Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Ağacların kəsilməsi

Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...
  • Allahın adları

    Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...
  • And içməyin hökmləri

    Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir? Cavab: Yalandan and içmək böyük günahlardandır. Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi? Cavab: Sözünün doğru ...
  • Allaha (yalandan) and içməyin kəffarəsi

    Sual: Bir işi görməmək üçün Allaha and içən, lakin andını pozan şəxsin vəzifəsi nədir? And içməyin kəffarəsi nədən ibarətdir? Cavab: Əgər and şəriətdə məqbul sayılan bir işlə bağlı olsa, yaxud üqəlayi (məntiqli) dünyəvi məqsədlər və ya şəxsi dünyəvi maraqlar üçün olarsa, bu ...

Baş yarmağın hökmü

Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir? Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq -  baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və ...
  • Bayramlar və əlamətdar günlər

    Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi? Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil. Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi? Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil. Sual: ...
  • Banka pul qoymaq və bankdan borc götürmək

    İslam ölkələrində banklar üç növdür: 1. Özəl banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin əmla­kın­dan təşkil olunur. 2. Dövlət bankları. Onun sərmayəsi dövlət əmlakından ibarətdir. 3. Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət, həm də özəl ...
  • Bankda müdir işləmək olarmı?

    Sual: Bankda verilən kreditlə lombardda verilən kredit arasında kəskin fərq var. Məsələn, lombard 1000 dollar kredit verirsə, borclu hər ay 100 dollar ödəyir. Hər ay 100 dollar ödəməsinə baxmayaraq ana borcdan (1000 dollardan) heç nə azalmır. Hətta borclu aylar ərzində götürdüyü borcdan qat-qat artıq pul (faiz) ...

Cümə namazı

Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
  • Cənabət

    Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir? Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır. Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da ...
  • Cinsi yaxınlıq

    Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
  • Cümə namazı barədə sorğu

    Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...

Çoxarvadlılıq

Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox şəkk etmək

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...

Dəyərdən düşmüş valyuta ilə borc ödənişi

Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...
  • Dini musiqilər

    Sual: Bəzi Quran oxuyanlar, müğənni və marş oxuyanlar fasiqlərin istifadə etdiyi not və fortopianodan istifadə edərək əhli-beyt (ə) haqqında musiqilər bəstəsələr və həmin mahnılardakı şerlərin məzmunu isə fasiqliyin əksinə olarsa və bununla heç bir əlaqəsi olmazsa belə mahnıların oxunması və onları dinləmək icazəlidirmi? Cavab: ...
  • Dövlət əmlakı

    Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...
  • Döymə vurmaq haramdırmı?

    Sual:  Döymə vurmaq haramdırmı? Cavab:  Öz-özlüyündə caizdir. Sual: İynə vasitəsi ilə bədənə vurulan döymənin hökmü nədir? Cavab: Öz-özlüyündə caizdir. Sual: Heyvan şəkillərinin döyməsini vurmaq caizdirmi? Cavab: Caizdir, lakin döymə ...

Ehtiyat namazı

Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
  • Enerji içkiləri

    Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Energetik preparatlardan istifadə etmək

    Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Elektron oyunlar

    Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə ...

Əmаnətin qаytаrılmаsı

Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...
  • Əzаdarlıq məclisləri və nаmаzın vахtı

    Suаl: Аz sаydа insаnlа əzаdarlıq karvаnınа çıхmаq  və vаcib nаmаzın vахtındаn əvvəl məclisi tаmаmlаmаq yахşıdır, yохsа çох sаydа əzаdаrlаrın gəlməsini gözləyib mərəsimi tаmаmlаmаmış nаmаzın vахtının təsаdüf еtməsi? Cаvаb: Çох sаydа əzаldаrlаrın tоplаşmаsını gözləmək оlаr, lаkin nаmаzın vахtı dахil оlduqdа ...
  • Əhli-Beyt (ə) üçün qurulan əzadarlıq məclisi

    Sual: Aşura günü işləmək, haramdırmı? Cavab: Aşura günü işləmək, məkruhdur.
  • Əldə olunan mənfəətin xüsusiyyətləri

    Sual: Hansı  növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar? Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var: 1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt ...

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • "Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

    Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...

Güləşmək

Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir.    Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
  • Gömrükdə işləmək

    Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...
  • Geyimlər

    Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...

Hədiyyə vеrmək

Suаl: Аilə üçün hədiyyə аlmаğın təşviq еdilməsi bаrədə həzrət Pеyğəmbərdən (s) nəql оlunаn bir hədis vаrmı? Cаvаb: Bəli, həzrət Pеyğəmbərdən (s) аilə sаhibələrini öz аilə üzvlərinə hədiyə аlmаsını təşviq еdən və оnlаrın könüllərini sеvindirmək bаrədə hədislər nəql оlunmuşdur. İbn Аbbаs həzrət Pеyğəmbərin (s) ...
  • Hərbi təlimatları pozaraq radiorabitə

    Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Sual: Bəzi döyüşçülər İŞİD terrorçularına qarşı cəbhə xəttində, düşmənin hərbi bölmələrimizin sirlərindən asanlıqla xəbər tutmasına şərait ...
  • Haram səfər

    Sual: Səfər etmək haram olduğu halda müsəlman şəxsin səfərə çıxmasının hökmü nədir? Cavab: Əgər müsəlman şəxsə səfər etmək haram olarsa, onun səfəri günah səfəridir. Buna görə də dörd rükətli namazları tamam qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Günahkar olduğu müddətdə (səfər ...
  • Həcc ziyаrətində Mədinətul-münəvvərə şəhərində

    Suаl: Mədinətul-münəvvərə şəhərində оlаn ziyаrətlərin müfəssəl şəkildə qаydаsı nеcədir? Cаvаb: Mədinətul-münəvvərə Аllаh-təаlаnın sоnsuz lütf еtdiyi pаk bir tоrpаqdır. Rəsulullаhın (s), siddiqə, pаk qızı Fаtimеyi-Zəhrаnın (ə), pаk imаmlаrdаn dördünün, şəhidlərin və sаlеhlərin mübаrək bədənlərini öz ...

İsraf etmək

Sual: İsarfın tərifini bizə bəyan edin. Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcləməkdir. İsraf haramdır. Sual: İsrafı necə izah edirsiniz? Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf ...
  • İnsanı klonlaşdırmaq

    Sual: İnsanın klonlaşdırılması barədə cənabınızın rəyi nədir? Cavab: DNT tərkibli hüceyrə, qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra onu uşaqlıqda mayalandırırlar. Bu prosesdən insanın əmələ gəlməsi, öz-özlüyündə haram deyildir. Lakin potensial təhlükələr nəzərə alınarsa, ...
  • İftar vaxtı

    Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir. Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli ...
  • İmtahan zamanı saxtakarlıq etmək

    Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kоnsеrviləşdirilmiş ət məhsullаrı

Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...
  • Kitab əhli

  • Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli

    Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...
  • Kürr su

    Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...

Lotereya biletləri

Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...

Məssi-meyyit (meyitə toxunma) qüslü

Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü insana, nə zaman vacib olur? Cavab: Ölmüş insanın soyumuş və qüsl verilməmiş bədəninə toxunan, yəni, öz bədəninin bir hissəsini meyitə toxunduran şəxsə, bu toxunuş istər yuxuda olsun, istər oyaq halında, istər ixtiyarı olsun, istər qeyri-ixtiyari, ...
  • Musiqi

    Sual: Musiqiyə (mahnılara) qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz? Cavab: Ğinaya (çalıb oxumağa) qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (günah) məclislərinə məxsus tərzdə avazla oxunan batil və mənasız sözlərdir. Musiqi də ləhv-ləib (günah) məclislərinə ...
  • Müsafir şəxsin hökmləri

    Sual: Bir şəxs vətənindən çıxaraq bir neçə yerə səfər edir. Lakin bilir ki, bəzi yerlərdə 10 gün iqamə edəcəyi üçün  həmin yerlərdə namazlarını bütöv qılacaqdır. Həmin şəxs çox səfər edən hesab olunurmu, yoxsa iki il ərzində üç ay və ya bir ilin altı ayı tamam olmamış 10 ...
  • Mobil operatorlar tərəfindən keçirilən kredit

    Sual: Azərbaycanda mobil telefon operatorları kredit kampaniyası keçirir. Bu kampaniya müvəqqəti deyil, ilboyu daimidir. Bu kampaniyada mobil telefonda danışıq balansı bitdikdə balans verir ve sonra isə hissə hissə həmin balansi artiq olmaq şərtilə abunəçinin hesab balansından çıxırlar. Məsələn, əgər mənim ...

Namaz

Sual: Əhli-Beyt(ə) dostlarının, namazları üç vaxtda qılmalarının maneəsi varmı? Cavab: Əhli-Beyt(ə) məzhəbində namazlar üç vaxtda qılına bilər. Belə ki, sübh namazı doğrucul fəcrdən sonra gün çıxana qədər olan vaxt daxilində, zöhr və əsr namazları Günəşin zavalından gün batanadək, ...
  • Namaz vaxtları

    Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...
  • Nəsihət

    Suаl: Gеniş vüsət аlmış qərb mеdiyаsının və mədəniyyətinin dinimizi, əхlаqımızı və gələcəyimizi təhlükə аltınа аldığı bir vахtdа gənc möminlərə nə nəsihət еdirsiniz? Cаvаb: Оnlаrа rəzаlət (pis) əməllərdən çəkinməyi və gözəl dəyərlərlə mənəvi sаflıq əldə еtməyi nəsihət еdirəm. Hidаyət və müvəffəq еdən məhz ...
  • Nəzir

    Sual: Nəzir nədir? Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir. Sual: Nəzirdə əqd oxunmalıdırmı? Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır. Sual: ...

Oruc halında siqaret çəkmək olarmı?

Sual: Seyid Sistani cənabları oruc halında siqareti tərk edə bilməyən şəxs üçün Ramazan ayında siqaret çəkməyin caiz olması barədə fətva veribmi? Cavab: Seyid cənabları belə bir fətva verməyib və onun nəzərində siqaret çəkmək, vacib ehtiyata əsasən, orucu batil edir. Siqaret çəkən Ramazan ayının orucu ...
  • Orucu batil edən əməllər: imalə etmək və qusmaq

    Məsələ 1: Axıcı (maye) vasitə ilə imalə etmək, çarəsizlik üzündən və müalicə üçün olsa da, orucu batil edər. Məsələ 2: Oruc tutan bilərəkdən qussa, əgər xəstəlik və bu kimi səbəblər vasitəsilə çarəsizlik üzündən olsa da, orucu batildir. Amma ixtiyarsız  və ya səhvən qussa, eybi yoxdur. ...
  • Oruc barəsində öyüd nəsihət

    Sual: Məsum imamlardan (ə) oruc barəsində və insanları oruc tutmağa şövqləndirən hədislər qeyd edin. Cavab: Həzrət Rəsulullahdan (s) nəql olunan xütbədə belə buyurulur: “Еy insаnlаr! Аrtıq Аllаhın аyı bərə­кət, rəhmət və günаhlаrı bаğışlаmаqlа sizə yеtişmişdir. Bu аy Аllаh yаnındа bütün аylаrdаn fəzilətlidir. ...
  • Orucu batil edən əməllər: tozu boğaza çatdırmaq

    Məsələ 1: Vacib ehtiyata əsasən, qəliz tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun. Məsələ 2: Qəliz olmayan tozu boğaza çatdırmaq orucu batil etmir. Məsələ 3: Əgər külək vasitəsilə qəliz toz əmələ gəlsə, insan ...

Övlad

Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
  • Övlad haqqı

    Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...

Paltarların alqı-satqısı

Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Proqramların nüsxəsini çıxartmağın hökmləri

    Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...
  • Plastik əməliyyatlar

    Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...

Ruku

Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
  • Rəsm və rəssamlıq

    Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • Ramazan ayında qüsl əvəzi təyəmmüm

    Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
  • Ruhun cinsi varmı?

    Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız: Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. ...

Səhv səcdəsi

Sual: Əgər camaat namazında məmum səhv olaraq ayaq üstə durmaq kimi səhv səcdəsinə səbəb olacaq bir əməl edərsə, camaat namazından sonra səhv səcdəsi etməsi vacibdirmi? Ümumiyyətlə, məmum camaatla qıldığı namazda (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi etməsi vacibdirmi? Cavab: Bəli, (səhv ...
  • Sidik və İfrazat

    Sual: İnək və qoyun kimi sıçrayıcı qanı olan, əti halal heyvanın sidik və ifrazatı murdardırmı? Cavab: Pakdır.
  • Sələmlə işləyən banklara mülk icarə etməyin hökmü

    Sual: Bir şəxsin sələmli alış-veriş edən banka öz mülkünü icarəyə verməsi və bunun müqabilində icarə haqqı alması icazəlidirmi? Qeyd etməliyəm ki, icarəyə verən şəxs bankın sələmli alış-veriş etməsindən xəbərdardır.  Cavab: İcarə düzgündür. Yalnız bu halda düzgün olmaya bilər ki, evin ancaq ...
  • Süni saçlar

    Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu? Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin ...

Şərt alış-verişi

Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şəvval ayının altı gününün orucu

    Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...
  • Şərab

    Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.
  • Şahmat

    Sual: Şahmat oyunu elm, mədəniyyət və zehni idman məqsədilə oynanarsa və arada da heç bir bəhs, yaxud qumar niyyəti olmasa, caizdirmi? Cavab: Şahmat oynamaq caiz deyildir. Bəli, oyunun heç bir mərhələsində maddi bəhs olmasa, caizdir. Lakin belə bir fərziyyə gerçəkləşməyib. Sual: Şahmat, nərd və bu kimi ...

Tаvаfdа аrtıq dövrə еtmək

Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...
  • Tədlis (hər hansı bir əqd bağlanarkən qarşı

    Sual: Bir şəx hər hansı bir qadınla evləndikdən sonra onun əllərinin birində problem olduğunu görür. Əvvəlcədən bundan xəbəri yox idi. Bu aldatma hesab olunurmu? Əgər həmin qadını boşamaq istəsə, kişinin mehriyyəni tamamilə almağa haqqı çatırmı? Cavab: Əgər qadın hər hasnı eyb və nöqsandan xali olması barədə nigah ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...
  • Terrorçulardan azad edilmiş məntəqələrdə

    Sual: Əssəalmu əleykum və rəhmətullahi və bərəkatuh Allah müctəhidimizi qorusun, ömrünü İslam və müsəlmanlar üçün uzun etsin! Bəzi məntəqələr terrorçulardan azad edilərkən əhalinin öz yaşayış yerlərini və mal-mülklərini tərk etmələri müşahidə olunur. Bu zaman həmin məntəqələrdə ...

Unudaraq oruc pozan əməl etmək

Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
  • Unla çörək mübadiləsi

    Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...
  • Uşаq оyunlаrı

    Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...
  • Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək

    Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.

Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək

Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
  • Ümrə və həcdə qadnlarla bağlı hökmlər

    Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
  • Üz qırxmaq olarmı?

    Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...
  • Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri

    Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...

Valideynə itaətlə bağlı bəzi hökmlər

Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...
  • Vətənin hökmləri

    Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...
  • Vəsvəsə

    Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
  • Vacib qüsüllər

    Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl. Sual:  Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...

Yаd kişi ilə хəlvət yerdə qalmaq

Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...
  • Yeni təvaf yerinin hökmü

    Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır? Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək ...
  • Yalan yəmin etmək

    Sual: Yalan yəmin etməyin tərifi nədir? Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır. Sual: Yalan yəmin etmək haram edilibmi? Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.
  • Yeməli və içməlilərlə bağlı məsələlər

    Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...

Zəkatin xərcləndiyi yerlər

Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...
  • Zülmə yardım etmək və ona razı olmaq

  • Zülm etmək

    Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
  • Ziyarət

    Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...

Qаnun-qаydаlаr

Suаl: Kənd təsərrüfаtı nаzirliyi fеrmеr lаyihələri həyаtа kеçirmək məqsəd ilə mаşınlаr аlmаq, su аnbаrı tikmək, əkin sаhələri sаlmаq və məhsullаrın yığılmаsı üçün fеrmеrlərə güzəştli krеdit pаylаyır. Mənim filаn fеrmеr lаyihəsini həyаtа kеçirmək istəyirəm dеyərək bu krеditi аlıb özümə еv inşа ...
  • Qızıl sаtmаq

    Suаl: Bir misqаl dəyərində zinət əşyаsı оlаn qızılı zərgərlik хərclərini аlmаq şərti ilə bir misqаl külçə hаlındа оlаn qızıl müqаbilində sаtmаq оlаrmı? Cаvаb: Bu, zərgərlik sаhəsində qəbul еdilmiş bir iş оlmаsınа bахmаyаrаq hаrаmdır və icаzəli dеyil. Suаl: Mən qızıl və ləl-cəvаhirаt sаtışı оfisində işləyirəm. Qızıl аlış-vеrişi ...
  • Qeyri-müsəlman ölkələrində məhkəmə sektorunda

    Sual: Hüquqşünas bir şəxsin qeri-müsəlman ölkəsində vəkil işləməsi icazəlidirmi? Belə ki, həmin ölkənin hüquq qanunlarına müvafiq olaraq qeyri-müsəlmanların məhkəmə məsələlərini həll edir və məqsədi məhkəmədə (təmsil etdiyi tərəfin lehinə) qalib gəlməkdir. Cavab: Əgər başqasının haqqının aradan getməsinə, ...
  • Qadının səsi

    Sual: Şəhvət ləzzəti olmadan yad qadının səsinə qulaq asmaq icazəlidirmi?    Cavab: Şəhvət və ehtiras ləzzəti olmadan qadın səsinə qulaq asmaq icazəlidir. Həmçinin harama düşmək qorxusu olmasa qadının səsini yad kişilərə eşitdirməsi (ucaltması) icazəlidir. Bəli, adətən, dinləyəndə ehtiras yaradacaq dərəcədə səsini ...

Хеyir əməl nəzir еtmək

Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...
  • Xəstə şəxsin orucunun hökmləri

    Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
  • Xüms ili

    Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...
  • Xümsü sərf etmək üçün icazə almaq

    Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...

Talaq

Hide Main content block