Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Akkreditivlər

Akkreditiv iki növdür: 1. İdxalat üçün olan akkreditivlər: Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək akkreditiv açılmasını istəyir. Nəticədə bank ona iltizam verir ki, öləkəyə gətirilən xarici əmtəələrin sənədlərini akkreditiv sahiblərinə təhvil versin və onun ...
  • Ailə hüquqları

    Sual: Qadın ev işlərinin görülməsi müqabilində ərindən müzd ala bilərmi? Cavab: Ala bilər. Sual: Qadın ərinin icazəsi olmadan ata-anasının evinə gedə bilərmi? Cavab: Caiz deyildir, lakin vacib olan sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq) həddində caizdir.
  • Ağacların kəsilməsi

    Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...
  • Ayı görməklə bağlı sorğu

    Sual: Xahiş edirəm sualımı möhtərəm Seyidə çatdırın! Məgər bayram hilalının görünməsi ilə bağlı dünya səviyyəsində şayə yayılmadımı? Niyə Seyid cənabları buna etimad etmədi? Möhtərəm Seyidin ay məsələsində bu qədər ehtiyat etməsi həddən ziyadə deyilmi? Məgər o, bununla insanların bayram günü oruc ...

Bəxşiş

Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi? Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur. Sual: Mən benzin və qaz ...
  • Banklara əmanət (pul) qoymaq

    Sual: Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab:  Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan  qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan  faiz gəlirinin tələb olunması məqsədi ...
  • Balıq konserviləri

    Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...
  • Bədəni yarmağın hökmləri

    Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...

Cənabət

Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir? Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır. Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da ...
  • Camaat namazı

    Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.
  • Cümə namazı barədə sorğu

    Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...
  • Cihad meydanında döyüşənlər üçün nəsihət və

    Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...

Çoxarvadlılıq

Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
  • Çox şəkk etmək

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...

Dəztəmazın əməllərini insanın özünün yerinə

Sual: Mükəlləf şəxsin dəstəmazı özünün yerinə yetirilməsindən məqsəd nədir? Cavab: Yəni, mükəlləf şəxs  imkan daxilində dəstəmazın əməllərini özü birbaşa yerinə yetirməlidir. Başqasının yardımına ehtiyacı olduqda isə başqasından yardım istəyə bilər. Belə ki, birbaşa yerinə yetirə bilmədiyi əməllərdə - ...
  • Dırnaq boyamaq

    Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...
  • Donuz

    Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
  • Dini еtiqаdın zəifləməsi

    Suаl: Dini еtiqаdın zəifliyi dedikdə nə nəzərdə tutulur? Cаvаb: Fəqihlərin nəzərinə görə, dini еtiqаdın zəifliyi оğurluq, yаlаn dаnışmаq, qеybət еtmək, аrаq içmək və bаşqа hаrаm оlunmuş günаh əməlləri еtmək, yа dа nаmаz qılmаmаq, оruc tutmаmаq, həccə gеtməmək və bаşqа vаcib buyurulmuş əməlləri tərk еtməkdən ibarətdir. Suаl: ...

Enerji içkiləri

Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
  • Etikaf

    Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə ...
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.

Əhalinin artımına nəzarətin hökmləri

Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...
  • Əzаdarlıq məclisləri və nаmаzın vахtı

    Suаl: Аz sаydа insаnlа əzаdarlıq karvаnınа çıхmаq  və vаcib nаmаzın vахtındаn əvvəl məclisi tаmаmlаmаq yахşıdır, yохsа çох sаydа əzаdаrlаrın gəlməsini gözləyib mərəsimi tаmаmlаmаmış nаmаzın vахtının təsаdüf еtməsi? Cаvаb: Çох sаydа əzаldаrlаrın tоplаşmаsını gözləmək оlаr, lаkin nаmаzın vахtı dахil оlduqdа ...
  • Əks cinslər аrаsındа sevgi münasibətləri

    Suаl: Əks cinslər аrаsındа sеvgi, məhəbbət icazəlidirmi? Cаvаb: Əgər tədricən olsa belə, hаramа düşmək qоrхusu оlаrsа, qаrşı tərəfə məhbbəti bildirmək icаzəli dеyil. Suаl: Gənc оğlаnın qız sеvməsi bаrədə rəyiniz nədir? Cаvаb: Əgər hаrаmа səbəb оlаrsа və yа hаrаmа düşmək təhlükəsi vаrsа, icаzəli dеyil. Suаl: İntеrnеt vаsitəsi ...
  • Əmаnətin qаytаrılmаsı

    Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...

Fitr və Qurban bayramlarının namazı

Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitrə zəkatı

    Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...

Gеcə nаmаzı

Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Geyimlər

    Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
  • Gömrükdə işləmək

    Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...

Heykəl

Sual: Tamamilə çılpaq kişi və qadın heykəllərinin alışı caizdirmi? Heyvan heykəllərinin bəzək məqsədiliə alışı caizdirmi? Cavab: İkincinin maneəsi yoxdur. Birinciyə gəlincə isə, bu iş fəsadı yaymaq olarsa, caiz deyildir.
  • Haram və məkruh oruclar

    Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır. Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ...
  • Haram edilmiş əməllər

    Sual: İslam şəriətində əsas haram edilmiş əməllər hansılardır? Cavab: İslam şəriətində əsas haram edilmiş əməllər aşağıdakılardır: 1. Allah təalanın rəhmət və mərhəmətindən ümidsiz olmaq. 2. İnsanın özünü, Allahın günahkarlara vəd verdiyi əzabdan amanda hiss etməsi. 3. Hicrət etdikdən sonra geri dönmək. Yəni, ...
  • Hеykəltərаşlıq

    Suаl: İmаm Hüsеynin (ə) büstünün düzəldilməsi bаrədə rəyiniz nədir? Cаvаb: İcаzəli dеyil. Suаl: İstər kişi, istərsə də qаdının tаmаmilə lüt hеykəllərini аlmаq icazəlidirmi? Hеyvаnlаrın yоnulmuş hеykəllərini аlmаq və zinət məqsədi ilə bir yеrdən аsmаq icаzəlidirmi? Cаvаb: İkincisinin еybi yохdur. Birinciyə ...

İnsanların arasını islah və ixtilaflarını həll

Sual: Xarici ölkələrdə insanların arasını islah edən müsəlmanın əcr və savabı varmı? Cavab: İnsanların arasını islah və ixtilaflarını həll etməyin, onları bir-birinə sevdirmək üçün təşəbbüs göstərməyin və aralarında olan ziddiyyətli boşluqları doldurmağın çox böyük və əzəmətli savabı vardır. ...
  • İstiazə (Allaha sığınmaq, yəni “əuzu billahi

    Sual: Hər rükətdə (Fatihə surəsindən əvvəl) “istiazə”-ni demək müstəhəbdir, yoxsa yalnız birinci rükətdə? Cavab: Yalnız birinci rükətdə. Sual: Məsum imamlara (ə) “istiazə” etmək (sığınmaq) icazəlidirmi? Cavab: İstiazə yalnız Allah-təalaya olmalıdır. Lakin Allahın izni ilə bəlaların dəf olunması ...
  • İstihazə

    Sual: İstihazə nə deməkdir? Cavab: Qadından gələn qanlardan biri “iztihazə” qanıdır və bu qanə görən qadın “müstəhazə” – deyilir. Sual: İstihazə qanının hansı xüsusiyyətləri var? Cavab: İstihazə qanı əsasən, sarı rəngdə və soyuq olur, xaric olarkən təzyiqsiz, yandırıcı olmadan ...
  • İnternet

    Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir? Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır. Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir? Cavab: Orucu ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kitab əhli

Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
  • Kreditlə alış-veriş etmək

    Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Hər hansı bir əmlakın kdeditlə alışı icazəlidirmi? Bu alış-veriş sələm sayılırmı? Cavab: Əmlakların (məsələn, məişət və ev avadanlıqları, maşın və s.) kreditlə alış-verişi ...
  • "Korona" virus pandemiyası ərəfəsində Ramazan

    Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, ...
  • Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə

    Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.

Lаzеr epilyasiyası

Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...

Məzalimin qaytarılması

Sual: Birisi mənə “başqasına məxsus haqqın (məzalim) qaytarlması” adı ilə (müəyyən məbləğ) pul verib. Bu məbləğ ehtiyacı olan seyyidə verilməlidir, yoxsa ki, ümumi kütlədən ehtiyacı olan birisinə? Cavab: Məzalimi haşimilərlə (seyyidlərlə) qeyriləri arasında fərq qoymadan şəri yoxsula — şəriət meyarlarına əsasən ...
  • Müsafir namazı ilə bağlı hökm

    Sual: Bakı kiçik şəhər hesab olunur. Bak­ıya tabe olan bir çox qəsəbə və rayonlar ­var. Həmin qəsəbə və ya rayonların eləsi vardır­ ki, biri ilə digəri arasındakı məsafə 22 km.-­dən çoxdur. Məsələn, onlardan biri Əhmədli­ digəri isə Nardarandır. Həmin iki məntəqə arasın­dakı məsafə 23 km.-dən ...
  • Murdar olmuş mobil telefonu necə pak etmək olar?

    Sual: Bəzən qiyməti bahalı olan mobil telefonlar əlimizdən nəcis olmuş yerə düşür. Onu pak etmək yalnız, həmin telefonu suyun altında yumaqla gerçəkləşir ki, bu da sonda onun xarab oması ilə nəticələnir. Belə olan halda, bu cür bahalı telefonları nəcis olmuş yerə düşdüyü təqdirdə, necə pak edə bilərik?  ...
  • Musiqi

    Sual: Musiqiyə (mahnılara) qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz? Cavab: Ğinaya (çalıb oxumağa) qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (günah) məclislərinə məxsus tərzdə avazla oxunan batil və mənasız sözlərdir. Musiqi də ləhv-ləib (günah) məclislərinə ...

Nəsl bаrəsində məsələlər

Suаl: Еvli bir şəхsin bir оğlu vаr və təqribən 13 il bundаn əvvəl bir qız övlаdı оldu. Qərbə mühаcirət еtdikdən sоnrа оndаn həmin оğlаn və qızın оnun övlаdlаrı оlmalarını sübut еtmək tələb оlundu. Nəslin sübut оlunmаsı üçün DNTanalizi аpаrılmış və nəticədə qız uşаğının nə аtаyа, nə də аnаyа ...
  • Namazda salam vermək

    Sual: Namazda salamın sonunda başı sağa və sola çevirmək müstəhəbdirmi? Cavab: Salam deyərkən göz ucu ilə işarə etmək müstəhəbdir. Sual: Namazın salamları vacibdirmi? Salamların düzgün forması necədir? Cavab: Salam hər namazın sonuncu vacib əməlidir. Təşəhhüddə olduğu kimi oturulu halda aramla ...
  • Namazda tərtibə riayət etmək

    Sual: Namazın tərtibinə xələl gətirən şəxsin namazı batildirmi? Cavab: Qəsdən namazın tərtibinə xələl gətirən şəxsin namazı batildir. Sual: Əgər bir şəxs üsyan üzündən yalnız işa namazını qılırsa, tövbə etdikdən sonra qlmadığı namazların qəzasını qılmalıdırmı? Cavab: Qəsdən tərtibə əməl etmədiyi üçün ...
  • Nisyə alış-verişin hökmü

    Sual: Bir şəxsə nağd qiymətə bir dinara satdığım malı, həmin şəxsə eyni malı hissə-hissə ödədiyi üçün iki dinara satmışam. Bu alış-veriş sələm sayılırmı? Cavab: Xeyir, sələm sayılmır. Sual: Mən yerli bankların biri ilə iş görürəm. Belə ki, mən bankdan müəyyən məbləğdə dollar götürürəm və bank ...

Oruc və həddi-buluğ

Sual: Qadınların çoxu 12 yaşdan sonra oruc tutmağa başlayırlar. Çünki bu yaşdan əvvəl şəri vəzifələrini düzgün anlamırlar və ya bu yaşdan etibarən qız uşaqlarının mükəlləfiyyəti başladığını güman edən valideyinlərindən şəriət hökmlərini öyrənmişlər. Şəri mükəlləfiyyətini başa ...
  • Orucu batil edən əməllərin hökmləri

    Məsələ 1: Əgər insan bilərəkdən və ixtiyari olaraq orucu batil edən bir iş görsə, orucu batildir. Əgər bilərəkdən olmasa, eybi yoxdur. Amma cənabətli olan şəxs “İzahlı şəriət məsələləri” kitabında yer alan 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl verməsə, orucu batil olar. Amma orucu batil edən ...
  • Oruc tutarkən nifaslı qadınla istihazəli qadının

    Sual: Əgər qadın  ehtiyat baxımından nifaslı qadına haram olanları tərk edib və iztihazəli qadınların vəzifəsini yerinə yetirərək oruc tutarsa, paklandıqdan sonra orucun qəzasını tutmalıdır, yoxsa tutduğu oruc yetərlidir? Cavab: Qəzasın yerinə yetirməlidir.
  • Oğurluq

    Sual: Biz səhiyyə nazirliyinin təftiş komissiyasının üzvləriyik. Qanunun pozulma hallarını araşdırırıq. İşimizin tələbi olaraq xəstəlik müalicəsinə sərf olunması üçün icazəsiz götürülmüş və ya oğurlanmış dərman peraparatlarını məhv etmək üçün müsadirə edirik və əksəriyyətinin ...

Öyüd-nəsihətin savabı

Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
  • Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)

    Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
  • Ölümdən sonrakı hökmlər

    Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
  • Övlad

    Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...

Paltarların alqı-satqısı

Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
  • Proqramların nüsxəsini çıxartmağın hökmləri

    Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
  • Peyk kanalları

    Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...

Ruku

Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
  • Rukunun hökmləri

    Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin  həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
  • Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən

    Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
  • Rəqs еtməyin hökmləri

    Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...

Silahla ov etməyin hökmləri

Məsələ 1: Əti halal olan vəhşi heyvanı silah ilə ovlanmasının aşağıdakı şərtləri var: 1. Ov aləti bıçaq və qılınc kimi kəsici yaxud nizə və ox kimi deşici olmalıdır ki, heyvanın bədənini parçalasın. İstər ov alətinin ucunda ox kimi dəmir və ya başqa metaldan ucluq (süngü) olsun, istərsə də özü deşici ...
  • Salamlaşmaq

    Sual: Başqa dinə mənsub olan şəxslə salamlaşmaq icazəlidirmi? Cavab: Söz, yaxud əməl ilə İslam və müsəlmanlara qarşı düşmənçilik bəsləmədiyi təqdirdə, ona sevgi və məhəbbət sərgiləyərək yaxşılıq etməyin maneəsi yoxdur. Sual: Namaz qılan şəxsin namaz əsnasında başqasına salam verməsi icazəlidirmi? Cavab: ...
  • Sürücülük

    Suаl: Cənаbınızdаn qаdınа sürücülük öyrətməyin hökmünü izаh еtməyinizi istəyirəm. Cаvаb: Əgər qаdının yаnındа məhrəmi оlаrsа və yа təlimçi qаdın оlаrsа və yахud dа (kişi) təlimçi ilə tək оlduğu hаldа fəsаd оlmаyаcаğındаn əmindirsə icаzəlidir. Suаl: Qаdının yаd kişinin yаnındа ...
  • Seyidlik iddiası

    Bismillahir-rəhmanir-rəhim   Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına   Allahın salamı və bərəkəti Sizə olsun!   Bizim zamanınmızda bəzi əşirətlərə və ailələrə mənsub olan insanlar arasında seyidlik, yəni əhli-beytə (ə) mənsub olmaq iddiası təzahürü ...

Şahidlik etmək

Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
  • Şərt alış-verişi

    Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
  • Şəriət hökmləri

    Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...

Təbliğ və dəvət

Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...
  • Ticarət məlumatları

    Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...
  • Torpaq

    Sual: Torpaq pakedicilərdən sayılır. Ayaqqabının altını təmizləyə bildiyi kimi, hərəkət halında maşınların təkərlərini də təmizləyirmi? Cavab: Xeyr, təmizləməz.

Uşaq dünyaya gətirmək və sonsuzluq

Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...
  • Unutqanlıqla orucu pozan bir şey yemək

    Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
  • Uşаq оyunlаrı

    Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...
  • Uşaq dünyaya gətirməklə bağlı hökmlər

    Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...

Ümrə və həcdə qadnlarla bağlı hökmlər

Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
  • Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü

    Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək

    Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...

Vəkillik

Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.
  • Vəhşət namazı

    Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...
  • Valideynə itaətlə bağlı bəzi hökmlər

    Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...
  • Vacib qüsüllər

    Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl. Sual:  Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...

Yarış və müsabiqələr

Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı? Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır. Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara ...
  • Yaxşı kişi və qadının xüsusiyyətləri

    Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır? Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə ...
  • Yağış suyu

    Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı? Cavab: Bəli, pak olar. Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər? Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır. Sual: Yağış ...
  • Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək

    Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...

Ziyarət

Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
  • Zəkat

    Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...
  • Ziyarət

    Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
  • Zülmə yardım etmək və ona razı olmaq

Qəza namazı

Sual: Üzərində qəza namazı olan və yaxud qıldığı namazların düzgün olmadığına ehtimal verən bir insanın vəzifəsi nədir? Cavab: Ehtiyat edərək həmin namazları qəza etmək müstəhəbdir. Sual: Üzərində qəza namazı olan şəxs, müstəhəb namaz qıla bilərmi? Cavab: Bəli, qıla bilər. Sual: ...
  • QİÇS (qazanılmış immun çatışmamazlığı sindiromu)

    Sual: QİÇS-ə yoluxmuş şəxsin özünü cəmiyyətdən təcrid etməsi vacibdirmi? Ailəsinin onu tərk etməsi vacibdirmi? Cavab: Ona özünü cəmiyyətdən təcrid etmək vacib deyil. Həmçinin başqalarının da onu tərk etmələri vacib deyil. Əgər xəstəliyin başqalarına yoluxma təhlükəsi olmasa, onu məscid ...
  • Qumar alətləri

    Sual: Nərd, qumar aləti olmasa, oynamaq haramdırmı? Cavab: Pulsuz olmasa belə, nərd oynamaq haramdır. Sual: Bir şeyin qumaq aləti olub-olmamasında meyar nədir? Cavab: Ürfdə qazanıb uduzmaq məqsədilə oynanan alətlər, qumar alətləridir. Sual: Şəkk etdiyimiz oyunlar barəsində rəyiniz nədir? Çünki ...
  • Qadının səsi

    Sual: Şəhvət ləzzəti olmadan yad qadının səsinə qulaq asmaq icazəlidirmi?    Cavab: Şəhvət və ehtiras ləzzəti olmadan qadın səsinə qulaq asmaq icazəlidir. Həmçinin harama düşmək qorxusu olmasa qadının səsini yad kişilərə eşitdirməsi (ucaltması) icazəlidir. Bəli, adətən, dinləyəndə ehtiras yaradacaq dərəcədə səsini ...

Xüms

Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab:  ...
  • Xümsü sərf etmək üçün icazə almaq

    Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...
  • Хеyir əməl nəzir еtmək

    Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...
  • Xəstəliyin yayılmasını sürətləndirib ölümü

    Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...

Hide Main content block