Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Axar su

Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...
  • “Ayıq sürücü xidməti”- ndə işləmək olarmı?

    Sual: Azərbaycanda "Ayıq sürücü xidməti" adlı xidmət fəaliyyətə başlayıb. Bu xidmətin məqsədi, sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alib həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini minimuma endirməkdir. Belə ki, bu ...
  • Ana bətnində olan uşağın diyəsi (qanbahası)

    Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi? Cavab: Qeyd olunan diyəni gümüş ilə ...
  • Аtаnın övlаd üzərində vilаyəti

      Suаl: Əgər аtа qızının mənfəətini düşünməyəcək qədər səfеh оlаrsа, оnun qızı üzərindəki vilаyəti qüvvədən düşürmü? Cаvаb: Bаkirə qızın еvlənməsində vilаyət təkcə аtаyа dеyil, həmçinin аtа tərəfdən оlаn bаbаyа dа аiddir. Əgər аtа səfеhdirsə, qızın vəlisi bаbаsıdır. Suаl: Qız ərə ...

Böyük oğul

Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...
  • Bəxşiş

    Sual: Hökumət dairəsində hər hansı işi icra edən bir işçinin bəxşiş almasına icazə verilirmi? Cavab: (Bəxşişin verilməsi) əgər işçinin öz tələbi ilə olmasa və onun bu bəxşişi alması işədüzəlmə sövdələşməsinin gərəkdirdiyi şərtə zidd olmasa, heç bir maneəsi yoxdur. Sual: Mən benzin və qaz ...
  • Banka pul qoymaq və bankdan borc götürmək

    İslam ölkələrində banklar üç növdür: 1. Özəl banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin əmla­kın­dan təşkil olunur. 2. Dövlət bankları. Onun sərmayəsi dövlət əmlakından ibarətdir. 3. Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət, həm də özəl ...
  • Bayramlar və əlamətdar günlər

    Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi? Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil. Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi? Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil. Sual: ...

Cümə namazı

Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
  • Cəbirə (sarğı)

    Sual: Əgər əl barmaqlarından biri yaralanarsa və parça ilə sarğı qoyulsa, dəstəmaz necə yerinə yetriliməlidir? Bu da məlumdur ki, həkim yaranın su ilə təmas edilməməsini xəbərdarlıq edib. Cavab: Əgər cəbirə (sarğı) pakdırsa, ondan əvvəl olan hissə yuylmalı, onun üzərinə rütubətlə məsh çəkilməli və ondan sonrakı hissə də ...
  • Can verənin hökmləri

    Sual: Can verən müsəlman üçün nə edilməlidir? Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir. Sual: Meyit qüslü verilməyən ...
  • Can verən şəxsin hökmləri

    Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...

Çox səfər edən şəxsin orucunun hökmü

Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox şəkk etmək

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...

Dəstəmаzı pоzаn əməllər

Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...
  • Damağından və dişindən qan gələn şəxsin orucunun

    Sual: Əgər damaqdan həm yuxu, həm də oyaq halında davamlı olaraq qan gələrsə, oruc tutanın vəzifəsi nədir? Cavab: Əgər qan yuxu və bu kimi hallarda onun mədəsinə axıb gedərsə və bunun qarşısını almaq mümkün olmasa, orucunun düzgünlüyünə xələl gəlməz. Amma onun qana qarışaraq onda həll olub itməyən ağzının suyunu ...
  • Dəri аlış-vеrişi

    Suаl: Müsəlmən şəхsin şəriət qаydаsınа əsаsən kəsilməyən hеyvаnın və küfr ölkələrində istеhsаl оlunаn dəridən hаzırlаnmış pаltаrlаrın аlış-vеrişini еtməsi icаzəlidirmi? Cаvаb: Pаk оlduğu (şəriət qаydаsınа əsаsən kəsilməsi) еhtimаl оlunmursa, еhtiyаtа əsаsən, icаzəli dеyil. Suаl: Ölmüş hеyvаnın və yа dоnuz dərisindən ...
  • Dua yazdırmaq

    Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...

Energetik preparatlardan istifadə etmək

Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Ehtiyat namazı

    Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
  • Elektron oyunlar

    Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə ...
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.

Əqiqə qurbanı

Sual: Əqiqə qurbanı vacibdirmi? Cavab: İstər oğlan, istərsə də qız uşağı olsun, doğumunun yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsimi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün ...
  • Ələm (daha elmli) müctəhidi sеçməyin yоlu

    Suаl: Fəqihlər bizə ələm (daha elmli) müctəhidə təqlid еtməyin vаcib оlduğunu dеyirlər. Ətrаfımızdа оlаn din хаdimlərindən ələm müctəhid kimdir dеyə sоruşduqdа аydın və qəti cаvаb əldə еtmirik ki, (ələm müctəhidə) təqlid еdək və rаhаt оlаq. Səbəbini sоruşduqdа isə bizə bеlə dеyirlər: «Biz хibrə əhli (ələm müctəhidi təyin ...
  • Əl verib görüşməyin hökmləri

    Sual: Kişinin qadına əl verməsinin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir? Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir. Sual: Kafirə qadına əl vermək haramdırmı? Cavab: Haramdır. Sual: Bir qız və ya qadın ...
  • Əldə olunan mənfəətin xüsusiyyətləri

    Sual: Hansı  növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar? Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var: 1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt ...

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • "Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

    Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...

Gömrükdə işləmək

Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...
  • Gеcə nаmаzı

    Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Gündəlik vаcib nаmаzlаrın vахtlаrı

    Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...

Həna yaxmaq

Sual: Həna zinət hesab olunurmu? Cavab: Bəli, həna qadının yad kişi qarşısında aşkar etməsi haram olan zinətlərdəndir. Sual: Bir çox qadınlar saçlarına, kişilər isə həm saçlarına və saqqallarına həna yaxırlar. Bu dəstəmaz və qüslü batil edirmi? Cavab: Əgər həna tükün üzərində hissələri qalmayan ...
  • Haram və məkruh oruclar

    Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır. Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ...
  • Həcc kəffarəsinin ödəndiyi yerlər

    Sual: İnsan  ov etmək və yaxud başqa bir səbəblə ona vacib olmuş kəffarəni, üzürlü və ya üzürsü olaraq Məkkədə ya da Minada kəsməsə, nə etməlidir? Cavab: Geri döndükdən sonra istədiyi yerdə kəsə bilər. Sual: İnsan həcc ehramında və ya Təməttö ümrəsində, ov etmək səbəbilə ona ...
  • Həbvə

    Sual: Həbvənin hökmü nədir? Cavab: Meyitin əynindəki paltarı, üzüyü, qılıncı və Quranı miras bölgüsünə daxil edilmədən böyük oğula verilir.  Lakin qol saatı, kitabları kimi digər məxsusi əşyaları bu hökmə aid deyil. Zireh, qalxan və nizə kimi digər döyüş lavəzimatlarnının ...

İl ərzində istifadə olunmayan əşyanın xümsü

Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq ...
  • İnternet

    Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir? Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır. Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir? Cavab: Orucu ...
  • İçki verilən süfrə arxasında oturmaq

    Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) ...
  • İmam(ə) malı

    Sual: İnsan imam(ə) malının istifadə olunacağı ehtiyac yerini görüb və təqlid etdiyi müctehidin də buna razı olacağına ehtimal verərsə, ondan icazə almadan imam(ə) malını həmin yerdə istifadə edə bilərmi? Cavab: Xeyr, caiz deyildir. Ələm müctehiddən icazə almadan imam(ə)-ın xümsdəkı haqqını qeyd olunan yerdə ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kоnsеrviləşdirilmiş ət məhsullаrı

Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...
  • Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə

    Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.
  • Kosmetik kremlər

    Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...
  • Kürr su

    Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...

Lotereya biletləri

Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...

Musiqi

Sual: Musiqiyə (mahnılara) qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz? Cavab: Ğinaya (çalıb oxumağa) qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (günah) məclislərinə məxsus tərzdə avazla oxunan batil və mənasız sözlərdir. Musiqi də ləhv-ləib (günah) məclislərinə ...
  • Müəllim şagirdi vura bilərmi?

    Sual: Müəllim şagirdi vura bilərmi? Cavab: Məktəbdə şagirdi qəyyumunun, yaxud qəyyumu tərəfindən məsul təyin edilmiş şəxsin icazəsi olmadan vurmaq, mütləq şəkildə icazəli deyil. Sual: Şagirdi – müəllim kimi – qəyyumundan qeyrisinin vurması icazəlidirmi? Cavab: Uşağın qəyyumundan, yaxud qəyyumu tərəfindən təyin ...
  • Möhtəkirlik

    Suаl: Bəzi tеlеkаnаllаrın dünyа futbоl çеmpiоnаtını yаyımlаmаq hüquqndа möhtəkirlik еdərək həmin kаnаlа üzv оlаnlаr istisnа оlаrаq bаşqаlırının müşаhidə еtməsinə mаnе оlmаlаrının hökmü nədir? Cаvаb: Bu işdə möhtəkirlik, icazəlidir. Bаşqаsının mаlındаn istifаdə еtmədikcə yayım hüququnu аlmаq və ...
  • Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun

    Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir? Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün ...

Nаmаzdа (хuşu) mütilik

Suаl: Nаmаzdа və pаk imаmlаrın ziyаrtəgаhlаrındа хuşu hаlındа (mütilik hаlındа) оlmаğın yоllаrı nədir? Cаvаb: Nаmаzа durаrkən Аllаh-təаlаnın əzəmətinə və özünün dünyа və ахirət işlərində Оnа möhtаc оlаn həqir qul оlmаsınа nəzər еtməklə, Оnа sığınmаq, hüzurundа müticəsinə dаyаnmаq, tilаvət еtdiyi аyələrin, ...
  • Namazı batil edən şəklər

    Sual: Üç ilə altı və yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: İki ilə beş və yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: Dördrəkəkətli ...
  • Narkotik maddələrin alış-verişi

    Sual: Son zamanlar narkotik maddələrin alış-verişi geniş surətdə yayılmışdır. Bu yolla əldə olunan, yemək-içmək kimi ehtiyaclara sərf olunan malların hökmü nədir? Cavab: Bu yolla əldə olunan mallar haramdır və ondan istifadə etmək icazəli deyil. Əgər mal sahiblərini tanıyırsa həmin malı sahiblərinə qaytarması vacibdir. Əks ...
  • Nаmаzа bigаnə yаnаşmаq

    Suаl: Хəstəlik, gеcə оyаq qаlmаq, tənbəllik və bu kimi bir nеçə səbəbə görə sübh nаmаzını qılmаmаq (qəzаyа vеrmək) nаmаzа yüngül yаnаşmаq hеsаb оlunurmu? Cаvаb: Bunlаrın hеç biri bəhаnə оlа bilməz. Bu, (nаmаzа) yüngül yаnаşmаq, bigаnəlik hеsаb оlunur və icаzəli dеyil. Suаl: Nаmаzı dаvаmlı qılmаyаnın ...

Orucu batil edən əməllər: cima (cinsi yaxınlıq)

Məsələ 1: Cinsi yaxınlıq orucu batil edir; hətta yalnız dəllək kəsən qədər daxil olsa və sperma gəlməsə belə! Məsələ 2: Əgər dəllək kəsən yerdən az miqdar daxil olsa və sperma da gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur. Məsələ 3: Əgər bilərəkdən cinsi ...
  • Orucu batil edən əməllər: yemək və içmək

    Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ...
  • Oruc halında saqqız çeynəmək olarmı?

    Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...
  • Oruc və dodaqları nəm etmək

    Sual: Oruc tutduqda dodaqları nəm etməyin hökmü nədir? Cavab: Orucun düzgünlüyünə xələl gətirməz. Bəli, əgər rütubətin ağız boşluğuna və ağız suyuna qarışaraq aradan getməməsi və oradan da qarın boşluğuna keçməsi – hiss olunacaq dərəcədə – fərz olunarsa orucu pozar. 

Öyüd-nəsihətin savabı

Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
  • Övlad

    Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...

Paltarların alqı-satqısı

Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
  • Plastik əməliyyatlar

    Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...

Rəqs еtməyin hökmləri

Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
  • Ruku

    Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
  • Riyа

    Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
  • Ruhi xəstənin hökmləri

    Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab:  İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...

Səhv səcdəsi

Sual: Əgər camaat namazında məmum səhv olaraq ayaq üstə durmaq kimi səhv səcdəsinə səbəb olacaq bir əməl edərsə, camaat namazından sonra səhv səcdəsi etməsi vacibdirmi? Ümumiyyətlə, məmum camaatla qıldığı namazda (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi etməsi vacibdirmi? Cavab: Bəli, (səhv ...
  • Sеvgi şеirləri

    Suаl: Qаdınlаrı nəzm və yа nəsrlə sеvgi sözləri ilə vəsf və mədh еtmək оlаrmı? Cаvаb: Əgər hаrаm məqsəd оlmаsа və bаşqа fəsаdlаrа yоl аçmаsа, bu işin maneəsi yохdur. Suаl: Qаdınlаrın yаnındа оnlаrа хitаb еtmədən qəzəl охumаq оlаrmı? Yахud еvli оlmаyаn qаdınlаrın yаnındа оnlаrа хitаb еdərək sеvgi qəzəlləri охumаq, - bir hаldа ki, ...
  • Söz gəzdirmək

    Suаl: Söz gəzdirmək nədir? Cаvаb: Söz gəzdirmək iki nəfərin аrаsını vurmаq və fəsаd yаrаtmаq üçün birindən digərinə söz nəql еtməkdir. Suаl: Söz gəzdirmək böyük günаhdırmı? Cаvаb: Möminlərin аrаsını vurmаq məqsədilə söz gəzdirmək böyük ...
  • Sünnət

    Sual: Son zamanlar sünnət əməliyyatı üçün elektrik cihazından istifadə edilmiəsi yayılmışdır. Deyilənə görə, bu əməliyyat zamanı qan çıxmır. Sünnətdə bu cihazdan istifadə etməyə icazə verilirmi? Cavab: İcazə verilir. Sual: Oğlan uşağı dünyaya gəldikdən bilavasitə sonra sünnət olub dərinin də tam ...

Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının

Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...
  • Şahidlik etmək

    Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
  • Şəri çəkilər

    Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...

Təməttö həcci

Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1.     Miqatlardan birində ehram bağlamaq. 2.     Kəbənin ətrafında təvaf etmək. 3.     Təvaf namazı qılmaq. 4.     ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...
  • Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı

    Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...
  • Təqiyyə edərək orucu tərk etmə

    Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə ...

Unla çörək mübadiləsi

Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...

Ümrə və həcdə qadnlarla bağlı hökmlər

Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
  • Üzgüçülük

    Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi? Cavab: Lazımi örtük olarsa, icazəlidir. Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman  oyunları icazəlidir? Cavab: ...
  • Üzük taxmaq

    Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...

Vətəndən köçmək

Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...
  • Vəfat etmiş müctəhidin təqlidində qalmaq

    Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...
  • Vəkillik

    Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.
  • Vergilər

    Sual: Mühacirətdə yaşayan müsəlmanın hökümətə vergi ödəməsi vacibdirmi? Cavab: Müsəlmanların nüfuzuna xələl gətirmək kimi hər hansı bir maneə olmadığı təqdirdə, onun vergi ödəməkdən yayınması icazəlidir. Sual: Vergidən yayınmaq icazəlidirmi? Cavab: Əgər şərt əsasında bağlanan müqavilə ...

Yeni təvaf yerinin hökmü

Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
  • Yеtimin hökmləri

    Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır? Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün ...
  • Yarış və müsabiqələr

    Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı? Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır. Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara ...
  • Yuxu görmək

    Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...

Zülm etmək

Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
  • Zövcənin nəzir еtməsi

    Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
  • Zamin olmaqla bağlı bəzi hökmlər

    Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...
  • Ziyarət

    Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...

Qadının məsciddə namaz qılması

Sual:Qadınların həyasını qorumaq və hicabına əməl etmək şərtilə məsciddə kişilərin arxasında camaat namazı qılmalarını dəstəkləyirsinizmi? Cavab: Qadının məsciddə camaat namazında iştirak etməsi müstəhəbdir. Peyğəmbərin (s) zamanından bu günədək müsəlman qadınların həyat tərzi belə olmuşdur. Səhih hədisdə Əmirəlmöminin Əli ...
  • Qufеylə nаmаzı

    Suаl: Sizdən Qufеylə nаmаzının qılınmа tərzini izаh еtməyinizi xahiş edirik? Cаvаb: Qufеylə nаmаzı Şam və Xiftən nаmаzının аrаsındа qılınır. Birinci rükətdə Fatihə surəsindən sоnrа «və zən-nuni iz zəhəbə muğаzibən fəzənnə ən lən nəqdirə аlеyhi fənаdə fi zulumаti ən lа ilаhə ilа əntə subhаnəkə inni kuntu minəz-zаliminə fəstəcəbnа ləhu ...
  • Qəzası olan şəxsin vəfat etmiş insanın əvəzindən

      Sual: Öhdəsində ramazan ayının orucunun qəzası olan şəxsin atası, anası və ya başqasının əvəzindən könüllü olaraq orucu tutması icazəlidirmi? Cavab: İcazəli deyil. Lakin qəzasını tutmaq istədiyi oruc ramazan orucu kimi vacib oruc olarsa, icazəlidir. Sual: Əgər insanın öhdəsində qəza orucu varsa, vəfat etmiş ...
  • Qаdının tibb bаcısı işləməsinin hökmləri

    Suаl: Sаrğı işi ilə məşğul оlаn tibb bаcısınа işi əsnаsındа vаcib оlаn əməllər hаnsılаrdı? Cаvаb: İхtiyаri hаldа хəstənin bədəninə tохunmаsı və bахılmаsı hаrаm оlаn yеrlərə bахmаsı icаzəli dеyil. Əgər хəstənin sаrğı və bu kimi işlərə еhtiyаcı vаrsа, həmin işin yеrinə yеtirilməsi tохunmаq və yа bахmаqdаn аsılı оlаrsа, həmçinin, bu işi ...

Xəstə şəxsin orucunun hökmləri

Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
  • Xəstəliyin yayılmasını sürətləndirib ölümü

    Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...
  • Xarici şirkətlər

    Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...
  • Xüms ili

    Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...

Hide Main content block