borcdan qat-qat artıq pul (faiz) ...Balıq və ilan əti
Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...
Cəbirə (sarğı)
Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...
Cinsi tərbiyə
Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...“Cəfər – Təyyar” namazı
Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...Can verən şəxsin hökmləri
Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...
Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Dövlət əmlakı
Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...
Döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Sistaninin dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bildiyiniz kimi, savaş meydanlarında döyüşçülərin dəbilqə və qoruyucu geyimlərdən istifadə etmələri onların baş və sinələrini güllə və qəlpə kimi təhlükələrdən ...Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...Diyatla (qan bahası ilə) bağlı bəzi hökmlər
Sual: Bir nəfər bir neçə aylar əvvəl ruhi xəstə olan bir şəxsin başına vurub, bu vurmada onun başında qızartı olmayıb. Sadəcə əlinin içi ilə başına vurub. Bu halda o, həmin ruhi xəstənin özündən halallıq almalıdır, ya qəyyumundan, yoxsa bu halda tövbə etməsi kifayətdir? Cavab: Tövbə etsə, kifayətdir. Sual: ...
Enerji içkiləri
Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Ehtiyacın həll olunması üçün oruc tutmaq
Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Əti halal və haram olan quşların hökmləri
Sual: Yeyilməsi halal olan quşlar hansılardır? Cavab: Hər bir lələkli və yırtıcı olmayan quşun ətini yemək halaldır. Göyərçin və yaxalıqlı qurqur, qara quş, alabaxta (çöl göyərçini), turac, kəklik, Misir kəkliyi, boz kəklik, ördək, kronşnep (ala cüllüt), dovdaq quşu və durna kimi ...
Əqiqə qurbanı
Sual: Əqiqə qurbanı vacibdirmi? Cavab: İstər oğlan, istərsə də qız uşağı olsun, doğumunun yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsimi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün ...Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...Ələm (daha elmli) müctəhidi sеçməyin yоlu
Suаl: Fəqihlər bizə ələm (daha elmli) müctəhidə təqlid еtməyin vаcib оlduğunu dеyirlər. Ətrаfımızdа оlаn din хаdimlərindən ələm müctəhid kimdir dеyə sоruşduqdа аydın və qəti cаvаb əldə еtmirik ki, (ələm müctəhidə) təqlid еdək və rаhаt оlаq. Səbəbini sоruşduqdа isə bizə bеlə dеyirlər: «Biz хibrə əhli (ələm müctəhidi təyin ...
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
Hamiləlik və hamiləliyin qarşısını almağın
Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir. Cavab: İcazəlidir. Sual: Qadının uşaq dünyaya ...
Hərbi təlimatları pozaraq radiorabitə
Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Sual: Bəzi döyüşçülər İŞİD terrorçularına qarşı cəbhə xəttində, düşmənin hərbi bölmələrimizin sirlərindən asanlıqla xəbər tutmasına şərait ...Havaya atəş açmaq
Sual: İslamın ən əsas təlimlərindən biri cəmiyyətdə nizam-intizamı qorumaqdır. Buna görə də cəmiyyətimizin daxilində bəzi insanların toplum içərisində havaya atəş açmaları kimi əməlləri ürəyimizi ağrıdır. Həmçinin bu, cəmiyyətdə, xüsusilə də, uşaqlarda qorxu və həyacan yaradır. Hətta bəzi hallarda uşaqlarda ...Hаrаm bахış
Suаl: Hədisdə «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...
İnsanın tapdığı malın hökmləri
Məsələ 1: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm – 12,6 sikkəli noxud gümüş – olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəb ehtiyata əsasən, onu sahibi ...
İsraf etmək
Sual: İsarfın tərifini bizə bəyan edin. Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcləməkdir. İsraf haramdır. Sual: İsrafı necə izah edirsiniz? Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf ...İnsаn və yа hеyvanın bədən üzvünün implаntаsiyаsı
Suаl: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi? Cаvаb: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn ...İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...
Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə
Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...Kəniz hökmü
Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil.
Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi
Sual: Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi hansı hallarda icazəli və hansı hallarda haramdır? Cavab: Mömin şəxs özünün və övladlarının dini inanacında zəiflik və nöqsan yaranamayacağına əmin olarsa, dini yaymaq və təbliğ etmək məqsədi ilə qeyri-müsəlman ölkələrinə ...
Müstəhəb qüsüllər
Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...Müsafir namazı ilə bağlı hökm
Sual: Bakı kiçik şəhər hesab olunur. Bakıya tabe olan bir çox qəsəbə və rayonlar var. Həmin qəsəbə və ya rayonların eləsi vardır ki, biri ilə digəri arasındakı məsafə 22 km.-dən çoxdur. Məsələn, onlardan biri Əhmədli digəri isə Nardarandır. Həmin iki məntəqə arasındakı məsafə 23 km.-dən ...
Nəzir
Sual: Nəzir nədir? Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir. Sual: Nəzirdə əqd oxunmalıdırmı? Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır. Sual: ...
Namazda tərtibə riayət etmək
Sual: Namazın tərtibinə xələl gətirən şəxsin namazı batildirmi? Cavab: Qəsdən namazın tərtibinə xələl gətirən şəxsin namazı batildir. Sual: Əgər bir şəxs üsyan üzündən yalnız işa namazını qılırsa, tövbə etdikdən sonra qlmadığı namazların qəzasını qılmalıdırmı? Cavab: Qəsdən tərtibə əməl etmədiyi üçün ...Namazın hökmləri
Sual: Namazın hökmləri hansılardır? Cavab: Namaz İslam dinin, üzərində qurulduğu sütunlardan biridir. Allah təala buyurub: “Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır”. (Nisa surəsi, ayə 103 ). Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan hədisdə belə buyurulur: “Hər bir şeyin üzü ...Namazda “təcafi” etmək
Sual: Səcdədə “təcafi” etmək nə deməkdir? Cavab: Səcdədə “təcafi” etmək; qolları (çiyindən dirsəyə qədər olan hissəsini) və əlləri bədəndən aralı tutmaq mənasındadır. Sual: Təşəhhüddə “təcafi” etmək nə deməkdir? Cavab: İmam camaat ikinci rəkətdə olduda ona iqtida edən şəxs ona tabe olaraq qunut ...
Orucun mənəvi faydaları
Sual: Hansı daha yaxşıdır; namazdan əvvəl iftar açmaq, yoxsa namazdan sonra? Cavab: Şam namazını iftardan əvvəl qılmaq müstəhəbdir. Amma iftar açmaq üçün səbirsizlənən və ya həddindən artıq iftar vaxtının daxil olmasını gözləyən şəxs üçün müstəhəb deyil. Sual: Həzrət ...
Oruc tutulması müstəhəb olan günlərdə qəza
Sual: Mən Rəcəb ayı və yaxud Şaban ayının 15-ci günü kimi oruc tutulması müstəhəb olan günlərdə, müstəhəb oruc tuta bilərəmmi, yoxsa ilk növbədə qəza oruclarını yerinə yetirməyim vacibdir? Cavab: Üzərində Ramazan ayının qəzası olan şəxsə, müstəhəb oruc tutması caiz deyildir. Sual: ...Orucun niyyəti
Məsələ 1: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam”-deyərək, niyyət etməsi lazım deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəlik və Onun əmrinə itaət etmək məqsədilə sübh azanından şam azanına qədər orucu batil edən işlərdən özünü qorusa, kifayətdir. Bu müddət ...Oruc tutarkən nifaslı qadınla istihazəli qadının
Sual: Əgər qadın ehtiyat baxımından nifaslı qadına haram olanları tərk edib və iztihazəli qadınların vəzifəsini yerinə yetirərək oruc tutarsa, paklandıqdan sonra orucun qəzasını tutmalıdır, yoxsa tutduğu oruc yetərlidir? Cavab: Qəzasın yerinə yetirməlidir.
Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...
Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...
Süni saçlar
Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu? Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin ...
Su içməyin qaydası
Sual: Su içməyin müəyyən qaydası varmı? Cavab: Su içməyin bir neçə qaydası vardır: - Suyu soraraq içmək - Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək. - Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək. - Suyu ...Sosilal şəbəkələrdə söhbət etmək
Allahın adı ilə Ali məqamlı mərceyi-təqlid Ayətullah uzma Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına. Əssəlamu əleykum və rəhmətullah. Son zamanlarda ümumiyyətlə dünyada mövcud olan texnoloji inkişaf, xüsusilə də, İraqda sosial şəbəkələrdən geniş istifadə olunduğunu nəzərə alaraq Sizdən möminlərin ...Süfrənin ədəb-ərkanı
Sual: Şəriət baxımından yanmış qidanı yemək icazəlidirmi? Cavab: Əgər zərərli deyisə və kül olmayıbsa, heç bir maneəsi yoxdur. Sual: Lütfən, yemək və içməyin ədəb-ərkanını qeyd edin! Cavab: Bu barədə hədis və rivayətlərdə çox sayda qaydalar nəql olunmuşdur. Aşağıda onlardan bəzisini qeyd edirik: Yeməkdən ...
Şəvval ayının altı gününün orucu
Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...
Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı
Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...
Terrorçulardan azad edilmiş məntəqələrdə
Sual: Əssəalmu əleykum və rəhmətullahi və bərəkatuh Allah müctəhidimizi qorusun, ömrünü İslam və müsəlmanlar üçün uzun etsin! Bəzi məntəqələr terrorçulardan azad edilərkən əhalinin öz yaşayış yerlərini və mal-mülklərini tərk etmələri müşahidə olunur. Bu zaman həmin məntəqələrdə ...Təbliğ və dəvət
Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...Talaq iddəsi
Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...
Unudulmuş səcdə
Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.
Uşаqlаrа аd qоymа
Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...Unudaraq oruc pozan əməl etmək
Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
Vəkillik
Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.
Vacib qüsüllər
Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya bu kimi səbəblərə görə vacib olan qüsl. Sual: Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...Valideynə itaət
Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir? Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ ...Var-dövlət sevgisi və dünya hərisliyi
Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
Yalan yəmin etmək
Sual: Yalan yəmin etməyin tərifi nədir? Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır. Sual: Yalan yəmin etmək haram edilibmi? Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.
Yalan
Sual: Sizin yalana verdiyiniz tərif nədir? Cavab: Yalan söyləmək haramdır. O, real olmayan bir şeyi xəbər verməyə deyilir. Ciddiyyət mövqeyində deyimiş yalanın haramlığı ilə zarafat mövqeyində deyilən yalanın haramlığı arasında da — vəziyyət və söz baxımından zarafat mövqeyindəkinin qarşılığı müəyyən ...Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...
Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Qufеylə nаmаzı
Suаl: Sizdən Qufеylə nаmаzının qılınmа tərzini izаh еtməyinizi xahiş edirik? Cаvаb: Qufеylə nаmаzı Şam və Xiftən nаmаzının аrаsındа qılınır. Birinci rükətdə Fatihə surəsindən sоnrа «və zən-nuni iz zəhəbə muğаzibən fəzənnə ən lən nəqdirə аlеyhi fənаdə fi zulumаti ən lа ilаhə ilа əntə subhаnəkə inni kuntu minəz-zаliminə fəstəcəbnа ləhu ...
Qəza orucunun təxirə salınması
Sual: Həyat yoldaşım hamilədir. Üzürlü səbəbdən keçən ilin Ramzan ayından öhdəsində qəza orucları qalıb. Bu son günlərdə qəza oruclarını tutmaq istədi, lakin hamiləliyin axırıncı ayında olduğu üçün oruc tuta bilmədi. İndi onun hökmü nədir? Cavab: Ramazan ayından sonra hər günün ...Qəbri açmaq
Sual: Müsəlmanın qəbrini açmaq caizdirmi? Cavab: Müsəlmanın qəbrini açmaq, uşaq və yaxud dəli olsa belə, haramdır. Sual: Meyitin bədəni çürüyüb torpağa çevrilərsə, qəbrini açmaq caizdirmi? Cavab: Caizdir. Sual: İmamzadələrin, şəhidlərin və alimlərin ...Qаdının bəzənməsi
Suаl: Qаdının gözlərinə sürmə çəkməsi və üzük tахmаsı icəzəlidirmi? Cаvаb: Qаdının gözlərinə sürmə çəkməsi və bаrmаqlаrınа üzük tахmаsı icаzəlidir. Bu şərtlə ki, kişilərin еhtirаsını оyаtmаq məqsədi daşımasın və hаrаmа düşməyəcəyindən əmin оlsun. Əks təqdirdə, həttа məhrəmləri qаrşısındа ...
Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
Xarici ölkələrin qanunları
Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...