Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Uşaq saldırmaq (abort)

Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi?

Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir.

Sual: Həkimlər ana bətnində təhlükəli xəstəliyə tutulmuş uşağın saldırılmasını tövsiyə edirlər. Belə ki, uşaq dünyaya gələrsə, məsələn, anormal olacaq və ya öləcəkdir. Həkimin həmin uşağı saldırmağa haqqı çatırmı? Əgər uşaq tələf edilərsə, diyə kimin öhdəsindədir?

Cavab: Uşağın doğularkən anormal olacağı və ya doğulduqdan sonra qısa müddət yaşayacağı ehtimalına görə uşağın saldırılması heç vəchlə icazəli deyil. Ananın uşağın tələf edilməsi üçün həkimə izn vermək icazəli deyil. Həmçinin uşağın saldırılmasını icra edən həkimin bu işi etməsi icazəli deyil və həkim bu halda diyə ödəməlidir.

Sual: QİÇS virusuna yolxmuş hamilə qadının uşağını götürmək (abort etdirmək) icazəlidirmi?

Cavab: Bu, icazəli deyil. Xüsusilə də, ruh bədənə daxil olduqdan sonra. Lakin hamiləliyin davam etdirilməsi ana üçün zərərlidirsə, ruh bədənə daxil olandan sonra deyil, əvvəl uşağın götürülməsi icazəlidir.

Sual: Son zamanlar inkişaf etmiş texnoloji vasitələrin sayəsində ana bətnindəki dölün vəziyyəti barədə məlumat əldə etmək olur. Məsələn, hər hansı xəstəliyə tutulub ya yox? Əgər məlum olsa ki, uşaq anormaldır, bir və ya daha çox xəstəliyə tutlub, onun tələf etdirilməsi icazəlidirmi?

Cavab: Uşağın sadəcə anormal olması onun tələf etdirilməsi üçün yetərli deyil. Amma hamiləliyin davam etdirilməsi ana üçün zərərlidirsə və ya adətən dözülməsi həddindən artıq dərəcədə məşəqqətlidirsə, ruh bədənə daxil olmadan əvvəl uşağın götürülməsi icazəlidir. Lakin ruh daxil olduqdan sonra mütləq surətdə icazəli deyil.

Sual: Hansı hallarda uşağın saldırılması icazəlidir? Uşağın ana bətnindəki ömrünün bu məsələyə dəxaləti varmı?

Cavab: Ana bətnində mayalanma baş verdikdən sonra dölün saldırılması icazəli deyil. Lakin ananın həyatı üçün təhlükə olduğundan ehtiyat edilərsə, yaxud hamilələiyin davam etdirilməsi adətən dözülməsi məşəqqətli dərəcədə ana üçün çətin olarsa və dölün saldırılmasından başqa çıxış yolu yoxdursa, ruh daxil olmadan əvvəl dölün saldırılması icazəlidir. Lakin ruh daxil olduqdan sonra mütləq surətdə icazəli deyil.

Sual: Qardaşımın həyat yoldaşı döş xərçəngi xəstəliyinə tutulub. Onu müalicə edən həkim bətnindəki uşağın saldırılmasını tələb edir. Onun bətnindəki uşaq 4-5 aylıqdır. Bu halda hökm nədir?

Cavab: Əgər uşağın ana bətnində qalması onun üçün zərərlidirsə, yaxud hamilələiyin davam etdirilməsi adətən dözülməsi məşəqqətli dərəcədə ana üçün çətinlik yaradırsa və onun bədəninə hələ ruh daxil olmayıbsa, saldırılması icazəlidir. Lakin ruh daxil olduqdan sonra mütləq surətdə icazəli deyil. Əgər ruh bədənə daxil olduqdan sonra uşaq tələf edilərsə, onun qan bahası bu işi icra edənin öhdəsindədir.

Sual: Uşağın anormal olacağı anaya məlumdursa, onu saldırması icazəlidirmi? Bu halda qan bahası vacibdirmi?

Cavab: İcazəli deyil. Amma dölün ana bətnində qalması onu dözülməz məşəqqətə salarsa, hətta sonrakı mərhələlərdə olsa belə, ruh bədənə daxil olmadan əvvəl salıdırılması icazəlidir. Əgər ruh bədənə daxil olubsa, vacib ehtiyata əsasən hətta məşəqqətin olması fərz olunsa belə, icazəli deyil. Qan bahası uşağıın tələf edilməsini icra edən qadın həkimin və ya tibb bacısının ödəməsi vacibdir. Qan bahası uşağın valideyinlərinə ödənilməlidir. Valideyinlər onu əfv də edə bilərlər.

    Sual: Həyat yoldaşım hamilədir. Hamilələyinin müddəti 15 gündür. Onun bətnindəki dölü saldırması icazəlidirmi?

Cavab: Əgər dölün ana bətnində qalması onun üçün zərərlidirsə, onun saldırılması icazəlidir. Dölün saldırılmasını icra edən şəxsin valideyinlərə qan bahasını ödəməsi vacibdir. Valideyinlər onu əfv də edə bilərlər. Əgər ana özü dərman qəbul etməklə və ya ağır bir şey daşımaqla dölün düşməsinə səbəb olarsa, qan bahasını ataya ödəməlidir. Ata onu bağışlaya da bilər.

Sual: Əgər həkim uşağın əqli baxımından naqis, kor, lala, kar və ya anormal doğulacağını xəbər verərsə, uşağın saldırılması icazəlidirmi?

Cavab: Bu deyilənlər görə, hətta ruh bədənə daxil olmasa belə, uşağın saldırılması icazəli deyil.

Sual: Qadın ərinin təzyiqləri nəticisində uşağını saldırtmışdır. Buna görə günah daşıyırmı? Uşağın dörd aylıq olması məlumdur. Bu halda qadına qan bahası ödəmək vacibdirmi?

Cavab: Allahdan bağışlanmaq diləsin və tövbə etsin. Qan bahasının ödənilməsi işi birbaşa icra edənin öhdəsindədir. Qadın onu bağışlaya da bilər.