Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Uşaq dünyaya gətirməklə bağlı hökmlər

Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi?

Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq və ya toxunmaq kimi köməklik göstərməsindən asılı olarsa, bu işi onun ərinin və ya qadınların yaxud məhrəm olan kişilərin yerinə yetirməsi lazımdır. Əgər haram olan baxmaq və toxunmaq vasitəsi  ilə köməklik göstərmək ərdən qeyrisindən asılı olarsa, heç bir çətinlik və məşəqqət olmadan ər bu işi yerinə yetirə bilirsə, onun bu işi görməsinin vacib olması uzaq rəy deyil. Lakin mamaçanın daha yumuşaq və qayğı ilə davranacağı düşünülürsə, onun bu işi etməsi icazəlidir. Bütün bunlar ixtiyari hallardadır. Əgər zərurət yaranarsa yad kişinin hər hansı qadının uşaq dünyaya gətirməsinə köməklik etməsi icazəlidir. Hətta vacibdir. Lakin bu halda baxmaq və ya toxunmaq zərurətin tələb etdiyi miqdarda olmalıdır. Zərurət öz qədərində dəyərləndirilməlidir.

Sual: Dünyaya gələn uşaq üçün hansı əməllərin yerinə yetirilməsi müstəhəbdir?

Cavab: Uşaq dünyaya gəldikdən sonra zərər etməyəcəyinə əmin olduqda ona qüsl vermək, sağ qulağına azan, sol qulağına iqamə oxumaq müstəhəbdir. Həqdisdə nəql olunduğu kimi bu, onun lənətlənmiş Şeytandan qorunması üçündür. Həmçinin uşağın damağına Fərat çayının suyu və İmam Hüseynin (əleyhissəlam) türbətindən (qəbrinin torpağından) sürtmək müstəhəbdir. Uşağa bəyənilmiş ad seçmək müstəhəbdir. Bu, övladın ata üzərində olan haqlarındandır. Hədisdə belə buyurulur: “Ən doğru ad mənasında Allah-taalaya qul olmağı ehtiva edən addır. Ən gözəl adlar peyğəmbərlərin (Allahın onlara salamı olsun) adlarıdır”. İmamların (ə) adları da bu qəbildəndir. Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Kimin dörd oğlan övladı olarsa və onlardan birinə mənim adımı verməzsə, mənə cəfa etmişdir”. Əgər kimsə uşağının adını Muhəmməd qoymuşsa ona Əbulqasim künyəsi verməsi məkruhdur. Həmçinin insnın övladlarına imamların – Allahın onlara salamı olsun – düşmənlərinin adlarını qoyması məkruhdur. Uşağın doğulduğu yeddinci günü saçlarını qırxdırmaq, saçının çəkisi ağırlığında qızıl və ya gümüş sədəqə vermək müstəhəbdir. Uşağın saçını qırxarkən bir hissəsini tamamilə qırxıb digər tərəfini saxlamaq məkruhdur.

Sual: Uşaq dünyaya gəldikdən sonra ziyafət vermək, sünnət etdirmək kimi hansı əməlləri yerinə yetirmək müstəhəbdir?

Cavab: Uşaq dünyaya gəldikdən sonra ziyafət təşkil etmək müstəhəbdir. Bu, ziyafət verməyin müstəhəb olduğu beş məsələdən biridir. Həmçinin sünnət etdirdikdə ziyafət vermək müstəhəbdir. Birinci ziyafəti uşağın doğulduğu gün vermək əsas deyil. Doğumdan bir neçə gün sonra təxirə salmağın eybi yoxdur. Zahirə əsasən əgər uşağa yeddinci gün və ya əvvəl sünnət etdirib, sünnət günü hər iki ziyafəti nəzərdə tutub ziyafət verərsə, hər iki sünnəni (müstəhəb əməli) yerinə yetirmiş olar.

Sual: Uşaq dünyaya gəldikdən sonra ziyafət vermək müstəhəbdirmi?

Cavab: Uşaq dünyaya gəldikdən sonra ziyafət təşkil etmək müstəhəbdir. Bu, ziyafət verməyin müstəhəb olduğu beş məsələdən biridir. Həmçinin sünnət etdirdikdə ziyafət vermək müstəhəbdir. Birinci ziyafəti uşağın doğulduğu gün vermək əsas deyil. Doğumdan bir neçə gün sonra təxirə salmağın eybi yoxdur. Zahirə əsasən əgər uşağa yeddinci gün və ya əvvəl sünnət etdirib, sünnət günü hər iki ziyafəti nəzərdə tutub ziyafət verərsə, hər iki sünnəni (müstəhəb əməli) yerinə yetirmiş olar.

Sual: Uşaq ana bətnində maye ilə birlikdə olur və doğum vaxtı və ya öncə bəzən qana qarışmış halda, bəzən də qan qarışığı olmadan xaric olur. Həmin maye qana bulaşmamış halda xaric olarsa pakdırmı?

Cavab: Bəli, bu halda pakdır.