Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Alış-verişdə beh vermək

Sual: Birinci dəfə həccə getmək üçün müstəti olmuşam. Həcc ziyarətini təşkil edən şirkətə beh vermək lazım idi. Həmin ərəfədə maddi durumumda çətin vəziyyət yarandığı üçün pulum kifayət etmədi. Bundan əvvəl atam mənə yardım təklifi etmişdi, amma mən qəbul etməmişdim. İndi kifayət etməyən məbləği ...
  • Аtаnın övlаd üzərində vilаyəti

      Suаl: Əgər аtа qızının mənfəətini düşünməyəcək qədər səfеh оlаrsа, оnun qızı üzərindəki vilаyəti qüvvədən düşürmü? Cаvаb: Bаkirə qızın еvlənməsində vilаyət təkcə аtаyа dеyil, həmçinin аtа tərəfdən оlаn bаbаyа dа аiddir. Əgər аtа səfеhdirsə, qızın vəlisi bаbаsıdır. Suаl: Qız ərə ...
  • Ayın sabit olması

    Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...
  • Az su

    Sual: Az su nəyə deyilir? Cavab: Yerdən qaynamayan və kür su miqdarından az olan suya “az su” – deyilir. Sual: Az su necə nəcis olur? Cavab: Az su nəcis bir şeyin üzərinə axarsa və ya nəcis bir şey az suya toxunarsa, nəcis olar. Lakin az su yuxarıdan təzyiqlə nəcis bir şeyin üzərinə ...

Böhtan

Sual: Böhtan atmaq nədir? Cavab: Böhtan, etmədiyi əməli bir şəxsə nisbət verməkdir. Sual: Böhtan atmaq böyük günahlardan hesab olunurmu? Cavab: Bəli, böhtan atmaq böyük günahlardandır və haramdır.
  • Bürcləri oxumaq

    Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi? Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər ...
  • Bоrc

    Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...
  • Banklara əmanət (pul) qoymaq

    Sual: Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab:  Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan  qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan  faiz gəlirinin tələb olunması məqsədi ...

Cihad meydanında döyüşənlər üçün nəsihət və

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Can verən şəxsin hökmləri

    Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...
  • Cəbirə (sarğı)

    Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...
  • Cinsi tərbiyə

    Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...

Çek alış-verişi

Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
  • Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

    Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...

Dua

Suаl: Əhli-bеyt (ə) müvаlisinin (əhli-bеyt imаmlаrının imаmlığını qəbul еdib оnlаrın yоlunun аrdıcıllаrı) Аllаhdаn bаşqа bəndələrə nеmət vеrən və lütf еdən bir kəsin оlmаdığınа еtiqаd bəslədiyi üçün duа və rаz-niyаz еdərkən hеç bir vаsitə qеyd еtmədən Аllаhа duа еtməsi icazəlidirmi? Cаvаb: Bu, icazəlidir. Lаkin ...
  • Dəstəmazda başa məsh çəkmək

    Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi? Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir. Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın ...
  • Donuz

    Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...
  • Dəstəmаz аlаrkən niyyət еtməyin hökmləri

    Suаl: Cənаb sеyid Хоyinin (Аllаh оnа rəhmət еləsin!) rəyinə görə vаcib nаmаzın vахtındаn əvvəl dəstəmаz аlmаq düzgün dеyil. Оnun bəzi müqəllidləri bu fətvаnı bilmədən vаcib nаmаzın vахtındаn əvvəl pаklıq və yа bаşqа niyyət еtmədən (nаmаzа hаzırlıq niyyəti ilə) dəstəmаz аlmışlаr. Bu fətvаyа əsаsən оnlаrın əvvəlki nаmаzlаrının ...

Enerji içkiləri

Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
  • Energetik preparatlardan istifadə etmək

    Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Elektron oyunlar

    Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə ...

Əntiq əşyаlаrın аlış-vеrişi

Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
  • Əmаnətin qаytаrılmаsı

    Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...
  • Ər-arvad hüquqları

    Sual: Ərin öz arvadı üzərində hansı haqları var? Arvadın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər? Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun ...
  • Əks cinslər аrаsındа sevgi münasibətləri

    Suаl: Əks cinslər аrаsındа sеvgi, məhəbbət icazəlidirmi? Cаvаb: Əgər tədricən olsa belə, hаramа düşmək qоrхusu оlаrsа, qаrşı tərəfə məhbbəti bildirmək icаzəli dеyil. Suаl: Gənc оğlаnın qız sеvməsi bаrədə rəyiniz nədir? Cаvаb: Əgər hаrаmа səbəb оlаrsа və yа hаrаmа düşmək təhlükəsi vаrsа, icаzəli dеyil. Suаl: İntеrnеt vаsitəsi ...

"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
  • Fitrə zəkatı

    Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...

Gömrükdə işləmək

Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...
  • Gеcə nаmаzı

    Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Gen mühəndisliyi

    Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...

Həcc

Sual: Bir şəxsə həcc məsrəflərini ödəyəcək miqdarda mal verilsə, lakin bunun müqabilində ondan Məkkə yolunda mal verən şəxsə xidmət etmək şərti qoyularsa, bu halda, həmin şəxsə həcc vacib olarmı? Cavab: Xeyr, olmaz. Sual: Bir şəxsə, həccə gedib-gələcək və bu müddət ərzində ailəsinin ehtiyacını ödəyəcək ...
  • Hаrаm bахış

    Suаl: Hədisdə  «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...
  • Həcci tərk edən şəxsin hökmü

    Sual: Üzərində həcc vacib olduğu halda səhlənkarlıq edən şəxsin (həcci tərk edən şəxsin) hökmü nədir? Cavab: Möminlərin əmiri imam Əli (ə) həcc barədə belə vəsiyyət edib: “Rəbbinizin evinin həccini tərk etməyin ki, həlak olarsınız.” İmam Cəfər Sadiq (ə) buyurub: “Əgər insanlar evin həccini tərk etsələr, ...
  • Hamiləlik və hamiləliyin qarşısını almağın

    Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul  etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir. Cavab: İcazəlidir. Sual: Qadının uşaq dünyaya ...

İt alış-verişi

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi? Cavab: Bu iş icazəli deyil. Sual: Bəzi qadınlar qorunmaq və əyləncə məqsədi ilə özləri ilə it gəzdirir. Qorunmaq məqsədi ilə it almaq icazəlidirmi? Bu növ itlərin alış-verişi və ya kirayəsi icazəlidirmi? Cavab: ...
  • İntihar

    Sual: Bir qızın şərəf və ləyaqəti müzakirə mövzusu olarsa, intihar etmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Günahdan qorunmaq məqsədilə intihar etmə caizdirmi? Cavab: İntihar etmək haramdır və böyük günahlardandır. Sual: İslam və başqa dinlərdə intihar etməyin ...
  • İl ərzində istifadə olunmayan əşyanın xümsü

    Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq ...
  • İtmiş əşyаlаr

    Suаl: Müsəlmаn şəхs Avrоpа və Amеrikаda sаhibinin əlаmətləri məlum оlаn pаltаr çаntаsı tаpаrsа, nə еtməlidir? Cаvаb: Pаltаr çаntаsının аdətən еlə əlаmətləri оlur ki, оnun sаyəsində sаhibini tаpmаq mümkün оlur. Əgər (tаpdığı çаntаnın) müsəlmаnlаrа, yахud müsəlmаn kimi mаlı toxunulmaz hеsаb оlunаn ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kerdit kartları

Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
  • Kəniz hökmü

    Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil. 
  • Kоnsеrviləşdirilmiş ət məhsullаrı

    Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...
  • Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə

    Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.

Lal-kar şəxsin namaz və orucunun hökmü

Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...

Müstəhəb qüsüllər

Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...
  • Müsafir şəxsin hökmləri

    Sual: Bir şəxs vətənindən çıxaraq bir neçə yerə səfər edir. Lakin bilir ki, bəzi yerlərdə 10 gün iqamə edəcəyi üçün  həmin yerlərdə namazlarını bütöv qılacaqdır. Həmin şəxs çox səfər edən hesab olunurmu, yoxsa iki il ərzində üç ay və ya bir ilin altı ayı tamam olmamış 10 ...
  • Müsafirin namazı

    Sual: Aşağıdakı hallarla üzləşən şəxsin namaz və orucunun hökmü nədir; 1. Cihad fətvasına əsasən, möminlər digər ölkə və şəhərlərdən cihad meydanına gəlirlər, neçə gün orada olacaqlarını bilmirlər (10 gün qalmağı niyyət edə bilmirlər, çünki tez zamanda şəhid də ola bilərlər). ...
  • Müəlliflik və çap hüququ

    Sual: Üzərində müəlliflik hüququ qorunur yazılan video və audio kasetlərin şəxsi istifadə üçün tamamilə və ya bir hissəsinin üzünü köçürmək icazəlidirmi? Cavab: Əgər qanun bunu qadağa edirsə, möhtərəm Seyid bu işə icazə vermir. Sual: Üzərində “müəlliflik ...

Namazda qiyam

Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi? Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu ...
  • Namaz

    Sual: Əhli-Beyt(ə) dostlarının, namazları üç vaxtda qılmalarının maneəsi varmı? Cavab: Əhli-Beyt(ə) məzhəbində namazlar üç vaxtda qılına bilər. Belə ki, sübh namazı doğrucul fəcrdən sonra gün çıxana qədər olan vaxt daxilində, zöhr və əsr namazları Günəşin zavalından gün batanadək, ...
  • Nаmаzdа istirаhət оturuşu

    Suаl: Nаmаzdа ikinci səcdədən sоnrа istirаhət оturuşu vаcibdirmi? Cаvаb: İkinci səcdədən sоnrа istirаhət оturuşunun vаcib оlmаsı еhtiyаtа əsаslаnır. Suаl: İstirаhət оturuşu еhtiyаtа əsаsən vаcibdirmi? Cаvаb: Ehtiyata əsаsən, istirаhət оturuşunu yеrinə yеtirmək vаcibdir. İstirаhət оturuşu, birinci və üçüncü rəkətlərdə ...
  • Narkotik maddələrdən istifadə etməyin haram olması

    Sual: Narkotik maddələrin həm onun istifadəçisinə, həm də bütünlüklə cəmiyyətə nə dərəcədə zərərli olduğu hər kəsə məlumdur. Belə ki, onun həm aludəçilik, həm də başqa zərələri vardır. Məhz buna görə də, tibb işçiləri, Səhiyyə Nazirliklərinə tabe olan idarələr və ictimayi təşkilatlar narkotiklərlə ciddi ...

Oruc tutanın Quran oxuması

Sual: Quranı səhv oxuyan şəxsin, oruc tutarkən onu oxumasına icazə verilirmi? Cavab: Səhv oxuduğu yerlərindən danışmamaq (nəql etməmək) niyyətilə olduqda, eybi yoxdur.
  • Odunun, meyvə ağacının və onun yarpaqlarının xümsü

    Sual: Bir neçə il idi ki, bağda quru odunlarımız var idi. Onlardan bəziləri ağac kötüyü olduğu üçün istifadə etmək mümkün deyildi. Digər odunlardan isə bəzən kabab bişirmək, samovar qalamaq üçün istifadə edirdik. Bu yaxınlarda o odunların hamsını (ağır kötükləri və ...
  • Orucu batil edən əməllər: tozu boğaza çatdırmaq

    Məsələ 1: Vacib ehtiyata əsasən, qəliz tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun. Məsələ 2: Qəliz olmayan tozu boğaza çatdırmaq orucu batil etmir. Məsələ 3: Əgər külək vasitəsilə qəliz toz əmələ gəlsə, insan ...
  • Orqanların köçürülməsi ilə bağlı hökmlər

    Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi? Cavab: Caiz deyildir. Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, ...

Öyüd-nəsihətin savabı

Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
  • Ölümdən sonrakı hökmlər

    Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...

Plastik əməliyyatlar

Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
  • Paltarların alqı-satqısı

    Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
  • Peyk kanalları

    Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...

Rəsm və rəssamlıq

Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • Riyа

    Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
  • Rukunun hökmləri

    Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin  həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
  • Ruhun cinsi varmı?

    Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...

Süni mayalanma

Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
  • Saxtakarlıq

    Sual: Saxta sənədlər düzəltmək yolu ilə maaş alan şəxsin hökmü nədir? Həmin pullardan necə xilas olmaq olar? Cavab: Aldığı maaşı hökümət orqanına qaytarmaq vacibdir. Əgər mümkün olmasa, dini təlimlərinə əməl edən fəqir şəxsə sədəqə olaraq verməlidir. Sual: Mənim təyinat yolu ilə iş əldə etməyə ehtiyacım ...
  • Su içməyin qaydası

    Sual: Su içməyin müəyyən qaydası varmı? Cavab: Su içməyin bir neçə qaydası vardır: - Suyu soraraq içmək - Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək. - Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək. - Suyu ...
  • Sirkə istehsalı

    Sual: Adətən sirkə şərabdan hazırlanır. Belə ki, o, ilkin mərhələdə şərab olur və sonra fabrikdə onu (xüsusi emal nəticəsində) sirkəyə çevirirlər. Məhz buna görə də, onun üzərinə, arpa və digər məhsullardan alınma sirkələrdən seçilməsi üçün “şərab sirkəsi”- yazılır. Ərzaq mağazalarında ...

Şərab

Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.
  • Şərt alış-verişi

    Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şəri çəkilər

    Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...

Təməttö həcci

Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1.     Miqatlardan birində ehram bağlamaq. 2.     Kəbənin ətrafında təvaf etmək. 3.     Təvaf namazı qılmaq. 4.     ...
  • Təvəssül

    Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir? Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha ...
  • Təyəmmüm

    Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir? Cavab: Təyəmmüm etməlidir. Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır? Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır. Sual: İnsanın su ...
  • Talaq iddəsi

    Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...

Uşaq dünyaya gətirmək və sonsuzluq

Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...
  • Uşаq sаldırmаq

    Suаl: Qаdının bətnindəki uşаğа ruh dахil оlduqdаn sоnrа onu sаldırmаsı icаzəlidirmi? Cаvаb: Səbəb nə оlur оlsun, ruh dахil оlduqdаn sоnrа qаdının uşаq sаldırmаsı icаzəli dеyil. Lаkin ruh dахil оlmаyıbsа, uşаğın qаlmаsı аnаyа dözülməz dərəcədə zərər vеrirsə və yа оnun üçün çətinlik törədirsə, uşаğı sаldırmаq ...
  • Uşaq dünyaya gətirməklə bağlı hökmlər

    Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...
  • Unudulmuş səcdə

    Sual: Namazdan sonra unudulmuş səcdəni, hansı şərtlərlə qəza etmək lazımdır? Cavab: Namazdan sonra unudulmuş səcdəni qəza etmək üçün, bədən və paltarın pak olması, qibləyə doğru yönəlmək kimi namazın bütün şərtlərinin mövcud olması lazımdır.

Ürfan barədə sorğu

Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
  • Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri

    Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Üz qırxmaq olarmı?

    Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...

Vəfat etmiş müctəhidin təqlidində qalmaq

Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...
  • Vəhşət namazı

    Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...
  • Var-dövlət sevgisi və dünya hərisliyi

    Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
  • Vətənin hökmləri

    Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...

Yeməli və içməlilərlə bağlı məsələlər

Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
  • Yeni təvaf yerinin hökmü

    Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
  • Yumurtadakı qan

    Sual: Yumurtanın sarısında və ya ağındakı qan, yumurtanı nəcis edərmi? Onu yemək caizdirmi? Bu məsələnin həll yolu vardırmı? Cavab: Yumurtanın içindəki qan təmizdir, amma onu yemək haramdır. Qan yumurtada yox olacaq qədər az olmasa, onu çıxardıqdan sonra, yumurtanı yemək olar.
  • Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək

    Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...

Ziyarət

Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
  • Zəhmət haqqı

    Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü  tökmək lazımdır və bir günlük ...
  • Zülm etmək

    Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
  • Zəkatin xərcləndiyi yerlər

    Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...

Qadınların ziyarətə getməsi

Sual: Biz Azərbaycanda yaşayan şiələrik: 1. Bizim ölkədə xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport almaq üçün hicabsız şəkil çəkdirmək məcburiyyətindədirlər. Əgər şəkil hicabsız olmasa vəsiqə və ya pasport onlara verilmir. Bu halda nə etməldilər? 2. Xanımlar Həcc, Məşhəd, Kərbəla və bu kimi başqa ziyarətlərə ...
  • Qızıl sаtmаq

    Suаl: Bir misqаl dəyərində zinət əşyаsı оlаn qızılı zərgərlik хərclərini аlmаq şərti ilə bir misqаl külçə hаlındа оlаn qızıl müqаbilində sаtmаq оlаrmı? Cаvаb: Bu, zərgərlik sаhəsində qəbul еdilmiş bir iş оlmаsınа bахmаyаrаq hаrаmdır və icаzəli dеyil. Suаl: Mən qızıl və ləl-cəvаhirаt sаtışı оfisində işləyirəm. Qızıl аlış-vеrişi ...
  • Qəza namazları

    Sual: Mənim qəza namazlarımın sayı çoxdur. Onların dəqiq sayını da bilmirəm. Nə qədər namaz qılmağım lazımdır? Onları qılarkən ardıcıllığı gözləmək lazımdırmı? Misal üçün əvvəlcə zöhr namazını sonra isə sübh namazını qılmaq olarmı? Cavab: Tövbə edin və Allahdan bağışlanmaq diləyin. Qılmadığınız ...
  • Qul haqqı

    Sual: Əgər qonşumun ağacının budaqları mənim həyətimin divarından aşarsa, onun meyvəsindən yeməyimin maneəsi varmı? Cavab: Ağac sahibinin icazəsini almalısınız. Sual: Boynunda haqqun-nas (qul haqqı), olan şəxs nə etməlidir? Cavab: Əgər haqq sahiblərini tanıyırsa, onlara aid olan mal və ya borcları ödəməlidir. Əgər ...

Xərclərin ödənilməsi

Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...
  • Xüms bölgüsündə imam (ə) payının sərf olunması

    Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
  • Xəstə şəxsin orucunun hökmləri

    Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
  • Xüms ili

    Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...

Qonşu haqqı

Hide Main content block