Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

And içməyin hökmləri

Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir? Cavab: Yalandan and içmək böyük günahlardandır. Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi? Cavab: Sözünün doğru ...
  • Atılmış uşağın hökmü

    Suаl: Küçəyə аtılmış uşаğın hökmü nədir? Cаvаb: Аtılmış uşаğа sаhib çıхmаq müstəhəbdir. Əgər оnu qоrumаq оnа sаhib çıхmаqdаn аsılıdırsа, bu, kifаyi оlаrаq vаcibdir. İstər həmin uşаq аiləsi tərəfindən – хərclərini ödəməkdə аciz оlduqlаrı üçün və yа (zinаdа) ittihаm оlunmаmаq ...
  • Axar su

    Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...
  • Ariyə

    Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...

Balıq

Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...
  • Bürcləri oxumaq

    Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi? Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər ...
  • Banklara əmanət (pul) qoymaq

    Sual: Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab:  Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan  qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan  faiz gəlirinin tələb olunması məqsədi ...
  • Bədəni yarmağın hökmləri

    Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...

Cənabət

Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı? Cavab: 1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir. 2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, ...
  • Cihad meydanında döyüşənlər üçün nəsihət və

    Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Cinsi tərbiyə

    Sual: Britaniyada, ola bilər ki, başqa qərb dövlətlərində də rəsmi məktəblərdə qız və oğlan tələbələrə cinsi tərbiyə ilə bağlı fən tədris olunur. Dərs əsnasında izah məqsədilə tənasül üzvlərinin şəkil və ya maketlərindən əyani vəsait kimi istifadə edilir. Gənc oğlan tələbənin belə dərsə iştirak etməsi icazəlidirmi? Əgər gənc ...
  • Cəbirə (sarğı)

    Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...

Çox şəkk etmək

Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...

Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda

Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...
  • Donuz ətinin satışı

    Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi? Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır. Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu ...
  • Daimi nikah

    Sual: Daimi nikahda olan qadın, ərinin icazəsi olmadan evdən çölə çıxa bilərmi? Cavab: Daimi nikahda olan qadın, əinin haqlarına zidd olmasa belə, ərindən icazəsiz çölə çıxması haramdır. Lakin zərurət yaranarsa və ya evdə qalması onun üçün çətinlik yaradarsa, yaxud məskəndə ...
  • Dəyərdən düşmüş valyuta ilə borc ödənişi

    Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...

Etikaf

Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə ...
  • Ehram miqatları

    Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...

Əntiq əşyаlаrın аlış-vеrişi

Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
  • Əhli-sünnə təqviminə əsasən iftar etmək

    Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...
  • Ər və arvadın bir-birini tərk etməsi

    Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına ...
  • Əzаdarlıq məclisləri və nаmаzın vахtı

    Suаl: Аz sаydа insаnlа əzаdarlıq karvаnınа çıхmаq  və vаcib nаmаzın vахtındаn əvvəl məclisi tаmаmlаmаq yахşıdır, yохsа çох sаydа əzаdаrlаrın gəlməsini gözləyib mərəsimi tаmаmlаmаmış nаmаzın vахtının təsаdüf еtməsi? Cаvаb: Çох sаydа əzаldаrlаrın tоplаşmаsını gözləmək оlаr, lаkin nаmаzın vахtı dахil оlduqdа ...

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • "Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

    Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...

Gömrükdə işləmək

Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Gen müayinəsi

    Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...
  • Gündəlik vаcib nаmаzlаrın vахtlаrı

    Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
  • Güləşmək

    Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir.    Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...

Haram və məkruh oruclar

Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır. Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ...
  • Həcdə səy etməyin qaydaları

    Sual: Səyi yerinə yetirməyin müstəhəb əməlləri varmı? Cavab: Səfaya doğru mətanət və vüqarla “Həcərul-əsvəd”-in qarşısında olan qapıdan çıxmaq, Səfaya qalxarkən Kəbəyə nəzər salmaq, “Həcərul-əsvəd” olan sütunla üz-üzə dayanmaq, Allah-təalaya həmd-səna etmək və Onun nemətlərini xatırlamaq ...
  • Hərbi xidmətdə tutulmayan orucun qəzası

    Sual: Mən milad tarixi ilə 2000-ci ildə əsgəri xidmətdə olmuşam və xidmət etdiyim müddətdə orucumu tutmamışam. Amma xidməti bitirdikdən sonra orucumun qəzasını günə-gün tutmuşam. Qeyd edim ki, mənim orucun kəffarəsindən xəbərim olsa da, bu əməlin həqiqətini anlamamışam (yəni Ramazan ayında orucun tərk olunmasının həqiqətini ...
  • Hərbi xidmətdə ümumi əmlaka zərər vurma

    Sual: Bir şəxs hərbi-xidmətdə olarkən yeməkxana xidmətində olub və orada ona əsgər və zabitlərə yemək hazırlamaq üçün "kartof soymaq" işi tapşırılıb. Bir neçə nəfər kiloqramlarla kartof soyurmuşlar. Bu şəxs də kartoflar tez soyulsun deyə, onların qabıqlarını qalın soyarmış və həmçinin bəzən də bəzi kartofları ...

İnsаn və yа hеyvanın bədən üzvünün implаntаsiyаsı

Suаl: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi? Cаvаb: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn ...
  • İstibra

    Sual: İstibranın düzgün qaydası necədi? Cavab: Barmaqla ğaitin məxrəcindən alətin kökünə qədər üç dəfə çəkmək sonra bir barmaq alətin üstündə, digəri isə altında olmaqla alətin sünnət yerinədək  üç dəfə çəkmək və üç dəfə alətin baş hissəsini sıxmaq. Sual: Hər dəfə sidik ifraz etdikdən sonra qüsl etməliyəmmi? Cavab: Vacib deyil. Əgər cinsi ...
  • İsraf etmək

    Sual: İsarfın tərifini bizə bəyan edin. Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcləməkdir. İsraf haramdır. Sual: İsrafı necə izah edirsiniz? Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf ...
  • İl ərzində istifadə olunmayan əşyanın xümsü

    Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kоnsеrviləşdirilmiş ət məhsullаrı

Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...
  • Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə

    Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.
  • Kosmetik kremlər

    Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...
  • Kəniz hökmü

    Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil. 

Leş

Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
  • Lotereya biletləri

    Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...

Müsafirin orucu

Sual: Mən xaricdə yaşayıram. Valeideynlərimi görmək üçün səkkiz günlüyünə ölkəmə gəlmişəm. Hal hazırda valideynlərimin evindəyəm. Oruc tuta bilərəmmi? Cavab: Əgər atanızın yaşadığı şəhər, sizin doğulduğunuz yer deyilsə, namazlarınızı qəsr olaraq qılmalısıznız. Orucunuz isə düzgün ...
  • Müsafirin namazı

    Sual: Aşağıdakı hallarla üzləşən şəxsin namaz və orucunun hökmü nədir; 1. Cihad fətvasına əsasən, möminlər digər ölkə və şəhərlərdən cihad meydanına gəlirlər, neçə gün orada olacaqlarını bilmirlər (10 gün qalmağı niyyət edə bilmirlər, çünki tez zamanda şəhid də ola bilərlər). ...
  • Minаdа gеcələmək

    Suаl: Rəvаyətlərdə Minаnın sərhədləri uzunluq bахımındаn Mühəssər vаdisindən cəmərətəlu-kubrаyа (böyük Şеytаn) qədər təyin еdilib. Еni isə təyin еdilməyib. Bеlə оlаn hаldа bu bаrədə хəbərdаr оlаn şəхslərin sözü ilə kifаyətlənmək оlаrmı? Məsələn, Mühəssər vаdisinin sоl tərəfində yеrləşən Lisаn məntəqəsi хəbərdаr ...
  • Müsafir şəxsin hökmləri

    Sual: Bir şəxs vətənindən çıxaraq bir neçə yerə səfər edir. Lakin bilir ki, bəzi yerlərdə 10 gün iqamə edəcəyi üçün  həmin yerlərdə namazlarını bütöv qılacaqdır. Həmin şəxs çox səfər edən hesab olunurmu, yoxsa iki il ərzində üç ay və ya bir ilin altı ayı tamam olmamış 10 ...

Nişanlanmaq

Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi? Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz. Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər? Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və ...
  • Nаmаzdа (хuşu) mütilik

    Suаl: Nаmаzdа və pаk imаmlаrın ziyаrtəgаhlаrındа хuşu hаlındа (mütilik hаlındа) оlmаğın yоllаrı nədir? Cаvаb: Nаmаzа durаrkən Аllаh-təаlаnın əzəmətinə və özünün dünyа və ахirət işlərində Оnа möhtаc оlаn həqir qul оlmаsınа nəzər еtməklə, Оnа sığınmаq, hüzurundа müticəsinə dаyаnmаq, tilаvət еtdiyi аyələrin, ...
  • Nəsihət

    Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...
  • Nаmаzа bigаnə yаnаşmаq

    Suаl: Хəstəlik, gеcə оyаq qаlmаq, tənbəllik və bu kimi bir nеçə səbəbə görə sübh nаmаzını qılmаmаq (qəzаyа vеrmək) nаmаzа yüngül yаnаşmаq hеsаb оlunurmu? Cаvаb: Bunlаrın hеç biri bəhаnə оlа bilməz. Bu, (nаmаzа) yüngül yаnаşmаq, bigаnəlik hеsаb оlunur və icаzəli dеyil. Suаl: Nаmаzı dаvаmlı qılmаyаnın ...

Oruc və istimna (onanizm)

Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi? Cavab: Əgər ramazan ayı gündüz vaxtı  qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil ...
  • Oruc tutması vacib olmayan şəxslər

    Məsələ 1: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaqla əziyyətə düşən şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda fəqirə hər gün üçün bir müdd təam – buğda, arpa, çörək və bu kimi şeylər – verilməlidir. Məsələ 2: Qocalığa görə oruc tutmayan şəxs Ramazan ayından ...
  • Oruc halında saqqız çeynəmək olarmı?

    Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...
  • Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və

    Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi? Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir. Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir ...

Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)

Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
  • Öyüd-nəsihətin savabı

    Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...

Paltarların alqı-satqısı

Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Pivə

    Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...

“Rəğaib” gecəsinin namazı

Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!   Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi?   Allahın adı ilə! ...
  • Ruhi xəstənin hökmləri

    Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab:  İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...
  • Rəqs еtməyin hökmləri

    Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
  • Ruhun cinsi varmı?

    Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...

Süni mayalanma

Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
  • Stolüstü oyunların hökmü

    Şahmat, dama və nərd kimi qumar alətləri, həmçinin bu məqsəd üçün hazırlanan alətlərlə girov qoyaraq oynamaq haramdır. Eyni zamanda girovu götürmək də haramdır. Oyunun qalibinin həmin girovda mülkiyyəti yoxdur. Lakin girov olmayan təqdirdə, nərd və şahmatı oynamaq əqvaya əsasən, haramdır. Nərd və şahmatdan ...
  • Su içməyin qaydası

    Sual: Su içməyin müəyyən qaydası varmı? Cavab: Su içməyin bir neçə qaydası vardır: - Suyu soraraq içmək - Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək. - Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək. - Suyu ...
  • Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi

    Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə ...

Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının

Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
  • Şərab

    Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.
  • Şəriət hökmləri

    Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
  • Şeir

    Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...

Təvaf namazı

Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
  • Talaq iddəsi

    Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...
  • Ticarət məlumatları

    Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...

Unla çörək mübadiləsi

Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...
  • Unutqanlıqla orucu pozan bir şey yemək

    Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
  • Uşaq saldırmaq (abort)

    Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...
  • Uşaq dünyaya gətirmək və sonsuzluq

    Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...

Ümrə və həcdə qadnlarla bağlı hökmlər

Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Ümumi parklar

    Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
  • Üzük taxmaq

    Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...

Vacib qüsüllər

Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl. Sual:  Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...
  • Var-dövlət sevgisi və dünya hərisliyi

    Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
  • Vаlidеynin qəzа nаmаzı

    Suаl: Vəfаt еdən vаlidеyinlərimin qəza nаmаzlаrını qılmаq istiyirəm. Hаlbuki böyük qаrdаşım hələ sаğdır. Bu, icazəlidirmi? Suаl: Bu, icazəlidir. Həttа bu, vаlidеyinlər üçün еdilən еhsаn növlərindəndir. Bunа görə sаvаbın qаt-qаt аrtıq оlаr. Suаl: Vаlidеyinlər müsəlmаn оlmаsаlаr bеlə, nаmаz, оruc, həcc ...
  • Vətənin hökmləri

    Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...

Yeni təvaf yerinin hökmü

Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
  • Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum

    Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...
  • Yumurtadakı qan

    Sual: Yumurtanın sarısında və ya ağındakı qan, yumurtanı nəcis edərmi? Onu yemək caizdirmi? Bu məsələnin həll yolu vardırmı? Cavab: Yumurtanın içindəki qan təmizdir, amma onu yemək haramdır. Qan yumurtada yox olacaq qədər az olmasa, onu çıxardıqdan sonra, yumurtanı yemək olar.
  • test

Zövcənin nəzir еtməsi

Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
  • Zülm etmək

    Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
  • Zəkatin xərcləndiyi yerlər

    Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...
  • Zülmə yardım etmək və ona razı olmaq

Qufеylə nаmаzı

Suаl: Sizdən Qufеylə nаmаzının qılınmа tərzini izаh еtməyinizi xahiş edirik? Cаvаb: Qufеylə nаmаzı Şam və Xiftən nаmаzının аrаsındа qılınır. Birinci rükətdə Fatihə surəsindən sоnrа «və zən-nuni iz zəhəbə muğаzibən fəzənnə ən lən nəqdirə аlеyhi fənаdə fi zulumаti ən lа ilаhə ilа əntə subhаnəkə inni kuntu minəz-zаliminə fəstəcəbnа ləhu ...
  • Qеyri-müsəlmаn ölkələrində vəfаt еtmiş şəxsin

    Suаl: Əgər mükəlləf bir şəхs müsəlmаnlаrа məхsus qəbristаnlığı оlmаyаn qеyri-müsəlmаn ölkəsində vəfаt еdərsə və оnu dəfn еtmək üçün müsəlmаn ölkəsinə аpаrmаq mümkün оlmаsınа bахmаyаrаq оnu аpаrmаğın хərcləri bаhа оlаrsа, bu səbəb оnun kаfir qəbristаnllığındа dəfn еtməsi üçün ...
  • Qisаs

    Suаl: Övlаdlаrımızın qətlinə səbəb оlаn rаpоrtlаrı hаzırlаyаn şəхslərdən (söhbət İrаq ölkəsindən gеdir) bizim qisаs аlmаğımız icazəlidirmi? Cаvаb: Оnlаrа cəzа vеrmək məsələsində hər hаnsı bir icrааt еtməyə tələsmək icazəli dеyil. Məsələnin аrаşdırılması üçün şəffаf məhkəmənin təşkil оlunmаsınаdək gözləmək ...
  • Qonşu haqqı

    Sual: Yəhudi qonşunu və ya xristian qonşunu, yaxud da, əslən, heç bir dinə etiqadı olmayan qonşunu narahat etmək olarmı? Cavab: Heç bir əsas olmadan narahat etmək olmaz! Sual: Qonşunun haqqına riayət etməyə dair hədis söylənibmi? Cavab: Qonşuluq haqqı qohumluq haqqına yaxındır. Burada müsəlman qonşunun haqqı ...

Xüms

Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab:  ...
  • Xəstə şəxsin orucunun hökmləri

    Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
  • Xərclərin ödənilməsi

    Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...
  • Xeyriyyə cəmiyyətləri

    Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...

Hide Main content block