Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ağlamaq
Sual: Şəhid üçün ağlamaq ona əzab verir, yoxsa onu sevindirir? Anam həşduş-şəbi (xalq ordusu) sıralarında vuruşarkən şəhid olmuş qardaşım üçün çox şiddətlə ağlayır. Xahiş edirəm müfəssəl cavab verin ki, anama izah edə bilim. Allah sizə ən xeyirli mükafat bəx etsin! Cavab: Meyit ...
Ayın sabit olması
Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...Ağacların kəsilməsi
Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...Ana bətnində olan uşağın diyəsi (qanbahası)
Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi? Cavab: Qeyd olunan diyəni gümüş ilə ...
Bayramlar və əlamətdar günlər
Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi? Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil. Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi? Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil. Sual: ...
Böyük günаhlаr
Suаl: Böyük günаhlаr hаnsılаrdır? Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur: Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı ...Bazar qiyməti
Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını ...Bankda işləmək
Bank əməliyyatı iki qisimdir: 1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...
Camaat namazı
Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
“Cəfər – Təyyar” namazı
Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...Cənabət
Sual: Cənabətli şəxsə haram olan əməllər hansılardı? Cavab: 1. Qurani-kərimin xəttinə, ləfzul-cəlalə (Allah kəlməsinə) və vacib ehtiyata əsasən, Allah-təalanın Ona məxsus digər ad və sifətlərinə toxunmaq. Vacib ehtiyata əsasən, bu hökm məsumlarının adlarına toxunmağa da şamildir. 2. Məscidul-harama və ya Məscidun-nəbiyə daxil olmaq, ...Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
Çek alış-verişi
Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
Dərman satışı
Sual: Əczaçı dərmanı onun üçün dəyərləndirdiklərindən baha qiymətə sata bilərmi? Cavab: Xeyr, sata biləz. Sual: Dərmanı küçəyə döşəyib satan satıcılardan almaq olarmı? Cavab: Onların işi riayət olunması gərəkən nizam-intizama müxalif olub qadağan olsa da, almaq olar. Sual: Səhiyyə ...
Dəstəmаz аlаrkən niyyət еtməyin hökmləri
Suаl: Cənаb sеyid Хоyinin (Аllаh оnа rəhmət еləsin!) rəyinə görə vаcib nаmаzın vахtındаn əvvəl dəstəmаz аlmаq düzgün dеyil. Оnun bəzi müqəllidləri bu fətvаnı bilmədən vаcib nаmаzın vахtındаn əvvəl pаklıq və yа bаşqа niyyət еtmədən (nаmаzа hаzırlıq niyyəti ilə) dəstəmаz аlmışlаr. Bu fətvаyа əsаsən оnlаrın əvvəlki nаmаzlаrının ...Dəztəmazın əməllərini insanın özünün yerinə
Sual: Mükəlləf şəxsin dəstəmazı özünün yerinə yetirilməsindən məqsəd nədir? Cavab: Yəni, mükəlləf şəxs imkan daxilində dəstəmazın əməllərini özü birbaşa yerinə yetirməlidir. Başqasının yardımına ehtiyacı olduqda isə başqasından yardım istəyə bilər. Belə ki, birbaşa yerinə yetirə bilmədiyi əməllərdə - ...Dəyərdən düşmüş valyuta ilə borc ödənişi
Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...
Elektron oyunlar
Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi) təqdirdə ...
Enerji içkiləri
Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...Etikaf
Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur. Məscidin yeni artırmalar olan hissəsində isə ...
Ər və arvadın bir-birini tərk etməsi
Sual: Müsəlman qadın bir müddətdir ki, ərini tərk etmiş və yaxın gələcəkdə də əri ilə bir yerdə olacağını güman etmir. Qərbdə (qərb ölkələrində) tək başına yaşamağın çətinliyinə, o cümlədən oğurluq və ya təcavüz məqsədi ilə evinə basqın olacağı təqdirdə həyatı üçün təhlükə yaranacağına ...
Ər-arvad münasibəti
Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...Əhli-sünnə təqviminə əsasən iftar etmək
Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...Əmаnətin qаytаrılmаsı
Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur.Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fitrə zəkatı
Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
Gen müayinəsi
Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar. Həmin xanım yaxınlıq ...Günaha israr etmək
Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...Gündəlik vаcib nаmаzlаrın vахtlаrı
Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...
Hökümətin elanına əsasən Fitr bayramını qeyd etmək
Sual: Bir şəxs dövlətin Fitr bayramı gününü elan etməsinə əsasən, oruc tutmamışdır. Sonradan həmin günün Ramazan ayının sonuncu günü olduğu sübuta yetmişdir. Həmin şəxs nə etməlidir? Cavab: Əgər (bayram olmasına) inanaraq oruc tutmayıbsa, kəffarə olmadan yalnız, həmin günün qəzasını tutması ...
Hamilə qadının orucu
Sual: Doğum səbəbilə oruc tutmayan qadın, nə qədər kəffarə verməlidir? Cavab: Yalnız qəza etməlidir. Sual: ...Hamiləlik və hamiləliyin qarşısını almağın
Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir. Cavab: İcazəlidir. Sual: Qadının uşaq dünyaya ...Hаrаm
Suаl: Аrаğın dəyəri hаrаmdırmı? Cаvаb: Аrаq və bu kimi içkilərin dəyəri, zinаkаr, müğənni qаdın, kаhin və bu kimi şəхslərin muzdlаrı hаrаm yеmək hеsаb оlunur. Suаl: Hаrаm mаl böyük günаhlаrdаn hеsаb оlunurmu? Оnun hаnsı çеşidləri vаr? Cаvаb: Hаrаm mаl yеməyin аşаğıdаkı növləri vаr: аrаğın və ...
İnsanların arasını islah və ixtilaflarını həll
Sual: Xarici ölkələrdə insanların arasını islah edən müsəlmanın əcr və savabı varmı? Cavab: İnsanların arasını islah və ixtilaflarını həll etməyin, onları bir-birinə sevdirmək üçün təşəbbüs göstərməyin və aralarında olan ziddiyyətli boşluqları doldurmağın çox böyük və əzəmətli savabı vardır. ...
İnternet
Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir? Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır. Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir? Cavab: Orucu ...İşçilərin ezam edilməsi
Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul ...İstitaət (həccə getmək üçün imkanlı olmaq)
Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kəniz hökmü
Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil.
Tibbi personalın “Korona virusa” yoluxmuş
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...Kitab əhli
Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...
Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lotereya biletləri
Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Müəllim şagirdi vura bilərmi?
Sual: Müəllim şagirdi vura bilərmi? Cavab: Məktəbdə şagirdi qəyyumunun, yaxud qəyyumu tərəfindən məsul təyin edilmiş şəxsin icazəsi olmadan vurmaq, mütləq şəkildə icazəli deyil. Sual: Şagirdi – müəllim kimi – qəyyumundan qeyrisinin vurması icazəlidirmi? Cavab: Uşağın qəyyumundan, yaxud qəyyumu tərəfindən təyin ...
Müəlliflik və çap hüququ
Sual: Üzərində müəlliflik hüququ qorunur yazılan video və audio kasetlərin şəxsi istifadə üçün tamamilə və ya bir hissəsinin üzünü köçürmək icazəlidirmi? Cavab: Əgər qanun bunu qadağa edirsə, möhtərəm Seyid bu işə icazə vermir. Sual: Üzərində “müəlliflik ...Muğarəsə (başqasının torpağında qazanc məqsədilə
Sual: Muğarəsə nə deməkdir? Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar ...Müvəqqəti nikah
Sual: Müvəqqəti nikah necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar? Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqd oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin: زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ «Zəvvəctukə nəfsi ...
"Nəhcül-Bəlağə" barədə rəy
Bismillahir-rəhmanir-rəhim Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Xahiş edirik “Nəhcül-Bəlağə” kitabı barədə bir neçə kəlmə deyəsiniz. Allah Sizi İslam və müsəlmanlar üçün qorusun! Bismillahir-rəhmanir-rəhim Möminlərin əmiri Əli(ə)-ın sözlərini özündə ...
Nаmаzа bigаnə yаnаşmаq
Suаl: Хəstəlik, gеcə оyаq qаlmаq, tənbəllik və bu kimi bir nеçə səbəbə görə sübh nаmаzını qılmаmаq (qəzаyа vеrmək) nаmаzа yüngül yаnаşmаq hеsаb оlunurmu? Cаvаb: Bunlаrın hеç biri bəhаnə оlа bilməz. Bu, (nаmаzа) yüngül yаnаşmаq, bigаnəlik hеsаb оlunur və icаzəli dеyil. Suаl: Nаmаzı dаvаmlı qılmаyаnın ...Namazda təkfir (qolları bağlamaq)
Sual: Namazda mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq namazı batil edirmi? Cavab: Bəzi İslam məzhəblərində olduğu kimi mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq təkfir adlanır. Vacib ehtiyata əsasən, bu əməl – istər namazın bir hissəsi məqsədi ilə yerinə yetirilsin, ...Namazı tərk edən şəxsin hökmü
Sual: Sübh namazını ardıcıl, amma bilməyərəkdən və qeyri-ixtiyari olaraq tərk etməyin hökmü nədir? Cavab: Əgər bu, namaza qarşı əhəmiyyətsizlik hesab olunarsa, icazəli deyil. Sual: Namazı tərk edən şəxsin yenidən namaza başlaması icazəlidirmi? Belə olan halda keçmişdəki (keşmişdə qılmadığı) namazların hökmü ...
Orucu pozmağın icazəli olduğu hallar
Sual: Ramazan ayında kimlərin oruc tutmamasına icazə verilir? Cavab: Ramazan ayında aşağıdakı şəxslərə oruc tutmamağa icazə verilir: - Qoca kişi, qoca qadın və susuzluğa dözümü olmayan şəxslərə oruc tutmaq mümkün deyilsə, həmçinin oruc tutmaq onlar üçün məşəqqətli olarsa, hər günün ...
Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və
Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi? Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir. Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir ...Oruc və bəlğəm udmaq
Sual: Ağız boşluğumdan çoxlu ağız suyu və bəlğəm ifraz olunur. Bəlğəmi və ya ağız suyunu tüpürmək istədikdə məqsədli olmadan dilim ağızdan kənara çıxıb qayıdır. Bu halda tüpürdükdən sonra ağız suyunu udmağımın zərəri varmı? Cavab: Zərəri yoxdur. Bəlğəmi və ya ağız suyunu tüpürmək vacib deyil. ...Orucun kəffarəsi
Sual: Ramazan ayında pozduğum üç gün orucun qəza və kəffarəsini necə yerinə yetirim? Beləki mənim iki ay ardıcıl oruc tutmağa fiziki gücüm çatmır? Cavab: Əgər orucun pozulması oruc tutmağın sənə vacib olmasını və yerinə yetirdiyin əməlin orucu pozan əməllərdən olduğunu bildiyin və məqsədli surətdə orucu pozduğun ...
Övlad
Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
Ruhun cinsi varmı?
Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...Rəqs еtməyin hökmləri
Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
Sosial-müdafiə fondu tərəfindən edilən yardım
Bismillahir-rəhmanir-rəhim Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Salam və ehtiramdan sonra... Sizdən xahiş edirik ki, aşağıda (bəndlərlə) bəyan edilən məktubumuzu oxuyub bəzi istifadəçilərə, qeyd olunmuş hallara əsasən, sosial-müdafiə fondu tərəfindən yardım edilməsinin şəriət baxımından hökmünü bildirməsi ...
Səhv səcdəsi
Sual: Səhvən “Təsbihati-ərbəə”-ni oxumamaq, namazı batil edərmi? Cavab: Müstəhəb ehtiyata əsasən, namazdan sonra səhv səcdəsi edilməlidir. Sual: Namaz əsnasında səhv oxunan bir şeyin ikinci dəfə düzgün oxunması üçün səhv səcdəsi etmək lazımdırmı? Cavab: Lazım deyil. ...Səyаhət еtməyin hökmləri
Suаl: Аilə ilə birlikdə səyаhət еtmək və əylənmək üçün qərb ölkələrinə səfər еtmək icazəlidirmi? Cаvаb: Özünün və tаbеçiliyində оlаnlаrın dininin qоrunmаsınа əmin оlаn şəхs üçün icazəlidir. Suаl: Günəşli günlərdə dəniz kənаrındа və ümumi pаrklаrdа gəzintiyə ...Səfərdə namaz və orucun hökmü
Sual: Səfərdə namaz və orucun hökmü necədir? Çox səfərə çıxanların (kəsirus-səfər) namaz və orucu necədir? Cavab: Əgər hər ay ən azı 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox belə davam etmək istəyirsinizsə, “kəsirus-səfər” (çox səfər edən) sayılırsınız. ...
Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)
Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
Təvaf namazı
Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
Təqiyyə
Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...Təvəssül
Sual: Əhli-beytin (ə) haqqını tanıyıb onları sevən bir şəxsin təvəssül etmədən Allaha dua edərək yalvarması icazəlidirmi? Belə ki, həmin şəxs Allahın qullarına nemət verib yaxşılıq etməsi inancına sahibdir? Cavab: Bu iş, icazəlidir. Lakin dua həzrət Peyğəmbər (s) və əhli-beytini (ə) təvəssül etməklə əlaqəli olduğu zaman daha ...
Uşаq sаldırmаq
Suаl: Qаdının bətnindəki uşаğа ruh dахil оlduqdаn sоnrа onu sаldırmаsı icаzəlidirmi? Cаvаb: Səbəb nə оlur оlsun, ruh dахil оlduqdаn sоnrа qаdının uşаq sаldırmаsı icаzəli dеyil. Lаkin ruh dахil оlmаyıbsа, uşаğın qаlmаsı аnаyа dözülməz dərəcədə zərər vеrirsə və yа оnun üçün çətinlik törədirsə, uşаğı sаldırmаq ...
Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...Unla çörək mübadiləsi
Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.
Üz qırxmaq olarmı?
Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...Ümumi parklar
Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
Vətəndaş nikahı
Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir? Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq ...
Vacib qüsüllər
Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya bu kimi səbəblərə görə vacib olan qüsl. Sual: Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...Vəkillik
Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.Vətənin hökmləri
Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...
Yeməli və içməlilərlə bağlı məsələlər
Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
Yatmış şəxsi namaz üçün oyatmağın hökmü
Sual: Mükəlləf şəxs yatacağı təqdirdə sübh namazına oyanmayacağını bilsə, namazı qılması üçün oyaq qalması vacibdirmi? Əgər yatsa və namaza da oyanmasa, günah etmiş olurmu? Cavab: Mükəlləf şəxs onu namaza oyatmasını başqasına tapşırıb vəzifələndirə, yaxud zəngli saat və bu kimi vasitələrdən istifadə edə ...Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum
Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...Yuxu görmək
Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...
Zövcənin nəzir еtməsi
Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
Zəkatin xərcləndiyi yerlər
Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1. Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2. ...Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Qurani-kərim satmaq
Sual: Qurani-kərim satmaq haramdırmı? Cavab: Müsəlmana satmaq icazəlidir. Müstəhəb ehtiyata əsasən Qurani-kərim satmaqdan çəkinsin. Əgər Quran müqabilində pul alacaqsa, bunu onun üz qabığının və bu kimi xərclərinin əvəzi hesab etsin.
Qadınları 8 Martda təbrik etmək
Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi? Cavab: Öz-özlüyündə icazəlidir.Qeyri-qanuni çəkilmiş sudan dəstəmaz və qüsl üçün
Sual: Sudan istifadə üçün hökümət tərəfindən evlərə quraşdırılmış su sayğacına müdaxilə edərək və yaxud sayğac quraşdırılmadığı təqdirdə, həmin sudan dəstəmaz və qüsl üçün istifadə etməyin hökmü nədir? Cavab: Qanuna zidd əməl etməyə icazə verilmir. Amma dəstəmaz və qüsl ...Qadınların ziyarətə getməsi
Sual: Biz Azərbaycanda yaşayan şiələrik: 1. Bizim ölkədə xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport almaq üçün hicabsız şəkil çəkdirmək məcburiyyətindədirlər. Əgər şəkil hicabsız olmasa vəsiqə və ya pasport onlara verilmir. Bu halda nə etməldilər? 2. Xanımlar Həcc, Məşhəd, Kərbəla və bu kimi başqa ziyarətlərə ...
Xüms ili
Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı il ərzində tamamilə ...
Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xərclərin ödənilməsi
Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...