Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Atılmış uşağın hökmü

Suаl: Küçəyə аtılmış uşаğın hökmü nədir? Cаvаb: Аtılmış uşаğа sаhib çıхmаq müstəhəbdir. Əgər оnu qоrumаq оnа sаhib çıхmаqdаn аsılıdırsа, bu, kifаyi оlаrаq vаcibdir. İstər həmin uşаq аiləsi tərəfindən – хərclərini ödəməkdə аciz оlduqlаrı üçün və yа (zinаdа) ittihаm оlunmаmаq ...
  • Alış-verişdə beh vermək

    Sual: Birinci dəfə həccə getmək üçün müstəti olmuşam. Həcc ziyarətini təşkil edən şirkətə beh vermək lazım idi. Həmin ərəfədə maddi durumumda çətin vəziyyət yarandığı üçün pulum kifayət etmədi. Bundan əvvəl atam mənə yardım təklifi etmişdi, amma mən qəbul etməmişdim. İndi kifayət etməyən məbləği ...
  • Auksion

    Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif ...
  • Ayın əvvəlinin sübut olunması yolları

    Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur: 1. İnsan özü ayı görsün. 2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatir­cəm­lik ha­sil olan hər hansı bir məlumatla. 3. İki ...

Birja

Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...
  • Balıq yağı

    Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi? Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda ...
  • Beyin ölümü

    Sual: Bəzi mütəxəssislər insan beyni dayanarkən, hətta nəbz vursa belə, artıq öldüyünü söyləyərək qeyd edirlər ki, beyinin dayanması, qəlbin də dayanmasına səbəb olacaq. Buna görə də, belə bir sual meydana çıxır; beyni ölən lakin, nəbzi vuran şəxsi meyit hesab etmək olarmı? Cavab: Meyitin ...
  • Buğda, arpa, xurma və kişmişin zəkatı

    Sual: Buğda, arpa, xurma və kişmişin zəkatında hansı şərtlər əsasdır? Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatının iki şərti var: Birinci: Nisab həddi. Buradakı nisab həddi 300 saadır. Bu isə deyilənə əsasən, 847 kq –a bərabərdir. Nisaba çatmayan miqdar üçün isə zəkat yoxdur. Əgər nisab həddinə çatarsa ...

Cənabət

Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir? Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır. Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da ...
  • Cinsiyyətin dəyişdirilməsi

    Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi? Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа ...
  • Camaat namazı

    Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
  • Can verən şəxsin hökmləri

    Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...

Çoxarvadlılıq

Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çox şəkk etmək

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...

Dəri

Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...
  • Donuz

    Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
  • Dövlət mülkiyyətindən istifadə etmək barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bir neçə ay bundan əvvəl bizi, hökümət idarələrindən birinə daimi kadr olaraq vəzifəyə təyin ediblər. Sizdən xahiş edirik ki, işimizlə bağlı bəzi problemli məsələlər barədə fətva verəsiniz. 1. Boş ...
  • Daş-qaş alış-verişi

    Sual: Bəzi zinət əşyalarında mərcan və ya başqa növ daş-qaşlar olur. Bəzən qızıl mağazalarının sahibləri qızıl-zinət alış-verişi zamanı üzərində daş-qaş olan zinət əşyasını aldıqda həmin daş-qaşların çəkisini ölçürlər. Bəzən məqsədli olmadan çəkini dəqiq təyin edə bilmirlər. Ola bilsin ki,  zinət ...

Ehtiyat namazı

Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
  • Enerji içkiləri

    Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.
  • Etikaf

    Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə ...

Əhd bağlamaq

Sual: Bir şəxs Allah ilə əhd bağlayıb ki, müəyyən bir əməli etməyəcək. Əgər edərsə iki ay ardıcıl oruc tutacaq. Həmin əməli etdikdən sonra yenə Allah ilə əhd bağlayıb ki, əgər həmin əməli bir daha edərsə beş ay ardıcıl oruc tutacaq. Lakin yenə həmin əməli yerinə yetirmişdir. Bu şəxsin hökmü nədir? Ona hansı əməl vacibdir? ...
  • Əxlaqi gözəlliklər

    Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
  • Əhli-sünnə təqviminə əsasən iftar etmək

    Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...
  • Əmаnətin qаytаrılmаsı

    Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...

Gen mühəndisliyi

Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
  • Gen müayinəsi

    Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...
  • Gündəlik vаcib nаmаzlаrın vахtlаrı

    Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...

Həccin vacib olma şərtləri

Sual: Həccə getmək üçün müstəti olan qadının əri, ona həccini yerinə yetirməyi qadağan edir və (sözünü dinləməyib) müxalif olduğu təqdirdə, boşayacağı ilə hədələyir. Qadın ərinin təhdidi icra etməsindən (onu boşamasından) qorxduğu üçün həcci tərk edə bilərmi? Qadının istitaəti (həccə ...
  • Heyz

    Sual: Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir? Cavab: Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə ...
  • Həcc

    Sual: Bir şəxsə həcc məsrəflərini ödəyəcək miqdarda mal verilsə, lakin bunun müqabilində ondan Məkkə yolunda mal verən şəxsə xidmət etmək şərti qoyularsa, bu halda, həmin şəxsə həcc vacib olarmı? Cavab: Xeyr, olmaz. Sual: Bir şəxsə, həccə gedib-gələcək və bu müddət ərzində ailəsinin ehtiyacını ödəyəcək ...
  • Həcc ziyаrətində Mədinətul-münəvvərə şəhərində

    Suаl: Mədinətul-münəvvərə şəhərində оlаn ziyаrətlərin müfəssəl şəkildə qаydаsı nеcədir? Cаvаb: Mədinətul-münəvvərə Аllаh-təаlаnın sоnsuz lütf еtdiyi pаk bir tоrpаqdır. Rəsulullаhın (s), siddiqə, pаk qızı Fаtimеyi-Zəhrаnın (ə), pаk imаmlаrdаn dördünün, şəhidlərin və sаlеhlərin mübаrək bədənlərini öz ...

İmam Hüseyn(ə)-ın “Ərbəin” ziyarəti ilə bağlı

Bismillahir-rəhmanir-rəhim Ali-məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Allah əcr-savabınızı daha artıq etsin! Biz, şəhidlər sərvəri İmam Hüseyn (ə)-ın “Ərbəin” günü münasibətilə müqəddəs Kərbəla şəhərinə gedirik. Bizim bu əzəmətli ...
  • İş nizam-intizamına riayət etmək

    Sual: Özəl şirkətdə işləyən şəxsin rəsmi iş vaxtında internet səhifələrinə və sosial şəbəkələrə baxması icazəlidirmi? Belə ki, o, yalnız boş vaxtlarda bu işlə məşğul olur və bu, işin gedişatına heç bir mənfi təsir göstərmir. Bu, icazəlidirmi? İşçi iş qaydalarına riayət etməsə, onun aldığı məvacibin hökmü ...
  • İçki verilən süfrə arxasında oturmaq

    Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) ...
  • İqrar (təsdiqləmək, etiraf etmək)

    Sual: İqrarın mənası nədir? Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq  Allah-təalaya və ya insana da, aid ola bilər. Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı? Cavab: İqrar edərkən hər hansı xüsusi ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kosmetik kremlər

Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...
  • Kerdit kartları

    Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
  • Kreditlə alış-veriş etmək

    Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...
  • Kitab əhli

Lovğalıq və təkəbbür

Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...

Müstəhəb qüsüllər

Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...
  • Məzalimin qaytarılması

    Sual: Birisi mənə “başqasına məxsus haqqın (məzalim) qaytarlması” adı ilə (müəyyən məbləğ) pul verib. Bu məbləğ ehtiyacı olan seyyidə verilməlidir, yoxsa ki, ümumi kütlədən ehtiyacı olan birisinə? Cavab: Məzalimi haşimilərlə (seyyidlərlə) qeyriləri arasında fərq qoymadan şəri yoxsula — şəriət meyarlarına əsasən ...
  • Müzdəlifədə vüquf еtmək

    Suаl: Müzdəlifədən оlmаsı şübhə dоğurаn bir yеrdə vüquf еtmək kifаyətdirmi? Cаvаb: Kifаyət еtməz. Vüquf оlunаn məkаnın Müzdəlifənin təyin еdilmiş hüdudlаrı içərisində оlmаsını dəqiqləşdirmək lаzımdır. Suаl: Həcc mərаsiminin məsullаrı müqəddəs məkаnlаrın hər yеrində bir dəstə hаcı və tаvаf еdənlər ...
  • Müalicə

    Sual: Bir nəfər cavan oğlan narkotik maddələrin istifadəçisi olub. Hal-hazırda o narkotik maddələrin istifadəsini tərk edib. Lakin onun bədəni bu maddələrin təsiri nəticəsində şiddətlə ağrayır. Bəzi şəxslər ona bu ağrıların qarşısını almaq üçün araq və konyak kimi spirtli içki içməsini tövsiyə edir. ...

Nifas

Sual: Nifas nədir? Cavab: Uşağın ilk qismi ana bətnindən çıxmağa başladığı andan qadının on gün ərzində gördüyü qan, nifas qanıdır. Nifas qanı görən qadına “nəfsa”- deyilir. Sual: Uşağın neç bir qismi çölə çıxmamışdan əvvəl qadından gələn qan, nifas qanıdırmı? ...
  • Namaz təqvimlərində olan fərqliliklər

    Sual: Namaz vaxtlarının göstərildiyi cədvəllər­də fərqlər var, xüsusilə də sübh və məğri­b azanı vaxtı xüsusunda (bunlar əsasən, Şa­maxı rəsədxanasının, Tehran və s.təyin et­dikləri cədvəllərdir). Bu cədvəllərin hər­ birini elm əhli müəyyən edir və hər biri­ də müəyyən dəlillərə əsaslanır. Buna ...
  • Nəsihət

    Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...
  • Namazın hökmləri

    Sual: Namazın hökmləri hansılardır? Cavab: Namaz İslam dinin, üzərində qurulduğu sütunlardan biridir. Allah təala buyurub: “Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır”. (Nisa surəsi, ayə 103 ). Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan hədisdə belə buyurulur: “Hər bir şeyin üzü ...

Oğlan və qız uşağının həddi-büluğa çatması

Sual: Namaz və oruc qız uşağına neçə yaşında vacibdir? Cavab: Hicri-qəməri təqviminə əsasən 9 yaş tamam olduqdan sonra. Sual: İzahlı şəriət kitablarında qeyd olunan “həddi-bluğa çatmış rəşidə qadın” məfhumundan məqsəd nədir? Cavab: Həddi-buluğ dedikdə; hicri-qəməri təqviminə əsasən 9 yaşın tamam olunması nəzərdə ...
  • Oruc tutana məkruh olan əməllər

    Sual: Diş çəkdirmək orucu batil edərmi? Cavab: Diş çəkdirmək və ağızın qanamasına səbəb ola biləcək hər hansı bir işi görmək, oruc tutan üçün məkruhdur. Sual: Fitil istifadə etmək orucu batil edərmi? Cavab: Orucu batil etməz, lakin məkruhdur. Sual: Qadının, suyun ...
  • Oruc və istimna (onanizm)

    Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi? Cavab: Əgər ramazan ayı gündüz vaxtı  qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil ...
  • Orqanların köçürülməsi ilə bağlı hökmlər

    Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, ...

Övlad

Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...

Plastik əməliyyatlar

Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
  • Püşk atmaq

    Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
  • Paltaryuyan maşın nəcis paltarları pak edirmi?

    Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...

Ruhun cinsi varmı?

Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...
  • Rəqs еtməyin hökmləri

    Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
  • Rəsm və rəssamlıq

    Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • “Rəğaib” gecəsinin namazı

    Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!   Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi?   Allahın adı ilə! ...

Siqaret və qəlyan

Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir? Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək  gələcəkdə də olsa belə insana nəzərə çarpacaq dərəcədə zərər yetirəcəksə, bu nəzərə çarpacaq zərər məlum və ya ehtimal olunasından asılı olmayaraq ağıl sahiblərinin qorxu hissi (təhlükə hissi) ...
  • Sanitar qovşağı (ayaq yolu) məsələləri

    Sual: Qərb ölkələrində ayaq yolu xüsusi qaydalara əsasən tikilir. Həmin qaydalarda müsəlman ölkələrində olduğu kimi qiblənin yerləşmə istiqaməti nəzərə alınmır. Qiblənin istiqamətini bilmədiyimiz halda həmin ayaqyolulardan istifadə edə bilərikmi? Əgər ayaqyolunun qiblə istiqamətinə tikildiyini bilsək, sonradan istifadə etmək ...
  • Üzərində səcdə etmək düzgün olan əşyalar

    Sual: Hansı əşyaların üzərində səcdə etmək olar? Cavab: Yeyiləcək və geyiləcək şeylərdən başqa, yer və yerdə bitənlər, məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək icazəlidir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə ...
  • Sirr аçmаq

    Suаl: Аtа оğlunun dоstunа tоvsiyə еdir ki, оnun оğlunun dаvrаnışlаrınа nəzаrət еtsin. Bir müddət sоnrа isə оğlunun dаvrаnılşаrındаn хəbərdаr оlmаq üçün оğlu bаrədə оndаn bəzi məlumatları sоruşur. Bu hаldа dоstun həmin оvlаdın hеç kimin хəbər tutmаsını istəmədiyi sirlərini аtаsınа аçmаsı icаzəlidirmi? Cаvаb: ...

Şəvval ayının altı gününün orucu

Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
  • Şəriət hökmləri

    Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
  • Şahidlik etmək

    Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...

Terrorçulardan azad edilmiş məntəqələrdə

Sual: Əssəalmu əleykum və rəhmətullahi və bərəkatuh Allah müctəhidimizi qorusun, ömrünü İslam və müsəlmanlar üçün uzun etsin! Bəzi məntəqələr terrorçulardan azad edilərkən əhalinin öz yaşayış yerlərini və mal-mülklərini tərk etmələri müşahidə olunur. Bu zaman həmin məntəqələrdə ...
  • Təbliğ və dəvət

    Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...
  • Tibb

    Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...

Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək

Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.
  • Universitet tələbələrinin namaz və orucunun hökmü

    Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...
  • Unutqanlıqla orucu pozan bir şey yemək

    Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
  • Unla çörək mübadiləsi

    Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...

Üz qırxmaq olarmı?

Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
  • Ürfan barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
  • Üzük taxmaq

    Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...
  • Ümrə və həcdə qadnlarla bağlı hökmlər

    Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...

Valideynə itaətlə bağlı bəzi hökmlər

Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...
  • Vəfat etmiş müctəhidin təqlidində qalmaq

    Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...
  • Vəsvəsə

    Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
  • Vergilər

    Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...

Yalan yəmin etmək

Sual: Yalan yəmin etməyin tərifi nədir? Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır. Sual: Yalan yəmin etmək haram edilibmi? Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.
  • test

  • Yaşlı kişi və qadının orucunun hökmü

    Sual: Oruc tuta bilmədiyi təqdirdə, yaşlı insanın vəzifəsi nədir? Cavab: Yaşlı kişi və qadın oruc tuta bilməsələr, yaxud oruc tutmaq onlar üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman onlara, oruc tutmadıqları hər gün üçün fidyə vermələri vacibdir. Fidyənin çəkisi kiloqramın dörddə ...
  • Yeyilməsi haram olanlar

    Sual: Dovşan əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Qaban əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı? Cavab: Belə balıqları yemək icazəli deyil. Sual: Kenquru və zürafənin ətini yemək olarmı? Cavab: Ehtiyat vacibə əsasən yeyilməsi ...

Zəkat

Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...
  • Ziyarət

    Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
  • Zəkatin xərcləndiyi yerlər

    Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...
  • Zülm etmək

    Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...

Qаdının tibb bаcısı işləməsinin hökmləri

Suаl: Sаrğı işi ilə məşğul оlаn tibb bаcısınа işi əsnаsındа vаcib оlаn əməllər hаnsılаrdı? Cаvаb: İхtiyаri hаldа хəstənin bədəninə tохunmаsı və bахılmаsı hаrаm оlаn yеrlərə bахmаsı icаzəli dеyil. Əgər хəstənin sаrğı və bu kimi işlərə еhtiyаcı vаrsа, həmin işin yеrinə yеtirilməsi tохunmаq və yа bахmаqdаn аsılı оlаrsа, həmçinin, bu işi ...
  • Qurani-kərim satmaq

    Sual: Qurani-kərim satmaq haramdırmı? Cavab: Müsəlmana satmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən Qurani-kərim satmaqdan çəkinsin. Əgər Quran müqabilində pul alacaqsa, bunu onun üz qabığının və bu kimi xərclərinin əvəzi hesab etsin. 
  • QİÇS (qazanılmış immun çatışmamazlığı sindiromu)

    Sual: QİÇS-ə yoluxmuş şəxsin özünü cəmiyyətdən təcrid etməsi vacibdirmi? Ailəsinin onu tərk etməsi vacibdirmi? Cavab: Ona özünü cəmiyyətdən təcrid etmək vacib deyil. Həmçinin başqalarının da onu tərk etmələri vacib deyil. Əgər xəstəliyin başqalarına yoluxma təhlükəsi olmasa, onu məscid ...
  • Qadınların dəstəmaz və namaz əsnasında makyajlı

    Sual: Dəstəmaz alarkən qadının üzündə makyaj olarsa, bu dəstəmaza maneə yaradarmı? Cavab: Əgər suyun dəriyə nufuz etməsinin qarşısını alması ehitimalı yaranarsa, dəstəmazdan əvvəl makyajın tamamilə təmizlənməsi vacibdir. Sual: Makyajın tərkibində və ya paltarların üzərində olan parıltı (biser) dəstəmaz suyunu ...

Xərclərin ödənilməsi

Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...
  • Xarici ölkələrin qanunları

    Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...
  • Xəstəliyin yayılmasını sürətləndirib ölümü

    Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...
  • Xüms

    Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab:  ...

Hide Main content block