Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

İsraf etmək

Sual: İsarfın tərifini bizə bəyan edin.

Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcməkdir. İsraf haramdır.

Sual: İsrafı necə izah edirsiniz?

Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (Əraf surəsi, ayə 31). “Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (İsra surəsi, ayə 27).

İmam Əli (ə) Ziyada yazdığı məktubda israfı pisləyərək belə buyurur: “Qənaətcil olaraq israfı tərk et. Sabahkı günü düşün! Maldan zərurət miqdarında istifadə et. Artıq qalanı ehtiyacın olan gün üçün göndər. Allah yanında təkəbbür əhlindən olduğun halda Onun sənə təvazökarlara verdiyi mükafatı bəxş edəcəyini umursan?! Nemət qərqə olub zəiflərə və dul qadınlara bir şey vermədiyin halda sədəqə verənlərin savabına tamah salırsan?! İnsan etydi əməllərə görə mükafat və cəza alar, irəli göndərdiyinə (axirətə) doğru gedər”. (“Nəhcul-bəlağə” səh. 377).

Sual: Özüm və ya həyat yoldaşım üçün bahalı qol saatı və ya çanta almağımın hökmü nədir? Bu, məkruhdur, yoxsa israf hesab olunur?

Cavab:  Əgər şəninizə uyğun olarsa israf hesab olunmaz.

Sual: İsraf və mal dağıtmaq barədə buyurulan Quran ayələrini və nəql olunan hədislərdən bəzilərini qeyd edin.

Cavab: Allah-təala buyurub: “…yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (Əraf surəsi, ayə 31).

“Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər”. (Ğafir surəsi, ayə 43). “Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (İsra surəsi, ayə 27).

Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql olunur: “Allah bir bəndənin xeyrini istəyərsə ona qənaətcilliyi və gözəl idarəçiliyi ilham edər, onu pis idarəçilikdən və israfdan  çəkindirər”.

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Allah kimə bəxş edərsə, onun hörmətinə görə bəxş etdiyini, kimdən əsirgəyərsə onun hörmətsiz olmasına görə əsirgədiyinimi düşünürsən?! Halbuki mal Allahın malıdır. O, malı əmanət olaraq insana vermişdir. Onlara qənaətlə yeyib içmələrinə, evlənmələrinə, minikdən istifadə etmələrinə, möminlərin fəqirlərinin ehtiyaclarını ödəmələrinə və parçalanmalarının qarşısını almaq üçün xərcləmələrinə icazə vermişdir. Kim belə edərsə, yediyi, mindiyi, evləndiyi ona halal olar. Bundan başqası ona haramdır”. Sonra o həzrət belə buyurdu: “ İsraf etməyin! Həqiqətən Allah-taala israf edənləri sevməz”. Həmçinin o həzrətin belə buyurduğu nəql olunur: “Qənaət Allahın sevdiyi bir işdir. İsrafa isə, Allah nifrət edir. Bir işə yarayacaq xurma dənəsini atmaq və yaxud içdiyin suyun artığını yerə tökmək belə, israfdır”.

Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzаdarlıq məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə mаddi və mənəvi yаrdım еdirlər. Bеlə ki, еyni və müхtəlif vахtlаrdа fərqli hеyətlər tərəfindən bir çох məclislər təşkil оlunur. Bu məclislərin əksəriyyətində еhsаn оlаrаq səhər tеzdən (sааt 07:00-dən) başlayaraq günоrtаdаn sоnrаyаdək (14:30-qədər) yеmək (plоv) vеrilir. Bu isə qidа məhsullаrının çох hаllаrdа zibilliklərə аtılmаsı ilə nəticələnir. Bu bаrədə rəyininz nədir?

Cаvаb: İsrаfçılıq şəriət bахımındаn hаrаm və qəbulоlunmаzdır. Bunun qаrşısını аlmаq üçün istifаоlunаcаq qədər yеmək hаzırlаnmаsı məqsədi ilə süfrə hаzırlаyаnlаrlа rаzılışdırılmа kimi lаzımi аddımlаr аtılmаlıdır.