Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ayı görməklə bağlı sorğu
Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...
Aktyorluq və teatr
Sual: Teatr səhnəsində və ya televiziya tamaşasında aktyorluq etmək haramdır, yoxsa halal? Cavab: Öz-özlüyündə halaldır. Lakin başqa cəhətdən haram əməllərin yaranmasına səbəb olarsa, haramdır. Sual: Bir şəxsin dinə müxalif olmadığı halda kinofilm və ya seriallarda rol oynaması icazəlidirmi? Cavab: İcazəlidir. ...Ana bətnində olan uşağın diyəsi (qanbahası)
Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi? Cavab: Qeyd olunan diyəni gümüş ilə ...Ariyə
Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...
Buğda, arpa, xurma və kişmişin zəkatı
Sual: Buğda, arpa, xurma və kişmişin zəkatında hansı şərtlər əsasdır? Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatının iki şərti var: Birinci: Nisab həddi. Buradakı nisab həddi 300 saadır. Bu isə deyilənə əsasən, 847 kq –a bərabərdir. Nisaba çatmayan miqdar üçün isə zəkat yoxdur. Əgər nisab həddinə çatarsa ...
Bazar qiyməti
Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını ...Balıq konserviləri
Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...Bəxşiş
Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi? Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur. Sual: Mən benzin və qaz ...
Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Can verənin hökmləri
Sual: Can verən müsəlman üçün nə edilməlidir? Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir. Sual: Meyit qüslü verilməyən ...Cihad meydanında döyüşənlər üçün nəsihət və
Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...Cənabət
Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı? Cavab: 1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir. 2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, ...
Çox şəkk etmək
Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Diyatın (qan bahasının) hökmü
Sual: Bir qardaş hərbi xidmətdə olarkən bir əsgərin dizdən aşağı hissəsini botinkanın ucu ilə vurmuşdur. Deyir ki, məndən başqa da bəzi əsgərlər onun həmin hissəsinə vururdular və həmin hissə də qaralmışdı. İndi bilmirəm ki, məhz mənim vurduğuma görə qaralmışdır, yoxsa məndən əvvəl vuranların zərbəsinə görə qaralmışdır. Bu qardaşımız da ...
Dırnaq boyamaq
Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...Dövlət əmlakı
Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...Donuz
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Əl verib görüşməyin hökmləri
Sual: Kişinin qadına əl verməsinin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir? Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir. Sual: Kafirə qadına əl vermək haramdırmı? Cavab: Haramdır. Sual: Bir qız və ya qadın ...
Əntiq əşyаlаrın аlış-vеrişi
Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...Əqiqənin hökmləri
1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...Ər-arvad münasibəti
Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ..."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...
Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Hüsеyni türbə (İmаm Hüsеynin (ə) qəbrinin tоrpаğı)
Suаl: Nохud və dаhа böyük miqdаrdа Hüsеyni türbədən müаlicə məqsədi ilə istifаdə еtməyin hökmü nədir? Cаvаb: Müаlicə məqsədi ilə Hüsеyni türbədən оrtа həcmli nохud miqdаrındаn çох оlmаmаq şərti ilə yеmək icаzəlidir. Vаcib ehtiyata əsаsən, yаlnız müqəddəs qəbrin tоrpаğındаn istifаdə ...
Hədiyyə
Sual: Quran-kərim, hifz, ruzi, afiyət və salamatlıq üçün nəzərdə tutulan xüsusi zikr və duaları kafirə hədiyyə etmək olarmı? Cavab: Əgər kafir onların ehtiramını qoruyub hörmətsizlik etməyəcəksə, maneəsi yoxdur. Sual: Toy mərasimində oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar, gəlinə məxsusdur yoxsa ...Hamilə qadının oruc tutmasının hökmləri
Sual: Hamilə qadının Ramazan ayında oruc tutması icazəlidirmi? Cavab: Uşaq dünyaya gətirməsinə az müddət qalmış hamilə qadın (səkkizinci və doqquzuncu aylarında) özünün və ya bətnindəki uşağın sağlığı üçün zərərli olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Hətta oruc tutmaq ona və ya ...Hаrаm edilmiş оyunlаr
Suаl: Hеç bir girоv qоyulmаdаn və yа kоmpyutеrdə şаhmаt оynаmаq оlаrmı? Cаvаb: İstər pul müqаbilində, istərsə də pul оlmаdаn şahmət оynаmаq hаrаmdır. Həmçinin kоmpyutеr vаsitəsi ilə iki nəfər оynаrаsа, hаrаmdır. Vacib ehtiyata əsаsən, həttа kоmpyutеrdə şаhmаt оynаyаrkən ikinci tərəf cihаz olsa belə, yеnə (şаhmаt оynаmаğı) tərk ...
İki namazı cəm etməyin hökmü
Sual: Namazları cəm etməyimiz icazəlidirmi? Cavab: Bunun maneəsi yoxdur. Sual: İki namazı cəm etmək üstündür, yoxsa hər vacib namazı ayrı qılmaq? Cavab: Daha yaxşı olar ki, hər bir vacib namaz öz fəzilətli vaxtının əvvəlində qılınsın. Sual: Zöhr namazı ilə əsr namazının bir-birindən ayırmaq lazımdırmı? Cavab: ...
İt alış-verişi
Sual: Qərb ölkələrində it alış-verişi bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi? Cavab: Bu iş icazəli deyil. Sual: Bəzi qadınlar qorunmaq və əyləncə məqsədi ilə özləri ilə it gəzdirir. Qorunmaq məqsədi ilə it almaq icazəlidirmi? Bu növ itlərin alış-verişi və ya kirayəsi icazəlidirmi? Cavab: ...İdman
Sual: Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmaları, caizdirmi? Cavab: İnsanın özünə və başqasına haram olan həddə zərər verəcək işlərlə məşğul olması, caiz deyildir. Sual: Qadının, qarışıq kütlə qarşısında idmanla məşğul olması caizdirmi? Cavab: Caiz deyildir. Sual: Qızların ...İmtahan zamanı saxtakarlıq etmək
Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kreditlə alış-veriş etmək
Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...
Kəniz hökmü
Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil.Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Meyvə, tərəvəz və tarla alış-verişi
Sual: İzahlı şəriət kitabında 680-ci məsələdə belə qeyd etmisiniz: “Xurma bəhərindən başqa heç bir bəhəri, hətta həmin bəhər müqabilində satmaq icazəli deyil”. Bu sözdən belə başa düşməliyik ki, üzüm kimi xurma bəhərindən başqa heç bir bəhəri üzüm kimi xurma bəhərindən başqa bəhər ...
Müstəhəb qüsüllər
Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...Müsafirin orucunun hökmləri
Məsələ 1: Səfərdə dördrükətli namazları iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır. Namazını tamam qılan müsafir peşəsi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi səfərdə oruc tutmalıdır. Məsələ 2: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq ...Müsəlman şəxsin özünü alçatması
Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun – heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...
Namazda təkfir (qolları bağlamaq)
Sual: Namazda mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq namazı batil edirmi? Cavab: Bəzi İslam məzhəblərində olduğu kimi mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq təkfir adlanır. Vacib ehtiyata əsasən, bu əməl – istər namazın bir hissəsi məqsədi ilə yerinə yetirilsin, ...
Namazı batil edən şəklər
Sual: Üç ilə altı və yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: İki ilə beş və yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: Dördrəkəkətli ...Nisyə alış-verişin hökmü
Sual: Bir şəxsə nağd qiymətə bir dinara satdığım malı, həmin şəxsə eyni malı hissə-hissə ödədiyi üçün iki dinara satmışam. Bu alış-veriş sələm sayılırmı? Cavab: Xeyir, sələm sayılmır. Sual: Mən yerli bankların biri ilə iş görürəm. Belə ki, mən bankdan müəyyən məbləğdə dollar götürürəm və bank ...Namazda “təcafi” etmək
Sual: Səcdədə “təcafi” etmək nə deməkdir? Cavab: Səcdədə “təcafi” etmək; qolları (çiyindən dirsəyə qədər olan hissəsini) və əlləri bədəndən aralı tutmaq mənasındadır. Sual: Təşəhhüddə “təcafi” etmək nə deməkdir? Cavab: İmam camaat ikinci rəkətdə olduda ona iqtida edən şəxs ona tabe olaraq qunut ...
Orucu batil edən əməllər: yemək və içmək
Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ...
Orucu tərk etmək
Sual: Təqiyyə edərək oruc tutmayanın hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və ya cima etməyə məcbur edilərsə və həmin şəxs orucunu pozarsa, orucu batil olar. Həmçinin təqiyyə edərkən – istər oruc tutmayaraq təqiyyə etmiş olsun, məsələn, onların bayram etdiyi gün oruc tutmaya, istərsə də ...Orucu batil edən əməllərin hökmləri
Məsələ 1: Əgər insan bilərəkdən və ixtiyari olaraq orucu batil edən bir iş görsə, orucu batildir. Əgər bilərəkdən olmasa, eybi yoxdur. Amma cənabətli olan şəxs “İzahlı şəriət məsələləri” kitabında yer alan 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl verməsə, orucu batil olar. Amma orucu batil edən ...Orucu batil edən əməllər: imalə etmək və qusmaq
Məsələ 1: Axıcı (maye) vasitə ilə imalə etmək, çarəsizlik üzündən və müalicə üçün olsa da, orucu batil edər. Məsələ 2: Oruc tutan bilərəkdən qussa, əgər xəstəlik və bu kimi səbəblər vasitəsilə çarəsizlik üzündən olsa da, orucu batildir. Amma ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur. ...
Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Paltaryuyan maşın nəcis paltarları pak edirmi?
Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...
Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
Ruhi xəstənin və bayılmış şəxsin namaz və
Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...Ruhun cinsi varmı?
Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...
Süni mayalanma
Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
Seyid Sistani cənabları nümayəndələrin
Ayətullah-Uzma Seyid Əli Hüseyni Ssitani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar internet şəbəkələrində Seyid Sistani cənablarının adından müxtəlif məzmunlu bəyənatlar yayımlanır. Həmin bəyanatlardan biri də, nümayəndələrin səlahiyyətlərinin ləğv olunması və ...Stolüstü oyunların hökmü
Şahmat, dama və nərd kimi qumar alətləri, həmçinin bu məqsəd üçün hazırlanan alətlərlə girov qoyaraq oynamaq haramdır. Eyni zamanda girovu götürmək də haramdır. Oyunun qalibinin həmin girovda mülkiyyəti yoxdur. Lakin girov olmayan təqdirdə, nərd və şahmatı oynamaq əqvaya əsasən, haramdır. Nərd və şahmatdan ...Sürücülük
Suаl: Cənаbınızdаn qаdınа sürücülük öyrətməyin hökmünü izаh еtməyinizi istəyirəm. Cаvаb: Əgər qаdının yаnındа məhrəmi оlаrsа və yа təlimçi qаdın оlаrsа və yахud dа (kişi) təlimçi ilə tək оlduğu hаldа fəsаd оlmаyаcаğındаn əmindirsə icаzəlidir. Suаl: Qаdının yаd kişinin yаnındа ...
Şahmat
Sual: Şahmat oyunu elm, mədəniyyət və zehni idman məqsədilə oynanarsa və arada da heç bir bəhs, yaxud qumar niyyəti olmasa, caizdirmi? Cavab: Şahmat oynamaq caiz deyildir. Bəli, oyunun heç bir mərhələsində maddi bəhs olmasa, caizdir. Lakin belə bir fərziyyə gerçəkləşməyib. Sual: Şahmat, nərd və bu kimi ...Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
Təqlid
Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi? Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə ...
Təmizlik
Suаl: Mən kişi оlduğum hаldа bаldır, bud və sinədə оlаn tükləri təmizləməyim icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Müqəddəs şəriətimizdə təmizliyə nə qədər əhəmiyyət vеrilir? Cаvаb: Müqəddəs şəriət təmizlik və pаklığа оlduqcа böyük əhəmiyyət vеrmişdir. Təkcə fəqihlərin istilаhındа «хəbəsdən pаklıq» ...Təyəmmüm
Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir? Cavab: Təyəmmüm etməlidir. Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır? Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır. Sual: İnsanın su ...Təvəssül
Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir? Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha ...
Uşaq dünyaya gətirməklə bağlı hökmlər
Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...
Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...Unla çörək mübadiləsi
Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.
Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
Vergilər
Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...
Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...Vacib qüsüllər
Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya bu kimi səbəblərə görə vacib olan qüsl. Sual: Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...Vacib əməlləri tərk etmək
Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir? Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini ...
Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək
Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...Yalan
Sual: Sizin yalana verdiyiniz tərif nədir? Cavab: Yalan söyləmək haramdır. O, real olmayan bir şeyi xəbər verməyə deyilir. Ciddiyyət mövqeyində deyimiş yalanın haramlığı ilə zarafat mövqeyində deyilən yalanın haramlığı arasında da — vəziyyət və söz baxımından zarafat mövqeyindəkinin qarşılığı müəyyən ...
Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...Zamin olmaqla bağlı bəzi hökmlər
Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...
Qəza orucunda iftar
Sual: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı? Cavab: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olmaz. Bunu edən şəxsə kəffarə vacib olur. Kəffarə hər birinə dörddə üç kilo (750 qr.) yemək verməklə on kasıbı ...
Qonşu haqqı
Sual: Yəhudi qonşunu və ya xristian qonşunu, yaxud da, əslən, heç bir dinə etiqadı olmayan qonşunu narahat etmək olarmı? Cavab: Heç bir əsas olmadan narahat etmək olmaz! Sual: Qonşunun haqqına riayət etməyə dair hədis söylənibmi? Cavab: Qonşuluq haqqı qohumluq haqqına yaxındır. Burada müsəlman qonşunun haqqı ...Qadınları 8 Martda təbrik etmək
Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi? Cavab: Öz-özlüyündə icazəlidir.Qucаqlаşmа
Suаl: Səfər еdən müsəlmаn şəхs qаrşılаmа və yа yоlа sаlmа əsnаsındа insаnlаrın qаrşısındа həyаt yоldаşı ilə qucаqlаşıb оnu öpür. Bu əməl icazəlidirmi? Cаvаb: Hicаbа riаyət еdilməklə və еhtirаs yаrаtmаmаsı şərti ilə bu əməl hаrаm dеyil. Lаkin bеlə əməllərdən çəkinmək dаhа yахşıdır. Suаl: Hаvа limаnındа və ...
Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xərclərin ödənilməsi
Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...Xarici ölkələrin qanunları
Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...