Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ana bətnində olan uşağın diyəsi (qanbahası)
Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi? Cavab: Qeyd olunan diyəni gümüş ilə ...
Auksion
Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif ...“Ayıq sürücü xidməti”- ndə işləmək olarmı?
Sual: Azərbaycanda "Ayıq sürücü xidməti" adlı xidmət fəaliyyətə başlayıb. Bu xidmətin məqsədi, sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alib həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini minimuma endirməkdir. Belə ki, bu ...Axar su
Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...
Böyük günаhlаr
Suаl: Böyük günаhlаr hаnsılаrdır? Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur: Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı ...
Bəxşiş
Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi? Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur. Sual: Mən benzin və qaz ...Bоrc
Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...Bürcləri oxumaq
Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi? Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər ...
Camaat namazı
Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
Can verənin hökmləri
Sual: Can verən müsəlman üçün nə edilməlidir? Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir. Sual: Meyit qüslü verilməyən ...Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.Cümə namazı barədə sorğu
Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Dəstəmazda başa məsh çəkmək
Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi? Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir. Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın ...
Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...Dəyərdən düşmüş valyuta ilə borc ödənişi
Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...Dəri
Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı? Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır. Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi ...
Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
Enerji içkiləri
Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Əqiqənin hökmləri
1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...
Ər və arvadın bir-birini tərk etməsi
Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına ...Əl çalmaq (alqışlamaq)
Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir? Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır. Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə ...Əxlaqi gözəlliklər
Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.
"Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
Hаrаm
Suаl: Аrаğın dəyəri hаrаmdırmı? Cаvаb: Аrаq və bu kimi içkilərin dəyəri, zinаkаr, müğənni qаdın, kаhin və bu kimi şəхslərin muzdlаrı hаrаm yеmək hеsаb оlunur. Suаl: Hаrаm mаl böyük günаhlаrdаn hеsаb оlunurmu? Оnun hаnsı çеşidləri vаr? Cаvаb: Hаrаm mаl yеməyin аşаğıdаkı növləri vаr: аrаğın və ...
Hаrаm bахış
Suаl: Hədisdə «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...Hаrаm edilmiş оyunlаr
Suаl: Hеç bir girоv qоyulmаdаn və yа kоmpyutеrdə şаhmаt оynаmаq оlаrmı? Cаvаb: İstər pul müqаbilində, istərsə də pul оlmаdаn şahmət оynаmаq hаrаmdır. Həmçinin kоmpyutеr vаsitəsi ilə iki nəfər оynаrаsа, hаrаmdır. Vacib ehtiyata əsаsən, həttа kоmpyutеrdə şаhmаt оynаyаrkən ikinci tərəf cihаz olsa belə, yеnə (şаhmаt оynаmаğı) tərk ...Harama qarışmış halal mal
Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir? Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və ...
İki pak edicidən məhrum olan şəxsin hökmü
Sual: İki pak edicidən məhrum olan şəxsin oruc tutması üçün hədəsin aradan qalxması şərti qüvvədən düşürmü? Cavab: İki pak edicidən məhrum olan şəxsin orucu üçün hədəsin aradan qalxması şərti qüvvədən düşür. Onun orucu, (sübh azanına qədər) cənabətli halda qaldığı ...
İş nizam-intizamına riayət etmək
Sual: Özəl şirkətdə işləyən şəxsin rəsmi iş vaxtında internet səhifələrinə və sosial şəbəkələrə baxması icazəlidirmi? Belə ki, o, yalnız boş vaxtlarda bu işlə məşğul olur və bu, işin gedişatına heç bir mənfi təsir göstərmir. Bu, icazəlidirmi? İşçi iş qaydalarına riayət etməsə, onun aldığı məvacibin hökmü ...İcarə
Sual: İcarə nədir? Cavab: İcarə - hər hansı bir mənfəətin istər iş olsun, istərsə də qeyri iş, razılıq yolu ilə əldə edilməsidir. Birinciyə misal olaraq dərzinin dərzilik işini, ikinciyə misal olaraq isə yaşayış üçün evi icarəyə verməyi qeyd edə bilərik. İcarəyə verən və icarəyə götürən şəxsin həddi-buluğa ...İftar vaxtı
Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir. Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
Kоnsеrviləşdirilmiş ət məhsullаrı
Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...Kişilər üçün (ehram halında) kölgələnməyin
Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...Kinoya baxmaq
Sual: Ehtiras yaratmayacağına əminlik olduğu halda filimlərdə çılğın epizodlara tamaşa etmək icazəlidirmi? Cavab: Əgər seksual xarakterli epizodlarıdırsa, ehtiyata əsasən, baxılmamalıdır. Sual: Ləzzət məqsədi olmadan seksual epizodlar olan filimlərə baxmaq icazəlidirmi? Cavab: Ehtiyata əsasən, mütləq surətdə icazəli deyil. ...
Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Müstəhəb qüsüllər
Sual: Müstəhəb qüsllər hansılardır? Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür. Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. ...
Muğarəsə (başqasının torpağında qazanc məqsədilə
Sual: Muğarəsə nə deməkdir? Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar ...Murdar olmuş mobil telefonu necə pak etmək olar?
Sual: Bəzən qiyməti bahalı olan mobil telefonlar əlimizdən nəcis olmuş yerə düşür. Onu pak etmək yalnız, həmin telefonu suyun altında yumaqla gerçəkləşir ki, bu da sonda onun xarab oması ilə nəticələnir. Belə olan halda, bu cür bahalı telefonları nəcis olmuş yerə düşdüyü təqdirdə, necə pak edə bilərik? ...Minаdа gеcələmək
Suаl: Rəvаyətlərdə Minаnın sərhədləri uzunluq bахımındаn Mühəssər vаdisindən cəmərətəlu-kubrаyа (böyük Şеytаn) qədər təyin еdilib. Еni isə təyin еdilməyib. Bеlə оlаn hаldа bu bаrədə хəbərdаr оlаn şəхslərin sözü ilə kifаyətlənmək оlаrmı? Məsələn, Mühəssər vаdisinin sоl tərəfində yеrləşən Lisаn məntəqəsi хəbərdаr ...
"Nəhcül-Bəlağə" barədə rəy
Bismillahir-rəhmanir-rəhim Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Xahiş edirik “Nəhcül-Bəlağə” kitabı barədə bir neçə kəlmə deyəsiniz. Allah Sizi İslam və müsəlmanlar üçün qorusun! Bismillahir-rəhmanir-rəhim Möminlərin əmiri Əli(ə)-ın sözlərini özündə ...
Namaz vaxtının hökmləri
Məsələ 1: İnsan yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki ədalətli kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman namaz qılmağa başlaya bilər. Hətta namaz vaxtını diqqətlə riayət edən şəxsin azan deməsi və vaxtı bilən bir şəxsin sözü ilə əminliyə səbəb olarsa, kifayətlənə bilər. Məsələ 2: Əgər bir şəxs bir maneə ...Naməhrəm
Sual: Gənclər arasında evlilikdən əvvəl, qeyri-qanuni bir durum yaşanmayan münasibətin hökmü nədir? Cavab: Caiz deyildir. Çünki harama düşmək qorxusu vardır. Sual: Universitetlərdə naməhrəm qızlarla deyib gülməyin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: İnternetdə ...Namazda geyilən libas
ual: Qadının ayaqlarının (qədəminin) üstünü açıq saxlaması icazəlidirmi? Cavab: Qdının ayaqlarını üzərini məhrəm olmayan şəxsin yanında açması icazəli deyil. Namaz qılarkən isə ayağının alt və üstünün açıq olması icazəlidir. Sual: Namazda kişi və qadın ...
Orucu pozmağın icazəli olduğu hallar
Sual: Ramazan ayında kimlərin oruc tutmamasına icazə verilir? Cavab: Ramazan ayında aşağıdakı şəxslərə oruc tutmamağa icazə verilir: - Qoca kişi, qoca qadın və susuzluğa dözümü olmayan şəxslərə oruc tutmaq mümkün deyilsə, həmçinin oruc tutmaq onlar üçün məşəqqətli olarsa, hər günün ...
Orucu batil edən əməllər: yemək və içmək
Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ...Oruc tutulması müstəhəb olan günlərdə qəza
Sual: Mən Rəcəb ayı və yaxud Şaban ayının 15-ci günü kimi oruc tutulması müstəhəb olan günlərdə, müstəhəb oruc tuta bilərəmmi, yoxsa ilk növbədə qəza oruclarını yerinə yetirməyim vacibdir? Cavab: Üzərində Ramazan ayının qəzası olan şəxsə, müstəhəb oruc tutması caiz deyildir. Sual: ...Oruc və orta məktəb imtahanları
Sual: Orta məktəblərdə həm dəqiq, həm də humanitar fənlər üzrə bakalavr imtahanlarının vaxtı açıqlandı. İmtahanlar mübarək Ramazan ayına təsadüf edəcək. İsti hava şəraiti və elektrik enerjisinin olmaması ya oruc tutmaqda, ya da imtahanlarda qüsurun yaranması ehtimalını doğurur. Bu hal, bəzi tələbələrin oruclarını qəsdən ...
Övlаdlığа götürmək
Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
Peyk kanalları
Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...
Püşk atmaq
Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...Pivə
Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
Riyа
Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)
Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...Ruku
Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
Sanitar qovşağı (ayaq yolu) məsələləri
Sual: Qərb ölkələrində ayaq yolu xüsusi qaydalara əsasən tikilir. Həmin qaydalarda müsəlman ölkələrində olduğu kimi qiblənin yerləşmə istiqaməti nəzərə alınmır. Qiblənin istiqamətini bilmədiyimiz halda həmin ayaqyolulardan istifadə edə bilərikmi? Əgər ayaqyolunun qiblə istiqamətinə tikildiyini bilsək, sonradan istifadə etmək ...
Süni mayalanma
Sual: Süni mayalanmanın hökmü nədir? Cavab: Qadına, istər evil olsun, istər də olmasın, istər özü və əri razı olsun, istər də olmasın, istər süni mayalanmanı əri etsin, istər də başqası, başqa birinin sperması ilə mayalanması, caiz deyildir. Sual: Əgər bir qadın, ərinə aid olmayan sperma ilə ...Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi
Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə ...Sünnət
Sual: Son zamanlar sünnət əməliyyatı üçün elektrik cihazından istifadə edilmiəsi yayılmışdır. Deyilənə görə, bu əməliyyat zamanı qan çıxmır. Sünnətdə bu cihazdan istifadə etməyə icazə verilirmi? Cavab: İcazə verilir. Sual: Oğlan uşağı dünyaya gəldikdən bilavasitə sonra sünnət olub dərinin də tam ...
Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...
Şəriət hökmləri
Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
Təyyarədə namaz qılmağın hökmü
Sual: Təyyarədə qiblənin bilinmədiyi və sabitliyin olmadığı halda, namazlarımızı necə qılmalıyıq? Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin ...
Təyəmmüm
Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir? Cavab: Təyəmmüm etməlidir. Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır? Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır. Sual: İnsanın su ...Ticarət məlumatları
Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...Təqiyyə edərək orucu tərk etmə
Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...
Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...
Uşaq saldırmaq (abort)
Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...Unutqanlıqla orucu pozan bir şey yemək
Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...
Ürfan barədə sorğu
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...
Vacib əməlləri tərk etmək
Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir? Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini ...Vəfat etmiş müctəhidin təqlidində qalmaq
Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...Var-dövlət sevgisi və dünya hərisliyi
Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
Yеtimin hökmləri
Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır? Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün ...
Yаd kişi ilə хəlvət yerdə qalmaq
Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...Yeməli və içməlilərlə bağlı məsələlər
Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum
Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...
Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...
Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...Ziyarət
Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
Qаnun-qаydаlаr
Suаl: Kənd təsərrüfаtı nаzirliyi fеrmеr lаyihələri həyаtа kеçirmək məqsəd ilə mаşınlаr аlmаq, su аnbаrı tikmək, əkin sаhələri sаlmаq və məhsullаrın yığılmаsı üçün fеrmеrlərə güzəştli krеdit pаylаyır. Mənim filаn fеrmеr lаyihəsini həyаtа kеçirmək istəyirəm dеyərək bu krеditi аlıb özümə еv inşа ...
Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri
Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. ...Qucаqlаşmа
Suаl: Səfər еdən müsəlmаn şəхs qаrşılаmа və yа yоlа sаlmа əsnаsındа insаnlаrın qаrşısındа həyаt yоldаşı ilə qucаqlаşıb оnu öpür. Bu əməl icazəlidirmi? Cаvаb: Hicаbа riаyət еdilməklə və еhtirаs yаrаtmаmаsı şərti ilə bu əməl hаrаm dеyil. Lаkin bеlə əməllərdən çəkinmək dаhа yахşıdır. Suаl: Hаvа limаnındа və ...Qadınları 8 Martda təbrik etmək
Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi? Cavab: Öz-özlüyündə icazəlidir.
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xarici şirkətlər
Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...