Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Auksion

Sual: Torpaq ərazsinin 85%-i bir şəxsə, 15%-i isə başqa şəxslərə məxsusdur. Şəriklər arasında torpaq ərazisini bölmək çətin olduğu üçün (tərəflərdən birinin alması üçün) auksiona çıxarılmışdır. Şəriklərdən olmayan şəxs də auksiona qoşulur və 85% payı olan şəxsdən auksionda ona müxalif olmamaq və əmlakın qiymətinin yüksəldilməməsi üçün ondan 10000 ABŞ dolları məbləğində pul istəyir. Məlumunuz olsun ki, torpaq sahəsinin auksionda ikin qiyməti 28000 ABŞ dolları təyin olunmuşdur. Torpaq sahəsinin 85%-ə sahib olan şəxs məcburiyyət qarşısında onun təklifini qəbul etməsi icazəlidirmi? Məlumunuz olsun ki, o, auksionda daha çox ödəyəcəyindən qorxaraq bu məbləği ona vermişdir. Həmin üçüncü şəxsin bu məbləği alması icazəlidirmi? Məlumdur ki, o, torpaq ərazisini almaq fikrində deyil, sadəcə olaraq qarət yolu ilə pul əldə etmək istəyir.

Cavab: Əgər birinci şərikin pulu ona verməsi digər şəriklərə zərər etmirsə, belə ki, həmin tərəfin auksiondan çəkilməsi nəticəsində müştərək olan əmlak öz dəyərindən ucuz satılacağı təqdirdə ona pul verməsi icazəli deyil. Əks təqdirdə isə, auksionda iştirak etmək haqqından imtina etməsi müqabilində ona pul ödəməyin heç bir maneəsi yoxdur. Bəli, əgər məqsədi əmlak almaq deyilsə, belə ki, auksionda qiyməti yüksəldib sonra almaqdan imtina edib kənara çəkiləcəksə, formal şəkildə auksionda iştirak etməmək üçün birinci şərikdən alacağı pula haqqı çatmır. Lakin pul verən şəxs heç bir günah daşımır.